Sumqayıtda zəhərlənənlərin sayı 21-ə çatdı .....                        Daha bir küçədə avtobus zolağı .....                        Prezidentin sərəncamı 2469 nəfərə şamil ediləcək .....                        Yağış yenidən başlayır - XƏBƏRDARLIQ .....                        Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu .....                        Yeni Roma Papası kim olacaq? - SİYAHI+DOSYE .....                        Papanın ölümünə görə 3 ölkədə matəm elan olundu .....                        Bakının bir rayonunda 110 bina söküləcək .....                        Növbəti delimitasiya harada aparılacaq? - Mher Qriqoryandan cavab .....                       
30-03-2025, 21:10
Suriyanın yeni hökuməti: biri qadındır - SİYAHI


Suriyanın yeni hökuməti: biri qadındır - SİYAHI

Suriya keçid administrasiyasının dövlət başçısı Əhməd əş-Şara ölkədə yeni keçid hökumətinin yaradıldığını açıqlayıb.
Yeni hökumətdə əş-Şara yaxın müttəfiqlərini vəzifəyə təyin edib.
Qərara əsasən, bir qadın nazir də kabinetə daxil edilib. Hind Kabavat sosial işlər və əmək naziri vəzifəsinə təyin olunaraq, Suriya keçid hökumətinin ilk qadın naziri olub. O, eyni zamanda xristian icmasının nümayəndəsi və uzun illərdir ki, Əsəd rejiminin müxalifidir.
Türkiyə Xarici İşlər Nazirliyi yeni hökumətin yaradılmasını məmnunluqla qarşıladıqlarını bəyan edib.

Yeni kabinetin üzvləri:

Daxili işlər naziri: Ənəs Hattab

İqtisadiyyat naziri: Nidal Şaar

Təcili yardım və fəlakətlərə hazırlıq naziri: Raed El-Salih

Sosial işlər və əmək naziri: Hind Kabavat

Ali təhsil naziri: Mervan El-Halebi

Nəqliyyat naziri: Abdel Salam Heykal

Xarici işlər naziri: Əsəd Şeybani

Müdafiə naziri: Murhaf Ebu Qasra

İnformasiya naziri: Hamza Mustafa

Mədəniyyət naziri: Məhəmməd El-Salih

Səhiyyə naziri: Musab El-Ali

Kənd təsərrüfatı naziri: Amjad Badr

Kabinetin katibi: Əli Kida (keçmiş daxili işlər naziri)

Qeyd edək ki, kənd təsərrüfatı naziri dürzilərdən, nəqliyyat naziri ələvilərdən, təhsil naziri kürdlərdən, informasiya naziri türkmənlərdəndir.
30-03-2025, 20:27
Tramp Putinin bu sözlərindən qəzəblənib


Tramp Putinin bu sözlərindən qəzəblənib

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə əsəbləşib.
Bu barədə o, NBC News telekanalına müsahibəsində bildirib.
O, Putinin Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyətinin legitimliyini şübhə altına almasını eşidəndə çox qəzəblənib.
Tramp əlavə edib ki, Rusiya prezidentinin şərhləri “yanlış hədəfə dəyib”.
“Əgər biz Ukraynada axan qanı dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsək və bunun Moskvanın günahı olduğunu düşünsəm, bu ölkədən gələn bütün neftlərə ikinci dərəcəli rüsumlar tətbiq edəcəm”.
30-03-2025, 19:44
Mənzildən meyit tapıldı


Mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
30-03-2025, 19:36
Paşinyan cini şüşədən çıxartdı - Ermənilər seçim etməlidir


