Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
Tarix : 3-03-2016, 15:38
Ay xanımlar, bayramınız mübarək!
Şair Əliş Əhmədoğlu Azərbaycan xanımlarını 8 Mart beynəlxalq qadınlar günü münasibətilə şeirlə təbrik edib.
"Bütöv Azərbaycan" qəzetinin 3-9 mart tarixli sayında çap olunmuş həmin çeiri Butov.az saytını izləyən xanımlarımıza ərməğan edirik: Bir daha bayramınız mübarək!


Ay xanımlar, bayramınız mübarək!
( 8 Mart Qadınlar günü münasibəti ilə)


Könüllərdə altunsunuz, ləlsiniz,
Arzularda ipəksiniz, tülsünüz,
Bağçamızda çiçəksiniz, gülsünüz.
Taleyimiz ətir saçan bahar tək,
Ay xanımlar, bayramınız mübarək!

Məhəbbətim - bu dünyada izimdi,
Sədaqətim - bükülməyən dizimdi,
Siz varsınız, demək dünya bizimdi.
Üzünüzdə bahar görək, yaz görək,
Ay xanımlar, bayramınız mübarək!

Aşıq qardaş, gəl meydanı ver saza,
Şair gərək inci kimi söz yaza,
Əl uzatsan əlin çatar ulduza.
Bu bayramda nə dil sussun, nə ürək,
Ay xanımlar, bayramınız mübarək!

Həsrət çəkən ürəyim bir kamandı,
Bu yaşımda zaman ayrı zamandı,
Dərd verməyin sevənlərə amandı.
Təki vaxtsız nə gül solsun, nə çiçək,
Ay xanımlar, bayramınız mübarək!

Bahar gəldi durnaların telində,
Xına gördüm gözəllərin əlində,
Əliş deyir Azərbaycan elində.
Ana - uca, yar - vəfalı, qız - mələk,
Ay xanımlar, bayramınız mübarək!


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!