Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
22-04-2025, 17:48
Baş nazirdən aviasiya ilə bağlı yeni qərar


Baş nazirdən aviasiya ilə bağlı yeni qərar

Nazirlər Kabineti “Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Qaydası”nı təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda “Aviasiya haqqında” qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Təşkilatın “Doc 9184, ikinci hissə, ərazidən istifadə və ətraf mühitin idarə edilməsi” sənədlərinin tələblərinə uyğun hazırlanıb.
Mülki aviasiyanın fəaliyyəti ilə bağlı ətraf mühitin mühafizəsi sahəsində ümumi koordinasiya işini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirəcək. Belə ki, aviasiyanın ətraf mühitə təsirlərini azaltmaq üçün aşağıdakıların yerinə yetirilməsi vacibdir:

- zərərli qazların atmosferə atılmasının azaldılması;

- hava gəmilərinin qalxması, enməsi və uçuşu zamanı səs-küy çirklənməsi səviyyələrinin azaldılması;

- -istifadə olunan yanacağın effektivliyinin artırılması;

- alternativ enerji mənbələrindən istifadənin təşviqi;

- hava hərəkətinin idarə olunmasının və hava limanı əməliyyatlarının səmərəliliyinin artırılması;

- texnoloji yeniliklərin tətbiqi.
22-04-2025, 17:37
Bu həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR


Bu həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2025-ci il iyulum 1-dək veriləcək.
Əvvəl bu müddət 2025-ci il aprelin 1-dək müəyyən edilmişdi.
Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə

Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.
22-04-2025, 17:18
İtaliyada 5 günlük matəm


İtaliyada 5 günlük matəm

İtaliya hökuməti Papa I Fransiskin vəfatı ilə əlaqədar beş günlük matəm elan edib.
Bu barədə qərar nazirlərin bu gün səhər keçirilən iclasında qəbul edilib.
Matəm dəfn günü olan şənbə gününə qədər davam edəcək.
Bundan əvvəl Livanda Papanın vəfatı ilə əlaqədar üç günlük matəm elan edilib.
Bundan əlavə, Vatikana dünyanın hər yerindən başsağlığı mesajları gəlir.
22-04-2025, 17:15
Xaçmazda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib.


Xaçmazda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib.

21 aprel 2025-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Xaçmazda səyyar iclas keçiriblər. İclasda regionda yerləşən teatr kollektivləri iştirak ediblər. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aidə Qafarova, hüquqşünas Könül Ələkbərova teatrın bu günündən, uğurlarından, problemlərindən danışıblar.

Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb. O, iclas iştirakçılarını salamladıqdan sonra regiondakı teatrlara göstərdiyi diqqət və qayğıya görə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə dərin minnətdarlığını bildirib və İdarənin rəisi Vüsal İbrahimovun İttifaqın İdarə heyətinin Qərarı ilə Fəxri fərmanla təltif olunduğunu elan edib və mükafatı təqdim edib. Ardınca Xaçmaz Xalq Teatrının rəhbəri İlham Tağıyev “Teatr fədaisi” medalı ilə təltif olunub.

İttifaqın sədr müavinləri –İlham Namiq Kamal və Azad Şükürov teatr sənəti sahəsində səmərəli fəaliyyət göstərdiklərinə görə Şabran rayon Xalq Teatrının rəhbəri Qulu Mövsümova, Quba Könüllülər Teatrının rəhbəri Ramiz Ramazanova, Qusar Dövlət Ləzgi Dram Teatrının əməkdaşları Kəmalə Qədimova və Kəmalə Səfərovaya İttifaqın fəxri fərmanlarını təqdim ediblər.
Çıxış edənlər - Hacı İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, İlham Tağıyev, Ramiz Ramazanov, Qulu Mövsümov, Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev, Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov, Şabran Xalq Teatrının aktyoru Nurlan Fərhadlı, yazar Nəzər Mirzəyev, Şabran Mədəniyyət Mərkəzinin əməkdaşı Zəfər Məmmədov və başqaları çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər.
Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.