Paşinyan cini şüşədən çıxartdı - Ermənilər seçim etməlidir

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki son çıxışında “Qarabağ hərəkatı fəaliyyətini dayandırmalıdır” deməklə sanki bilərəkdən cini şüşədən çıxartdı.
Bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Paşinyanın bu açıqlamasından sonra radikal müxalifət təmsilçiləri “Qarabağ hərəkatına” dəstək ifadə ediblər, bir qrup erməni separatçısı isə İrəvanın mərkəzi meydanında çadırlar qurmağa başlayıb.
"Görünür, Paşinyana elə bu lazım idi. Paşinyan iki il əvvəl ona qarşı yürüşə başlayan, ancaq uğur qazanmayan keşiş Baqrat Qalstanyanı eyni üsulla taqətdən salmışdı. Əvvəlcə onun yürüşünə şərait yaratdı, aylarla davam edən müqavimət hərəkatı tərəfdar toplaya bilmədi. Biabır olan keşiş arxa plana keçdi.
Paşinyan “Qarabağ hərəkatı” ilə mübarizədə erməni cəmiyyətinin əksər hissəsinin ona dəstək verəcəyinə arxayındır. Əks halda baş nazir riskə gedib “əgər Ermənistan xalqı mənim qərarıma qarşı çıxarsa, o zaman mən Ermənistanın baş naziri olmayacağam” ifadəsini işlətməzdi. Ermənistan əhalisi İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra “Qarabağ hərəkatı”, “Qarabağa qayıdış” kimi şüarlara dəstək verməyəcək. Paşinyan bu yolla seçiciləri arasında mövqeyini gücləndirməyə çalışacaq. Ermənistan əhalisi Paşinyanın “Azərbaycanla sülhə çalışmalıyıq” yanaşmasıyla radikal müxalifətin “Qarabağa qayıtmalıyıq” yanaşması arasında birinciyə üstünlük vermək məcburiyyətindədir. Çünki, ikinci seçim Ermənistanı Azərbaycanla müharibədə növbəti ağır məğlubiyyətə sürükləyəcək".
30-03-2025, 19:01
Zelenski seçkiyə hazırlaşır - Tarix məlum oldu


Zelenski seçkiyə hazırlaşır - Tarix məlum oldu

Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər.
Bu barədə Britaniyanın həftəlik “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən yazıb.
Jurnalın mənbəsi qeyd edir ki, Ukrayna lideri Volodimir Zelenski seçkiləri gözlənilmədən elan edəcək.
Burada əsas məqsəd rəqiblərinin qısa müddətdə effektiv kampaniya qura bilməsinin qarşısını almaqdır.
Nəşrin məlumatına görə, ötən həftə Zelenski öz ofisinə tam atəşkəsdən sonra seçkilərin təşkili ilə bağlı işə başlamağı tapşırıb.
ABŞ hakimiyyəti atəşkəsin aprelin sonuna qədər nail ola biləcəyinə inanır.
"Zelenski yayda seçki keçirməyi hədəfləyir. Eyni zamanda, Ukrayna qanunları seçki kampaniyası üçün 60 gün ayırır, ona görə də ən erkən tarix iyul ayıdır. Qarşıdan gələn kampaniya üç ay davam edə bilər, çünki hakimiyyət seçici siyahılarını yenidən tərtib etməlidir”, - nəşr yazıb.
30-03-2025, 19:01
Zelenski seçkiyə hazırlaşır - Tarix məlum oldu


Zelenski seçkiyə hazırlaşır - Tarix məlum oldu

Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər.
Bu barədə Britaniyanın həftəlik “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən yazıb.
Jurnalın mənbəsi qeyd edir ki, Ukrayna lideri Volodimir Zelenski seçkiləri gözlənilmədən elan edəcək.
Burada əsas məqsəd rəqiblərinin qısa müddətdə effektiv kampaniya qura bilməsinin qarşısını almaqdır.
Nəşrin məlumatına görə, ötən həftə Zelenski öz ofisinə tam atəşkəsdən sonra seçkilərin təşkili ilə bağlı işə başlamağı tapşırıb.
ABŞ hakimiyyəti atəşkəsin aprelin sonuna qədər nail ola biləcəyinə inanır.
"Zelenski yayda seçki keçirməyi hədəfləyir. Eyni zamanda, Ukrayna qanunları seçki kampaniyası üçün 60 gün ayırır, ona görə də ən erkən tarix iyul ayıdır. Qarşıdan gələn kampaniya üç ay davam edə bilər, çünki hakimiyyət seçici siyahılarını yenidən tərtib etməlidir”, - nəşr yazıb.
30-03-2025, 18:35
İstanbuldakı aksiyalar: 268 nəfər həbs olundu


İstanbuldakı aksiyalar: 268 nəfər həbs olundu

İstanbulda Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə keçirilən icazəsiz aksiyalarda indiyə kimi 268 nəfər həbs olunub.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Saxlanılanların dəqiq sayı isə hələ məlum deyil.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində müxalifətin İmamoğluna dəstək məqsədilə mitinqləri və nümayişləri keçirilib. Aksiyalar xüsusilə İstanbul və Ankara şəhərlərini əhatə edib.
30-03-2025, 18:18
Naxçıvan Şəhidləri


Rəqsanə Tapdıqlının Naxçıvan Şəhidlərinə həsr olunmuş şeirlərinin bir neçəsini oxucularımıza təqdim edirik:

(Culfa rayon şəhidi Məmmədov Sənanın xatirəsinə)

Qisas odu ürəyindən sönməyən,
Cəsarət hissini əldən verməyən,
Əfsanəyə dönüb, özü dönməyən,
Sənan, sənin şəhadətin mübarək!
Sənan, sənin bu mövlüdun mübarək!

