İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
19-03-2025, 12:03
Heç kim toxunulmaz deyil - Baxçalıdan İmamoğlunun həbsinə REAKSİYA


Heç kim toxunulmaz deyil - Baxçalıdan İmamoğlunun həbsinə REAKSİYA

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlunun həbsinə münasibət bildirib.
O deyib ki, heç kim toxunulmaz və əlçatmaz deyil.
"Əkrəm İmamoğlu ilə bağlı verilən məhkəmə qərarına səbr və sağlam düşüncə ilə yanaşmaq, qanunun verdiyi hər qərara hörmətlə yanaşmaq, ortaq məsuliyyət olmalıdır. Qanuni bir tədbiri çevriliş adlandıraraq qaralamaq, hüquq axtarışına çıxmaq üçün küçələrə çıxmağa hazırlaşmaq dəli olmuş, ağıl və əxlaq səviyyəsini itirmiş siyasi fəsaddır.
Mən Türkiyə məhkəmə sisteminə tam güvənirəm. Təqsirsizlik məhkəmə tərəfindən sübuta yetirilənə qədər vacibdir", - Baxçalı qeyd edib.
19-03-2025, 11:38
İlham Əliyev Sahibə Qafarovanı qəbul edib - FOTO


İlham Əliyev Sahibə Qafarovanı qəbul edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib.
Sahibə Qafarovanı salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli Sahibə xanım, sizi yubileyiniz münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Siz uzun illərdir Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayırsınız. Milli Məclisin deputatı kimi 15 il və Milli Məclisin sədri kimi 5 ildir uğurlu fəaliyyət göstərirsiniz. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm, həm seçicilərlə daim təmasda olursunuz, eyni zamanda, ölkəmizin milli maraqlarını beynəlxalq arenada müdafiə edirsiniz və öz işinizlə ölkəmizin ümumi inkişafına dəyərli töhfə verirsiniz. Bu yubiley günündə mənim Sərəncamımla siz “Şərəf” ordeni ilə təltif olunmusunuz. İcazə verin, bu ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev “Şərəf” ordenini Sahibə Qafarovaya təqdim edib.

Sahibə Qafarova: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sahibə Qafarova dedi:

-Çox sağ olun, çox minnətdaram. Möhtərəm cənab Prezident, icazə versəniz, mən bir neçə söz deyərdim.
Möhtərəm cənab Prezident, bu yüksək təltifə görə dərin və səmimi minnətdarlığımı bildirmək istərdim. Onu da qeyd etmək istərdim ki, mən bu yüksək təltifi Azərbaycan Respublikası Milli Məclisinin işinin qiymətləndirilməsi kimi dəyərləndirirəm. Əmin etmək istəyirəm, möhtərəm cənab Prezident, həm Milli Məclisin bir üzvü kimi, həm Milli Məclisin sədri kimi, ümumiyyətlə, Milli Məclis adından demək istərdim ki, bizim hər birimiz Sizin apardığınız siyasətə həmişə parlament səviyyəsində dəstək olacağıq. Xalqın təmsilçiləri olaraq bütün Milli Məclis xalqın rifahı üçün parlament səviyyəsində əlindən gələni edəcək. Mənim haqqımda dediyiniz sözlərə görə Sizə çox minnətdaram. Mən ömür boyu işləmişəm ki, cəmiyyətimizə həmişə hansısa bir xeyir gəlsin. Mən əminliklə demək istəyirəm ki, bundan sonra da işlədiyim zaman Milli Məclisin sədri kimi, bir insan kimi, Azərbaycan vətəndaşı kimi həmişə əlimdən gələni edəcəyəm ki, işlədiyim yerdə öz vəzifəmi yerinə yetirim. Mən Sizə çox minnətdaram.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.


19-03-2025, 11:35
İranda çərşənbə faciəsi: 15 ölü, 3276 yaralı


İranda çərşənbə faciəsi: 15 ölü, 3276 yaralı

İranda ilin axır çərşənbə gecəsində keçirlən şənliklərdə 15 nəfər həyatını itirib, 3276 nəfər yaralanıb.
Bu barədə “Mehr” Agentliyinin məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, İranda Novruzdan əvvəl ilin axır çərşənbə gecəsi keçirilən “Çərşənbə Suri” şənlikləri bu il də ölümcül xarakter alıb.
Müşahidələrə görə, xüsusilə uşaq və gənclər çərşənbə tonqalının üstündən tullanmaq, atəşfəşanlıq etmək və partlayıcı fişənglər yandırmaq kimi hərəkətlər zamanı ehtiyatsızlığa yol verirlər.
İranda Novruz martın 20-si cümə axşamı günü başlayır.
19-03-2025, 11:24
"İmsakdan sonra evimizə gəldilər" - İmamoğlunun həyat yoldaşı danışdı


