Şərurda bədbəxt hadisə - 3 yaşlı uşaq öldü .....                        Putin döyüşlərin dayandırılmasını təklif edir .....                        Orban Ukraynaya "YOX" dedi .....                        Ərdoğan Şahbaz Şəriflə görüşdü .....                        Bütün məsələlərdə eyni tərəfdəyik - Tramp .....                        Türkiyədə növbədənkənar seçki? - Bağçalıdan sərt cavab .....                        Nazir ona yüksək vəzifə verdi .....                        “Bir gündə iki oğlumu itirdim” - Vardanyan mina qurbanlarını dinlədi .....                        Azərbaycanla Çin arasında sənədlər imzalandı .....                       
12-02-2025, 12:46
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Fevralın 14-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq-Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində intensivləşəcəyi ehtimalı var. Ölkə ərazisində havanın temperaturu 4 dərəcəyədək enəcək.
Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, dağlıq rayonlarda isə yolların buz bağlayacağı ehtimal olunur.
12-02-2025, 12:14
Çörəkdən siqaret kötüyü çıxdı - Müəssisədə yoxlamalar başladı


Çörəkdən siqaret kötüyü çıxdı - Müəssisədə yoxlamalar başladı

Nizami rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
Xatırladaq ki, fevralın 6-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mustafa Məlikov küçəsində yerləşən "Ruzi" marketdən alınan çörəkdə siqaret kötüyü çıxmışdı.
12-02-2025, 12:06
Yunanıstan Ermənistana S-300 sistemləri verəcək? - Nazirdən CAVAB


Yunanıstan Ermənistana S-300 sistemləri verəcək? - Nazirdən CAVAB

Bir müddət əvvəl Yunanıstan mətbuatında bu ölkənin Ermənistana S-300 hava hücumundan müdafiə sistemləri verməyi planlaşdırdığına dair xəbərlər yayılıb.
Yunanıstanın milli müdafiə naziri Nikos Dendias məsələyə münasibət bildirib.
O, Ermənistana raket sisteminin ötürülməsi xəbərlərini təkzib edib.
Yunanıstanın müxalifət ideri Kiriakos Velopulosun parlament sorğusuna cavab verən Dendias belə bir qərarın verilmədiyini deyib.
İddialarda deyilir ki, Yunanıstan Müdafiə Nazirliyi Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərini, o cümlədən S-300-ləri istismardan çıxarmaq istəyir və bu sistemlər Fransa və digər tərəfdaşların iştirakı ilə daha geniş strateji əməkdaşlığın bir hissəsi kimi Ermənistana verilə bilər.
“Hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkələrə təhvil verilməsi ilə bağlı heç bir qərar verilməyib. Hər halda, Milli Müdafiə Nazirliyi Yunanıstanın bütün ərazisində tam müdafiə qabiliyyətini saxlamağa sadiqdir”, - Dendias deyib.
12-02-2025, 12:06
Yunanıstan Ermənistana S-300 sistemləri verəcək? - Nazirdən CAVAB


Yunanıstan Ermənistana S-300 sistemləri verəcək? - Nazirdən CAVAB

Bir müddət əvvəl Yunanıstan mətbuatında bu ölkənin Ermənistana S-300 hava hücumundan müdafiə sistemləri verməyi planlaşdırdığına dair xəbərlər yayılıb.
Yunanıstanın milli müdafiə naziri Nikos Dendias məsələyə münasibət bildirib.
O, Ermənistana raket sisteminin ötürülməsi xəbərlərini təkzib edib.
Yunanıstanın müxalifət ideri Kiriakos Velopulosun parlament sorğusuna cavab verən Dendias belə bir qərarın verilmədiyini deyib.
İddialarda deyilir ki, Yunanıstan Müdafiə Nazirliyi Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərini, o cümlədən S-300-ləri istismardan çıxarmaq istəyir və bu sistemlər Fransa və digər tərəfdaşların iştirakı ilə daha geniş strateji əməkdaşlığın bir hissəsi kimi Ermənistana verilə bilər.
“Hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkələrə təhvil verilməsi ilə bağlı heç bir qərar verilməyib. Hər halda, Milli Müdafiə Nazirliyi Yunanıstanın bütün ərazisində tam müdafiə qabiliyyətini saxlamağa sadiqdir”, - Dendias deyib.
12-02-2025, 12:02
Azərbaycanla Somali arasında imzalanmış sənədlərin mübadiləsi oldu


Azərbaycanla Somali arasında imzalanmış sənədlərin mübadiləsi oldu

Fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf mübadilə etdilər.
"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Somalinin energetika və su resursları naziri Abdullahi Bidham Varsame mübadilə etdilər.
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Somalinin xarici işlər naziri Əhməd Moalim Fiqi mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Somalinin müdafiə naziri Əbdülkadir Mohamed Nur mübadilə etdilər.


