İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
26-02-2025, 19:34
Biləsuvarda "Kalaşnikov" aşkarlandı


Biləsuvarda "Kalaşnikov" aşkarlandı

Biləsuvar rayonunda "Kalaşnikov" avtomatı aşkarlanıb.
Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndinin ərazisində bağlamanın içərisində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AKM-74 markalı avtomat, 59 ədəd patron darağı və 2 003 ədəd patron aşkarlanaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.
26-02-2025, 18:46
Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi


Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi bu gün səhər yenidən reanimasiyaya yerləşdirilib.
Bu barədə onun oğlu məlumat verib.
O bildirib ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə yenidən xəstəxanaya yerləşdirilib:
"Vəziyyəti pisləşən kimi xəstəxanaya yerləşdirmək qərarına gəldik. Bu gün səhər isə reanimasiya şöbəsinə köçürülüb".
Qeyd edək ki, yanvarın 30-u Niyazi Mehdinin vəziyyətinin pisləşməsi ilə əlaqədar ilkin məlumat yayıldı. Ailə üzvləri bildirdi ki, onun ayağında qanqrena başlayıb. Həkimlərin məsləhətləşmələrindən sonra barmağının amputasiya edilməsi qərarı verilib.
Əməliyyatdan sonra isə Niyazi Mehdinin vəziyyəti nisbətən stabilləşdi. Əməliyyatdan sonra palataya köçürülən alim fevralın 6-ı evə buraxılmışdı.
26-02-2025, 17:50
Nazirlik vəfat edən kursantla bağlı məlumat yaydı


Nazirlik vəfat edən kursantla bağlı məlumat yaydı

Rusiya Federasiyasında hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunmuş kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyə Respublikasının Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında yerləşdirilmiş, lakin həkimlərin səyinə baxmayaraq fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən kursantımızın ailəsinə, yaxınlarına başsağlığı verib.
26-02-2025, 17:43
Bakıda daha 2 nəfər spirtdən zəhərlənərək öldü


Bakıda daha 2 nəfər spirtdən zəhərlənərək öldü

Bakıda daha 2 nəfər texniki spirtdən zəhərlənərək ölüb.
Hadisələr Sabunçu və Nizami rayonlarında qeydə alınıb.
Belə ki, Sabunçu rayonunda 45 yaşlı E. Qasımov və Nizami rayonunda 53 yaşlı A. İsayev etil spirtindən zəhərlənərək ölüblər.
Qeyd edək ki, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfər etil spirtindən zəhərlənərək ölüb. Məsələ ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
26-02-2025, 17:37
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı artdı


Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı artdı

Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Qərara əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq olunub.
Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
26-02-2025, 17:16
Deputatlar "Ana harayı" abidəsini ziyarət ediblər - FOTO


Deputatlar "Ana harayı" abidəsini ziyarət ediblər - FOTO

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüb.








26-02-2025, 17:09
Masazırda qəza oldu - Qaz kəsildi


Masazırda qəza oldu - Qaz kəsildi

Abşeron rayonunun Masazır qəsəbəsində yeraltı orta təzyiqli qaz kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi xəbər verir.
Bildirilib ki, Masazır qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Yaranmış problemin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri aparılır.
26-02-2025, 16:59
Xocalı soyqırımı qurbanları üçün 1 dəqiqəlik sükut


Xocalı soyqırımı qurbanları üçün 1 dəqiqəlik sükut

Bu gün saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bununla bağlı Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilərdə və yerüstü qatarlarda fit verilib.
Həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın Dövlət Bayrağı endirilib.
Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, onun önünə əklillər qoyub, qərənfillər düzüb. Respublikamızın şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri, aksiyalar, yürüşlər, fləş-moblar, mədəniyyət tədbirləri, sərgilər keçirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr olunan filmlər göstərilib.
Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilib. Əzəmətli Azərbaycan Bayrağının dalğalandığı Xocalı, Xankəndi şəhərlərində və digər azad olunmuş ərazilərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150-sinin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
26-02-2025, 16:24
Dövlət saytlarına kütləvi hücumlar edilir - RƏSMİ


Dövlət saytlarına kütləvi hücumlar edilir - RƏSMİ

Bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib.
"Dövlət Xidməti kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işləri davam etdirir. Bununla bağlı bəzən real ip ünvanlar da anomal trafik kimi blok siyahısına düşə bilir. Anomal trafikin təmizlənməsi zamanı dövlət informasiya ehtiyatlarından istifadə edən vətəndaşlardan onlara məxsus İP ünvanlarda yarana biləcək qısa müddətli müvəqqəti bloklamaları nəzərə almaları xahiş olunur", - məlumatda bildirilib.
26-02-2025, 16:13
Xalq artistinin vəziyyəti ağırdır


Xalq artistinin vəziyyəti ağırdır

“Son üç-dörd gündür atamın vəziyyəti ağırlaşıb”.
Bunu Xalq artisti Ənvər Həsənovun qızı deyib.
O bildirib ki, Ənvər Həsənov hazırda özündə deyil, hərəkət qabiliyyətini tamamilə itirib:
“Xəstəxanadan evə buraxılandan sonra bizim köməyimizlə evdə hərəkət edə bilirdi. İndi tamamilə hərəkət etmir, huşu da yerində deyil. Təzyiqi 260-a qalxır, dərmanla, iynə ilə aşağı salırıq. İki gündür bədən hərarəti də yüksək olur. Heç bir şey yemir”.
Xalq artistinin qızı Ənvər Həsənovu yenidən xəstəxanaya yerləşdirmək barədə qəti qərara gəlmədiyini bildirib:
“Bibilərimlə məsləhətləşdik ki, xəstəxanaya aparmayaq. Vəziyyəti son dərəcə kritikdir. Bunu demək mənim üçün çox çətindir. Amma xəstəxanada vəfat etməsini istəmirik. Nə olursa, öz evində olsun. Axşam həkimlər gələcəklər. Son olaraq onlarla da məsləhətləşib bir qərara gələcəyik”.
Xalq artisti Ənvər Həsənovun sağlamlıq vəziyyəti
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!