İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
28-02-2025, 18:18
Ramazanın ilk gününün duası - İmsak və iftar vaxtları


Ramazanın ilk gününün duası - İmsak və iftar vaxtları

Sabah Ramazan ayının ilk günüdür.
İmsak vaxtı 05:49-a, iftar isə 18:47-yə təyin olunub.

Birinci günün imsak duası:

“Allahumməc-əl siyami (fihi) siyaməs-saimin. Və qiyami (fihi) qiyaməl-qaimin. Və nəbbihni fihi ən naumətil-ğafilin. Vəhəb li curmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mucrimin!”

Tərcüməsi:

“İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
28-02-2025, 17:58
Avtomobildən 124 min oğurlayan şəxsi polis saxladı


Avtomobildən 124 min oğurlayan şəxsi polis saxladı

Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.
Zərərçəkən paytaxt sakini polisə müraciət edərək gecə saatlarında avtomobilinin yük yerindən 90 min manat və 20 min dollar nağd pul vəsaitinin oğurlandığını bildirib.
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən, əvvəllər dəfələrlə məhkum edilmiş 52 yaşlı Fikrət Cəfərov saxlanılıb.
Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
28-02-2025, 17:39
Ağalıda sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar veriləcək


Ağalıda sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar veriləcək

Zəngilan rayonunun Ağalı kəndindəki kənd təsərrüfatı təyinatlı torpaqlar əkin məqsədi ilə heç bir icarə haqqı olmadan istifadəyə veriləcək.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev bildirib.
Onun sözlərinə görə də, sabahdan müraciətlərin qəbuluna başlanılır: "Ağalı kəndində 110 hektar ərazi seçilib. Həm ərazi hər biri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş, kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur".
28-02-2025, 17:32
Dünyada buğda ucuzlaşır, Azərbaycanda isə... - QİYMƏTLƏR


Dünyada buğda ucuzlaşır, Azərbaycanda isə... - QİYMƏTLƏR

Son 1 ildə dünyada buğda 6,9 faiz ucuzlaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2024-cü ilin yanvarında dünya birjalarında tonu 248 dollara satılan buğdanın qiyməti bu ilin yanvarında 231 dollara düşüb.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il dünyada buğda istehsal cüzi artaraq 791 milyon ton olub. İstehsal artsa da qalıq buğda ehtiyatı 274 milyon ton səviyyəsində sabitləşib.
Nəticədə dünya ölkələrində buğda ehtiyatı 1 milyard 64 milyon tondan 1 milyard 65 milyon tona yüksəlib.
Son 2 ildə dünya bazarında satılan buğdanın həcmi cəmi 1 milyon ton azalıb və 222 milyon ton təşkil edib.
Ölkələr daxili tələbatı ödəmək üçün ixracı azaltmağa məcbur qalıblar.
Çünki 2023-cü illə müqayisədə ərzaq və toxum məqsədilə istifadə olunan buğdanın həcmi 637 milyon tondan 639 milyon tona yüksəlib.
Beləliklə, ötən ilin sonuna buğda ehtiyatı qalığı 274 milyon tondan 267 milyon tona düşüb. Bütün bunlar buğda bazarında tələbin artdığını, lakin təklifin sabit qaldığını və ticarətin azaldığını göstərir. Dünya üzrə ehtiyatların istehlaka nisbətinin azalması buğda bazarının gələcəkdə daha gərgin olacağını deməyə əsas verir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin 2025-ci il üzrə proqnozları da ürəkaçan deyil.
Düzdür, Nazirlik 2025-ci ildə qlobal istehsalın 3 milyon ton artaraq 794 milyon ton olacağını proqnozlaşdırır. İstehsal artsa da bu özünü məcmu təklifdə göstərməyəcək, yəni ilin əvvəlinə qalıq və illik istehsalın birgə həcmi 1 il əvvəllə müqayisədə 4 milyon ton azalaraq 1 milyard 61 milyon tona düşəcək.
Belə ki, bu il qlobal buğda ehtiyatları həcminin 3,4 faiz azalacağı və 258 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32 faiz səviyyəsində olacaq.
Ötən mövsümlə müqayisədə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 0,8 faiz azalaraq olacağı gözlənilir. Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 445 milyon ton olacaq.
Bu il dünyada buğda satışları da 5,7 faiz azalacaq. Təşkilatın qiymətləndirmələrinə görə bazarlara 209 milyon ton buğda çıxarılacaq.
Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5,7% azalaraq 209 milyon ton olacağı proqnozlaşdırılır.
Çində ilin əvvəlinə olan qalıq həcminin 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir. Qara dəniz regionu ölkələri qrupu üzrə istehsal həcminin 2% azalaraq 138,2 milyon tona, ixracın isə 13,4 faiz azalaraq 73,3 milyon ton olacağı proqnozlaşdırılır.

