Sumqayıtda zəhərlənənlərin sayı 21-ə çatdı .....                        Daha bir küçədə avtobus zolağı .....                        Prezidentin sərəncamı 2469 nəfərə şamil ediləcək .....                        Yağış yenidən başlayır - XƏBƏRDARLIQ .....                        Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu .....                        Yeni Roma Papası kim olacaq? - SİYAHI+DOSYE .....                        Papanın ölümünə görə 3 ölkədə matəm elan olundu .....                        Bakının bir rayonunda 110 bina söküləcək .....                        Növbəti delimitasiya harada aparılacaq? - Mher Qriqoryandan cavab .....                       
15-03-2025, 23:52
ABŞ ordusu Trampın əmri ilə hücuma keçdi


ABŞ ordusu Trampın əmri ilə hücuma keçdi

ABŞ Prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinə Yəməndəki husi üsyançılarına güclü zərbələr endirməyi əmr edib.
Bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb: "Bu gün mən ABŞ ordusuna yəmənli terrorçulara - husilərə qarşı qəti və güclü addımlar atmağı əmr etdim".
Tramp qərarını husilərin gəmilərə, təyyarələrə və dronlara atəş açması ilə əsaslandırıb.
"Husi terrorçularına mesaj göndərirəm - sizin vaxtınız bitdi. Bu gün hücumu dayandırmalısınız. Əks halda, heç vaxt yaşamadığınız cəhənnəm əzabı çəkəcəksiniz", - deyə ABŞ Prezidenti əlavə edib.
15-03-2025, 23:26
“Azadlıq radiosu” və “Amerikanın səsi” ilə bağlı qərar verildi


“Azadlıq radiosu” və “Amerikanın səsi” ilə bağlı qərar verildi

Martın 14-də ABŞ Prezidenti Donald Tramp 7 federal qurumun ləğvi barədə fərman imzalayıb.
Müvafiq fərman Ağ Evin rəsmi saytında dərc edilib.
Həmin qurumlar arasında “Azadlıq radiosu” və “Amerikanın səsi”ni idarə edən Qlobal Media Agentliyi də yer alır.
Sənəddə həmçinin bildirilir ki, Tramp bu qərarı federal bürokratiyanın həcmini azaltmaq məqsədilə qəbul edib.
15-03-2025, 23:05
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başlayır


Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başlayır

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu beynəlxalq tədbir çərçivəsində çıxış edərək ölkəsinin nəqliyyat və kommunikasiya layihələri barədə danışıb.
O, Türkiyənin geostrateji əhəmiyyətini vurğulayıb.
Nazir Orta Dəhlizin gücləndirilməsi istiqamətində işlərin davam etdiyini bildirib, bu marşrutun Pekindən Londona yükdaşıma müddətini 18 günə endirdiyini vurğulayıb.
O, Həştərxan üzərindən keçən dəmir yolu layihəsi tamamlansa, bu müddətin 14 günə qədər azaldılacağını əlavə edib.
Uraloğlu çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunub: “Zəngəzur dəhlizi Azərbaycanın ərazisindən keçərək Ermənistan və ya İran üzərindən Naxçıvana, oradan isə Dilucu və Qars vasitəsilə Bakı-Tbilisi dəmir yolu xəttinə qoşulacaq. Əslində, bu dəhliz Türkiyənin dəmir yolu şəbəkəsinə də birbaşa bağlantı təmin edəcək. Hazırda onun inşası Azərbaycanda davam edir. Türkiyə ərazisində isə 224 kilometrlik hissənin tikintisinə yaxın aylarda başlanması planlaşdırılır”, - deyə nazir bildirib.
15-03-2025, 22:30
Fuad Muradov Mərakeşdə keçirilən görüşlərdən danışdı