22-04-2025, 17:00
Bu şagirdlərə attestat verilməyəcək - RƏSMİ


Bu şagirdlərə attestat verilməyəcək - RƏSMİ

Azərbaycanda 2025-ci il buraxılış imtahanları başa çatıb və nəticələr artıq açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2 və 9 mart tarixlərində keçirilən imtahanlarda 116 mindən çox şagirdin iştirakı nəzərdə tutulurdu. Onlardan 43 nəfəri maksimum nəticə – 300 bal toplayaraq imtahanın ən yüksək göstəricisini əldə edib. Eyni zamanda, 10 nəfər imtahan zamanı qaydaları pozduğuna görə prosesdən xaric edilib.
Bir çox şagird uğurla nəticə göstərsə də, aşağı bal toplayanlar, imtahandan kəsilənlər və iştirak etməyənlər də olub.
Son günlərdə yayılan məlumatlara görə, imtahanda iştirak etməyən, yaxud buraxılışdan kəsilən şagirdlərin attestat ala bilməyəcəyi bildirilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"na əsasən ümumi və tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar:
“Belə şagirdlərə ümumi təhsil müəssisələrində təhsil almalarına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq arayış verilir”.
Məlumatda qeyd edilib ki, buraxılış imtahanlarında iştirak edən şagirdlərə isə topladığı baldan asılı olmayaraq ümumi orta və ya tam orta təhsil haqqında attestat (illik qiymətlər və imtahan balının ədədi ortası hesablanmaqla yekun qiymətlər DİM tərəfindən çıxarılır) verilir.
22-04-2025, 16:43
Gəncədə döyülən yeniyetmənin son durumu


Gəncədə döyülən yeniyetmənin son durumu

Gəncədə məktəblilər arasında dava olub. Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri - 2009-cu il təvəllüdlü Fərid Quliyev, 2010-cu il təvəllüdlü Amin Hümbətov və Raul Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə zamanı xəstəxanaya sadəcə 1 nəfər gətirilib.
Qeyd edilib ki, 22.04.2025-ci il tarixində saat 14:10 radələrində 2008-ci il şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
22-04-2025, 16:15
Putin Roma Papasının dəfninə gedəcək? - AÇIQLAMA


Putin Roma Papasının dəfninə gedəcək? - AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin Roma Papası I Fransiskin dəfn mərasiminə getməyi planlaşdırmır.
Bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezidentin belə planları yoxdur”, - Peskov deyib.
Rusiyadan Vatikana kimin gedəcəyi ilə bağlı suala prezidentin mətbuat katibi belə cavab verib ki, bu haqda hələlik qərar verilməyib.
Putin dünən Roma Katolik Kilsəsinə teleqram vuraraq başsağlığı verib. “Mənim bu görkəmli insanla bir neçə dəfə ünsiyyət qurmaq imkanım olub və onun ən parlaq xatirəsini əbədi olaraq saxlayacağam”, - o deyib.
Prezident Papanın Pasxa günlərində dünyasını dəyişməsini “xüsusi əlamət” hesab edib. Putin 2015 və 2019-cu illərdə pontifiklə görüşüb.
Papa Fransiskin dəfn mərasimi aprelin 26-da şənbə günü keçiriləcək.
22-04-2025, 16:15
“Hesablama Palatasının qarşısında yeni çağırışlar dayanır”


“Hesablama Palatasının qarşısında yeni çağırışlar dayanır” – Komitə sədri təkliflər verdi