Bəs Azərbaycanda vəziyyət necədir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə 1 milyon 686 min ton buğda istehsalı olub. Buğdanın məhsuldarlığı 30,9 sentner olub. Ötən il ölkəmiz xaricdən 280 milyon dollar dəyərində 1 milyon 292 min ton buğda idxal edib. 2023-cü illə müqayisədə Azərbaycanın buğda idxalı 9,9 faiz və ya 116 min 685 ton çox olub.
Amma dəyər baxımından buğda idxalına çəkdiyimiz xərc 7,9 faiz azalaraq 24 milyon 302 min dollar olub.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,3%-ni təşkil edib.
Maraqlıdır ki, ötənilki tendensiya bu il də davam edir, cari ilin yanvarında Azərbaycan 86 min 654 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 18 milyon 695 min ABŞ dolları təşkil edib. Ötən ilin yanvarı ilə müqayisədə Azərbaycanın buğda idxalı 24 faiz artsa da, ümumi dəyəri 15 faiz azalıb. Başqa sözlə, buğdanı çox alırıq və həm də ucuz alırıq.
Bu ilin yanvarında idxal olunan 1 ton buğdanın orta statistik qiyməti 7,4 faiz azalaraq 232 dollardan 216 dollara düşüb. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin heç 1 faizinə də çatmayıb. Azərbaycan buğdanı əsasən Rusiya və Qazaxıstandan alır.
Azərbaycanın buğda ilə təminatının son 5 il üzrə göstəricilərinə nəzər salaq.
Azərbaycanın ərzaq balansı üzrə göstəricilərdən aydın olur ki, son 5 ildə ilin əvvəlinə qalıq buğda ehtiyatı 830 min tondan 300 min tona düşüb. Bu müddətdə istehsal 2,1 milyon tondan 1,8 milyon tona enib. Son 5 ildə Azərbaycanın buğda idxalı 1,1-1,5 milyon ton arasında dəyişib. 2019-cu il Azərbaycanda buğda istehsalı və idxalının ən yüksək həddə olub. Həmin il ölkədə 2,1 milyon ton istehsal, 1,6 milyon tona qədər idxal həyata keçirilib.
Hələ ki, dünya bazarında buğda ucuzdur. Amma bu Azərbaycanda əks tendensiya ilə müşahidə olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 25 fevral 2025-ci il tarixinə "Un istehsalçılarının topdansatış məntəqələri, satış qiymətləri" barədə məlumatına əsasən, 50 kq-lıq un kisəsinin satış qiymətləri 26,8 manat - 28,20 manat arasında dəyişir. İlin əvvəli ilə müqayisədə un qiymətləri 10-50 qəpik arasında qalxıb. 6 ay əvvəllə müqayisədə artım 1,5-2 manatadək olub.
Yeri gəlmişkən, Azərbaycanda buğda ununun qiyməti son illər davamlı olaraq artır. 2019-cu ildə kiloqramı 1,1 manata satılan buğda ununun orta illik qiyməti 50 faizədək artıb.
28-02-2025, 17:25
Paşinyan İranın dövlət televiziyasına müsahibə verib


Paşinyan İranın dövlət televiziyasına müsahibə verib

Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının dövlət televiziyasına müsahibə verib.
Bu haqda Paşinyan sosial şəbəkədə bildirib.
Paşinyan müsahibənin videosunu da yayıb.
28-02-2025, 17:19
Fransanın fikirkərini qətiyyətlə rədd edirik - XİN