Fuad Muradov Mərakeşdə keçirilən görüşlərdən danışdı

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mərakeş Krallığında səfərdə olub.
Komitə sədri Krallığın paytaxtı Rahat şəhərində xaricdə yaşayan mərakeşlilərlə məşğul olan dövlət qurumları, ictimai təşkilatlar və xaricdə yaşayan mərakeşlilərin şurası ilə görüşlər keçirib.
Eyni zamanda Mərakeşdəki Azərbaycan icması ilə də görüş baş tutub.
"Bu görüşdə gələcək fəaliyyət, birgə layihələr müzakirə olunub. Mərakeş Krallığında icmamız böyük olmasa da, burada bizim əsas məqsədimiz xaricdə yaşayan azərbaycanlılarla mərakeşlilər arasında əməkdaşlıq qurmaqdır. Müxtəlif qurumlarla bu barədə müzakirələr aparıldı. Xaricdə yaşayan mərakeşlilərin fondunda, Xarici İşlər Nazirliyində müzakirələr aparıldı. İnanıram ki, xaricdə yaşayan azərbaycanlı və mərakeşli icmaları birgə fəaliyyət göstərə biləcək. Nəzərə alsaq ki, Avropa ölkələrində Mərakeş icması çox böyükdür, bizim üçün də bu məsələ xüsusi əhəmiyyət kəsb edir. İnanıram ki, bu görüşlərin nəticəsi olaraq Azərbaycan və Mərakeş icması çox gözəl layihələr həyata keçirəcək".
15-03-2025, 21:55
Morqa gətirilən kişi ölmədiyi məlum oldu


Morqa gətirilən kişi ölmədiyi məlum oldu

Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub.
Rayonun Tahirli kənd sakini, 1991-ci il təvəllüdlü Xəyal Quliyevin meyiti evdə aşkarlanıb.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Lakin sonradan X.Quliyevin ölmədiyi, komatoz vəziyyətdə olduğu aşkar edilib. O dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Məsələ ilə əlaqədar TƏBİB açıqlama verib. Nildirilib ki, bu gün saat 12:00 radələrində 1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs mexaniki asfiksiya diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabildir, reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
15-03-2025, 21:16
Qadın cüdoçumuz qızıl medal qazandı


Qadın cüdoçumuz qızıl medal qazandı

Azərbaycan cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb.
52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq Moldova, İsveç, Kanada və Bosniya-Herseqovinadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb.
Həlledici görüşdə İsveçrə cüdoçusu Lya Monneyi məğlub edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.
Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.
15-03-2025, 21:03
Ukraynaya qoşun göndərməyə hazırıq


Ukraynaya qoşun göndərməyə hazırıq

Böyük Britaniyanın baş naziri Keir Starmer Aİ ölkələrinin başçıları, NATO-nun baş katibi və digər dövlətlərin liderləri ilə keçirdiyi telefon danışığı barədə açıqlama verib.
Bu barədə BBC məlumat yayıb.
O bildirib ki, tərəflər Ukraynanın təhlükəsizliyini və ölkənin silahlı qüvvələrini gücləndirməyə davam edəcəkləri barədə razılığa gəliblər.
Starmer deyib ki, Ukrayna öz ərazisində növbəti münaqişə baş verəcəyi təqdirdə özünü müdafiə edə bilməlidir və əlavə edib ki, döyüşlər bitdikdən sonra Ukraynaya sülhməramlı qüvvələri göndərməyə hazırdır.
“Biz... Ukraynanın quruda, dənizdə və səmada təhlükəsizliyinin təmin edilməsinə kömək etmək üçün sülh sazişi əldə ediləcəyi təqdirdə “istəkli ölkələr koalisiyası” kimi yerləşdirməyə hazır olacağıq. Atəşkəs vəziyyətində, biz razılaşmanın hər hansı pozuntusunun müəyyən edilməsini və dayandırılmasını təmin etmək üçün güclü monitorinq tədbirlərinə ehtiyac olduğunu vurğuladıq", - Starmer qeyd edib.
Tərəflər, həmçinin razılaşıblar ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşi dərhal dayandırmaqdan imtina edərsə, Ukraynanın gücləndirilməsi, Rusiyanın hərbi maşınının zəiflədilməsi və Vladimir Putini danışıqlar masasına oturmağa inandırmaq üçün səyləri gücləndirməli olacaqlar. Buna nail olmaq üçün biz hərbi dəstəyimizi artıracağıq, sanksiyalarımızı sərtləşdirəcəyik... və Rusiyanın Ukraynaya vurduğu ziyanı ödəməsi üçün bütün hüquqi yolları araşdırmağa davam edəcəyik”.
15-03-2025, 20:44
34 yaşlı qadın liposaksiyadan sonra öldü


