Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 28-02-2025, 16:37
Qaxda şəlalə donub - FOTO


Qaxda şəlalə donub - FOTO

Qışda qar və şaxtanın yaratdığı təbiət mənzərələri bənzərsiz olur. Qaxın Ləkit kəndinin yaxınlığında yerləşən Mamırlı şəlaləsində də belə əsrarəngiz gözəllik müşahidə edilir.
Mamırlı şəlaləsi dağın ətəyində, meşəlik ərazidə yerləşir. Bu şəlalə Nazirlər Kabinetinin 2006-cı il 5 avqust tarixli qərarı ilə təbiət abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur.
İlin isti vaxtlarında bu şəlaləyə gedənlər çox olur. Soyuq aylarda, xüsusilə də qışda dağların ətəyində yerləşən Mamırlı şəlaləsinə getmək isə çox çətindir. Əməkdaşımızın şəlaləyə avtomobillə getmək istəyi də reallaşmayıb. Sürüşkən və qarlı yol buna imkan verməyib. Ona görə də onlar şəlalə olan yerə piyada qalxıblar.
Yol bələdçisi Mehdi Məmmədov əməkdaşımızla söhbət zamanı bildirib ki, yaz-yay aylarında Ləkit kəndinə, xüsusilə də Mamırlı şəlaləsinə yerli, eləcə də dünyanın müxtəlif ölkələrindən turistlər gəlirlər: “Şəlalə gözəl məkanda yerləşir, özü də füsunkar təbiət incisidir. Yayda gələnlər çox olur. Kəndimizə yerli turistlərlə yanaşı, Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya, Rusiya və digər ölkələrdən də gəlirlər. Amma qışda şəlaləyə gələnlər az olur. Halbuki burada qışın ayrı ləzzəti var”. Bələdçi sözlərinə əlavə edib ki, şəlalənin dağın ətəyində, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşməsinə baxmayaraq, burada vəhşi heyvan təhlükəsi yaşanmayıb. Buna səbəb isə ərazinin yerli sakinlər tərəfindən nəzarətdə saxlanması və ərazidə daim insanların olmasıdır.
Yaz-yay aylarında şəlalənin şırıltısı və damcılar ətrafa yayılır. İndi isə burada tam sakitlik hökm sürür. Şəlaləyə gedərkən yol boyu ağacların budaqlarından tökülən qar, daralan cığırlar, yağan qarın ağırlığından aşan ağaclar hərəkəti çətinləşdirir. Lakin çətin olsa da, şəlaləni görmək həvəsi insanı ruhlandırır. Hazırda hündürlüyü 15, eni 30 metr olan şəlalənin süzüldüyü qayaların üstü yaşıl mamırla örtülüb. Şəlalənin əsas hissəsi buz bağlayıb, donub.
Şəlalənin ətrafında tez-tez yerli sakinlərə rast gəlinir. Onlar donmuş şəlalənin əsrarəngiz mənzərəsini seyr etməyə gəlirlər. “Ləkit kəndini daha da məşhurlaşdıran Mamırlı şəlaləsidir. Yay mövsümündə buraya gələn turistlərin sayı çox olur. Mən deyərdim ki, burada iynə atsan, yerə düşmür. Hazırda da şəlalənin gözəl mənzərəsi var. Belə füsunkar gözəlliyi görmək üçün buraya gəlməyə dəyər. Turizm şirkətləri buranı yaz-yay aylarında marşrutlarına daxil edirlər. Amma turistlər qış aylarında da gəlsələr, burada qış turizmi də canlanar”, - deyə kənd sakini Təhminə Ağayeva bildirib.
Onu da deyək ki, donmuş şəlaləni seyr etmək insana nə qədər xoş təsir bağışlasa da, soyuq və şaxtalı hava burada uzun müddət qalmağa imkan vermir.






Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!