TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
11-02-2025, 14:44
Saxta xərçəng dərmanı istehsal edən qrup zərərsizləşdirildi


Saxta xərçəng dərmanı istehsal edən qrup zərərsizləşdirildi

İstanbulda saxta dərman istehsal edən mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib. Onların dörd fərqli anbar və 1 istehsal sexində saxta xərçəng dərmanları istehsal etdiyi müəyyən olunub.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Nazir bildirib ki, bununla bağlı “Hücre-10” adı ilə keçirilən əməliyyat nəticəsində bazar dəyəri təxminən 2 milyard Türkiyə lirəsi olan saxta xərçəng dərmanları ələ keçirilib. Keçirilən əməliyyat zamanı 8 şübhəli şəxs saxlanılıb. Onlardan 6-sı həbs edilib, iki nəfər haqqında məhkəmə nəzarəti qərarı verilib.
Əməliyyat nəticəsində 5 milyon ədəd saxta dərman, 100 min boş dərman qutusu, 32 min marka etiketi, saxta dərman istehsalında istifadə edilən 9 doldurma aparatı, 350 kiloqram toz xammal, 60 min ədəd müxtəlif tibbi ləvazimat müsadirə edilib.
11-02-2025, 14:40
Bakıdakı "Rus Evi" fəaliyyətini dayandırır


Bakıdakı "Rus Evi" fəaliyyətini dayandırır

Bakı şəhərindəki “Rus evi” fəaliyyətini dayandırır.
Bu barədə qurum özünün sosial media hesabında paylaşım edib.
“Rus evi” Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi əsasında fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.
Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.
Bu gün mərkəzin adının rus dilində yazılan hissəsi götürülüb.
11-02-2025, 14:28
Qəbələdə çayda meyit tapıldı


Qəbələdə çayda meyit tapıldı

Qəbələnin Savalan kəndində Türyan çayında qadın meyiti tapılıb.
Aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 1960-ci il təvəllüdlü Abdurəhmanova Maral Fətulla qızı olduğu məlum olub.
İlkin ehtimala görə, qadın ehtiyatsızlıqdan çaya yıxılıaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
11-02-2025, 14:25
Bakıdan təkliflərimizə cavab gözləyirik - Simonyan


Bakıdan təkliflərimizə cavab gözləyirik - Simonyan

“Ermənistanın verdiyi istənilən yol heç bir üstünlük olmasa belə, Azərbaycan tərəfindən dəhliz adlandırılacaq”.
Bunu fevralın 11-də Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.
O qeyd edib ki, dəhliz statusu Ermənistan üçün qəbuledilməzdir.
“Ermənistan ərazisindən heç bir ekstraterritorial dəhliz olmayacaq”, - deyə Simonyan vurğulayıb.
Parlamentin spikeri qeyd edib ki, yola nəzarət kameralardan istifadə etməklə həyata keçirilə bilər və orada rusiyalı hərbçilərin olması vacib deyil.
O bildirib ki, Ermənistan yolların açılması ilə bağlı bütün məsələlərə dair, o cümlədən yük və sərnişinlərin yoxlanılması rejimi ilə bağlı Azərbaycana təkliflər verib və onları müzakirə etməyə hazırdır.
Parlament sədri qeyd edib ki, bütün qərarlar qarşılıqlılıq prinsipinə əsaslanmalıdır.
“Kazanda bu təkliflərin təfərrüatlarının müsbət müzakirəsi aparılıb və Bakı təkliflərin onlar üçün məqbul olmadığını bildirənə qədər biz cavab gözləyirik. İlkin mərhələdə, çox güman ki, yük daşınmasından danışacağıq. Ermənistanın marağı ondan ibarətdir ki, İəvan Naxçıvan ərazisindən Rusiya və İrana yol alsın. Düşünürəm ki, 1-2 il ərzində normal məntiqlə ticarətə, yaşamağa başlasaq, cəmiyyətdəki ab-hava ilə bağlı bir çox suallar aradan qalxar. Yan-yana yaşayan iki xalq əbədi düşmənçilik içində ola bilməz”, - deyə Alen Simonyan sözlərini yekunlaşdırıb.
11-02-2025, 14:08
Gəncədə qaz sızmasından partlayış oldu - Xəsarət alan var