34 yaşlı qadın liposaksiyadan sonra öldü

Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.
Hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.
1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.
Onun fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilir.
15-03-2025, 20:16
Gözümüzdəki möcüzə


Milyonlarla rəng yalnız üç rəngdən yaranır: Gözümüzdəki möcüzə

Gündəlik həyatda rastlaşdığımız rənglər bizə adi görünə bilər. Qırmızı gül, yaşıl yarpaq, mavi səma – hamısı təbiətin bizə təqdim etdiyi rəng palitrasının bir hissəsidir. Amma maraqlıdır ki, əslində insan gözü milyonlarla rəngi görsə də, onların hamısı cəmi üç əsas rəngin – qırmızı, yaşıl və mavi işığın kombinasiyasından yaranır.
Bu fenomen həm insan görmə sisteminin, həm də müasir texnologiyaların əsas prinsipidir. Televizor, telefon, kompüter ekranlarında gördüyümüz bütün rənglər də eyni qaydada – bu üç rəngin müxtəlif intensivliklərdə qarışması ilə əldə olunur. Yəni, biz ətrafımızı tam rəngarəng görsək də, bu rənglərin hamısı sadəcə üç rəngin birləşməsindən ibarətdir.
İnsan gözü işığı qəbul edən xüsusi hüceyrələr – konus hüceyrələri vasitəsilə rəngləri ayırd edir. Bu hüceyrələr əsasən üç növdür və onların hər biri müəyyən dalğa uzunluğundakı işığa həssasdır: biri qırmızı, biri yaşıl, digəri isə mavi dalğaları qəbul edir. Gördüyümüz bütün digər rənglər məhz bu üç hüceyrənin eyni anda fərqli nisbətlərdə aktivləşməsi nəticəsində yaranır. Məsələn, gözümüz eyni anda həm qırmızı, həm də yaşıl dalğaları qəbul edərsə, biz sarı rəng görürük. Əgər üçü də eyni dərəcədə aktivləşərsə, ağ rəng alınır.
Bəzi insanlar üçün bu mexanizm tam işləməyə bilər. Dünyada təxminən 8% kişi və 0.5% qadın rəng korluğundan (daltonizm) əziyyət çəkir. Bu, əsasən qırmızı və yaşıl rənglərin fərqləndirilməsində çətinlik yaradır. Rəng korluğu olan insanlar üçün xüsusi eynəklər hazırlanıb ki, bu da onların rəngləri daha dəqiq görməsinə kömək edir.
İnsan gözü əsas üç rəng reseptoruna sahib olsa da, bəzi heyvanlar fərqli sayda reseptorlara malikdir. Məsələn, itlər və pişiklər iki əsas rəng reseptoruna sahibdir və əsasən mavi və sarı tonları ayırd edə bilirlər. Onlar insanlarla müqayisədə daha solğun bir dünya görürlər. Quşlar və kəpənəklər isə dörd reseptor sisteminə malikdir və hətta ultrabənövşəyi (UV) işığı belə görə bilirlər.
Müasir texnologiyada rənglərin yaradılması iki əsas prinsipə əsaslanır. Rənglərin əlavə edilməsi prinsipi (RGB – Red, Green, Blue) televizor, telefon və kompüter ekranlarında istifadə olunur və rənglər işıq mənbələri vasitəsilə üst-üstə düşərək yeni rənglər yaradır. Rənglərin çıxarılması prinsipi (CMY – Cyan, Magenta, Yellow) isə çap və boyalarda tətbiq edilir və burada rənglər bir-birinin üzərinə düşdükdə müəyyən dalğaları udaraq yeni rənglər formalaşdırır.
