İspaniyada fövqəladə vəziyyət elan olundu .....                        Millimizin üzvü Dünya kubokunun qalibi oldu .....                        Pezeşkianın Azərbaycana səfəri başa çatdı .....                        Məşhur yazıçı qətlə yetirildi .....                        Xalq artisti yıxıldı, qolu sındı .....                        "Neftçi" Sumqayıtda xal itirdi .....                        Pekin Trampı təkzib etdi - Liderlər danışmayıb... .....                        Rusiya ilə münasibətləri pozmaq niyyətimiz yoxdur - Paşinyan .....                        İrandakı partlayışda ölənlərin sayı artdı .....                       
Bu gün, 08:57
Bu gün, 08:46
Tərlan Musayevanın ilk kitabı


Tərlan Musayevanın ilk kitabı - "Ulu Öndərə mənəvi borcum" kitabı işıq üzü görüb

Keçən yüzilliyin 70-90-cı illərində halal zəhmətiylə hamımızın tanıdığı adlı-sanlı əmək qəhrəmanı kimi məşhurlaşan Tərlan Musayeva yarım əsrdən çoxdur ki, Vətənimizdə, nüfuz sahibi olan, əməyindən, uğurlarından, mənəvi məziyyətlərindən həddən artıq çox yazılan, danışılan Azərbaycan xanımıdır.
Bu günlərdə “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenli, 23 yaşında 10 il keçmiş SSRİ-nin ən gənc deputatı, müstəqil Azərbaycanın birinci çağırış Milli Məclisin üzvü Tərlan Musayevanın xatirə-memuar janrında yazdığı “Ulu Öndərə mənəvi borcum” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır.
Tərlan xanım 70 illik həyatında mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev dövrünü xatirələr işığında oxucularına təqdim edir. Bu kitab həm də Azərbaycan tarixinin son yarım əsrlik dövrünün ictimai-siyasi hadisələrini, Ümummilli Liderlə Tərlan Musayevanın müxtəlif illərdə görüşlərindən doğan təəssüratlarını, Ulu Öndərin ona atalıq qayğısını, ona güvəndiyini, Tərlan xanımın onun etimadını doğrultmaq üçün əməyə məsuliyyətini, dövlətin, dövlətçiliyin, Vətənin iqtisadi qüdrətinin gücləndirilməsi üçün çalışdığını çox maraqlı və yaddaqalan detallarla təqdimi kimi qiymətlidir
“Ulu Öndərə mənəvi borcum” xatirələr kitabı “Suverenlik və konstitusiya ili” çərçivəsində və Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Tərlan xanımın Ulu Öndərə böyük ehtiramının bariz nümunəsidir. Kitab Mirvarid Dilbazi Poeziya Məclsi İctimai Birliyinin mənəvi dəstəyi ilə nəşr olunub. Kitabın redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist Vaqif Osmanlı, məsləhətçisi İctimai Brliyin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlıdır.

Kitab müəllifin 70 illik zəngin və mənalı ömrünə özünün bir baxış prizmasıdır.
“Ulu Öndərə mənəvi borcum” xatirələr kitabı respublikamızın müxtəlif bölgələrində oxuculara təqdim ediləcəyi nəzərdə tutulur.. İlk təqdimatı 4 may 11: 00- da Naxçıvan MR, M.Səid Ordubadi adına Kitabxanada, 5 may 11:00- da Culfa Rayon Mədəniyyət Sarayında keçiriləcək.Odlar diyarının qədim elm, sənət, mədəniyyət, dövlətçilik mərkəzlərindən biri Naxçıvan Muxtar Respublikasında Tərlan Musayevanın 70 illik yubileyi də Tərlansevərlər tərəfindən qeyd ediləcək .
Tədbirin davamı 8 may 2025- cı
ildə 14:00- da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Silsilə tədbirlər Azərbaycanın bölgələrində ilboyu davam edəcək.
İlk kitabınız və 70 illik yubiley təntənəniz mübarək, Tərlan xanım!
Mirvarid Dilbazi Poeziya Məclisinin mətbuat katibliyi
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!