Şərurda bədbəxt hadisə - 3 yaşlı uşaq öldü .....                        Putin döyüşlərin dayandırılmasını təklif edir .....                        Orban Ukraynaya "YOX" dedi .....                        Ərdoğan Şahbaz Şəriflə görüşdü .....                        Bütün məsələlərdə eyni tərəfdəyik - Tramp .....                        Türkiyədə növbədənkənar seçki? - Bağçalıdan sərt cavab .....                        Nazir ona yüksək vəzifə verdi .....                        “Bir gündə iki oğlumu itirdim” - Vardanyan mina qurbanlarını dinlədi .....                        Azərbaycanla Çin arasında sənədlər imzalandı .....                       
11-02-2025, 21:56
Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər


Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər

Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər. Söhbət Rusiya ordusunun nəzarəti altında olan Ukrayna ərazilərini Kursk vilayətinin bir hissəsi ilə dəyişməkdən gedir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Guardian” nəşrinə müsahibəsində bəyan edib.
Dövlət başçısının sözlərinə görə, Rusiya ilə danışıqlar başlayarsa, Moskvaya birbaşa ərazi mübadiləsini təklif etməyi planlaşdırır. Kiyev Ukrayna ərazilərinin əvəzində Kursk vilayətinin bir hissəsini təklif edəcək. “Biz bir ərazini digərinə dəyişəcəyik”, - deyə Zelenski qeyd edib.
Bununla yanaşı, Zelenski əlavə edib ki, işğal olunmuş Ukrayna ərazilərinin hansı hissəsini tələb edəcəyini hələ ki, bilmir.
“Hələ ki, bilmirəm. Baxarıq. Lakin bütün ərazilərimiz bizim üçün əhəmiyyətlidir, heç bir prioritet yoxdur”, - deyə Ukrayna Prezidenti vurğulayıb.
Ukrayna ötən ilin avqustundan Rusiyanın Kursk vilayətində fəal hərbi əməliyyatlar aparır. “Deep State” xidmətinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın 400 kvadratkilometrdən çox ərazisinə nəzarət edir.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Kursk əməliyyatı Ukrayna üçün danışıqlarda güclü arqument ola bilər.
11-02-2025, 21:28
"Qarabağ" "Səbail"i darmadağın etdi


"Qarabağ" "Səbail"i darmadağın etdi

Misli Premyer Liqasında XXII tura yekun vurulub.
Son oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i 5:0 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Qarabağ" birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "Turan Tovuz"u (2:1), "Neftçi" isə "Zirə"ni (2:1) üstələyib. "Araz-Naxçıvan" - "Kəpəz" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb.
11-02-2025, 20:47
BMT əməkdaşı öldürüldü


BMT əməkdaşı öldürüldü

BMT-nin Ümumdünya Ərzaq Proqramı Yəməndə husi üsyançıları tərəfindən əsir saxlanılan əməkdaşının öldüyünü bildirib.
Bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşılıb.
"Ümumdünya Ərzaq Proqramı Yəmənin şimalında həbsdə olan əməkdaşının ölümündən sarsılıb", - məlumatda qeyd olunub.
Məlumata görə, husilər yanvarın 23-dən bəri əməkdaşı və onun daha 6 həmkarını əsir saxlayırdılar.
Təfərrüatlar açıqlanmayıb. BMT-də 2017-ci ildən çalışan əməkdaşın həyat yoldaşı və iki uşağı qalıb.
11-02-2025, 20:27
Tağıyevin nəticəsi illər sonra üzə çıxdı


Tağıyevin nəticəsi illər sonra üzə çıxdı

Azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyevin nəticəsi Leyla Aru illər sonra üzə çıxıb.
Bu barədə hazırda Amerikada yaşayan azərbaycanlı jurnalist Aynur Talıbova sosial şəbəkə hesabında paylaşım edib.
Aparıcı Leyla Arunun 44 ildir Virciniyada yaşadığını qeyd edib:
“Amerikada doğulub, sonradan ailəsinin işi ilə əlaqədar İstanbula getsə də, 80-ci illərin siyasi cərəyanlarının nəticəsində türkiyəli həyat yoldaşı ilə birlikdə yenidən, həmişəlik ABŞ-yə yerləşib.
Bakı milyonçuları - ana tərəfdən Hacı Zeynalabdin Tağıyev və ata tərəfdən Şəmsi Əsədullayevin nəticəsidir. O, Hacı Zeynalabidin Tağıyevin qızı Leyla Tağıyevadan olan nəvəsi Gülnar xanımın övladıdır. Özündən başqa bir bacısı və qardaşı da Amerikada yaşayır.
Ailə hekayəsi ilə bağlı bir film hazırlamaq təklifimizə isti baxmadı. Tağıyevə Bakıda heykəl qoyulduğunu, haqqında film çəkildiyini də bilir, ancaq çox da vacib olmadığını vurğulayır. Əslində xeyriyyəçilik missiyasını böyük məmnuniyyətlə davam etdirə biləcəklərini söyləyir. Amma bir zamanlar məhrum qaldıqları haqq və hüquqları bərpa olunmadığından əllərindən bir şey gəlmir deyir”.
11-02-2025, 20:03
İstanbulda qara görə dərslər dayandırıldı