12-02-2025, 11:54
Prezidentlərin təkbətək görüşü


Prezidentlərin təkbətək görüşü

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə təkbətək görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
12-02-2025, 11:20
Bakıda "Kia" 4 maşını əzib aşdı


Bakıda "Kia" 4 maşını əzib aşdı

Bakıda "Kia" markalı avtomobil ağır qəza törədib.
Hadisə Yasamal rayonu Murtuza Muxtarov küçəsində baş verib.
"Kia Sportage" avtomobili 4 maşını əzərək aşıb. KIA, "Hyundai Sonata", "Ford" və "Nissan" markalı avtomobillərə zərər dəyib.
Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.
11-02-2025, 23:32
Aprel döyüşlərində Azərbaycana vurulan ziyan açıqlandı


Aprel döyüşlərində Azərbaycana vurulan ziyan açıqlandı

Aprel döyüşləri zamanı daşınmaz əmlak üzrə Azərbaycan tərəfinə 2,4 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.
Bunu fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası zamanı dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktına əsasən 2016-cı il tarixli Aprel döyüşləri, 2020-ci il tarixli Tovuz döyüşləri və İkinci Qarabağ müharibəsi dövründə törədilmiş terrorçuluq cinayətlərini elan edərkən deyib.
11-02-2025, 22:33
Bakıdakı ermənilərin növbəti məhkəməsində yeni faktlar açıqlandı