Torpaq üçün məşəl kimi odlanan,
Hər çətinə sinə gərib, qatlanan,
Ölməz igid, ölməz şəhid adlanan,
Sənan, sənin şəhadətin mübarək!
Sənan, sənin bu mövludun mübarək!

Azadlığı şüar etdin dilində,
Sənə güvənirdi doğma elin də,
Qəhrəmansan, əbədisən elində,
Sənan, sənin şəhadətin mübarək!
Sənan sənin bu mövludun mübarək!

İnam ilə sən baş əydin Bayrağa,
Əyildi düşmənin, döndü qundağa,
Bayraqla qayıtdın, ana torpağa,
Sənan, sənin şəhadətin mübarək!
Sənan sənin bu mövludun mübarək!

Şəhid məqamı


(Culfa rayon şəhidi Nəcəfov Yaquba)

Ataya fəxarət, Vətənə qüdrət,
Elinə şöhrətdir, şəhid məqamı.
İgidə cəsarət, düşmənə nifrət,
Elinə şöhrətdir, şəhid məqamı.

Canından can verdi Xuraman ana.
Torpağa tapşırdı əmanətini.
Düşmənə sınmadı yansa da canı,
Qorudu qürurla dəyanətni,

İbrahim qazidir, Yaqubsa şəhid.
İsmayıl Vətənin keşiyindədir.
Hər üçü torpağın dərdinə şahid,
Hər üçü Şahintək göy üzündədir.

Bir elə sığmayan torpağa sığdı,
Yurdunun namını qazandı Yaqub.
"Şəhidlər ölməyir, həmişə sağdır!"
İnadla düşməni eylədi məğlub.

Qardaşın qisasın, qardaşlar aldı,
İntiqam hissiylə alovlandılar.
Gələn nəsillərə bir örnək oldu,
Hayları torpaqdan belə qovdular.


(Culfa rayon şəhidi Ceyhunun xatirəsinə)

Bir Vətən sevdası qəlblərə hopdu,
Bu haqq meydanında haqqımız çoxdur.
Ceyhun tək oğullar, haylara oxdur,
Bayrağı enməyə qoymadı Ceyhun.

Adın qızıl qanla tarixə yazdı,
Hər sözü şüardı, marşdı, avazdı.
Vətən bütövdürsə, ruhunda yazdı,
Qisas almayınca doymadı Ceyhun.

Üstündə gəzdirdi qeyrət rəmzini,
Hifz etdi namını, elin əzmini.
İnamla qorudu torpaq nəbzini,
Qarabağı darda qoymadı, Ceyhun.

O bir and içmişdi, ondan dönmədi,
Qəlbində azadlıq odu sönmədi.
Məğlub etməyincə, kini dinmədi,
Vandallara boyun əymədi Ceyhun.

Qamətini dik tut, ucadır başın!
Gülnarə anamız, sən sil göz yaşın!
Zəfərə ucaldı hər vətəndaşın,
Zəfərsiz geriyə dönmədi, Ceyhun.

Məbədim Ramal


(Ərəfsə şəhidi Məmmədov Ramalın xatirəsinə)

Nə vaxtdır gözlərim qalmışdı yolda,
Təsəvvür etməzdin anan nə halda,
Axtarırdım səni sağda gah solda,
Səsimə səs verib, gəlmədin, Ramal.

Dedilər yaxşıdır, sağ-salamatdır,
Vətən xidmətində, hər an sayaqdır.
Sizlərə uzaqdan salamı vardır,
Mən nələr yaşadım görmədin, Ramal.

Hər sözə inandım, ölməyinə yox,
Yurda şəhid kimi dönməyinə yox,
O uca məqamı sevməyinə yox.
Dedim sağ gələrsən, gəlmədin, Ramal.

Demək yanılmışam özüm bilmədən
Köçdün bu dünyadan, bizi görmədən,
Doyunca bağrıma sıxıb, öpmədən,
Dərdini sən kimə söylədin, Ramal?!

Sənin məzarına qurban olaram,
Gül olub qəbrinin üstə solaram.
Ağlayıb, kiriyib yenə dolaram.
İndi sən olmusan məbədim, Ramal.


