Yük maşınının sürücüsünü tok vurub öldürdü .....                        Qalmaqallı şirkətdə bu mənzillərin satışı dayandırıldı .....                        Tehranın məktubu Vaşinqtona çatdı .....                        Sertifikasiya imtahanında iştirak edənlərin sayı .....                        Sumqayıtda binada yanğın - Sakinlər təxliyə edildi .....                        Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb .....                        Zaqatalada ağır qəza: Yaralılar var .....                        Danışığını bilməyən ağılsız - Xalq artistindən sərt reaksiya .....                        Özbəkistanda məsciddə partlayış: 3 ölü, 10 yaralı .....                       
Tarix : 30-03-2025, 18:18
Naxçıvan Şəhidləri


Rəqsanə Tapdıqlının Naxçıvan Şəhidlərinə həsr olunmuş şeirlərinin bir neçəsini oxucularımıza təqdim edirik:

(Culfa rayon şəhidi Məmmədov Sənanın xatirəsinə)

Qisas odu ürəyindən sönməyən,
Cəsarət hissini əldən verməyən,
Əfsanəyə dönüb, özü dönməyən,
Sənan, sənin şəhadətin mübarək!
Sənan, sənin bu mövlüdun mübarək!

Torpaq üçün məşəl kimi odlanan,
Hər çətinə sinə gərib, qatlanan,
Ölməz igid, ölməz şəhid adlanan,
Sənan, sənin şəhadətin mübarək!
Sənan, sənin bu mövludun mübarək!

Azadlığı şüar etdin dilində,
Sənə güvənirdi doğma elin də,
Qəhrəmansan, əbədisən elində,
Sənan, sənin şəhadətin mübarək!
Sənan sənin bu mövludun mübarək!

İnam ilə sən baş əydin Bayrağa,
Əyildi düşmənin, döndü qundağa,
Bayraqla qayıtdın, ana torpağa,
Sənan, sənin şəhadətin mübarək!
Sənan sənin bu mövludun mübarək!

Şəhid məqamı


(Culfa rayon şəhidi Nəcəfov Yaquba)

Ataya fəxarət, Vətənə qüdrət,
Elinə şöhrətdir, şəhid məqamı.
İgidə cəsarət, düşmənə nifrət,
Elinə şöhrətdir, şəhid məqamı.

Canından can verdi Xuraman ana.
Torpağa tapşırdı əmanətini.
Düşmənə sınmadı yansa da canı,
Qorudu qürurla dəyanətni,

İbrahim qazidir, Yaqubsa şəhid.
İsmayıl Vətənin keşiyindədir.
Hər üçü torpağın dərdinə şahid,
Hər üçü Şahintək göy üzündədir.

Bir elə sığmayan torpağa sığdı,
Yurdunun namını qazandı Yaqub.
"Şəhidlər ölməyir, həmişə sağdır!"
İnadla düşməni eylədi məğlub.

Qardaşın qisasın, qardaşlar aldı,
İntiqam hissiylə alovlandılar.
Gələn nəsillərə bir örnək oldu,
Hayları torpaqdan belə qovdular.


(Culfa rayon şəhidi Ceyhunun xatirəsinə)

Bir Vətən sevdası qəlblərə hopdu,
Bu haqq meydanında haqqımız çoxdur.
Ceyhun tək oğullar, haylara oxdur,
Bayrağı enməyə qoymadı Ceyhun.

Adın qızıl qanla tarixə yazdı,
Hər sözü şüardı, marşdı, avazdı.
Vətən bütövdürsə, ruhunda yazdı,
Qisas almayınca doymadı Ceyhun.

Üstündə gəzdirdi qeyrət rəmzini,
Hifz etdi namını, elin əzmini.
İnamla qorudu torpaq nəbzini,
Qarabağı darda qoymadı, Ceyhun.

O bir and içmişdi, ondan dönmədi,
Qəlbində azadlıq odu sönmədi.
Məğlub etməyincə, kini dinmədi,
Vandallara boyun əymədi Ceyhun.

