Seldə daha bir nəfərin meyiti tapıldı .....                        NATO XİN başçılarının iclası Türkiyədə keçiriləcək .....                        Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır - Paşinyan .....                        Vətəndaşların təxliyə işləri yekunlaşdı - FOTO .....                        Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək .....                        Minsk Qrupu aktuallığını itirdi, ləğv olunmalıdır! – Mariya Zaxarova .....                        İlkin hərbi qeydiyyatdan boyun qaçıranlar cərimələnəcək .....                        Prezident iki yeni nazir müavini təyin etdi .....                        Daha bir nəfər selin qurbanı oldu - FOTO .....                       
Tarix : 12-01-2021, 22:05
Xocalının qisasını alıb Şəhid olan Xocalı sakini - Günel Abbas Şəhid Sənan Miriyevi yad edir


Miriyev Sənan Arif oğlu 1998-ci il martın 1- də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. O, işğaldan azad olunan Xocalı şəhərinin sakinidir. Orta təhsilini də Xocalı şəhər 4 saylı orta məktəbdə alıb.


Sənan 2016-cı ilin aprel ayında hərbi xidmətə çağırılıb. Dövlət sərhəd xidmətində çavuş kimi hərbi xidməti başa vurduqdan sonra ehtiyyata buraxılıb. Lakin onun hərb peşəsinə olan məhəbbəti yenidən hərbi forma geyməsinə səbəb olub. Atasının digər sahədə çalışma istəyinin əksinə çıxaraq hərbçi olmağı üstün tutub. 2020-ci il sentyabrın əvvəlində könüllü olaraq ordu sıralarına ərizə verdikdən sonra Azərbaycan Ordusunun əks-kəşfiyyat bölüyünə yazılaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Onun çoxdankı arzusu əmisi oğlu Miriyev Surət kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək olub. Bu arzusuna çatan Sənanın digər arzusu hələ həyata keçməmişdi. Uşaq yaşlarından Qarabağın bütünlüklə işğaldan azad olunmasını, erməni quldurlarının məhv edilməsini görmək istəyirdi.

Vətən Müharibəsi Sənan kimi minlərlə igid oğullarımızın öz hünərini, Vətənə sevgisini və düşmənə nifrətini göstərmək üçün bir imkan oldu. Atasının bacısı və onun iki övladı Xocalı faciəsində şəhid olan Sənan üçün bu məsələ həm də bir növ intiqama çevrilmişdi.

Ailəsinin dediyinə görə, o hər zaman bibisinin və övladlarının qanını yerdə qoymayacağını deyirmiş. Atası başqa işlə məşğul olması üçün çox israr etsə də, Sənanı fikrindən döndərə bilməyib. Düşmənin üstünə qorxmadan irəliləyən Sənan Miriyev 2020-ci il sentyabrın 27-də Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşub.

Şəhid sentyabrın 28-də Ağcabədi rayonu Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda medalı" ilə təltif olunub.

Allahdan şəhidlərimizə rəhmət diləyirik...

Günel ABBAS


Paylaş



Bölmə: Ana seife / Şəhidlər / Köşə / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!