İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
28-02-2025, 16:10
İstanbulda tarixi görüş - Rusiya ABŞ-la razılığa gəldi


İstanbulda tarixi görüş - Rusiya ABŞ-la razılığa gəldi

Fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatları arasında keçirilən görüşdə iki ölkənin diplomatik missiyalarının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Görüş zamanı tərəflər arasında razılaşmalar əldə edilib.
Görüş İstanbulda, Arnavutköy bölgəsində, Bosfor sahilində yerləşən ABŞ-ın baş konsulunun iqamətgahında keçirilib. Təxminən altı saat yarım davam edən müzakirələr mediaya qapalı şəkildə baş tutub. ABŞ Dövlət Departamenti görüşü "konstruktiv", Rusiya Xarici İşlər Nazirliyi isə "məzmunlu və işgüzar" adlandırıb.
Rusiya nümayəndə heyətinə Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev rəhbərlik edib. Onun tezliklə Rusiyanın ABŞ-dakı yeni səfiri təyin olunacağı bildirilir. ABŞ nümayəndə heyətinə isə Dövlət katibinin müavini, Rusiya və Mərkəzi Avropa siyasəti üzrə kurator Sonata Coulter başçılıq edib.

Görüş 18 fevralda Ər-Riyadda baş tutan yüksək səviyyəli danışıqların məntiqi davamı olub.

Görüşdə əldə olunan əsas razılaşmalar:

- Rusiya və ABŞ diplomatik missiyalarının fəaliyyətinin maneəsiz maliyyələşdirilməsi;

- Diplomatik heyətin rəsmi vəzifələrini icra etməsi üçün lazımi şəraitin yaradılması;

- Bu istiqamətdə danışıqların davam etdirilməsi və əməkdaşlıq formatının inkişaf etdirilməsi.

Görüşdə, həmçinin Rusiya diplomatik mülkiyyətinin ABŞ-dakı vəziyyəti də müzakirə edilib. Xüsusilə, 2016-2018-ci illər arasında ABŞ tərəfindən müsadirə olunmuş altı diplomatik obyektin geri qaytarılması məsələsi diqqət mərkəzində olub. Bundan əlavə, amerikalı diplomatların bank əməliyyatlarına çıxış imkanlarının təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.
Rusiya tərəfi, həmçinin Moskva ilə Vaşinqton arasında birbaşa hava əlaqəsinin bərpasını təklif edib. ABŞ isə öz növbəsində Moskvadakı səfirliyinin stabilliyini təmin etmək üçün diplomatik heyətin daimi və kifayət qədər sayda olmasına nail olmaq istəyir.
Qeyd edək ki, Son illərdə Rusiya və ABŞ arasında diplomatik münasibətlər ciddi gərginliklər yaşayıb. İki ölkə arasında bir neçə dəfə qarşılıqlı olaraq diplomatlar qovulub və diplomatik missiyalar məhdudlaşdırılıb. Xüsusilə, 2016-cı ilin dekabrında ABŞ-ın o zamankı prezidenti Barak Obama tərəfindən 35 rus diplomatın ölkədən çıxarılması ilə başlayan diplomatik böhran illərlə davam edib.
Bundan əlavə, 2017-ci ildə Rusiya ABŞ-dan öz diplomatlarının sayını məhdudlaşdırmağı tələb edib, nəticədə ABŞ-ın Rusiyadakı diplomatik heyəti 755 nəfər azaldılıb. ABŞ isə cavab olaraq San-Fransiskodakı Rusiya konsulluğunu, eləcə də Nyu-York və Vaşinqtondakı bəzi diplomatik obyektləri bağlayıb. 2018-ci ildə isə ABŞ, Sergey Skripal hadisəsindən sonra 60 rus diplomatını qovub və Sietldəki Rusiya konsulluğunu bağlayıb. Buna cavab olaraq, Rusiya da Sankt-Peterburqdakı ABŞ konsulluğunu bağlamaq qərarına gəlib.
Bu fonda İstanbulda keçirilən son görüş, iki ölkə arasında diplomatik münasibətlərin nizamlanması baxımından mühüm addım hesab olunur. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, bu görüş yalnız bir başlanğıcdır və gələcəkdə bu istiqamətdə daha çox ekspert səviyyəli məsləhətləşmələrin keçirilməsi gözlənilir.
Ekspertlər deyir ki, görüş Rusiya və ABŞ arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni bir mərhələnin başlanğıcı ola bilər. Hər iki tərəf diplomatik əlaqələrin bərpasına və əməkdaşlığın inkişafına dair müəyyən razılaşmalar əldə etsə də, gələcək danışıqların nəticələri daha konkret addımların atılmasına imkan yaradacaq.
Növbəti danışıqların tarixi və formatı barədə məlumat verilməyib. Bununla belə, diplomatlar yaxın gələcəkdə bu mövzuda məsləhətləşmələrin davam etdiriləcəyini vurğulayıblar.
28-02-2025, 15:30
Jurnalist Fatimə Mövlamlı saxlanıldı


