Zelenskidən İstanbul danışıqları barədə ilk açıqlama .....                        Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ .....                        Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi .....                        Azərbaycanda bu kanalların yayımı dayandırıldı - RƏSMİ .....                        Əgər II Qareginin uşağı varsa, o, bütün ermənilərin katolikosu ola bilməz! - Paşinyan .....                        Azərbaycana qələbələr yaraşır - Prezident .....                        Leysan, dolu, sel... - XƏBƏRDARLIQ .....                        Ukrayna Quru qoşunlarının komandanı istefa verdi .....                        Ukraynadan Rusiyaya böyük zərbə - Təyyarələrini yandırdılar .....                       
4-04-2025, 13:24
Bayramovla Lavrov arasında məktub mübadiləsi


Bayramovla Lavrov arasında məktub mübadiləsi

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 illiyi ilə əlaqədar iki ölkənin xarici işlər nazirləri arasında məktub mübadiləsi olub. 4 aprel tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 ili tamam olur.
Bu münasibətlə, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov arasında təbrik məktublarının mübadiləsi baş tutub.
Azərbaycan Respublikası xarici işlər nazirinin məktubunda bildirib ki, ötən onilliklər ərzində ölkələr arasında ümumi tarixi dəyərlərə, qarşılıqlı hörmətə və etimada əsaslanan, o cümlədən bir-birinin maraqlarını nəzərə alan ikitərəfli münasibətlər uğurla inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə çevrilib:
"Təbii ki, ən yüksək səviyyədə müntəzəm siyasi dialoq əməkdaşlığın mütərəqqi inkişafında mühüm amil olmaqla hər zaman Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinə rəvac verib.
22 fevral 2022-ci il tarixində Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin edərək, müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.
Bu gün, intensiv ikitərəfli təmaslarla səciyyələnən müttəfiqlik qarşılıqlı fəaliyyəti səmərəli şəkildə möhkəmlənməkdə davam edir. Bunun bariz nümunəsi ticarət dövriyyəsinin durmadan artması, qanunvericilik bazasının genişləndirilməsi, eləcə də birgə layihə və təşəbbüslərin uğurla həyata keçirilməsidir. İkitərəfli gündəmdə mədəni-humanitar əlaqələrin və regionlararası əməkdaşlığın genişləndirilməsi məsələləri xüsusi yer tutur.
Şübhəsiz ki, xarici siyasət qurumları arasında sıx əməkdaşlıq qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə müttəfiqlik qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edir.
Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli şəkildə dərinləşəcək və yeni məzmunla təmin olunacaqdır", - Ceyhun Bayramovun məktubunda deyilir.
4-04-2025, 13:20
Bulvarda dənizdə meyit tapıldı


Bulvarda dənizdə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
4-04-2025, 13:15
Azərbaycanla əməkdaşlığımız Rusiyadan asılılığımızı azaldıb - Aİ komissarı


Azərbaycanla əməkdaşlığımız Rusiyadan asılılığımızı azaldıb - Aİ komissarı

Bizim Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində və Rusiya qazından asılılığımızın azaldılmasında mühüm rol oynayır.
Bunu Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.
O, Azərbaycandan kəmərlə gələn qazın növbəti illərdə Avropa İttifaqının xalis sıfıra keçid prosesində mühüm rol oynayacağına ümidvar olduğunu qeyd edərək deyib: “Bu səbəbdən ticarət sahəsində əməkdaşlığımızın həcmini artırmaq istəyirik. Eyni zamanda, həmin dəhlizin əməliyyatlarına nəzarət, qaz sektorunda təkmilləşdirmə işlərinin aparılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və elektrik enerji şəbəkəsinin inkişafı bizim əsas məqsədlərimiz arasındadır. Lakin fəaliyyətimiz yalnız böhranın idarə edilməsi ilə məhdudlaşmır – biz gələcək üçün strateji yollar müəyyən etməliyik. Bu baxımdan, Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında yaşıl enerji dəhlizinin inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Bu sahədə müxtəlif ideyalar, texnologiyalar və marşrutlar mövcuddur. İndi əsas vəzifəmiz bu perspektivli ideyaları bir araya gətirərək yaşıl enerji dəhlizinin səmərəli fəaliyyətini təmin etməkdir. Bu istiqamətdə böyük potensial və əməkdaşlıq ruhu mövcuddur və hər iki tərəf bu təşəbbüsdə maraqlıdır”.
4-04-2025, 13:06
Türkiyədə şaurmadan zəhərlənənlər 700-ə çatır