İstanbulda qara görə dərslər dayandırıldı

İstanbulda qara görə fevralın 12-də bütün məktəblər bağlanacaq.
Bu barədə İstanbul valisi Davud Gül məlumat yayıb.
O bildirib ki, Meteoroloji məlumatlara görə, qar yağışı və soyuq havanın şəhərə təsirinin davam edəcəyi gözlənilir:
"Bu səbəbdən İstanbuldakı bütün təhsil müəssisələrində 12.02.2025 Çərşənbə günü təhsil və təlim bir gün müddətinə dayandırılacaq. Digər tərəfdən, dövlət müəssisələrində çalışan əlillər, xroniki xəstəlikləri olanlar və hamilə qadınlar da bir günlük icazəlidirlər", - deyə vali açıqlamasında bildirib.
11-02-2025, 19:46
Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur!


Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur!

“21.11.2023 tarixində paylaşdığım bu postu yada salıram. “Maskaları çıxarın! Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Hikmət Hacıyev yuxarıda qeyd edilən sözləri USAID-in direktoru Samanta Pauerə cavabında bildirmişdi.
11-02-2025, 19:32
Türkiyə Suriyaya qadağanı ləğv etdi


Türkiyə Suriyaya qadağanı ləğv etdi

Türkiyənin Quru və Dəniz Limanları Baş İdarəsinin nümayəndəsi Mazen Alluş bəyan edib ki, ölkənin Ticarət Nazirliyi Suriya məhsullarının idxalına icazə verib.
“Türkiyənin Quru və Dəniz limanları Baş İdarəsinin və Ticarət Nazirliyinin birgə iclasında aparılan müzakirələrin nəticəsi olaraq, Suriya mallarının və qida məhsullarının Türkiyə bazarlarına ixrac edilməsinə qoyulan qadağanın ləğv edilməsi ilə bağlı qərar qəbul olunub”, - deyə məlumatda qeyd olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan Suriyaya qarşı beynəlxalq sanksiyaların ləğv edilməsinin zəruriliyini dəfələrlə vurğulayıb.
2024-cü il noyabr ayının sonunda silahlı müxalif birləşmələr Suriya ordusunun mövqelərinə hücum ediblər. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar. Hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd prezident səlahiyyətlərindən imtina edərək ölkəni tərk edib. 2024-cü ilin yanvar ayından İdlib əyalətində müxalifət tərəfindən yaradılmış qondarma “Xilasetmə hökuməti”nə rəhbərlik etmiş Məhəmməd əl-Bəşir dekabrın 10-da özünü keçid dövründə Suriyanın hökumət rəhbəri elan edib. Bu dövr 2025-ci il martın 1-nə kimi davam edəcək. Faktiki olaraq Suriyanın lideri “Həyat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əş-Şəraa olub. Bu il yanvarın 29-da yeni hakimiyyət keçid dövründə Suriya prezidentinin vəzifələrini əş-Şəraanın icra edəcəyini bildirib
11-02-2025, 19:32
Türkiyə Suriyaya qadağanı ləğv etdi


