Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
16-04-2025, 13:52
Ağsuda faciə: ekskavatora sığınanları sel apardı - ÖLƏN VAR


Ağsuda faciə: ekskavatora sığınanları sel apardı - ÖLƏN VAR

Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb.
İilkin məlumatlara görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.
Hadisə nəticəsində ekskavatorun içində olan 4 nəfərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, çətin vəziyyətdə texnikanın içində köməksiz qalıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar ekskavatorun içindən çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.
Hazırda hadisənin hansı şəraitdə və necə baş verdiyi araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
16-04-2025, 13:25
Şabrançay daşdı - Kəndlər su altında qaldı


Şabrançay daşdı - Kəndlər su altında qaldı

Şabran rayonunun bir neçə kəndi sel suları altında qalıb.
Buna səbəb kəndlərin ərazisindən keçən Şabrançayın daşması olub.
Sel nəticəsində rayonun Bor-bor və Padar kəndlərini su basıb.
Hazırda həmin kəndlərdə əhalinin xilas edilməsi istiqamətində işlər görülür.
Əraziyə texnikalar cəlb olunub.
16-04-2025, 13:20
Ermənistan Zəngəzur dəhlizində rejimi sadələşdirməyə razıdır


Ermənistan Zəngəzur dəhlizində rejimi sadələşdirməyə razıdır

“Ermənistan hələ də Azərbaycandan kommunikasiyaların açılması təşəbbüsümüzə cavabı almayıb. Eyni zamanda, icra zamanı istənilən layihənin müəyyən nüansları və incəlikləri var və onların üzərində işləmək lazımdır”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
“Biz indiki mərhələdə Azərbaycana dəmir yolu əlaqəsini, xüsusən də yükdaşımaların həyata keçiriləcəyi Horadiz-Yerasx xəttində (Zəngəzur dəhlizi) açmağı təklif edirik”, - baş nazir Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, Ermənistan hazırda həmin həll yollarına doğru irəliləməyə hazırdır.
"Qeyd etmək çox vacibdir ki, biz bu həll yollarına hazır olduğumuzu deyəndə özümüzə sual veririk ki, cəmiyyətimiz bizim təklif etdiyimiz həll yollarına necə reaksiya verəcək. Bunu açıqlayanda müəyyən inamımız var ki, çox yaxşı, bu, normal bir kompromisdir və qarşılıqlı məqbul ola bilər".
Bundan əvvəl Antalya Diplomatik Forumunda xarici işlər naziri Ararat Mirzoyan demişdi ki, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən yolda Ermənistan fiziki yoxlamaları minimuma endirmək üçün elektron skan sistemlərindən istifadə Edə bilər.
Bu təklifə münasibət bildirən Nikol Paşinyan deyib ki, bu, Ermənistan ərazisində hərəkət rejiminin hər hansı yumşaldılmasını nəzərdə tutmur. İrəvan “sülh kəsişməsi” layihəsində öz mövqeyini çoxdan təqdim edib.
O, həmçinin xatırladıb ki, Ermənistan suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipini qoruyaraq Zəngəzur dəhlizində rejimi sadələşdirməyə hazırdır.
“Azərbaycan deyir ki, "Ermənistan həll yollarını təqdim etmədiyi və təklif etmədiyi üçün biz İran marşrutundan istifadə etmək qərarına gəldik". Bu o deməkdir ki, İran marşrutunun şərtləri onlar üçün məqbuldur, əks halda bundan istifadə etməzdilər. Biz isə bu kontekstdə hər şeyi aydınlaşdırmaq üçün deyirik ki, İrəvan da İran marşrutunun şərtlərini təqdim etməyə hazırdır”.
16-04-2025, 13:15
Çoxəsrlik dostluq bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib


Çoxəsrlik dostluq bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib

Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib.
Bu barədə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
Gürcüstanın Prezidenti qeyd edib: “Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız dırnaqarası liberal dəyərlərlə yox, öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər”.
16-04-2025, 13:04
Yağış bu tarixdə dayanacaq - PROQNOZ


Yağış bu tarixdə dayanacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında aprelin 17-də arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
16-04-2025, 12:59
Ermənistanda müxalifətin namizədi mer seçildi


Ermənistanda müxalifətin namizədi mer seçildi

Ermənistanın ikinci böyük şəhərinin – Gümrünün Ağsaqqallar Şurasının bu gün keçirilən ilk iclasında keçmiş mer Vardan Qukasyan 13 ildən sonra yenidən bələdiyyə sədri seçilib.
Ağsaqqallar Şurasının 33 üzvündən 18-i ona səs verib.
Hakim “Mülki müqavilə” fraksiyası həm iclasın özünü, həm də səsverməni boykot edib. Fraksiya lideri, müvəqqəti olaraq mer vəzifəsini icra edən Sarik Minasyan Gümrüdə növbədənkənar seçkilərin keçirilməsini istəyib.
Bundan əvvəl Kommunist Partiyasının siyahısına başçılıq edən və müxalifət arasında ən çox səs toplayan Qukasyan müxalifətdən olan digər rəqiblərinin dəstəyini qazanaraq vahid namizədə çevrilib.
16-04-2025, 12:54
Üçüncü ölkələrin xalqlarımız üçün nəyin yaxşı olduğunu bilməsi mümkün deyil


