Azərbaycanda bu universitetin ləğvi elan edildi .....                        26 yaşlı qadın dəm qazından öldü .....                        Jurnalistlər Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində - FOTO .....                        Ermənistan ordusunda 40 ölüm qeydə alınıb .....                        “Böyüməyən uşaqlar” Xocalıya qayıtdılar .....                        “Böyüməyən uşaqlar” Xocalıya qayıtdılar .....                        Tramp Makronu qarşılamadı .....                        İkinci kurs tələbəsi vəfat etdi .....                        "Gülüstan" sarayında dövlət ziyafəti verilir .....                       
Tarix : Bu gün, 17:57
“Böyüməyən uşaqlar” Xocalıya qayıtdılar


“Böyüməyən uşaqlar” Xocalıya qayıtdılar

Fevralın 26-da XX əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımının 33 ili tamam olur.
1992-ci ilin həmin günündə Xocalıda yaşayan 2500 sakin ata-baba yurdundan didərgin düşüb. 613 nəfərin öldürüldüyü, 1275 nəfərin girov götürüldüyü faciə Azərbaycanın yaxın tarixinə qara səhifə kimi düşüb. Həmin gün 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.
26 fevral tarixi həm də 25 uşağın yarmçıq xatirələri, arzuları ilə yadda qaldı.
Azərbaycan tarixində digər yaddaqalan təqvim 2023-cü ilin sentyabr ayıdır. 19-20 sentyabr 2023-cü ildə Şanlı Ordumuzun həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində Xocalı işğaldan azad edildi. Cəmi 1 il sonra şahidi olduğu faciə ilə xatırladığımız Xocalıya ilk köç baş tutdu. Bu qayıdış 30 il əvvəl eşitdiyimiz fəryadlara cavab idi, bu qayıdış işgəncələrlə öldürülən xocalıların qisasının alındığının xəbərçisi idi. Xocalı 30 ildən sonra körpə yaşında doğma obasından köçkün düşən uşaqları ata-ana, nənə-baba kimi öz qoynuna aldı.
Xocalıya qayıdan ilk sakinlər sırasında hər iki valideynini itirən Şahin və Tofiq Hüseynov qardaşları da var. Onlar 30 ildir “hər iki valideynini itirən uşaqlar” kimi yadda qalıblar. Əməkdar jurnalist Elşad Eyvazlının Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşağın faciəsinə həsr olunmuş “Böyüməyən uşaqlar” kitabında Şahin və Tofiq Hüseynovun da həyat hekayələri yer alıb. Şahin Hüseynov Xocalıya qayıdışının təəssüratlarını bölüşüb:
“Xocalıya may ayında köçdük, Prezidentimiz özü evimizin açarlarını mənə təqdim etdi. Bura qayıtmaq həm sevincli, həm də kədərlidir. Sevinirik, çünki 33 il bundan əvvəl didərgin düşdüyümüz Xocalıya qayıtmışıq, mən bura 3 övladım və 3 nəvəmlə birlikdə qayıtdım. 1992-ci ildə ağlaya-ağlaya çıxdığımız yurdumuza sevinə-sevinə qayıtdıq. Düzdür, o faciə heç vaxt yaddan çıxmayacaq, amma bu gün Xocalıda olmaq, burada yaşamaq da əvəzsiz hissdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Prezidentimizi qorusun! Xalqımız bir də müharibə görməsin, firəvan yaşasın”.
Digər qardaşın - Tofiq Hüseynovun da deməyə sözü çoxdur:
"Xocalıdan köçkün düşəndə necə əzab-əziyyət yaşadıq. Bura qayıtmaq çətin idi. Ona görə ki, ana, ata, qohumlar yoxdur, səni heç kim qarşılamır. Amma vətənə qayıtmaq, illərdir həsrətində olduğun yurda dönmək qədər gözəl hiss yoxdur. Mən 26 il Bakıda yaşadım, hər gün Xocalını arzuladım... Nəhayət arzularım gerçəkləşdi, bura gələndən bir dəfə də başqa yer yadıma düşmür. 33 il əvvəl burada ana-atamızı, bütün qohumlarımızı itirdik, amma Xocalıya qayıtmaq bizim üçün elə onlara qayıtmaq deməkdir. Xocalı bizə qucaq açdı, bizi yenidən qarşıladı. Bura gələndə heç kimi tapmasaq da, bundan sonra gələnlər bizi görəcək. Xocalı yenidən dirçələcək, qurulacaq. Allaha şükür edirik ki, biz bu günləri gördük. Adama qəribə gəlir fevral ayıdı, amma sən Xocalıdasan. Allah bizə, xalqımıza heç vaxt pis gün yaşatmasın. Həmişə bugünkü kimi firəvan, xoşbəxt olaq. Bu günü bizə yaşadan şəhidlərimizin ruhu şad olsun, Allah ordumuzu, Prezidentimizi qorusun!"



Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!