Jurnalist Fatimə Mövlamlı saxlanıldı

Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.
Onun məhkəməyə çıxarılacağı bildirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.


28-02-2025, 15:21
Etnik dillərdən qorxan İran

Vidadi Mustafayev yazır:

Etnik dillərdən qorxan İran: Pezeşkian hökuməti prezidentin öz vədinə əməl etməsinə icazə vermədi?
26 fevral 2025-ci il (8 esfənd 1403) tarixində İran İslam Respublikasının 12-ci Çağırış İslam Şura Məclisinin (Parlament) plenar iclasında Məclisin “Təhsil, Tədqiqatlar və Texnologiya Komissiyası”nın hazırladığı “Yerli və etnik dillərin ədəbiyyatının ölkə məktəblərində tədrisi haqqında Əsas qanunun 15-ci maddəsinin icrası layihəsi” müzakirəyə çxarılmış, sonrakı müzakirə üçün bütövlükdə qəbul edilməsi səsə qoyulmuşdur.
Layihə cəmi 6 bənddən ibarətdir.
Onun ikinci bəndində Maarif Nazirliyinin layihə üzrə vəzifəsinin yeni 1404/1405-ci tədris ilindən (2025/2026) başlayaraq lazımi hazırlıqlar görüb qaydaları müəyyən etmək, həftədə 2 saat sərbəst/fakultativ olmaqla, 7 - 10-cu siniflərdə yerli dillərdə ədəbiyyatın tədrisinin həyata keçirilməsi olduğu göstərilir.
Digər bəndlərdə dərslik, dillərin müəyyən edilməsi, müəllim hazırlığı, icra mexanizmi/nizamnaməsi və s. məsələlər öz əksini tapmışdır.
Müzakirələrdə əvvəlcə Məclisin “Təhsil, Tədqiqatlar və Texnologiya Komissiyası”nın sözçüsü Ehsan Əzimzadə layihənin təqdimatı ilə çıxış edərək, onun Əsas qanunun 15-ci maddəsi çərçivəsində hazırlandığını və həmin maddənin tələbinə uyğun olduğunu, milli birliyin möhkəmləndirilməsi, ədalətin təhsil sahəsində də bərqərar olması istiqamətində hərəkət etməyə yardım edəcəyini vurğulamışdır.
Sonra prosedur qaydasına uyğun olaraq layihənin əleyhinə və lehinə çıxışlar olmuşdur.
Layihə əleyhinə ilk olaraq Şimali Xorasan əyalətindən olan deputat çıxış etmişdir və o, İranda çoxsaylı etnosların olduğunu, onlardan bəzilərinin separatizm istiqamətində fəaliyyət göstərdiyini bəhanə edərək, layihənin qəbulunu hazırkı şəraitdə məsləhət bilmədiyini, həmin məsələnin parlamentdə nüzakirəyə qoyulmasına qarşı çıxdığını bəyan etmişdir. O, həmçinin ölkənin təhsil sisteminin layihənin icrasına hazır olmadığını, büdcə ayrılmadığını vurğulayaraq social-iqtisadi sahədə böyük narazılıqların olduğu hazırkı şəraitdə qəbul edilməsini məsləhət bilməmişdir.
Layihənin əleyhinə danışan digər deputat isə hazırda təlim-tərbiyə məsələsinin prioritet olmadığını, layihənin qəbulunun rəsmi dil olan fars dilinin zəifləməsinə səbəb olacağını, etnoslar arasında problemlər yaradacığını, milli təhlükəsizliyə xələl gətirəcəyini və digər qondarma cəhətləri vurğulamışdır.
Daha sonra layihənin əleyhinə danışan Tehran deputatı M.Kiçikzadə yerli və etnik dillərin məktəblərdə tədrisinin Əsas qanunun 15-ci maddəsinə zidd olduğunu, layihənin icrasının hökumətin vəzifəsi olduğunu qeyd etməyin əsassız olduğunu və digər saxta iradlarını bəyan etmişdir. İran parlamentinin spikeri M.B.Qalibaf yerli dillərin və ədəbiyytın tədrisinin Əsas qanunun 15-ci maddəsinə zidd olmadığını M.Kiçikzadənin diqqətinə çatdırmışdır.