Bakıdakı ermənilərin növbəti məhkəməsində yeni faktlar açıqlandı

Fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
Məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.
Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində Azərbaycan əhalisinin məhv edilməsi və terror faktlarına dair epizodlar elan olunub.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli ittihamın təcavüzkar müharibənin gedişində əhalinin məhv edilməsi faktlarına dair hissəsinin elanına başlayıb.
Bildirilib ki, təcavüzkar müharibənin gedişində Ermənistan dövlətinin bilavasitə nəzarəti altında, onun tapşırıq, göstəriş və təlimatlarında uyğun fəaliyyət göstərən cinayətkar birlik tərəfindən Qazax rayonunun Bağanıs-Ayrım, Şuşa rayonunun Malıbəyli-Quşçular, Xocavənd rayonunun Qaradağlı, Ağdərə rayonunun Baş Güney (Baş Güneypəyə), Goranboy rayonunun Ballıqaya və Gülüstan, Kəlbəcər rayonunun Ağdaban, Comərd və Başlıbel kəndlərində azərbaycanlıların qanuni şəkildə məskunlaşdıqları yerlərdən kütləvi şəkildə didərgin salınmasını təşkil etməklə həmin ərazilərin daha asan şəkildə Ermənistan tərəfindən işğal edilməsinə nail olmaq məqsədilə keçirilmiş genişmiqyaslı və sistemli hücumlar zamanı əhalini kütləvi şəkildə məhv etmək məqsədilə ümumilikdə 241 nəfər güllələnməklə, diri-diri yandırılmaqla, ağır dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülüb, 149 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri yetirilərək qəsdən öldürülmələrinə cəhd edilib.
Sonra ittihamın təcavüzkar müharibənin gedişində törədilmiş terrorçuluq cinayəti faktlarına dair hissəsinin elanına başlanıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev qeyd edib ki, 1988-2023-cü illər ərzində 308 epizod üzrə törədilmiş terrorçuluq cinayətləri nəticəsində ən azı 210 hərbi qulluqçu və 239 mülki şəxs olmaqla, 449 nəfər şəxs qəsdən öldürülüb, 1013 hərbi qulluqçu və 716 mülki şəxs olmaqla, 1729 nəfərin qəsdən öldürülməsinə cəhd göstərilib.
Ümumilikdə terrorçuluq cinayətləri nəticəsində 17 uşaq qəsdən öldürülüb, 53 uşağın müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd olunub.
Daha sonra dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova terrorçuluq cinayətləri üzrə konkret epizodları elan ediblər.
O cümlədən qeyd edilib ki, 1991-ci il yanvarın 9-da Şuşa rayonu istiqamətində hərəkətdə olan “UAZ-469” markalı avtomobili atəşə tutaraq sürücü Qoyek İvan İvanoviçə, avtomobildə sərnişin qismində əyləşmiş sovet ordusunun hərbi qulluqçuları – 44682 nömrəli hərbi hissənin kəşfiyyat polkunun komandiri, polkovnik-leytenant Larionov Oleq Mixailoviçə və Laçın hərbi komendantlığının qərargah rəisi, mayor İvanov İqor Yuryeviçə, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri, xidməti vəzifələrini yerinə yetirmək üçün həmin əraziyə ezam olunmuş jurnalist Əsgərova Salatın Əziz qızına güllə yaraları kimi müxtəlif bədən xəsarətləri yetirilərək, 4 nəfər şəxs qəsdən öldürülüblər.
Bundan başqa, bildirilib ki, 1991-ci il noyabrın 20-də içərisində Azərbaycan Respublikasının dövlət nümayəndələri, Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının müşahidəçilərinin olduğu helikopter Xocavənd rayonuna eniş etmək üçün həmin rayonun Qarakənd kəndi ərazisi üzərindən aşağı məsafədə uçarkən cinayətkar təşkilatın üzvləri bundan məlumat alaraq AK-74 konstruksiyalı pulemyot və avtomat silahlarla təxminən 30 dərəcəli bucaq altında 300 metr məsafədən həmin helikopterə intensiv atəşlər açmaqla hücum edib onu zədələyərək idarə etmədən çıxarmağa nail olublar.
Nəticədə Qarakənd kəndinin şərqində, dağın şimal yamacından 5 kilometr aralıda kəndarası torpaq yola perpendikulyar şəkildə çırpılıb partlamaqla yanmış helikopterdə olmuş Azərbaycan Respublikasının sabiq Baş prokuroru Qayıbov İsmət İsmayıl oğlu, Azərbaycan Respublikasının daxili işlər naziri Əsədov Məhəmməd Nəbi oğlu, Azərbaycan Respublikasının Dövlət katibi İsmayılov Tofiq Kazım oğlu, Azərbaycan Respublikası Baş nazirinin müavini Hacıyev Zülfü Saleh oğlu, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkilləri Cəfərov Vaqif Cəfər oğlu və Məmmədov Vəli Hüseyn oğlu, Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Serikov Sanlal Dosumoviç, telejurnalist Mustafayev Alı Mustafa oğlu, videooperator Şahbazov Fəxrəddin İbrahim oğlu, işıq operatoru Hüseynzadə Arif İsmayıl oğlu, Azərbaycan Respublikası meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini Namazəliyev Qurban Hüseyn oğlu, Azərbaycan Respublikası Prezidenti Aparatının şöbə müdiri Mirzəyev Osman Mirzəhüseyn oğlu, Azərbaycan Respublikasının Dövlət katibinin köməkçisi Məmmədov Rafiq Məmməd oğlu, Fövqəladə vəziyyət rayonunun komendantı Jinkin Nikolay Vladimiroviç, milis general-mayoru Lukaşov Mixail Dmitriyeviç, polkovnik-leytenant Koçeryov Oleq Nikolayeviç, eləcə də Dağlıq Qarabağ üzrə Milli təhlükəsizlik şöbəsinin rəisi İvanov Sergey Semyonoviç, Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru Plavskin İqor Aleksandroviç, Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili işlər idarəsinin rəisi Kovalyev Vladimir Vladimiroviç, habelə helikopterin uçuş heyətinin 3 üzvü - Kotov Vyaçeslav Vladimiroviç, Dolqov Gennadi Vladimiroviç və Yarovenko Dmitri Borisoviçə ağır dərəcəli müxtəlif bədən xəsarətləri yetirməklə xidməti vəzifələrini icra edən 22 nəfər qəsdən öldürülüb.