(Naxçıvan şəhidi Bağır Ələkbərovun xatirəsinə)

Daha bir payız da döydü qapını,
Yenə də fəsillər yerin dəyişdi.
Nə tez çapıb getdi ömür, atını,
Bu necə taledir, bu necə işdir.

Övladın hər gecə səni soruşur,
Sənin yoxluğuna inanmır, o da.
Hərdən şəkilinlə gülüb, danışır.
Mənsə alışıram alovsuz oda.

Ürək tab etməyir bu dərdə, Bağır!
O da üsyan edir, göz yaşlarımdan.
Nə olar bircə yol sən ata çağır.
Bilim seçilmədin yoldaşlarından.

Yuxuma gəlirsən, əlində Bayraq.
Yuxumda mənimlə söhbət edirsən.
Cibindən çıxarıb mənə bir vərəq,
Ürək sözlərimdir, deyib- gedirsən.

Ayıldım yuxudan, o da yox oldu.
Sənə qovuşmaqçün yumdum gözümü.
Bir yuxu nə idi, mənə çox oldu,
Söyləyə bilmədim sənə sözümü.


Bir ana dayanıb heykəl önündə

Bir ana dayanıb heykəl önündə,
Yerini dəyişib, əsgər salamı.
Qəhrəman əsgərə salam verəndə,
Qürurla yad edir şəhid İslamı.

Bir ana dayanıb heykəl önündə,
Oğul dəyanəti güc verib ona.
Üçrəngli Bayrağı tutub əlində,
Düşünür İslam da, and içib ona.

Bir ana dayanıb heykəl önündə,
Ruhundan ruh verir, danışan Daşa.
Canlanır xəyalı, onun gözündə,
Söhbəti bitməmiş, qayıdır başa.

Bir ana dayanıb heykəl önündə
Onu al Bayrağa əmanət edib.
Unudub dərdini, kədər, qəmin də,
Fəxr edir, Vətənə o qurban gedib.

Bir ana dayanıb, heykəl önündə,
Duruşu çatladır namərd bağrını.
Bəlkə də boğulur büllur gölündə,
Qürurdan, içində çəkir ağrını.

Bir ana dayanıb, heykəl önündə.
Dik tutub başını, qəhrəman ana.
Oğul da şad olur öz cənnətində,
Ana əsgər sözü vermişdi ona.

Rəqsanə Tapdıqlı
AYB-nin üzvü
"Bütöv Azərbaycan" qəzeti
14 mart 2025ci il
30-03-2025, 17:43
ABŞ nüvə silahı arsenalını modernləşdirməlidir - Nazir


ABŞ nüvə silahı arsenalını modernləşdirməlidir - Nazir

ABŞ-nin energetika naziri Kris Rayt hesab edir ki, Vaşinqton nüvə silahı arsenalını modernləşdirməlidir.
O, bu fikri “Fox News” telekanalına müsahibəsində bildirib.
"ABŞ İkinci Dünya Müharibəsi zamanı Manhetten Layihəsi vasitəsilə inanılmaz nailiyyət əldə etdi: dünyanın ilk atom silahını yaratdı. Bu, İkinci Dünya Müharibəsinin erkən başa çatmasına, on və ya yüz minlərlə amerikalının həyatını xilas etməyə imkan verdi. Sonra yeni nüvə silahlarının inkişafı olmadan üç onillik bir dövr gəldi və bütün arsenalımız köhnəldi. İndi bizə lazım olan nüvə ehtiyatlarını artırmaq deyil, silahları modernləşdirməkdir", - o söyləyib.
Nazir həmçinin bildirib ki, nüvə silahı ilə bağlı əsas məsələ ondan istifadə etməməkdir.
30-03-2025, 17:12
İsraildən Qəzza ilə bağlı təklif


İsraildən Qəzza ilə bağlı təklif

İsrail vasitəçilərdən Qəzza zolağı ilə bağlı təklif aldıqdan sonra cavab təklifi irəli sürüb.
Bu barədə İsrail hökumətinin başçısının dəftərxanası məlumat yayıb.
“Baş nazir Binyamin Netanyahu vasitəçilərdən alınmış təklifdən sonra bir sıra məsləhətləşmələr keçirib. Son saatlarda İsrail Birləşmiş Ştatlarla tam əməkdaşlıq şəraitində vasitəçilərə öz qarşı təklifini təqdim edib”, – bəyanatda deyilir.
Daha əvvəl HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı Misir və Qətərin şərtlərini qəbul edib. Bu ölkələr radikallar və İsrail arasında danışıqlarda vasitəçi kimi çıxış edirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!