Layihənin lehinə çıxış edən birinci deputat isə ana dilinin, həmin dildə ədəbiyyatın tədrisinin xalqlar arsında milli birliyin güclənməsinə xidmət edəcəyini qeyd edərək, ana dilinin insanın dünyanı bütün rəngarəngliyi ilə dərk etmək işində, eləcə də nəsillər arasında bağların yaradılması sahəsində əvəzssiz vasitə olduğunu diqqətə çatdırmışdır.
Layihənin lehinə danışan digər deputat həmin məsələnin 40 ildən çox bir zaman kəsiyində həll edilmədiyini, təqdim edilən layihənin milli təhlükəsizliyi gücləndirəcəyini, milli və etnik mədəniyyətlərin və kimliklərin qorunması və inkişafına xidmət edəcəyini diqqətə çatdırıb.
Layihənin lehinə çıxış edən digər rəsmi şəxslər sırasında Məclisin Rəyasət heyətinin üzvü, Təbrizdən olan deputat Ruhulla Mütəfəkkir Azad əvvəlcə İran cəmiyyətinin millətlər, etniklər və mədəniyyətlərdən ibarət olduğunu yada salıb Ali dini rəhbərin dediklərinə istinad edərək etniklərin təhlükəsizlik üçün qorxulu olmadığını vurğulamış, cəmi iki saat fakultativ bir dərsin təhlüksizlik üçün qorxu yaratdığı fikrini rədd etmiş və yada salmışdır ki, belə təfəkkür tərzi Pəhləvi dövrü üçün xarakterik idi.
Parlamenn iclasının icmalından istifadə edilən “tabnak.ir” saytı layihənin lehinə çıxış edən sonuncu deputat kimi Məclisin “Təhsil, Tədqiqatlar və Texnolgiya Komissiyası”nın sədri və həmin layihənin təşəbbüskarı, Təbrizdən oln deputat Əlirza Monadi Səfidanın adını qeyd etmişdir. O, hökumət nümayəndəsinin layihənin əleyhinə çıxış etməsini Əsas Qanuna hörmətsizlik adlandırmışdır. Əlirza Monadi Səfidan seçki kampaniyasında prezidentin 15-ci maddənin icra olunacağını vəd etməsini, Rəhbərin şəhidin həyat yoldaşına, uşaqlarına ana dilini öyrənməyi tövsiyyə etdiyini yada salmışdır.
“Mizanonline.ir” saytının verdiyi məlumata görə, müzakirədə hökumətin nümayəndəsi Seyid Kazım Dilxoş Əbatəri də iştirak etmiş və layihənin əleyhinə çıxış etmişdir. O, 15-ci maddənin özündə problemlər oduğunu qeyd etməklə yanaşı, layihənin Əsas qanunun 15-ci və 75-ci maddəsinə, Rəhbərlik qanunvericiliyinə (?), təhsil sistemi sahəsində əsas instansiya olan Ali Mədəni İnqilab Şurasının varlığına zidd olduğunu vurğulamış və digər iradalar söyləmişdir.
Sonda layihə səsə qoyulmuş, iclasda iştirak edən 239 nəfər deputatdan 104-nün lehinə, 130-nun əleyhinə səs verməsi və 5-nin bitərəf qalması ilə qəbul olunmamışdır.
Burada diqqəti çəkən əsas məqam hökumət nümayəndəsinin prezidentin vədi və əməldə göstərmək istədiyi mövqeyinin əksinə hərəkət etməsi olmuşdur.
Hökumət nümayəndəsi Seyid Kazım Dilxoş Əbatərinin mövqeyinə ilk münasibət bildirən Şərqi Azərbaycandan olan deputat qrupunun başçısı Əlirza Nəvin olmuşdur. O, hökumət nümayəndəsinin belə mövqeyinə görə təəssüfləndiyini bildirmiş və əlavə etmişdir ki, 15-ci maddəyə təhlükəsizlik baxımından yanaşılmasına, Fars dili və Ədəbiyyatı Akademiyasına, Ali Mədəni İnqilab Şurasına məsələni öz inhisarına alaraq, milyonlarla iranlının haqqının tapdalanmasına icazə verilməməlidir.
Sonda Əlirza Nəvin təbrizli deputatlar R.Mütəfəkkir Azad və Ə.M. Səfidana təşəkkür edərək demişdir: “Biz var gücümüzlə səsimizi ucaltdıq, lakin hökumət və məclis eşitmədi”.