Bununla yanaşı, qeyd olunub ki, 2010-cu il yanvarın 26-da Azərbaycan Respublikasının Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində Füzuli Hərbi Prokurorluğuna məxsus olan “UAZ” markalı, 00-21 HP dövlət qeydiyyat nişanlı avtomobili avtomat konstruksiyalı silahlarla atəşə tutmaqla xidməti vəzifələrini yerinə yetirən Füzuli hərbi prokurorluğunun müstəntiqi Hidayətov Araz Qabil oğluna güllə yarası xəsarəti yetirilib.
Həmçinin elan edilib ki, cinayətkar birliyin üzvləri tərəfindən hazırlanan ağ rəngli, itə bənzər oyuncağın içərisinə yerləşdirilmiş tələ-mina olan partlayıcı qurğunu Tovuz çayına atmış, 2011-ci il iyulun 14-də həmin çayın Ermənistan Respublikası ilə həmsərhəd olan Tovuz rayonu Əlibəyli kəndindən keçən hissəsinin kənarında oynayan 1999-cu il 15 sentyabr təvəllüdlü - azyaşlı Şahmalıyeva Aygün Zirəddin qızının çaydan sözügedən oyuncağı taparaq marağını cəlb etdiyindən evə gətirib masanın üzərinə qoyarkən yaranmış fiziki təmasla əlaqədar baş vermiş partlayış nəticəsində ətrafa qəlpələrin səpələnməsi ilə Aygün Şahmalıyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bundan sonra dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktına əsasən 2016-cı il tarixli Aprel döyüşləri, 2020-ci il tarixli Tovuz döyüşləri və İkinci Qarabağ müharibəsi dövründə törədilmiş terrorçuluq cinayətlərini elan etməyə başlayıb.
Bildirilib ki, 2016-cı il aprelin 2-6, 24, 26-28 və 30-da iriçaplı və digər odlu silahlardan atəşlər açılmaqla Ağdam rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 13 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Tərtər rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 11 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Goranboy rayonu ərazisində 4 mülki şəxsə, Füzuli rayonu ərazisində 1 mülki şəxsə, Ağcabədi rayonu ərazisində 1 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə ümumilikdə 6 mülki şəxs qəsdən öldürülüb, 30 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib, eləcə də ümumilikdə 733 daşınmaz əmlaka tamamilə və ya qismən dağıtmaqla, yandırmaqla, zədələməklə 2,4 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.
Qeyd edilib ki, 2020-ci il iyulun 12-16, 17, 24 və 25-də vahid niyyətlə aparılan təcavüzkar müharibənin növbəti mərhələsində iriçaplı silahlar və digər odlu silahlardan atəşlər açmaqla Tovuz rayonunun Ağdam kəndində 1 mülki şəxsi qəsdən öldürülüb, Tovuz rayonu Ağdam kəndindən 11 nəfər, Dondar Quşçu kəndindən 35 nəfər, Əlibəyli kəndindən 4 nəfər, Yuxarı Öysüzlü kəndindən 4 nəfər, Vahidli kəndindən 8 nəfər, Aşağı Öysüzlü kəndindən 1 nəfər, Qazax rayonu Xanlıqlar kəndindən 6 nəfər olmaqla, ümumilikdə 69 mülki şəxsə məxsus fərdi yaşayış evlərinə və təsərrüfatlara 594 min manatdan artıq məbləğdə maddi ziyan vurulub.
Xüsusilə vurğulanıb ki, Ermənistan Respublikasının işğal altında saxladığı Azərbaycan Respublikasının ərazilərinə Ermənistan istiqamətindən daşıyaraq gətirib qurduğu mühəndis-istehkam mövqelərində əvvəlcədən yerləşdirdikləri Rusiya Federasiyasında istehsal edilmiş “Smerç” yaylım atəşli reaktiv sistem və Ermənistan Respublikası ərazisində Azərbaycan Respublikası ilə şərti təmas xəttində yerləşdirdikləri Rusiya Federasiyasında istehsal edilmiş “9K72”-“Elbrus” əməliyyat-taktiki təyinatlı raket kompleksindən istifadə edilməklə 2020-ci il oktyabrın 4-dən 17-dək olan müddət ərzində Gəncə şəhərinə davamlı şəkildə intensiv atəşlər açıb raket partlayışları zərbələri yetirməklə ümumilikdə 26 mülki şəxsi qəsdən öldürüb, 175 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Bununla yanaşı, 2020-ci il oktyabrın 5-dən noyabrın 7-dək olan müddət ərzində “Qrad” və “Smerç” markalı reaktiv yaylım atəş sistemlərindən, həmçinin “Cluster” tipli ballistik raketlərdən, minaatanlardan, digər iriçaplı silahlardan açdıqları atəşlərlə Bərdə rayonunda vahid niyyətlə ümumilikdə 29 mülki şəxs qəsdən öldürülüb, 103 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Ümumilikdə 44 günlük Vətən müharibəsi zamanı Gəncə və Mingəçevir şəhərləri, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Goranboy (Naftalan), Beyləqan, Cəbrayıl, Kürdəmir və Qəbələ rayonları üzrə ümumilikdə dövlət və xüsusi mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara 187 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.
Həmçinin 25 epizod üzrə Şuşa şəhəri, Xocavənd rayonunun Qaradağlı kəndi, Xocalı rayonu və digər ərazilərdə köməksiz vəziyyətdə qalmış şəxslərin daşınması üçün həmin ərazilərə uçuş həyata keçirən helikopterlərin müxtəlif silahlardan atəşə tutulması, pilot və sərnişinlərə xəsarət yetirilməsi, eləcə də helikopterlərə ziyan vurulması, Bakı-Tbilisi-Ceyhan Neft Kəmərinin və Qərb İxrac Boru Kəmərinin Goranboy və Yevlax rayonları ərazisindən keçən hissəsinin partladılmasına cəhd göstərilməsi və digər terror aktlarına dair epizodlar da elan edilib.
Məhkəmə fevralın 14-də davam etdiriləcək.
Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
11-02-2025, 22:16
O ocağın közü hələ sönməyib…