Qamətini dik tut, ucadır başın!
Gülnarə anamız, sən sil göz yaşın!
Zəfərə ucaldı hər vətəndaşın,
Zəfərsiz geriyə dönmədi, Ceyhun.

Məbədim Ramal


(Ərəfsə şəhidi Məmmədov Ramalın xatirəsinə)

Nə vaxtdır gözlərim qalmışdı yolda,
Təsəvvür etməzdin anan nə halda,
Axtarırdım səni sağda gah solda,
Səsimə səs verib, gəlmədin, Ramal.

Dedilər yaxşıdır, sağ-salamatdır,
Vətən xidmətində, hər an sayaqdır.
Sizlərə uzaqdan salamı vardır,
Mən nələr yaşadım görmədin, Ramal.

Hər sözə inandım, ölməyinə yox,
Yurda şəhid kimi dönməyinə yox,
O uca məqamı sevməyinə yox.
Dedim sağ gələrsən, gəlmədin, Ramal.

Demək yanılmışam özüm bilmədən
Köçdün bu dünyadan, bizi görmədən,
Doyunca bağrıma sıxıb, öpmədən,
Dərdini sən kimə söylədin, Ramal?!

Sənin məzarına qurban olaram,
Gül olub qəbrinin üstə solaram.
Ağlayıb, kiriyib yenə dolaram.
İndi sən olmusan məbədim, Ramal.


(Naxçıvan şəhidi Bağır Ələkbərovun xatirəsinə)

Daha bir payız da döydü qapını,
Yenə də fəsillər yerin dəyişdi.
Nə tez çapıb getdi ömür, atını,
Bu necə taledir, bu necə işdir.

Övladın hər gecə səni soruşur,
Sənin yoxluğuna inanmır, o da.
Hərdən şəkilinlə gülüb, danışır.
Mənsə alışıram alovsuz oda.

Ürək tab etməyir bu dərdə, Bağır!
O da üsyan edir, göz yaşlarımdan.
Nə olar bircə yol sən ata çağır.
Bilim seçilmədin yoldaşlarından.

Yuxuma gəlirsən, əlində Bayraq.
Yuxumda mənimlə söhbət edirsən.
Cibindən çıxarıb mənə bir vərəq,
Ürək sözlərimdir, deyib- gedirsən.

Ayıldım yuxudan, o da yox oldu.
Sənə qovuşmaqçün yumdum gözümü.
Bir yuxu nə idi, mənə çox oldu,
Söyləyə bilmədim sənə sözümü.


Bir ana dayanıb heykəl önündə

Bir ana dayanıb heykəl önündə,
Yerini dəyişib, əsgər salamı.
Qəhrəman əsgərə salam verəndə,
Qürurla yad edir şəhid İslamı.

Bir ana dayanıb heykəl önündə,
Oğul dəyanəti güc verib ona.
Üçrəngli Bayrağı tutub əlində,
Düşünür İslam da, and içib ona.

Bir ana dayanıb heykəl önündə,
Ruhundan ruh verir, danışan Daşa.
Canlanır xəyalı, onun gözündə,
Söhbəti bitməmiş, qayıdır başa.

Bir ana dayanıb heykəl önündə
Onu al Bayrağa əmanət edib.
Unudub dərdini, kədər, qəmin də,
Fəxr edir, Vətənə o qurban gedib.

Bir ana dayanıb, heykəl önündə,
Duruşu çatladır namərd bağrını.
Bəlkə də boğulur büllur gölündə,
Qürurdan, içində çəkir ağrını.

Bir ana dayanıb, heykəl önündə.
Dik tutub başını, qəhrəman ana.
Oğul da şad olur öz cənnətində,
Ana əsgər sözü vermişdi ona.

Rəqsanə Tapdıqlı
AYB-nin üzvü
"Bütöv Azərbaycan" qəzeti
14 mart 2025ci il


Paylaş



Bölmə: Şəhidlər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!