Türkiyədə şaurmadan zəhərlənənlər 700-ə çatır

Türkiyədə toyuq şaurmasından zəhərlənərək xəstəxanaya yerləşdirilənlərin sayı 648 nəfərə çatıb.
Zərərçəkənlərin ürəkbulanma, qızdırma və qusma şikayətləri olduğu bildirilir.
Qeyd olunur ki, zəhərlənənlər Körfəz rayonundakı iaşə obyektində toyuq şauarması yeyiblər.
Kocaeli Qida Nəzarət Laboratoriyası Müdirliyinin mütəxəssisləri tərəfindən aparılan yoxlama zamanı şauarmanın Türkiyə Qida Məcəlləsinin mikrobioloji meyar qaydalarına uyğun olmadığı aşkarlanıb.
Müəssisəyə qarşı cinayət işi açılıb.
4-04-2025, 12:53
Cəlilabadda kameralara düşən qətllə bağlı qərar verildi - VİDEO


Cəlilabadda kameralara düşən qətllə bağlı qərar verildi - VİDEO

Cəlilabadda baş verən cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hadisə 2023-ci ilin oktyabr ayında baş verib.
Rəsmi açıqlamada bildirilib ki, oktyabrın 24-də 1977-ci il təvəllüdlü Xaqani Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Faktla bağlı Cəlilabad rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1998-ci il təvəllüdlü Böyükxan Muradlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq materiallarına əsasən, hadisə günü Böyükxan Muradlı Cəlilabad şəhərində yerləşən apteklərdən birinin qarşısında Xaqani Əhmədliyə bıçaqla hücum edib. Müşahidə kameraları və şahid ifadələri sübut edir ki, T.Xaqani aptekdən çıxan zaman bıçaqlanıb, hadisə yerində təcili tibbi yardım göstərilsə də, Xaqani Əhmədli aldığı xəsarətlərdən dünyasını dəyişib.
Cinayəti törətdikdən sonra Böyükxan hadisə yerinə yaxın ərazidə onu gözləyən avtomobilə minib. Avtomobil onun qohumuna məxsus olub, sükan arxasında isə daha bir qohumu oturub. Onlar birlikdə hadisə yerindən uzaqlaşıblar. Məhkəmə Bötükxanın dostlarını cinayətin törədilməsində iştirak və yardım göstərməkdə təqsirli bilib. Polisin həyata keçirdiyi axtarış və əməliyyat tədbirləri nəticəsində onlar qısa müddət ərzində saxlanılıb və istintaqa cəlb olunublar.
İş materiallarında qeyd olunur ki, hadisədən əvvəl Böyükxan "TikTok" sosial şəbəkəsində emosional və təhqiramiz ifadələr işlədərək aqressiya nümayiş etdirib. Bu paylaşımlar istintaq tərəfindən təqsirləndirilən şəxsin cinayəti əvvəlcədən planlaşdırdığına dair dolaylı sübut kimi qiymətləndirilib.
O, məhkəmədə çox şey danışmayıb və bu cinayəti atasına qarşı olan hərəkətlərə görə törətdiyini bildirib.
İstitaqa verdiyi ifadədə Böyükxan deyib ki, Xaqani və onun bir neçə dostu təxminən 2014-cü ildə Bakı şəhərində atasını döyərək ona xəsarət yetirib. Lakin, həmin vaxt atası onlardan şikayət etməyib. Buna görə də həmin hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilməyib və hər hansı araşdırma aparılmayıb. O da bu hərəkətinə görə Xaqanidən qisas alaraq onu öldürmək istəyib. O, təxminən bir neçə ildir ki, Xaqanini gördüyü vaxt onu öldürməyi qərara alıb.
Böyükxan Muradlı barəsində Cinayət Məcəlləsini 120.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməsi səbəbilə 10 il 9 ay, digər 2 şəxs barəsində isə məcəllənin 120.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdikləri üçün 10 il və 9 il 6 ay olmaqla həbs qərarı verilib.