Gəncədə qaz sızmasından partlayış oldu - Xəsarət alan var

Gəncədə evdə qaz sızmasından partlayış olub.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Eldar Həsənov yanıq xəsarəti ilə xəstəxanya yerləşdirilib. Onun Bakıdakı Yanıq Mərkəzinə göndərilməsi nəzərdə tutulub.
İlkin məlumata görə, E.Həsənovun yaşadığı evin hamamında qaz sızması nəticəsində su qızdırıcısı partlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, fevralın 11-də saat 00:30 radələrində 1960-cı il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə sifətin, hər iki əlin II dərəcəli termiki yanıq diaqnozu ilə hospitalizasiya olunub.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
11-02-2025, 13:56
İrəvanla Bakı danışıqları müstəqil şəkildə apara bilər - Kreml


İrəvanla Bakı danışıqları müstəqil şəkildə apara bilər - Kreml

Kreml Ermənistan rəsmilərinin Rusiyanın İrəvanla Bakı arasında danışıqlarda vasitəçilik edə bilməyəcəyi ilə bağlı bəyanatlarına cavab verib.
Ermənistan parlamentinin sədri Alen Simonyan bugünkü açıqlamasında Rusiya tərəfini və şəxsən prezident Vladimir Putini kifayət qədər sərt tənqidlərə məruz qoyub. O deyib ki, ermənilər Rusiyanın vasitəçilik nümunələrini öz bədənlərində hiss etdiblər. Ona görə də Rusiya erməni xalqını öz səmimiyyətinə inandırmaq üçün çox böyük səylər göstərməlidir:
“Ermənistanı hər yüz ildən bir qorumaq şüarı ilə gəlmək və sonra Ermənistanı, erməni xalqını, uşaqlarımızı gələcəkdə daha böyük maraqlar üçün xırda sikkələrə çevirmək, sonra da mehriban üzlə “biz yenə sizi xilas etməyə gəlmişik” demək mənim üçün qəbuledilməzdir. Biz bu israfçılığı qarşılaya bilmərik”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, İrəvan və Bakı indi danışıqları müstəqil şəkildə davam etdirə bilərlər.
"Rusiya Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazırdır. Artıq həm İrəvan, həm də Bakı bu prosesin sonuna qədər danışıqları davam etdirməyə qadirdir", - Peskov qeyd edib və əlavə edib:
"Biz onların müstəqil səylərini alqışlayacağıq".
11-02-2025, 12:56
Azərbaycan hərbçisi faciəvi şəkildə həyatını itirdi


Azərbaycan hərbçisi faciəvi şəkildə həyatını itirdi

Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində "Toyota" markalı avtomobil yolu keçən piyadanı vurub.
Hadisə zamanı Şeydabəy Qəhrəmanov həyatını itirib. Həyatını itirən şəxs Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu olub. O, hadisə zamanı məzuniyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.
11-02-2025, 12:39
Sumqayıtda avtobus sürücüsü döyüldü


Sumqayıtda avtobus sürücüsü döyüldü

Sumqayıtda avtobus sürücüsünü döyüb pulunu ələ keçirən şəxsi polis saxlayıb.
Bu barədə DİN-dən bildirilib.
Fevralı 10-u axşam saatlarında Sumqayıt şəhəri ərazisində marşrut avtobusu sürücüsünə qarşı quldurluq cinayəti törədilib. Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “İsuzu” markalı avtobusa daxil olan bir nəfər onu döyərək 230 manatını ələ keçirib.
Sumqayıt Şəhər Polis Şöbəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 61 yaşlı E.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
11-02-2025, 12:27
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında fevralın 12-də gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarda yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
11-02-2025, 12:19
Ermənistan Rusiyanın vasitəçiliyini rədd edir


Ermənistan Rusiyanın vasitəçiliyini rədd edir

Ermənistan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçi kimi çıxış etməsi ideyasını rədd edib.
Bu barədə ölkə parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib.
“Keçmiş təcrübə çoxlu pis xatirələr buraxdı, hələ də cavabını tapa bilmədiyimiz bir çox sualımız var”, - o deyib.
Simonyan həmçinin bəyan edib ki, Moskvanın İrəvanla Bakı arasında vasitəçi kimi iştirak etməsi ehtimalı azdır.
Ermənistan parlamenti Avropa İttifaqına (Aİ) qoşulmanın başlanması ilə bağlı qanun layihəsinə baxacaq. Bu, növbəti həftə ərzində baş verəcək.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!