28-02-2025, 15:14
Azərbaycanda ən uzun və ən qısa oruc günləri


Azərbaycanda ən uzun və ən qısa oruc günləri

Sabah Azərbaycanda Ramazan ayı başlayır. Bununla bağlı Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurası fevralın 27-də fətva verib.
Artıq Ramazan təqvimi də dərc edilib. 1-29 mart tarixləri Azərbaycanda Ramazan ayıdır və martın 30-u Fitr bayramıdır.
Dünyanın müxtəlif bölgələrində günəşin doğuş və batış vaxtları fərqli olduğundan, imsak və iftar vaxtları arasında müddət də ölkələr arasında əhəmiyyətli dərəcədə dəyişir.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı rəsmi təqvimə əsasən, orucluq müddəti ayın əvvəlindən sonuna doğru tədricən uzanır.
Ramazan ayında ən qısa oruc günü 1 mart tarixində olacaq. Həmin gün imsak saat 05:49-da, iftar isə 18:47-də açılacaq. Beləliklə, insanlar 12 saat 58 dəqiqə oruc tutacaqıar.
Ayın sonunda isə oruc müddəti daha uzun olacaq. 29 mart tarixində imsak saat 05:02-də, iftar isə 19:19-da olacaq. Bu da 14 saat 17 dəqiqəlik oruc deməkdir.
Qeyd edək ki, şimal qütbünə yaxın yerləşən Reykyavikdə günəşin batma və çıxma vaxtları arasında böyük fərqlər olur. 2025-ci ilin mart ayında burada oruc müddəti təxminən 16-17 saat arasında dəyişəcək.
Şimal Avropada yerləşən Osloda da ruc tutanlar üçün günlər uzundur. Mart ayında oruc müddəti təxminən 15-16 saat olacaq.
Keyptaun, Cənubi Afrika: Cənub yarımkürəsində yerləşən Keyptaunda mart ayında günlər daha qısadır. Burada oruc müddəti təxminən 11-12 saat arasında olacaq. Cənubi Amerikanın cənubunda yerləşən Buenos Ayresdə də oruc müddəti nisbətən qısadır. Mart ayında burada müsəlmanlar təxminən 12-13 saat oruc tutacaqlar.
28-02-2025, 08:43
ASAP Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar xarici ölkələrdə silsilə tədbirlər keçirib

ASAP Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar xarici ölkələrdə silsilə tədbirlər keçirib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən Avstriya, Macarıstan, Gürcüstan, Şotlandiya, Türkiyə və Böyük Britaniyada Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.

