"Fənərbağça"dan inamlı qələbə .....                        Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı .....                        Papanın dəfninə qatılan insanların sayı .....                        Maştağada itkin düşən qızlar tapıldı .....                        Putin bəlkə də müharibəni bitirmək istəmir - Tramp .....                        İranda güclü partlayışda ölən və yaralananların sayı artdı .....                        Tramp-Zelenski görüşü niyə qısa çəkdi? .....                        Sahibə Qafarova Papanın dəfnində - FOTO .....                        Zelim Kotsoyev gümüş medal qazandı .....                       
Dünən, 22:40
"Fənərbağça"dan inamlı qələbə


"Fənərbağça"dan inamlı qələbə

Türkiyə Superliqasında XXXIII turun növbəti oyunu keçirilib.
“Fənərbağça” səfərdə “Qaziantep”in qonağı olub. Gərgin və maraqlı keçən görüş İstanbul nəhənginin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı meydan sahibləri açsa da, “sarı lacivərdlilər” üç top vuraraq qələbə qazanıb.
Bu nəticədən sonra xallarını 75-ə çatdıran “Fənərbağça” ikinci pillədə qərarlaşıb.
Dünən, 22:14
Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı


Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistan prezidenti Vaaqn Xaçatryanla Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib.
Bu barədə K.Kallas "X"dəki səhifəsində yazıb.
“Mən Romada prezident Vaaqn Xaçaturyanla Ermənistana gözlənilən səfərimi müzakirə etdim. Biz Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və regionda sülhün əldə edilməsi səyləri barədə fikir mübadiləsi aparmışıq”, - o söyləyib.
Xatırladaq ki, ötən gün K.Kallas Azərbaycanda səfərdə olub.
Dünən, 21:00
Papanın dəfninə qatılan insanların sayı


Papanın dəfninə qatılan insanların sayı

Papa Fransiskin dəfn mərasiminə 250 mindən çox insan qatılıb.
Bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.
Müqəddəs Pyotr Bazilikasından pontifikin dəfn olunduğu Santa Maria Maggiore Bazilikasına gedən yürüşdə 400 minə yaxın insan iştirak edib.
Məlumata görə, mərasimdə iştirak edən 82 nəfər huşunu itirmə, halsızlıq və istilik vurması səbəbindən tibbi yardıma ehtiyac duyub. Səkkiz nəfər xəstəxanaya aparılıb.
Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Onunla vida mərasimi üç gün ərzində, aprelin 23-dən etibarən Müqəddəs Pyotr kilsəsində baş tutub. Papa öz vəsiyyətində heç bir xüsusi bəzəkləri olmayan sadə bir məzarda dəfn edilməsini vəsiyyət edib.
Dəfn mərasimində 160 nümayəndə heyəti, o cümlədən 60-dan çox dövlət və hökumət başçısı iştirak edib. Qonaqlar arasında ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya da var. Azərbaycanı isə Milli Məclisin spikeri Sahibə Qafarova təmsil edib.
Dünən, 20:48
Maştağada itkin düşən qızlar tapıldı


Maştağada itkin düşən qızlar tapıldı

Bakının Maştağa qəsəbəsində itkin düşən iki qız tapılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.
Dünən, 20:13
Putin bəlkə də müharibəni bitirmək istəmir - Tramp


Putin bəlkə də müharibəni bitirmək istəmir - Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynadakı müharibəni bitirmək istəmədiyini deyib.
Bu barədə o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Amerika lideri bildirib ki, Putinin son günlər Ukraynanı atəşə tutmağa əsası yoxdur. Bu baxımdan belə bir şübhə var ki, Kreml rəhbəri müharibəni bitirmək istəmir və ona başqa cür yanaşmaq lazımdır: "Putinin son bir neçə gündə mülki ərazilərə, şəhərlərə və qəsəbələrə raket zərbələri endirmək üçün heç bir səbəbi yox idi. Bu, məni düşünməyə vadar edir ki, o, bəlkə də müharibəni bitirmək istəmir. Buna başqa cür yanaşmaq - "bankçılıq" və ya "ikinci dərəcəli sanksiyalar lazımdır . Çox sayda insan ölür".
Dünən, 20:13
İranda güclü partlayışda ölən və yaralananların sayı artdı


İranda güclü partlayışda ölən və yaralananların sayı artdı

İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş verən partlayışda ölənlərin sayı 5-ə çatıb.
Partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırılıb.
Dünən, 20:10
Tramp-Zelenski görüşü niyə qısa çəkdi?


Tramp-Zelenski görüşü niyə qısa çəkdi?

ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski görüşü Ağ Ev rəhbərinin qrafikinə görə davam etməyib.
Bu barədə “RBC-Ukrayna” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, o, Papa Fransiskin dəfn mərasimi başa çatdıqdan dərhal sonra Romaya getməli idi.
Bununla belə, agentliyin məlumatına görə, Tramp və Zelenski Müqəddəs Pyotr kilsəsində 15 dəqiqə davam edən qısa görüş zamanı əsas məqamları müzakirə edə biliblər.
Dünən, 19:18
Sahibə Qafarova Papanın dəfnində - FOTO


Sahibə Qafarova Papanın dəfnində - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Dəfn mərasimi aprelin 26-da Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib.
Dünya dövlətlərinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın Dövlət katibi, kardinal Pietro Parolin və Müqəddəs Taxt-Tacın xarici işlər naziri, arxiyepiskop Paul Qalager ilə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığını çatdırıb.








Dünən, 19:14
Zelim Kotsoyev gümüş medal qazandı


Zelim Kotsoyev gümüş medal qazandı

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı İlia Sulamanidze ilə qarşılaşıb.
Z.Kotsoyev "Paris-2024" Yay Olimpiya Oyunlarının həlledici görüşündə qalib gəldiyi rəqibinə bu dəfə məğlub olaraq, ikinci yerlə kifayətlənib.
Azərbaycanın digər cüdoçusu Uşanqi Kokauri (+100 kiloqram) bürünc medal uğrunda almaniyalı Erik Abramovla qarşılaşacaq.
Qadın cüdoçu Nigar Süleymanova isə (+78 kiloqram) ilk görüşdə gürcüstanlı Sofia Somkxişviliyə uduzub.
Daha əvvəl Əhməd Yusifov (60 kiloqram), Rəşid Məmmədəliyev (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram) və Murad Fətiyev (90 kiloqram) bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Dünən, 18:36
Narkotikin təsiri altında maşın sürdü


Narkotikin təsiri altında maşın sürdü

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Volkswagen" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü S.Aslanlıya “saxla” işarəsi verilib.
Hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilən sürücünün narkotik vasitə və spirtli içki qəbul etdiyi müəyyən olunub.
S.Aslanlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!