"İmsakdan sonra evimizə gəldilər" - İmamoğlunun həyat yoldaşı danışdı

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrəm İmamoğlu saxlanılıb. O, “cinayət təşkilatı yaratmaq, rüşvət almaq, dələduzluq” kimi ağır cinayətlərdə ittiham olunur.
İmamoğlunun oğlu və həyat yoldaşı da açıqlama verib.
Siyasətçinin oğlu Mehmet Selim İmamoğlu atasının saxlanılmasını ədalətsizlik adlandırıb. “Bu ölkəyə xidmət edən bir insanı, sanki bir terrorçunu tuturlar kimi şəfəq əməliyyatı ilə evindən aparırlar. Bu, qəbul edilə bilən bir şey deyil” – deyə oğlu bildirib.
İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu isə hadisənin detallarını açıqlayıb. Onun sözlərinə görə, polis qrupları imsakdan dərhal sonra evə gəlib: “İmsakdan sonra evimizə gəldilər. Ekrem bəy hazırlandı və 07:30-da evdən ayrıldı. Gələn polislər nəzakətli davrandılar. Evdə 13 yaşlı qızımız da var, amma o, hər şeyə rəğmən məktəbə getmək istədiyini bildirdi”
Dilek İmamoğlu həmçinin bildirib ki, bu hadisədən bir gün əvvəl həyat yoldaşının diplomu qanunsuz şəkildə ləğv edilib. O, İmamoğluna qarşı yayılan ittihamları təkzib edib, bunların yalan və böhtan olduğunu vurğulayıb.
19-03-2025, 11:17
Prezidentdən Sahibə Qafarova ilə bağlı SƏRƏNCAM


Prezidentdən Sahibə Qafarova ilə bağlı SƏRƏNCAM

Milli Məclisin sədri Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Spiker Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinə görə təltif olunub.
Qeyd edək ki, Sahibə Qafarova bu gün 70 yaşını qeyd edir.
19-03-2025, 09:49
YURDUMUZA BAHAR GƏLİR


Zəkiyyə Musaqızı


YURDUMUZA BAHAR GƏLİR

Yurdumuza bahar gəlir İlahi,
Bu füsunkar bol nemətə min şükür.
Yerin-göyün tək Sahibi Pənahı,
Lütf etdiyin bu sərvətə min şükür.

Böyük-kiçik çillələrə əlvida,
Çətin anda Xızır çatır imdada,
Boz ay yetir abu-atəş, xak-bada,
Dörd ünsürə, Ol hikmətə min şükür.

Günəş doğar, şəfəq saçar gülümsər,
Ay dolanar sübhü açar gülümsər,
El-obalar xoş hal olar gülümsər,
Səmimiyyət, şərafətə min şükür.

Qar əriyər sular coşar çağlayar,
Ruh paklaşar, qanlar coşar çağlayar,
Sevənlər də əhdi peyman bağlayar,
Təmiz eşqə məhəbbətə min şükür.

Xoş diləklə səmənilər boy atar,
Süfrələrə, xonçalara rəng qatar,
Yurd-yuvalar tonqal qalar, od çatar,
Sevgi dolu hərarətə min şükür.

Qaranquşlar müjdə verər yaz gəlir,
Bənövşələr xəzəl altdan dirçəlir,
Durnalar da qatarlaşıb düz gəlir,
Qovuşduran kəramətə min şükür.

Dünya aləm sanki nağıl möcüzə,
Hər yan sehir gül qönçələr tər-təzə,
Budaqlardan çiçək yağır üz-gözə,
Quşlar ötər zildə-bəstə min şükür.

Könülləri bihuş edər xoş ətir,
Arılar da çiçəklərdən bal çəkir,
Gözəllərin əllərində gül çətir,
Bu zəriflik lətafətə min şükür.

Bulud axar, şimşək çaxar, göy gurlar,
Yer üzünə bar bərəkət nur damlar,
Qara şuma toxum düşər nübarlar,
Ruzi verən mərhəmətə min şükür.

Bu elə bir gözəllik ki, tükənməz,
Bu elə bir sevgidir ki, yenilməz,
Söyləməklə bitən deyil əl qərəz,
Bu möhtəşəm təbiətə min şükür.

Yaradandan ümmətə bir hədiyyə,
Novruz payı keçmişlərdən indiyə,
Ulu adət ənənədir Zəkiyyə,
Bu mübarək həqiqətə min şükür.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!