Türkiyə Suriyaya qadağanı ləğv etdi

Türkiyənin Quru və Dəniz Limanları Baş İdarəsinin nümayəndəsi Mazen Alluş bəyan edib ki, ölkənin Ticarət Nazirliyi Suriya məhsullarının idxalına icazə verib.
“Türkiyənin Quru və Dəniz limanları Baş İdarəsinin və Ticarət Nazirliyinin birgə iclasında aparılan müzakirələrin nəticəsi olaraq, Suriya mallarının və qida məhsullarının Türkiyə bazarlarına ixrac edilməsinə qoyulan qadağanın ləğv edilməsi ilə bağlı qərar qəbul olunub”, - deyə məlumatda qeyd olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan Suriyaya qarşı beynəlxalq sanksiyaların ləğv edilməsinin zəruriliyini dəfələrlə vurğulayıb.
2024-cü il noyabr ayının sonunda silahlı müxalif birləşmələr Suriya ordusunun mövqelərinə hücum ediblər. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar. Hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd prezident səlahiyyətlərindən imtina edərək ölkəni tərk edib. 2024-cü ilin yanvar ayından İdlib əyalətində müxalifət tərəfindən yaradılmış qondarma “Xilasetmə hökuməti”nə rəhbərlik etmiş Məhəmməd əl-Bəşir dekabrın 10-da özünü keçid dövründə Suriyanın hökumət rəhbəri elan edib. Bu dövr 2025-ci il martın 1-nə kimi davam edəcək. Faktiki olaraq Suriyanın lideri “Həyat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əş-Şəraa olub. Bu il yanvarın 29-da yeni hakimiyyət keçid dövründə Suriya prezidentinin vəzifələrini əş-Şəraanın icra edəcəyini bildirib
11-02-2025, 18:53
Prezidentin köməkçiləri və nazirlər Xankəndidə


Prezidentin köməkçiləri və nazirlər Xankəndidə

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xankəndi şəhərində Qərargahın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin geniş vüsət aldığını qeyd edib. Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində müasir infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin rahat şəkildə öz yurdlarına qayıtmaları və məskunlaşmaları üçün yaşayış məntəqələri salınır, ərazilərdə zəruri şərait yaradılır.
Otuz ilə yaxın davam edən işğal dövrünün geridə qaldığını, 44 günlük Vətən müharibəsi və uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edildiyini bildirən Qərargahın rəhbəri bu tarixi nailiyyətin Ali Baş Komandanın siyasi müdrikliyinin, qətiyyətinin, Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və iradəsinin təcəssümü olduğunu vurğulayıb.
Dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın milli prioritetlərdən biri kimi müəyyən edildiyi, bu sahədə görülən işlərin daim nəzarətdə saxlanıldığı iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, Böyük Qayıdışın vaxtında və keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün bütün resursların səfərbər edilməsi, bərpa-quruculuq layihələrinin əlaqəli və planlı şəkildə icrası və vaxtında təhvil verilməsi mühüm əhəmiyyətə malikdir.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində, habelə Proqram çərçivəsində əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun təmin edilməsi, iqtisadi fəallıq və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması sahələrində görülən işlər barədə məlumatlar təqdim olunub.
Böyük Qayıdışın əsas komponentlərindən biri olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insanın yaşadığı və fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın dayanıqlı olması üçün aparılan bərpa və quruculuq işləri ilə yanaşı, köçürülən əhalinin məşğulluğunun təmin olunması istiqamətində də zəruri işlərin görüldüyü bildirilib. Bununla yanaşı, əhali arasında təhsil və peşə bacarıqlarının artırılması üçün müxtəlif təlim və peşə kursları təşkil edilir.
Əlverişli iqlim mühitinə və coğrafi şəraitə malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar, sənaye və turizm sahələrinin inkişafı baxımından böyük imkanların olduğu qeyd edilərək, məskunlaşma prosesi ilə paralel olaraq, istehsal və emal, ticarət, xidmət, sənaye müəssisələrinin qurulduğu, müxtəlif iqtisadi fəaliyyət sahələrinin yaradıldığı, dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirildiyi, vergi və gömrük güzəştlərinin, həmçinin digər stimullaşdırıcı mexanizmlərin tətbiq olunduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 400-dən çox müəssisənin fəaliyyət göstərdiyi, artıq Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanıldığı vurğulanıb.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin ərazilər üzrə xüsusi nümayəndəliklərinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə məruzələr dinlənilib.
İclasın sonunda Böyük Qayıdışla bağlı görülən işlərin mühüm əhəmiyyəti, məqsədlərə çatmaq üçün bütün imkanların səfərbər olunmasının zəruriliyi bir daha iclas iştirakçılarının diqqətinə çatdırılıb, Azərbaycan Respublikası Prezidentinin Əlaqələndirmə Qərargahı qarşısında qoyduğu vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Səfər çərçivəsində Xankəndi və Şuşa şəhərləri ərazilərində bir sıra obeyktlərə baxış keçirilib.
11-02-2025, 18:31
Somali Prezidenti Azərbaycanda - FOTO


Somali Prezidenti Azərbaycanda - FOTO

Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 11-də Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Somali Prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!