Üçüncü ölkələrin xalqlarımız üçün nəyin yaxşı olduğunu bilməsi mümkün deyil

Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik.
Bu fikirləri Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib.
“Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib”, - deyə o əlavə edib.
16-04-2025, 12:52
Gürcüstan Prezidenti İlham Əliyevə təşəkkür etdi


Gürcüstan Prezidenti İlham Əliyevə təşəkkür etdi

Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim.
Bu sözləri Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Mixeil Kavelaşvili bildirib ki, Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub.
16-04-2025, 12:46
Paşinyan Azərbaycanın əsas şərtini qəbul edir


Paşinyan Azərbaycanın əsas şərtini qəbul edir

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni hazırlanan konstitusiya ilə bağlı bir sıra detalları açıqlayıb.
O, jurnalistlərə açıqlamasında bildirib ki, yeni konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.
Qeyd edək ki, Ermənistan konstitusiyasının preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün İrəvandan konstitusiyanı dəyişməyi tələb edir.
“İllər öncə – dəqiq xatırlamıram hansı ildə – Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinin qəbulunun ildönümünə həsr olunmuş müraciətimdə bildirmişdim ki, bu sənədi oxuyarkən belə qənaətə gəlmişəm: bu mətn müstəqil, suveren Ermənistan Respublikasının mövcud ola bilməyəcəyini ehtiva edir. Əgər mən bunu deyirəmsə, deməli, yeni Konstitusiya mətnində həmin Bəyannaməyə istinad olmalı olduğunu iddia edə bilmərəm. Əksinə, deyə bilərəm ki, mənim fikrimcə, yeni Konstitusiyada bu sənədə istinad olmamalıdır. Amma qərarı Ermənistan xalqı verəcək. Təbii ki, "lehinə" və "əleyhinə" arqumentləri siyasi qüvvələr təqdim etməlidirlər”, - o deyib.
Paşinyan bildirib ki, bu məsələyə yalnız Azərbaycanın tələbi prizmasından deyil, Ermənistanın daxili ictimai-siyasi reallıqları kontekstində yanaşır:
“Biz iki məsələni ayırmalıyıq: Azərbaycanın sülh prosesinə və Ermənistan Konstitusiyasının mətninə münasibəti. Bu, bizdə 2018-ci il inqilabından dərhal sonra gündəmdə olan məsələdir. Hələ 2020-ci ilin fevralında bir müsahibəmdə də bu barədə danışmışdım”.
Yeni Konstitusiyanın nə vaxt qəbul ediləcəyi ilə bağlı suala cavab olaraq Paşinyan konkret tarix verməyib:
“Referendumun nə vaxt keçiriləcəyinə dair dəqiq söz deyə bilmərəm. Fərqli fikirlər var, müzakirələrdən sonra ortaq nəticəyə gələcəyik.”
Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar başa çatıb. “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” adlı saziş preambula və 17 maddədən ibarətdir.
Bir müddət əvvəl sazişin preambula və 15 maddəsinin razılaşdırıldığı, yerdə qalan 2 maddə üzrə danışıqların davam etdiyi açıqlanmışdı. Sözügedən maddələr sərhəddən üçüncü ölkələrə məxsus qüvvələrin çıxarılması və beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı şəkildə geri götürülməsi ilə bağlıdır. Artıq hər iki tərəf maddələri razılaşdırıb.
Ancaq sülh sazişi hələ də imzalanmağa hazır deyiıl. Çünki sülh sazişinin daha dayanıqlı olması üçün Ermənistan bir sıra şərtləri yerinə yetirməli, öhdəlik götürməlidir.
Prezident İlham Əliyev bəyan edib ki, sülh sazişinin imzalanması üçün iki şərt yerinə yetirilməlidir. Bunlar Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.
Bakı hesab edir ki, Ermənistanın hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının qalması, iki ölkə arasında normallaşma prosesinə ciddi maneə törədir.
Ermənistanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, əsas qanunda istinad edilən Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də keçmiş Ali Sovetin birinci sessiyasında qəbul edilib. 12 bənddən ibarət olan bəyannamənin preambulasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirilib.
1990-cı ildə qəbul edilən sənəd Türkiyə və Azərbaycanı düşmən kimi görən siyasi ideologiyanın məhsuludur. Elə bunun nəticəsidir ki, bəyannamədə təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Belə ki, bəyannamənin 11-ci maddəsində qeyd edilir ki, “Ermənistan Respublikası Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda törədilmiş 1915-ci il soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq vəzifəsini dəstəkləyir”. “Qərbi Ermənistan” dedikdə isə ermənilər Türkiyə Respublikasının şərqində yerləşən 6 vilayəti (Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas) nəzərdə tuturlar. Yəni “Qərbi Ermənistan” dedikdə nəzərdə tutulan ərazi indiki Türkiyə torpaqlarıdır.
16-04-2025, 12:38
Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil


Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil

Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında deyib.
“Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!