Məryəm Gəncəliyeva yazır:

O ocağın közü hələ sönməyib…

Bir mahal var, adı Zəngəzur, bir yurd yeri var, adı Qazangölün qənşərində, Əriməz dağının ətəyində yerləşən Qafan bölgəsinin Kurud kəndi. Bir ocaq var, közü hələ sönməyib, öz sahibini gözləyir ki, gələ, o ocağı eşələyə, alovlandıra. O ocaq oğlu kimi özü də qeyrət qalasına dönən, yurdunu, yuvasını məcburən tərk etsə də o zaman Moskvaya Mərkəzi Komitəyə, SSRİ prokurorluğuna vətənə qayıtmaq üçün məktub yazıb, onların qarşısında laqeyd olduqlarını sübuta yetirən, amma yurd həsrətinə dözməyən rəhmətlik Ziyəddin atanın oğlu vətən deyə yana- yana qovrulan Tamxil Ziyəddinoğludur. O, vətən sevdalı, Vətən daşı olmağa hazır olan bir dağlar oğludur. Oğuzun Qazan qeyrətli, Beyrək şücaətli oğludur. Bir adam ki, fədakarlığı və soykökünün türklüyünü təsdiq edirsə, doğulduğu türk ocağını sönməyə qoymursa, deməli, onun qəlbində vətən eşqi sönməyib, vətən ruhu ona " gəl- gəl" deyir, qəlbində Zəngəzur yallısının havası çalınır.
Mən çox sevinirəm ki, nə yaxşı ki, vətən üçün yaşayanların ürəyində hələ də vətənə məhəbbət odu sönməyib. 07.02.2025- cı il tarixdə Mədəniyyət TV- nin tarixə çevirdiyi "Zəngəzurun izi ilə" verilişinə baxarkən və " Bütöv Azərbaycan" qəzetinin həm nurlu, həm yanğılı, həm də insanlığı şücaətə çağıran harayını izlədim. Bu yolun başlanğıcında Oğuz xanın varlığını, Qazan xanın birlik harayını, Babəkin, Cavidanın qılıncının zərbəsini gördüm.Bütün bunlar bir mübariz, mərd, qorxmaz, heç kəsdən çəkinmədən sözünü deməyi bacaran bir Zəngəzur oğlunun dayandığını, haray çəkib eli birliyə səslədiyini görürəm. Bu, Tamxil Ziyəddinoğludur. İcmada lənətullahların məhkəməsinə getmək üçün çağırış olanda, ilk səs yenə ondan gəldi, onların yaramaz millət olduğu haqqında da xitabət kürsüsündən öz sözünü söylədi.
Demək, Oğuzun qeyrət qalası hələ dağılmayıb, bərpasına ehtiyac var. Çox sevdiyim bir şüar var: Hər ötən gün bir keçmişdir, hər gələn sabah bir gələcək. Bu gələcəyi gənclərə sağlam düşüncə ilə biz ötürməliyik. Bir daha T.Ziyəddinoğluna min- min təşəkkür edirəm. Mənə elə gəlir ki, Zəngəzurun nurlu gələcək həyatının başlanğıcında bu mübariz insan özü iz açır…
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!