4-04-2025, 12:35
Britaniya Azərbaycanla birgə işləməyi səbirsizliklə gözləyir - Səfir


[b]Britaniya Azərbaycanla birgə işləməyi səbirsizliklə gözləyir - Səfir[/b]

Böyük Britaniya Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı rolunu qiymətləndirir.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “X” platformasındakı paylaşımında bildirib.
Səfir qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının XI və Yaşıl Enerji Məşvərət Şurasının III Nazirlər Görüşü enerji müzakirələri üçün mühüm platformadır: “Böyük Britaniya bu çətin zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı rolunu qiymətləndirir və birgə işləməyi səbirsizliklə gözləyir”.
4-04-2025, 12:28
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında aprelin 5-i hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.
4-04-2025, 12:14
Tramp İranla dolayı deyil, birbaşa danışıqlar istəyir


Tramp İranla dolayı deyil, birbaşa danışıqlar istəyir

ABŞ-la birbaşa danışıqları rədd edən İran Vaşintonla dolayı danışıqlara hazır olduğunu açıqlayıb.
ABŞ prezidenti Donald Tramp İranla danışıqlara dair yeni iddialarla çıxış edib.
Donald Tramp son açıqlamasında İranın birbaşa danışıqlar aparmaq istədiyini iddia edib.
Jurnalistlərə açıqlama verən Tramp "məktubları unudun, məncə İran birbaşa danışmaq istəyir" deyib.
ABŞ prezidenti bildirib ki, İranla vasitəçilər vasitəsilə deyil, birbaşa danışıqlar aparmaq daha yaxşıdır.
“Axios” xəbər portalının iki ABŞ rəsmisinə istinadən verdiyi xəbərə görə, Ağ Ev İranla nüvə müzakirələri variantlarını dəyərləndirir.
Xəbərə görə, ABŞ prezidenti Tramp Yaxın Şərqdə Amerika hərbi varlığını artırarkən Tehranla dolayı nüvə danışıqlarını ciddi şəkildə nəzərdən keçirir.
Daha əvvəl İranla birbaşa nüvə danışıqlarına üstünlük verəcəyini bildirən Tramp, İranın yalnız “Omanın vasitəçiliyi ilə aparılan dolayı danışıqları” qəbul edəcəyi xəbərindən sonra dolayı danışıqlara müsbət baxmağa başlayıb.
Hələlik məsələ ilə bağlı heç bir qərar verməyən Tramp milli təhlükəsizlik komandası ilə İranla nüvə danışıqlarının yol xəritəsini müəyyən etməyə çalışır.
4-04-2025, 07:04
"MILLƏTLƏR ƏDƏBIYYATINI KƏRPIC-KƏRPIC INŞA EDIR"

"MILLƏTLƏR ƏDƏBIYYATINI KƏRPIC-KƏRPIC INŞA EDIR"

Bugünkü qonağımız tanınmış Alban şairi, yazıçı, tərcüməçi, ədəbiyyat tənqidçisi və jurnalist, "Kryefjala" dərgisinin redaktoru Rifat Ismilidir.
Söhbətimiz ədəbiyyat, yaradıcılıq, poeziya oxu mədəniyyəti, şəxsi baxışlar və həyat yolları barədə oldu.

