İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
8-03-2025, 14:52
Bakıda güclü tıxac var - SİYAHI


Bakıda güclü tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

3. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

4. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

5. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

9. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

15. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

16. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;

17. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;

18. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

19. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

20. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

21. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

22. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

23. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

24. Mehdi Hüseyn küçəsi, "İçərişəhər" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
8-03-2025, 14:50
Ukrayna ordusu Kurskda mühasirəyə düşüb - Geri çəkilə bilər


Ukrayna ordusu Kurskda mühasirəyə düşüb - Geri çəkilə bilər

Ukrayna ordusunun ötən yay Rusiyanın Kursk bölgəsində başlatdığı hücum əməliyyatı ciddi çətinliklərlə üzləşib.
Son günlərdə Rusiya qüvvələrinin əks-hücumları nəticəsində Ukrayna qüvvələri demək olar ki, tamamilə mühasirəyə alınıb.
Açıq mənbə xəritələrinə əsasən, Ukraynanın Kurskda mövqeləri getdikcə zəifləyir və əsas təchizat xətləri kəsilmək üzrədir.
Son üç gündə Rusiyanın əks-hücumları Ukrayna ordusunu iki hissəyə bölüb və onların əsas təchizat yollarından ayırıb. Bu vəziyyət Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmasından sonra daha da ciddi hal alıb.
Ekspertlər deyir ki, Ukrayna ordusu ya geri çəkilməyə məcbur olacaq, ya da mühasirədə qalıb ağır itkilər verəcək.
Hərbi analitik Pasi Paroinen vəziyyətin Ukrayna üçün olduqca təhlükəli olduğunu düşünür, qüvvələrin ya tam mühasirəyə alınacağını, ya da geri çəkilərkən Rusiya PUA-ları və artilleriyasının daimi hücumlarına məruz qalacağını qeyd edib. Onun sözlərinə görə, əgər Ukrayna tezliklə vəziyyəti bərpa edə bilməsə, Kursk əməliyyatı tamamilə uğursuzluğa düçar ola bilər.
Hazırda nə Rusiya Müdafiə Nazirliyi, nə də Ukrayna ordusu rəsmi açıqlamalarında Kurskda baş verən son irəliləyişləri təsdiqləyib. Lakin hərbi ekspertlər bildirirlər ki, Ukraynanın bölgədə qalmaq üçün əsas səbəbi siyasi və psixoloji amillərlə bağlıdır.
Ukrayna ordusunun ötən ilin avqustunda Kurska hüvum edib. Bu hücum Rusiyanın daxili bölgələrinə müharibənin təsirini çatdırmaq və Moskvanın cəbhəyə ayırdığı resursları bölüşdürmək məqsədi daşıyırdı.
Rusiya Prezidenti Vladimir Putin isə Kursku tam nəzarətə götürəcəklərini və bu mövzunun gələcək sülh danışıqlarında müzakirə mövzusu olmayacağını bildirib. Açıq mənbə xəritələri göstərir ki, Ukrayna qüvvələrinin 75%-i artıq demək olar ki, tam mühasirədədir və qalan qüvvələrin əsas qrup ilə əlaqəsi yalnız cəmi 1 km uzunluğunda və 500 metr enində bir dəhlizlə təmin olunur.
Rusiya qüvvələri Kursk bölgəsinə gedən əsas yolları bağlamağa çalışır. Kurskdakı Ukrayna qüvvələrinin təchizatını çətinləşdirmək üçün Rusiya ordusu həm PUA-lardan, həm də artilleriyadan geniş istifadə edir. Rusiya mənbələri bildirir ki, Sudja şəhəri yaxınlığında Rusiya ordusu 4 km-lik irəliləyiş əldə edib və Ukrayna qüvvələrinin alternativ təchizat yoluna çatıb.
Ukraynalı hərbi analitik Yevgen Dykyi isə bildirib ki, Ukrayna ordusu Sudja yaxınlığında öz mövqelərini gücləndirib və əks-hücumlar həyata keçirir. Onun sözlərinə görə, Ukrayna qüvvələri indi Rusiya arxa cəbhəsinə və logistikasına zərbə endirməyə çalışır.
Ukrayna Baş Qərargahının son hesabatında bildirilir ki, son 24 saat ərzində Ukrayna ordusu Kursk bölgəsində 29 rus hücumunu dəf edib və Rusiya qüvvələri bölgədə 22 hava zərbəsi həyata keçirib.
Hazırkı vəziyyət Ukrayna üçün kritik bir dönüş nöqtəsi hesab olunur və yaxın günlərdə Kurskda baş verəcək hadisələr müharibənin ümumi gedişatına təsir edə bilər.
“New York Post” (NYP) nəşri isə yazır ki, Ukrayna Silahlı Qüvvələri iki həftə ərzində Rusiya regionunu tərk edə bilər.
8-03-2025, 14:00
Satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirdi - VİDEO


Satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirdi - VİDEO

Bakının Nizami rayonunda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

8-03-2025, 10:14
14 yaşlı oğlan idman müəllimi tərəfindən döyülüb? - 4 nəfər saxlanıldı


14 yaşlı oğlan idman müəllimi tərəfindən döyülüb? - 4 nəfər saxlanıldı

Şəmkir rayonunda idman müəllimi kimi fəaliyyət göstərən Orxan Məmmədovun 14 yaşlı tələbəsinə zorakılıq edərkən tutulduğu və döyülərək xəstəxanalıq olduğu iddia olunur.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.
“O.Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə məlumatda bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!