“Bu gün müzakirəyə çıxarılan Hesablama Palatasının 2024-cü il üzrə fəaliyyəti ilə bağlı illik hesabatını yalnız maliyyə rəqəmlərinin toplusu kimi deyil, ölkəmizin davamlı inkişaf trayektoriyasını əks etdirən strateji sənəd kimi qiymətləndirməliyik”.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Hesablama Palatasının ötənilki fəaliyyətinin yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib.
Millət vəkili qeyd edib ki, Hesablama Palatası 2024-cü ildə fəaliyyətini daha çoxşaxəli və sistemli şəkildə həyata keçib, maliyyə nəzarəti və audit prosedurlarında həm keyfiyyət, həm də əhatə dairəsi baxımından nəzərəçarpacaq təkmilləşmələrə nail olub: “Müsbət cəhətlərdən biri də budur ki, Palata hesabatlılığın artırılması, səmərəliliyin qiymətləndirilməsi və nəticəyönümlü yanaşmanın tətbiqi istiqamətində ciddi irəliləyişlər əldə edib. Hesabatdan məlum olur ki, fəaliyyət zamanı 98 nəticə əsaslı göstəricidən istifadə olunub, 37 risk üzrə cavab tədbirləri hazırlanıb. Bu isə maliyyə intizamının təmin olunması ilə yanaşı, fəaliyyətin effektivliyinin qiymətləndirilməsi baxımından da mühüm addımdır. Hesablama Palatasının funksiyası yalnız qanun pozuntularını üzə çıxarmaqla məhdudlaşmır. O, həm də dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın və strateji planlaşdırmanın əsas tənzimləyici institutlarından biridir”.
Komitə sədrinin sözlərinə görə, bu baxımdan Palatanın təqdim etdiyi hesabatı sadəcə nəzarət sənədi kimi deyil, həm də dövlət siyasətinin strateji istiqamətlərinə uyğunluğunu qiymətləndirən mühüm alət kimi təhlil etməliyik: “Xüsusilə də yaşıl iqtisadiyyat və ekoloji siyasət kontekstində. 2024-cü ildə ilk dəfə olaraq Palatanın apardığı bəzi auditlərdə “yaşıl büdcə” yanaşmasına uyğun göstəricilərə istinad edilməsi azda olsa qeyd olunub. Bu, Azərbaycanın ekoloji maliyyələşdirmə prinsiplərinə keçidinə dair müsbət siqnaldır. Lakin təəssüf ki, bərpa olunan enerji layihələrinə yönəlmiş dövlət xərclərinin səmərəliliyinə dair aparılan təhlillər və pre-audit nəticələri Hesabatda ayrıca və yetərli şəkildə təqdim olunmayıb. Belə bir bölmənin əlavə olunması həm ictimai, həm də parlament nəzarəti baxımından vacibdir. Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi etməklə, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat sahəsində qlobal öhdəliklərini bir daha təsdiqlədi. Lakin qeyd etməyi vacib hesab etdiyim məqam ondan ibarətdir ki, bu öhdəliklərin yerinə yetirilməsi birbaşa dövlət büdcəsinin planlaşdırılması və icrasının nəzarəti ilə əlaqəlidir. Bu baxımdan Hesablama Palatasının qarşısında yeni dövrün çağırışları dayanır. Artıq Palata yalnız xərclərin qanunvericiliyə uyğunluğunu deyil, bu xərclərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə 7-ci (bərpa olunan enerji), 12-ci (məsuliyyətli istehlak və istehsal) və 13-cü (iqlim dəyişikliyi ilə mübarizə) məqsədlərlə uyğunluğunu da qiymətləndirməlidir. 2023-cü illə müqayisədə, yaşıl enerji sahəsində dövlət xərcləri 21% artmış və əsasən Xızı, Qobustan və Cəbrayıl rayonlarında həyata keçirilən günəş və külək enerjisi layihələrinə yönəldilmişdir. Hesabatda bu vəsaitlərin istifadəsi ilə bağlı ümumi məlumatlara rast gəlinsədə, onların nəticələri və təsirləri ilə bağlı dərin təhlillər yer almamışdır. Gələcəkdə bu sahədə audit yoxlamalarının aparılmasına və əsaslı təhlillər edilməsinə zərurət var. Bu baxımdan nəticəyönümlü büdcə və yaşıl büdcə yanaşmalarının Palatanın audit fəaliyyətində mərkəzi yer tutması məqsədəuyğun olardı”.
Sadiq Qurbanov qeyd edib ki, 2024-cü il üzrə təqdim olunmuş hesabat həm struktur baxımından, həm də təqdimat üslubu baxımından əvvəlki illərlə müqayisədə daha sistemli hazırlanıb: “Lakin bu sənəd bir başlanğıcdır. Gələcəkdə Palatanın fəaliyyətinə daha geniş strateji baxış tələb olunacaq, bunun üçün də qanunvericilik bazasının möhkəmləndirilməsi yeni imkanlar yarada bilər. Hesabatlarda yaşıl keçid, rəqəmsal transformasiya və iqlim risklərinin iqtisadiyyata təsiri kimi mövzuların daimi şəkildə yer alması mütləqdir. Bununla yanaşı, nəticəyönümlü, strateji və yaşıl iqtisadiyyata uyğun audit metodologiyasının tətbiqini də vacib hesab edirik. Bu baxımdan biz Hesablama Palatasının fəaliyyətinin təkcə nəzarət yox, həm də inkişafedici və istiqamətverici funksiyalarla zənginləşməsini arzu edirik”.
Millət vəkili çıxışının sonunda vurğulayıb ki, Hesablama Palatası ilə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi arasında əlaqələr qarşılıqlı təhlil və fikir mübadiləsi əsasında davamlı inkişaf edir. “Ümid edirik ki, bu əməkdaşlıq gələcəkdə də səmərəli şəkildə davam edəcək və audit nəticələrinin parlament müzakirələri ilə sinxronlaşdırılması ölkəmizin yeni inkişaf mərhələsinə keçidinə öz mühüm töhfəsini verəcək”, o əlavə edib.
Komitə sədri Hesablama Palatasının 2024-cü il üzrə fəaliyyətini qənaətbəxş hesab edib, Vüqar Gülməmmədov başda olmaqla, qurumun kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
22-04-2025, 16:09
Qarabağa köçənlərə çıxarış veriləcək