Rənglər sadəcə vizual element deyil, onlar insan psixologiyasına və davranışına da ciddi təsir göstərir. İsti rənglər (qırmızı, narıncı, sarı) enerji və həyəcan hissi yaradır, market və restoranlarda diqqəti cəlb etmək üçün istifadə olunur. Soyuq rənglər (mavi, yaşıl, bənövşəyi) isə sakitlik və rahatlıq hissi oyadır və xəstəxana, ofis kimi yerlərdə üstünlük verilir. Mavi etibarlılıq və sakitlik hissi yaradır, buna görə də banklar və sosial şəbəkələr bu rəngi seçir. Qırmızı isə diqqət cəlb edir və iştahanı artırır, bu səbəbdən fast-food restoranlarında daha çox istifadə olunur.
Qədim dövrlərdə bəzi rənglər çox nadir və bahalı idi. Məsələn, purpur (bənövşəyi) rəngi almaq üçün dəniz molyusklarından xüsusi boya əldə edilirdi və bu, yalnız aristokratlar və krallar üçün əlçatan idi. Çində sarı rəng imperatorlara aid idi və adi insanlar onu geyinə bilmirdi. Orta əsrlərdə bəzi rənglər mistik və dini mənalar daşıyırdı. Məsələn, qara yas və kədər rəmzi idi, ağ isə saflıq və paklıq mənasını ifadə edirdi.
Xəstəxana interyerlərində açıq yaşıl və mavi rənglərdən istifadə edilir, çünki bu rənglər insanı sakitləşdirir və stres səviyyəsini azaldır. Müasir ekran texnologiyalarında insan gözünün təbii rəng qavrayışına uyğun görüntü yaratmaq üçün RGB sistemi tətbiq olunur.
Texnologiya nə qədər inkişaf etsə də, insan gözü hələ də ən müasir ekranlardan daha geniş rəng spektrini ayırd edə bilir. Buna görə də yeni ekran texnologiyaları – HDR (High Dynamic Range), geniş rəng diapazonu və digər innovativ həllər – məhz insan gözünün gördüyü rəng zənginliyini tam imitasiya etmək üçün yaradılır.
İnsan gözünün bu üstünlüyü həm də onun adaptasiya qabiliyyətindən irəli gəlir. Məsələn, qaranlıqdan işıqlı mühitə keçəndə gözlərimiz bir müddət alışmalı olur, çünki konus hüceyrələri fərqli işıq səviyyələrinə uyğunlaşır. Bu xüsusiyyət hələ ki, heç bir texnologiyada tam şəkildə tətbiq oluna bilmir.
Rənglər həyatımızın ayrılmaz hissəsidir, amma onların yaranma mexanizmi çox sadə prinsiplərə əsaslanır. Biz ətrafımızı milyonlarla rəngdə görsək də, bu rənglərin hamısı yalnız üç əsas rəngin – qırmızı, yaşıl və mavinin müxtəlif kombinasiyalarından ibarətdir. Bu prinsip həm insan görmə sistemində, həm də müasir texnologiyalarda tətbiq edilir.
Növbəti dəfə telefon ekranına baxanda və ya göy qurşağını izləyəndə düşün – gördüyün bütün rənglər sadəcə üç əsas rəngin birləşməsindən yaranır!

Gültac Mehdizadə,
BDU Jurnalistika fakültəsinin tələbəsi
15-03-2025, 20:16
3 ölkənin lideri İlham Əliyevə zəng etdi


3 ölkənin lideri İlham Əliyevə zəng etdi

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar.
Vladimir Putin dövlət başçısını Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.
Dövlət baçşıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!