-Ədəbiyyata marağınız nə vaxt başladı? Gəncliyinizdə hansı kitabları oxudunuz və sizi hansı yazıçılar ilhamlandırdı?
-Oxumağa olan marağımın necə başladığını dəqiq demək çətindir, çünki çox vaxt keçib və zaman keçdikcə insan öz şəxsi mifini həqiqətdən kənarda qurmağa başlayır. İnsanlar əvvəlcə əhəmiyyətsiz olan şeylərə sonradan yeni mənalar verirlər, amma bu şeylər sonradan əsas əhəmiyyət kəsb edir və insanın zehni aləmində yer tuturlar. Mənim oxumağa olan marağım əlifba hərflərini öyrəndiyim zaman başladı və çox keçmədi ki, insanlar mənim haqqında "Bax, bu çox kitab oxuyan balaca oğlan" deməyə başladılar. O dövrdə oxuduğum ilk kitabları dəqiq xatırlamıram, amma məktəb oxu kitablarının yanında, mən həm də Albaniya nağılları, Hans Kristian Andersenin nağılları, Brüder Grimmin nağılları, Mark Tven və başqalarını oxudum. Sonra böyüdükcə, çox gənc yaşlarımda oxuduğum Cek Londonun kitabları məni ilhamlandırdı. Mən həmçinin Tomas Hardy-nin "Tess of the d'Urbervilles" romanını və "Montezumanın Qızı" adlı romanı da oxudum. Ailəmdə oxumağa meyilli insanlar var idi, onların otağında kiçik bir kitab küncü var idi, mən də onların ardınca oxuyardım. O dövr oxuduqlarım mənim yaddaşımda həyati bir oazis kimi qalıb.
-Kitab oxuma ilə yaradıcı düşüncə arasındakı əlaqə barədə fikriniz nədir? Oxucuların şairlər və yazıçılar üçün rolu haqqında nə düşünürsünüz?
-Oxuma və yaradıcı düşüncə bir sənətkar və ya yazıçı üçün paralel gedir; onlar eyni prosesin bir hissəsidir. Heç bir yaradıcı oxucusuz tamamlanmış deyil və əksinə, yaxşı və diqqətli oxucu olmadan uğurlu və təsirli yaradıcı düşüncə ilə təcrübə keçmək mümkün deyil. Mənim üçün oxuma, sehrli bir dünyanın arxasında gizli olan bir qapı kimidir, bu dünyaya hər kəs daxil ola bilməz.
Yalnız həssas və azad ruhlar bu dünyaya səyahət edə bilər. Oxumaqla biz özümüzü zənginləşdiririk və daxili bir filtrasiya prosesi baş verir, bu təkcə həyat üçün vacib oksigenin daxil olması və zəhərli maddələrin atılması kimidir.
-Bir şair və yazıçı olaraq cəmiyyətə qarşı öz məsuliyyətinizi necə hiss edirsiniz?