Qarabağa köçənlərə çıxarış veriləcək

Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi də sürətlə davam edir. Bu il keçmiş məcburi köçkünlərin yeni ərazilərə köçürülməsi planlaşdırılır.
Ötən il ölkə ərazisində məskunlaşmış 2 615 ailə olmaqla 10 min 233 nəfər Qarabağ və Şərqi Zəngəzura köçürülüb. Hazırda sözügedən ərazilərdə 30 min nəfərdən çox şəxs yaşayır.
Qarabağa və Şərqi Zəngəzura köçən ailələrin hər biri mənzillə təmin edilib. Mənzillərə çıxarış ("kupça") verilib-verilmədiyi isə məlum deyil.
Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq normativ hüquq aktının layihəsi hazırlanıb.
"Layihə qüvvəyə mindikdən sonra sözügedən yaşayış sahələri üzərində vətəndaşların hüquqlarının dövlət qeydiyyatının aparılması məsələsinə baxılması təmin ediləcəkdir", - məlumatda deyilir.
22-04-2025, 15:54
Növbəti köç karvanı Həsənriz kəndinə çatdı


Növbəti köç karvanı Həsənriz kəndinə çatdı- FOTO,

Bu gün respublikanın müxtəlif şəhər və rayonlarından yola salınan növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb. Yeni köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bu gün geniş tikinti-bərpa işləri aparılır. Bu ilin sonuna qədər əhalinin qayıdışı nəzərdə tutulmuş 24 tarixi Azərbaycan kəndlərinin 16-sında hazırda tikinti- bərpa işləri həyata keçirilir, digər 8 yaşayış məntəqəsində isə layihələndirmə işləri aparılır. Bu günə qədər Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində ümumilikdə 12 minə yaxın əhalinin daimi məskunlaşması təmin olunub. Bu mərhələdə isə Ağdərə rayonunun Həsənriz kəndinə daha 20 ailə - 68 nəfər köçürülüb. Bununla da Həsənriz kəndində 90 ailənin, 306 nəfərin daimi məskunlaşması təmin edilib.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!