Macarıstanın Budapeşt şəhərində Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP), Macarıstandakı Azərbaycan Evi və “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyinin (AHAU) birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri baş tutub. Macarıstanda yaşayan azərbaycanlı gənclərin iştirak etdiyi tədbir zamanı XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib. Ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək qeyd ediblər ki, Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə dahi liderimiz Heydər Əliyev verib. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin fevral ayının 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edərək BMT-yə və dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayıb, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Tədbir "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, CVN TV, Belə-belə işlər və "CAVAN" Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə hazırlanmış "Əsirlikdə 8 gün" adlı filmin nümayişi ilə davam edib.

Avstriyanın Vyana şəhərində Azərbaycan Respublikasının Gənclər Fondu, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbir zamanı gənclərlə 26 fevral 1992-ci ildə erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən Xocalı faciəsi haqqında müzakirələr aparılıb. Bildirilib ki, Xocalı faciəsi bütün insanlığın faciəsi olmaqla yanaşı bəşəriyyətə qarşı yönəlmiş vandalizm aktıdır. Çıxışlarda Avstriya Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elgün Niftəli, ölkəmizin Avstriyadakı səfirinin müavini Mahur Qasımov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktor müavini Güldanə Dadaşova Xocalı soyqırımının tarixi, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun 44 günlük Vətən müharibəsində Xocalı soyqırımının günahsız qurbanlarının qisasını döyüş meydanında alması haqqında danışıblar. Daha sonra Xocalı soyqırımının canlı şahidi olmuş, mərhum Dürdanə Ağayevanın həyatına həsr olunmuş "Əsirlikdə 8 gün" adlı film nümayiş etdirilib.

Şotlandiyanın Aberden şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş aksiya keçirilib. Məlumatlandırma xarakterli aksiya zamanı Şotlandiyada yaşayan azərbaycanlı gənclər paytaxt sakinlərinə və şəhərin qonaqlarına bukletlər paylayıb. Bukletlərdə erməni vandalizminin acı nəticələri, eləcə də faciə qurbanları ilə bağlı statistik faktlar qeyd olunub. Aksiyanın əsas məqsədi ermənilərin Xocalıda törətdikləri qətliamın insanlığa qarşı ağır cinayət olduğunu yerli ictimaiyyətə və xarici vətəndaşlara çatdırmaq olub.
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri baş tutub. Gürcüstanda yaşayan azərbaycanlı gənclərin iştirakı ilə baş tutan tədbir zamanı Xocalı faciəsinin tarixi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlər, soyqırıma hüquqi qiymətin verilməsi ilə bağlı ölkəmizin səyləri və oxşar hadisələrin təkrarlanmaması üçün tarixdən ibrət almanın önəmindən bəhs olunub. Ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər, o cümlədən Ulu Öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında danışıb. Eyni zamanda, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilərin Xocalıda törətdikləri insanlıqdan uzaq vəhşiliklərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Böyük Britaniyanın London şəhərində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımın 33-cü ildönümünə həsr olunmuş anım tədbiri baş tutub. Azərbaycanlı tələbə və məzunların iştirakı ilə keçirilən görüş zamanı ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz 44 günlük Vətən müharibəsində Xocalı soyqırımının günahsız qurbanlarının qisasını döyüş meydanında aldı. Tədbir zamanı, həmçinin soyqırım vəhşiliklərini əks etdirən videoçarx da nümayiş etdirilib, gənclərin sualları cavablandırılıb.
Əlavə olaraq, Xocalı soyqırımı ilə əlaqədar onlayn tədbir keçirilib. ASAP Türkiyə nümayəndəliyinin aktiv üzvləri, Türkiyədə yaşayan azərbaycanlı gənclər və Üsküdar Universitetinin akademik heyətinin iştirak etdiyi tədbirdə Xocalı qətliamının insanlığa qarşı törədilmiş cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində petisiyaya imza toplanması ilə bağlı danışılıb, faciənin ağrı-acısını özündə əks etdirən şəkillər nümayiş olunub. Çıxışlar zamanı qeyd olunub ki, illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Bu faciə zamanı qədim Azərbaycan şəhəri Xocalı yerlə-yeksan edilib, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilib, itkin düşüb, əsir alınaraq əzab və işgəncələrə məruz qalıblar.