-İnsan cəmiyyətində hər bir insan özünə və öz vətəninə qarşı məsuliyyət daşıyır, lakin yaradıcı insan daha böyük məsuliyyət daşıyır, çünki o, ictimai şəxsiyyətdir və kütlələrə birbaşa təsir edir. Bir yaradıcı, adi insanlardan daha çox məlumatlı olduğuna görə, həm də öz xalqının müstəqilliyini, insan haqlarını, sülh və harmoniya kimi dəyərləri qorumaq üçün ikili məsuliyyət daşıyır. Mən bunu öz məsuliyyətim hesab edirəm və sənətimlə insan haqlarının, qadınların, uşaqların və ehtiyacı olanların müdafiəsi üçün güclü bir səs olmağa çalışıram.
-Şairlər və yazıçılar cəmiyyəti necə dəyişə bilər? Onların sosial məsuliyyəti barədə nə deyə bilərsiniz?
-Yazıçılar icraedici gücə malik deyillər; bu, hökumətlərə aiddir.
Lakin yazıçılar, insan ruhunun təsir edənləri olaraq, dünyanı dəyişə bilərlər, köhnə və ya dayanmış zehinləri yeni, insan dəyərləri xidmətinə yönəldərək.
Ədəbiyyat əsərləri və müxtəlif müzakirələr vasitəsilə hər bir yazıcı işıq üzü görən çıraq olmalıdır. Yazıçı hər bir insana daha yaxşı bir həyat inamını aşılamağa çalışmalıdır. Eyni zamanda, yaşadığı cəmiyyətin pis vərdişlərini və neqativ cəhətlərini vurğulamalı və tənqid etməlidir.
-Şairlər və yazıçılar üçün ən vacib məqsədlər nədir?
-Yazıçı, öz təbiətinə görə, ideallara sahibdir və bu ideallar ona cəsarət, qətiyyət və ilham verir. Doğulandan bütün həyat boyu, sənətkar insan həyatını diqqətlə müşahidə edən, gələcəyi proqnozlaşdıran və həmişə öz yaşadığı cəmiyyətdən bir addım öndə gedən bir insandır. Yazıçıya xas olan fəlsəfə insanı və vətəni sevməkdir. Lakin bundan əlavə, onlar həm də naməlum olanı, görünməyəni və ali olanı axtaran insandır -insan təcrübəsinin digər tərəfində olanı. Yazıçı iki güzgü arasında yaşayır - yer üzünü və göyü və hər ikisinə məxsusdur.
Onlar üçün hər şey önəmlidir; hətta bir yarpağın düşməsi və ya bir quşun uçması onları dərindən düşündürə bilər.
- Bu günki yaradıcı insanlarda nə çatışmır, onlar üçün ən böyük çətinliklər nədir?
-Məncə, bu günkü yaradıcı insanlar keçmişdəki yaradıcı insanlarla müqayisədə heç nə itirməyiblər. Sadəcə olaraq, əlverişsiz dövrlər gəlib və onların əksəriyyəti yeni reallığa uyğunlaşmağı öyrənməlidir. Bəlkə də yazıçılara daha böyük məsuliyyət düşür ki, daha yaxşı yazsınlar. Bu, özünü tənqid etməklə başlayır və reallığı olduğu kimi görməklə, nəfsani və kiçik bir yanaşma ilə deyil, obyektiv bir şəkildə.
- Hazırkı oxuma mədəniyyətini necə qiymətləndirirsiniz?
-Bu gün oxuma mədəniyyəti azalmaqdadır, bunun bir hissəsi yeni texnologiyaların kitablar və oxuma ilə mübarizə aparmasıdır. Keçmişdə insanlar daha çox oxumağa meyilli idilər, amma bu o demək deyil ki, əvvəllər insanlar daha çox oxuyurdu – həmişə kitablarla maraqlanmayanlar olub – lakin daha az medianın diqqəti olduğu üçün insanlar əvvəlki dövrlərdə kitablara daha çox vaxt ayırırdılar.
Buna baxmayaraq, oxumaq həmişə dünyaya açıq olan, nəcib ruhlar üçün bir vərdiş olub.
- Albaniya ədəbiyyatı ilə digər millətlərin ədəbiyyatı arasında əlaqə necədir?
-Bütün millətlər öz ədəbiyyatlarını kərpic-kərpic inşa edirlər və zaman keçdikcə onu keçilməz bir qala halına gətirirlər. Biz albanlar da eyni şeyi etməyə çalışırıq. Bir vaxtlar izolyasiya olmuşduq, amma indi sərbəst yaşayırıq, başqalarına qoşulmağa, əməkdaşlıq etməyə və müsbət nəticələr əldə etməyə imkanımız var.
Biz digər ədəbiyyatlara çox açıq insanlarıq, bəlkə də bəzən lazım olduğundan daha çox.
