"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 28-02-2025, 17:32
Dünyada buğda ucuzlaşır, Azərbaycanda isə... - QİYMƏTLƏR


Dünyada buğda ucuzlaşır, Azərbaycanda isə... - QİYMƏTLƏR

Son 1 ildə dünyada buğda 6,9 faiz ucuzlaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2024-cü ilin yanvarında dünya birjalarında tonu 248 dollara satılan buğdanın qiyməti bu ilin yanvarında 231 dollara düşüb.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il dünyada buğda istehsal cüzi artaraq 791 milyon ton olub. İstehsal artsa da qalıq buğda ehtiyatı 274 milyon ton səviyyəsində sabitləşib.
Nəticədə dünya ölkələrində buğda ehtiyatı 1 milyard 64 milyon tondan 1 milyard 65 milyon tona yüksəlib.
Son 2 ildə dünya bazarında satılan buğdanın həcmi cəmi 1 milyon ton azalıb və 222 milyon ton təşkil edib.
Ölkələr daxili tələbatı ödəmək üçün ixracı azaltmağa məcbur qalıblar.
Çünki 2023-cü illə müqayisədə ərzaq və toxum məqsədilə istifadə olunan buğdanın həcmi 637 milyon tondan 639 milyon tona yüksəlib.
Beləliklə, ötən ilin sonuna buğda ehtiyatı qalığı 274 milyon tondan 267 milyon tona düşüb. Bütün bunlar buğda bazarında tələbin artdığını, lakin təklifin sabit qaldığını və ticarətin azaldığını göstərir. Dünya üzrə ehtiyatların istehlaka nisbətinin azalması buğda bazarının gələcəkdə daha gərgin olacağını deməyə əsas verir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin 2025-ci il üzrə proqnozları da ürəkaçan deyil.
Düzdür, Nazirlik 2025-ci ildə qlobal istehsalın 3 milyon ton artaraq 794 milyon ton olacağını proqnozlaşdırır. İstehsal artsa da bu özünü məcmu təklifdə göstərməyəcək, yəni ilin əvvəlinə qalıq və illik istehsalın birgə həcmi 1 il əvvəllə müqayisədə 4 milyon ton azalaraq 1 milyard 61 milyon tona düşəcək.
Belə ki, bu il qlobal buğda ehtiyatları həcminin 3,4 faiz azalacağı və 258 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32 faiz səviyyəsində olacaq.
Ötən mövsümlə müqayisədə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 0,8 faiz azalaraq olacağı gözlənilir. Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 445 milyon ton olacaq.
Bu il dünyada buğda satışları da 5,7 faiz azalacaq. Təşkilatın qiymətləndirmələrinə görə bazarlara 209 milyon ton buğda çıxarılacaq.
Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5,7% azalaraq 209 milyon ton olacağı proqnozlaşdırılır.
Çində ilin əvvəlinə olan qalıq həcminin 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir. Qara dəniz regionu ölkələri qrupu üzrə istehsal həcminin 2% azalaraq 138,2 milyon tona, ixracın isə 13,4 faiz azalaraq 73,3 milyon ton olacağı proqnozlaşdırılır.

Bəs Azərbaycanda vəziyyət necədir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə 1 milyon 686 min ton buğda istehsalı olub. Buğdanın məhsuldarlığı 30,9 sentner olub. Ötən il ölkəmiz xaricdən 280 milyon dollar dəyərində 1 milyon 292 min ton buğda idxal edib. 2023-cü illə müqayisədə Azərbaycanın buğda idxalı 9,9 faiz və ya 116 min 685 ton çox olub.
Amma dəyər baxımından buğda idxalına çəkdiyimiz xərc 7,9 faiz azalaraq 24 milyon 302 min dollar olub.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,3%-ni təşkil edib.
Maraqlıdır ki, ötənilki tendensiya bu il də davam edir, cari ilin yanvarında Azərbaycan 86 min 654 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 18 milyon 695 min ABŞ dolları təşkil edib. Ötən ilin yanvarı ilə müqayisədə Azərbaycanın buğda idxalı 24 faiz artsa da, ümumi dəyəri 15 faiz azalıb. Başqa sözlə, buğdanı çox alırıq və həm də ucuz alırıq.
Bu ilin yanvarında idxal olunan 1 ton buğdanın orta statistik qiyməti 7,4 faiz azalaraq 232 dollardan 216 dollara düşüb. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin heç 1 faizinə də çatmayıb. Azərbaycan buğdanı əsasən Rusiya və Qazaxıstandan alır.
Azərbaycanın buğda ilə təminatının son 5 il üzrə göstəricilərinə nəzər salaq.
Azərbaycanın ərzaq balansı üzrə göstəricilərdən aydın olur ki, son 5 ildə ilin əvvəlinə qalıq buğda ehtiyatı 830 min tondan 300 min tona düşüb. Bu müddətdə istehsal 2,1 milyon tondan 1,8 milyon tona enib. Son 5 ildə Azərbaycanın buğda idxalı 1,1-1,5 milyon ton arasında dəyişib. 2019-cu il Azərbaycanda buğda istehsalı və idxalının ən yüksək həddə olub. Həmin il ölkədə 2,1 milyon ton istehsal, 1,6 milyon tona qədər idxal həyata keçirilib.
Hələ ki, dünya bazarında buğda ucuzdur. Amma bu Azərbaycanda əks tendensiya ilə müşahidə olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 25 fevral 2025-ci il tarixinə "Un istehsalçılarının topdansatış məntəqələri, satış qiymətləri" barədə məlumatına əsasən, 50 kq-lıq un kisəsinin satış qiymətləri 26,8 manat - 28,20 manat arasında dəyişir. İlin əvvəli ilə müqayisədə un qiymətləri 10-50 qəpik arasında qalxıb. 6 ay əvvəllə müqayisədə artım 1,5-2 manatadək olub.
Yeri gəlmişkən, Azərbaycanda buğda ununun qiyməti son illər davamlı olaraq artır. 2019-cu ildə kiloqramı 1,1 manata satılan buğda ununun orta illik qiyməti 50 faizədək artıb.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!