28-02-2025, 00:45
Zelenski Trampdan zəmanət almaq üçün Vaşinqtona gedir


Zelenski Trampdan zəmanət almaq üçün Vaşinqtona gedir

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Vaşinqtona səfər edəcək.
Səfərin əsas məqsədi ABŞ ilə nadir torpaq metallarının hasilatı və istifadəsi sahəsində əməkdaşlığa dair çərçivə sazişinin imzalanmasıdır.
ABŞ Prezidenti Donald Tramp bu razılaşmanı Kiyevə verilən dəstəyin kompensasiyası kimi qiymətləndirir.
Trampın sözlərinə görə, Vaşinqton Ukraynaya hərbi təhlükəsizlik zəmanətləri vermək niyyətində deyil. Bunun əvəzinə, resurs sazişi Ukraynanın təhlükəsizliyini avtomatik təmin edəcək. Ağ Ev rəhbəri hesab edir ki, Ukraynanın hərbi təhlükəsizliyinin təminatı əsasən Avropa ölkələrinin üzərinə düşməlidir. Lakin Avropa dövlətləri bu məsələdə ABŞ-nin güclü dəstəyini vacib hesab edir, Tramp isə hələlik bu dəstəyi verməyə tələsmir.
Böyük Britaniyanın "The Economist" jurnalının məlumatına görə, Zelenski Vaşinqtonda yalnız çərçivə sazişi imzalamağa hazırdır. O, tamhüquqlu iqtisadi əməkdaşlıq razılaşmasına imza atmaq istəmir, çünki ABŞ Ukraynaya genişmiqyaslı təhlükəsizlik zəmanətləri verməkdən çəkinir. Zelenski Trampdan bu zəmanətləri almaq üçün onunla şəxsən görüşmək istəyir.
Qeyd olunur ki, ABŞ administrasiyası Zelenskinin Tramp ilə görüşünü faydasız hesab edirdi, çünki nadir torpaq metallarına dair müqavilə hələ tam razılaşdırılmamışdı. ABŞ Dövlət katibi Marko Rubio da razılaşmanın tam razılaşdırıldığını təsdiq edə bilməyib.
Tramp Ukraynanın NATO-ya üzv olma perspektivini rədd edib və Avropanın Kiyevə təhlükəsizlik zəmanətləri verməli olduğunu vurğulayıb. Onun fikrincə, ABŞ üçün Ukrayna ilə resurs sazişi imzalamaq ən yaxşı seçimdir. Prezident bildirib ki, bu razılaşma sayəsində amerikalılar Ukraynada işləyəcək və bu, “avtomatik təhlükəsizlik” yaradacaq.
Böyük Britaniya və Fransa isə Ukraynada sülhməramlılar yerləşdirmək niyyətində olduqlarını açıqlayıblar. Lakin Avropa ölkələri öz hərbçilərinin təhlükəsizliyinə dair ABŞ-nin zəmanət verməsini istəyirlər. Bu məsələni müzakirə etmək üçün Fransa Prezidenti Emmanuel Makron Vaşinqtona səfər etsə də, Trampdan konkret təminatlar ala bilməyib. Böyük Britaniyanın Baş naziri Kir Starmer də eyni məqsədlə ABŞ-yə gedib və Vaşinqtonun dəstəyi olmadan Ukraynada uzunmüddətli sülhün mümkün olmadığını bildirib.
Tramp administrasiyası isə hələlik resurs sazişini ön plana çəkir. Tramp vurğulayıb ki, bu müqavilə həm ABŞ, həm də Ukrayna üçün “fantastik bir razılaşma” olacaq. Onun sözlərinə görə, bu saziş Ukrayna üçün müəyyən bir təhlükəsizlik təmin edəcək, çünki ABŞ vətəndaşları bu resurs layihələrində iştirak edəcək.
Moskva Trampın Ukraynaya əraziləri qaytarmaq niyyətinə reaksiya verib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya qoşunlarının nəzarətində olan ərazilər “Rusiyanın ayrılmaz hissəsidir” və onların geri qaytarılması mümkün deyil. Peskov həmçinin qeyd edib ki, münaqişənin həlli “asan və sürətli” olmayacaq.
Beləliklə, Zelenskinin ABŞ-yə səfəri çərçivəsində əsas müzakirə mövzuları resurslar üzrə əməkdaşlıq və təhlükəsizlik məsələləri olacaq. Lakin tərəflər arasında müəyyən fikir ayrılıqları qalmaqdadır və Tramp administrasiyasının Ukrayna ilə bağlı konkret addımları necə atacağı hələlik bəlli deyil.
28-02-2025, 00:28
İYİ Partiya qaraya büründü - Öcalanın çağırışına qəribə reaksiya