Fransanın fikirkərini qətiyyətlə rədd edirik - XİN

İflasa uğramış xarici siyasətindən dərs çıxarmaq əvəzinə, ölkəmizi əsassız iddialarla günahlandırmaqla düşdüyü vəziyyətdən ictimai diqqəti yayındırmağa çalışan Fransa tərəfinin səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın iddialarına dair yerli mətbuatın sualına cavabında deyib.
Fransadan fərqli olaraq, öz xarici siyasətində və bütün addımlarında beynəlxalq hüququn əsas norma və prinsiplərini rəhbər tutan Azərbaycanı əsassız yerə günahlandıran bu ölkənin özünün müstəmləkəçilik keçmişini davam etdirmək naminə müxtəlif ölkə və xalqlara qarşı atdığı qeyri-demokratik addımlarını unutmasına baxmayaraq, onları hər kəs yaxşı xatırlayır.
Cənubi Qafqazda sülh üçün yaranmış tarixi imkanlar fonunda Fransanın çıxış etdiyi mövqeyə, habelə Ermənistanı silahlandırmaqla bölgədə yeni eskalasiya törətmək cəhdlərinə baxmaq kifayətdir ki, əslində kimin həqiqətən də “xarici müdaxilə” ilə məşğul olduğu aydın olsun.
Qəribədir ki, Azərbaycanı “etnik təmizləmə”də ittiham edən Fransa tərəfi, keçmiş münaqişənin həllinə məsul olan Minsk prosesinin həmsədrlərindən biri olması və bu ölkənin heç zaman Ermənistanın işğal siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsini qınamaması fonunda, könüllü surətdə Azərbaycanın Qarabağ bölgəsini tərk edən insanların guya “etnik təmizləməyə” məruz qalmasını iddia etməsi riyakarlıqdan və öz maraqları naminə faktların təhrifindən başqa bir şey deyil.
Fransa tərəfindən ölkəmizə qarşı bu əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik.
28-02-2025, 16:37
Qaxda şəlalə donub - FOTO


Qaxda şəlalə donub - FOTO

Qışda qar və şaxtanın yaratdığı təbiət mənzərələri bənzərsiz olur. Qaxın Ləkit kəndinin yaxınlığında yerləşən Mamırlı şəlaləsində də belə əsrarəngiz gözəllik müşahidə edilir.
Mamırlı şəlaləsi dağın ətəyində, meşəlik ərazidə yerləşir. Bu şəlalə Nazirlər Kabinetinin 2006-cı il 5 avqust tarixli qərarı ilə təbiət abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur.
İlin isti vaxtlarında bu şəlaləyə gedənlər çox olur. Soyuq aylarda, xüsusilə də qışda dağların ətəyində yerləşən Mamırlı şəlaləsinə getmək isə çox çətindir. Əməkdaşımızın şəlaləyə avtomobillə getmək istəyi də reallaşmayıb. Sürüşkən və qarlı yol buna imkan verməyib. Ona görə də onlar şəlalə olan yerə piyada qalxıblar.
Yol bələdçisi Mehdi Məmmədov əməkdaşımızla söhbət zamanı bildirib ki, yaz-yay aylarında Ləkit kəndinə, xüsusilə də Mamırlı şəlaləsinə yerli, eləcə də dünyanın müxtəlif ölkələrindən turistlər gəlirlər: “Şəlalə gözəl məkanda yerləşir, özü də füsunkar təbiət incisidir. Yayda gələnlər çox olur. Kəndimizə yerli turistlərlə yanaşı, Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya, Rusiya və digər ölkələrdən də gəlirlər. Amma qışda şəlaləyə gələnlər az olur. Halbuki burada qışın ayrı ləzzəti var”. Bələdçi sözlərinə əlavə edib ki, şəlalənin dağın ətəyində, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşməsinə baxmayaraq, burada vəhşi heyvan təhlükəsi yaşanmayıb. Buna səbəb isə ərazinin yerli sakinlər tərəfindən nəzarətdə saxlanması və ərazidə daim insanların olmasıdır.
Yaz-yay aylarında şəlalənin şırıltısı və damcılar ətrafa yayılır. İndi isə burada tam sakitlik hökm sürür. Şəlaləyə gedərkən yol boyu ağacların budaqlarından tökülən qar, daralan cığırlar, yağan qarın ağırlığından aşan ağaclar hərəkəti çətinləşdirir. Lakin çətin olsa da, şəlaləni görmək həvəsi insanı ruhlandırır. Hazırda hündürlüyü 15, eni 30 metr olan şəlalənin süzüldüyü qayaların üstü yaşıl mamırla örtülüb. Şəlalənin əsas hissəsi buz bağlayıb, donub.
Şəlalənin ətrafında tez-tez yerli sakinlərə rast gəlinir. Onlar donmuş şəlalənin əsrarəngiz mənzərəsini seyr etməyə gəlirlər. “Ləkit kəndini daha da məşhurlaşdıran Mamırlı şəlaləsidir. Yay mövsümündə buraya gələn turistlərin sayı çox olur. Mən deyərdim ki, burada iynə atsan, yerə düşmür. Hazırda da şəlalənin gözəl mənzərəsi var. Belə füsunkar gözəlliyi görmək üçün buraya gəlməyə dəyər. Turizm şirkətləri buranı yaz-yay aylarında marşrutlarına daxil edirlər. Amma turistlər qış aylarında da gəlsələr, burada qış turizmi də canlanar”, - deyə kənd sakini Təhminə Ağayeva bildirib.
Onu da deyək ki, donmuş şəlaləni seyr etmək insana nə qədər xoş təsir bağışlasa da, soyuq və şaxtalı hava burada uzun müddət qalmağa imkan vermir.




