İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
19-03-2025, 19:16
Eyni ünvanda 3 dəfə obyekt söküldü


Eyni ünvanda 3 dəfə obyekt söküldü

Bakıda növbəti dəfə ictimai sahənin qanunsuz zəbti ilə bağlı tədbir görülüb.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
Bildirilib ki, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən paytaxtın Səbail rayonu, Əhməd Cavad küçəsində (Fəvvarələr meydanı yaxınlığında) növbəti dəfə ictimai sahənin qanunsuz zəbt edilməsi faktı aşkar edilib.
Qeyd edilib ki, eyni ünvanda ötən ilin mart ayında, cari ilin yanvar və mart aylarında keçirilmiş baxışlar zamanı da qanunsuz artırma işlərinin aparıldığı müəyyən olunub. Bundan əvvəl Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma qaydalarına uyğun həyata keçirilmiş monitorinqlər nəticəsində oxşar hallarla bağlı bir neçə dəfə qanunsuz tikinti işlərinin qarşısı alınıb, söküntü işləri aparılıb və qanunvericiliyə uyğun olaraq ərazinin nəzarətdə saxlanılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.
Lakin Baş İdarə tərəfindən dövlət qurumlarına müraciət və sahibkarlara xəbərdarlıq edilsə də, yenidən həmin ərazidə özbaşına quraşdırma işlərinə başlanılıb və ictimai sahənin bir hissəsi müxtəlif konstruksiyalarla zəbt edilərək, gediş-gəlişə maneə yaradılıb.
Hazırda ərazidə aparılan işlər dayandırılıb.
19-03-2025, 18:13
Fond Azər Rəşidoğlunun müalicə xərclərini qarşılayacaq


Fond Azər Rəşidoğlunun müalicə xərclərini qarşılayacaq

Heydər Əliyev Fondu jurnalist Azər Rəşidoğlunun müalicə xərclərini üzərinə götürüb.
Bu barədə jurnalist sosial media hesabında yazıb.
Qeyd edilib ki, o, Fond tərəfindən yaxın günlərdə Türkiyəyə müalicəyə aparılacaq.
Azər Rəşidoğlu göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edib.
19-03-2025, 18:00
Vilayət Eyvazov sıra baxışı keçirdi - VİDEO


Vilayət Eyvazov sıra baxışı keçirdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 19-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 184 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 16 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

19-03-2025, 17:36
Qanunsuz silah və partlayıcı maddələr əldə etməyə görə sanksiyalar dəyişdi


Qanunsuz silah və partlayıcı maddələr əldə etməyə görə sanksiyalar dəyişdi

Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə ilə əlaqədar sanksiyalar dəyişir.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Cinayət Məcəlləsində Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə ilə əlaqədar 228-ci maddə yeni redaksiyada verilir.
Qanuna əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, təkrar törədildikdə, mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad ediləcək.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yuxarıda qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
19-03-2025, 17:22
İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırıldı


İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırıldı

İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi artırılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 5332-dən (Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin aparatları istisna olmaqla) 5402, o cümlədən Nazirliyin Aparatının işçilərinin say həddi 409-dan 459, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Aparatının işçilərinin say həddi 260-dan 280 ştat vahidinə qaldırılıb.
19-03-2025, 17:00
Nazirlik təlimlərlə bağlı məlumat yaydı - VİDEO


Nazirlik təlimlərlə bağlı məlumat yaydı - VİDEO

Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Cari ilin hazırlıq planına uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışı başa çatıb.
Toplanışın başa çatması münasibətilə keçirilən bağlanış mərasimində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, təlim toplanışı zamanı hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə onlarla müxtəlif ixtisaslar üzrə nəzəri və praktiki məşğələlər keçirilib. Plana əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəliyə ordumuzun arsenalında olan müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, həmçinin düzgün istifadə qaydaları və döyüş tətbiqi üsulları öyrədilib. Həmçinin onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.
Təlim toplanışında qarşıya qoyulmuş məqsədlərə nail olunduğu xüsusi qeyd edilib.
Sonda təlim toplanışında fərqlənən bir qrup hərbi vəzifəli təltif olunub.

19-03-2025, 16:50
TBMM-in iclası deputatların etirazına görə təxirə salındı


TBMM-in iclası deputatların etirazına görə təxirə salındı

Müxəlifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu da daxil olmaqla bir çox adamın saxlanılmasına görə Türkiyə Böyük Millət Məclisində (TBMM) etiraz ediblər.
Bu barədə Türkiyə mətbuatı yazıb.
TBMM plenar iclası CHP deputatlarının tribunanı ələ keçirməsi sonrası fəaliyyətini davam etdirə bilməyib. Bundan sonra iclas təxirə salınıb. TBMM sədri Sırrı Süreyya Öndər etirazdan sonra plenar iclası bağlı elan edib.
19-03-2025, 16:50
TBMM-in iclası deputatların etirazına görə təxirə salındı


TBMM-in iclası deputatların etirazına görə təxirə salındı

Müxəlifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu da daxil olmaqla bir çox adamın saxlanılmasına görə Türkiyə Böyük Millət Məclisində (TBMM) etiraz ediblər.
Bu barədə Türkiyə mətbuatı yazıb.
TBMM plenar iclası CHP deputatlarının tribunanı ələ keçirməsi sonrası fəaliyyətini davam etdirə bilməyib. Bundan sonra iclas təxirə salınıb. TBMM sədri Sırrı Süreyya Öndər etirazdan sonra plenar iclası bağlı elan edib.
19-03-2025, 16:17
İki əsgərimiz qar uçqununa düşdü - Axtarışlar aparılır


İki əsgərimiz qar uçqununa düşdü - Axtarışlar aparılır

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər.
Bu barədə Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal zəruri axtarış tədbirlərinə başlanılıb.
Axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb edilib.
Axtarışın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
19-03-2025, 16:11
Sülh müqaviləsini imzalamağa hazıram! - Paşinyan


Sülh müqaviləsini imzalamağa hazıram! - Paşinyan

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir. Mən o sənədin altına imzamı atmağa hazıram".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün sosial şəbəkə hesablarında yazıb.
Paşinyanın paylaşımı sosial şəbəkədə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında razılaşdırılan sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir.
Sülh müqaviləsi layihəsi razılaşdırlsa da, Azərbaycanın Ermənistan qarşısında şərtləri də var: Konstitusiyasına dəyişiklik edilməli, ATƏT-in Minsk qrupunun ləğv olunmasına razılıq verməli, Zəngəzur dəhlisinin açılmasını təmin etməlidir.
Bu şərtlər yerinə yetirilməsə, yəqin ki, sülh sazişinin imzalanması uzanacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!