İYİ Partiya qaraya büründü - Öcalanın çağırışına qəribə reaksiya

Türkiyənin müxalifətdə olan İYİ Partiyası PKK terror təşkilatının lideri Abdullah Öcalanın çağırışına münasibət bildirib.
Partiya sədri Müsavat Dərvişoğlu PKK ilə bağlı son gedişatı kəskin tənqid edib.
O, bu prosesi türk xalqına xəyanət adlandırıb:
“Bu terrorçunun bəyanatı yalnız PKK-ya ofisini Şimali İraqdan Suriyanın şimalına köçürmək çağırışıdır”.
Öcalanın çağırışıdan sonra İYİ Partiya qərargahı qara plakatla örtülüb
Qeyd edək ki, ötən gün Öcalan həbsxanadan terrorçulara müraciət edib. O, tərəfdarlarını silahı yerə qoymağa, sivil yolla qurultay keçirərək siyasi mübarizəyə qoşulmağa çağırıb.

28-02-2025, 00:10
Bakı sakinlərinin nəzərinə: Binalar söküləcək


Bakı sakinlərinin nəzərinə: Binalar söküləcək

Bakıdakı bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək. Paytaxtda dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə başlanılır. Bu məqsədlə iki böyük tender elan edilib.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən aparılacaq əsaslı təmirin birinci mərhələsində Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq. Bu istiqamətdə görüləcək işlərin ümumi dəyəri 24,5 milyon manat təşkil edir. İkinci tender isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir. Burada da dövlət mənzil fonduna aid binaların təmir olunması planlaşdırılıb və layihənin təxmin edilən büdcəsi 24 milyon manatdır.
48,5 milyonluq layihə çərçiəsində ümumilikdə 1100 qəzalı binanın təmiri və ya sökülməsi nəzərdə tutulub. Qaradağ Mənzil Kommunal Təsərrüfatı birliyindən "Xəzər Xəbərə"ə bildirildi ki, rayon ərazisində 215 qismən qəzalı bina var.
Sabunçu rayon İcra Hakimiyyətindən isə bildirildi ki, rayon ərazisində qəzalı olması barədə akt tərtib edilmiş 47 bina var. Bundan əlavə 180 bina da mövcuddur ki, onların qəzalılığını təsdiq edən müvafiq aktlar olmasa da, onlar istismara tam yararsız vəziyyətdədir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, bu layihə paytaxtın ümumi memarlıq görünüşünün daha cəlbedici olmasına, şəhər infrastrukturunun inkişafına və ekoloji dayanıqlılığın artırılmasına da töhfə verəcək. Sakinlər daha rahat, təhlükəsiz və müasir şəraitdə yaşamaq imkanı əldə edəcəklər.

[media=https://youtu.be/WL_lMnEo-p8]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!