28-02-2025, 16:34
"Vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir" - ETX


"Vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir" - ETX

Saxta hesablar vasitəsilə “Facebook” sosial şəbəkəsi üzərindən fişinq cəhdləri həyata keçirilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilir ki, vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir. Mesajlarda "Facebook"un icma qaydalarının pozulduğu üçün hesabın birdəfəlik silinəcəyi və bərpa prosesi üçün keçidə daxil olmaq bildirilir. Həmin keçidlərdə vətəndaşın hesab məlumatlarını ələ keçirmək üçün saxta giriş səhifəsi mövcuddur.
Xidmət vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, sosial şəbəkələrdən bu tip mesajlarla rastlaşdıqda, həmin məlumatları platformanın dəstək xidmətindən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə istifadəçi məlumatlarını (istifadəçi adı və şifr) qarşı tərəfə ötürməməyi tövsiyə edir.
28-02-2025, 16:23
Gəncədə 5 ev yandı


Gəncədə 5 ev yandı

Gəncə şəhərində yanğın baş verib.
Şəhərin Mikayıl Rəhimov və Zülfü Hacıyev küçələrinin kəsişməsində bir-birinə bitişik olan 5 ev yanıb.
Hadisə nəticəsində 4 ev yararsız vəziyyətə düşüb. Digər evin isə dam örtüyünə zərər dəyib.
Hadisə yerinə 4 yanğınsöndürən maşın və 20-yə yaxın canlı qüvvə cəlb olunub.
Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbi araşdırılır.
28-02-2025, 16:18
Rəsmi Bakıdan Ermənistana sərt cavab -  Bu iddialar yalandır!


Rəsmi Bakıdan Ermənistana sərt cavab - Bu iddialar yalandır!

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbuslarla və hərbi cinayətlərdə ittiham olunan şəxslərlə pis rəftar, o cümlədən, onların davam edən məhkəmə prosesi ilə bağlı əsassız iddiaların qeyd olunduğu 28 fevral 2025-ci il tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbusların və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesi ilə bağlı əsassız bəyanatına dair şərhində deyilir.
"Ermənistanın 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və saxlanılan digər erməni əsilli şəxslər ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər.
Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir.
Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər", - o qeyd edib.
XİN rəsmisi bildirib ki, təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb.
"Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin mütəmadi səfərləri, ailə üzvləri ilə telefon və video əlaqələri həyata keçirilib və sonuncu dəfə belə görüş fevral ayında təşkil olunub.
Yaxşı məlumdur ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. Ermənistan XİN-ə onu da xatırlatmaq istərdik ki, Azərbaycan həmçinin 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra 10 mindən çox qeyri-qanuni erməni silahlı qüvvələrinə silahı yerə qoymağa və Azərbaycan ərazilərini tərk etməyə icazə verməklə böyük jest edib.
Azərbaycandan fərqli olaraq, Ermənistan nə azərbaycanlı hərbi əsirlərə və həbs edilmiş mülki şəxslərə qarşı ləyaqəti alçaldan rəftar halları ilə bağlı heç bir araşdırma başlatmayıb, nə də itkin düşmüş 4000 azərbaycanlının yeri barədə məlumatların verilməsində əməkdaşlıq edib. Şahidlərə və çoxsaylı faktlara əsasən, beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozularaq, bütün azərbaycanlı hərbi əsirlərə işgəncə verilib, onlar pis rəftara məruz qalıb, ləyaqəti alçaldan şəraitdə saxlanılıblar.
Görünən odur ki, Ermənistan tərəfindən belə bir bəyanatın verilməsi, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər narahat olduqlarını nümayiş etdirir. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir.
Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.
Bu kritik dönəmdə, Azərbaycan tərəfi hərbi cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil olmaqla regionda sülh səylərinə xələl gətirən əsassız bəyanatlardan Ermənistan tərəfinin çəkinəcəyini gözləyir", - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!