-Bugün Albaniya ədəbiyyatı necə inkişaf edir?
-Müasir Albaniya ədəbiyyatı inkişaf edir və getdikcə digər mədəniyyətlərlə inteqrasiya yolunda irəliləyir, onlardan ən yaxşılarını alır. Hər hansı bir yenidənqurma prosesində olduğu kimi, çatışmazlıqlar var, amma bu anlaşılandır.
Hər şey mükəmməl ola bilməz. Lakin ümumilikdə vəziyyət müsbətdir və Albaniya yazıçıları özlərinə çox tələbkardırlar.
-Azərbaycanla ədəbi əlaqələr qurmaq üçün hansı planlarınız var?
-Mənim Özbəkistanda çox oxunaqlı jurnallarda tərcümə edilib çap olunmaq şansım oldu. Həmçinin, Türkiyədə də çap olundum. Azərbaycanda da ədəbi əlaqələrimin olmasını istəyirəm. Xalqlarımız arasında ünsiyyət və dostluq körpüsü yaratmaq arzusundayam. Mən inanıram ki, hər bir yazıçı bu arzuyla yaşayır.
-Yaradıcı icma daxilində dostluq və əməkdaşlığın əhəmiyyəti nədir? Digər yazıçılarla əməkdaşlıq yolu ilə hansı nəticələrə nail oldunuz?
-Mənim üçün və şəxsiyyətim və yaradıcı olaraq inkişafım üçün digər yaradıcılarla əməkdaşlıq çox önəmlidir. Əməkdaşlıq vasitəsilə biz biliklərimizi genişləndirir, yaradıcı və mənəvi stimullar əlavə edir və sevinc və ilham vəziyyətinə çatırıq. Gənc yaradıcı olduğum zaman, tanınmış yaradıcılarla apardığım söhbətlər mənə qanad verdi. Onların sözləri mənə güvən və inam verdi, yazmağa olan arzum və istəklərim daha da gücləndi. Mən başqa yaradıcılarla çox açığam və gənc yazıçılara kömək edirəm.
Onların əsərlərinin nəzərdən keçirilməsində, tövsiyə və redaktə edilməsi, həmçinin əsərlərinin çap olunmasında kömək edirəm, bu məqsədlə "Gjurmë Penash" və "Kryefjala" jurnallarımda onları dərc edirəm. Əsərlərinin müxtəlif dillərdə nəşr olunması qlobal ədəbiyyat və mədəniyyətin inkişafına necə töhfə verir?
-Son vaxtlar, mənim əsərlərim dünyada bir çox dillərə uğurla tərcümə olunub və paylanıb. Mən qiymətləndirildiyimi hiss edirəm və görünür ki, nəhayət, illərlə çəkdiyim zəhmət mükafatlandırılır.
-Gələcəkdə yeni əsərlər yaratmaq üçün necə hazırlaşırsınız?
-Mənim yaradıcılığım bir çox istiqamətlərdə irəliləyir, çünki mən hər zaman axtarışdayam. Müxtəlif janrlarda işləyirəm - məsələn, romanlar və hekayələr, amma həm də esse və ədəbiyyat tənqidi yazıram, poeziyanı unutmadan. Son illərdə uşaqlar üçün ədəbiyyatla məşğul olmuşam və bir neçə kitab nəşr etmişəm. Bundan əlavə, iki jurnal çap etməklə məşğulam, burada bir çox Albaniya və beynəlxalq yaradıcıların əsərləri yer alır. Bu il də nəşrlərlə dolu olacaq və yaradıcı məmnuniyyətlərlə zəngin olacaq.
-Həqiqi sənət və ədəbiyyatın diqqətini itirdiyi bir dövrdə yazıçılar bu dəyişikliklərə necə uyğunlaşmalıdırlar?
-Bəlkə çətin dövrlər gəlsə də, yazıçının sənəti heç vaxt yox olmayacaq. Ruhlarımızı idarə edən qüvvə mövcud olduqca, yazı hər zaman bizim ən dərin hisslərimizin bir əksinə və həqiqətə doğru bir bələdçi olacaqdır. Kitablar və yazı həmişə özünə tərəfdar tapacaq, özlərini qurban verən insanlar tərəfindən irəliləyəcək və gələcək nəsillər üçün bir miras olaraq qalacaq. Bu anın içində diqqət yaradıcı insanın bütövlüyünə, özünə qarşı məsuliyyətə və yüksək keyfiyyət tələblərinə cavab verən yaradıcı düşüncəyə yönəlməlidir.
Bu yolla itirilmiş oxucu geri qaytarıla bilər və oxucu ilə yaradıcı arasında möhkəm bir əlaqə qurula bilər-bu, hər bir ədəbi əsər üçün əsas olan bir əlaqədir.

Söhbətləşdi: Cahangir NAMAZOV,
“Bütöv Azərbaycan ”ın
Özbəkistan təmsilçisi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!