SSRİ bayrağı altında çıxış edən keçmiş sədri DTX saxlayıb - Məhkəmənin qərarı ilə həbs edildi .....                        MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? - AÇIQLAMA .....                        Bəylik kəndinin sakinlərinə evlərin açarları təqdim edildi .....                        Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi .....                        Goranboy sakini minaya düşdü - Ayağı amputasiya edildi .....                        Yaponiyada güclü zəlzələ .....                        Məhkəmə Rüfət Səfərovla bağlı qərar verdi .....                        Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanıldı .....                        “Neftçi” 7 futbolçu ilə vidalaşdı .....                       
1-04-2025, 15:25
İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi


İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi

Pakistanın keçmiş baş naziri, "Ədalət uğrunda Hərəkat" müxalifət partiyasının qurucusu İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərilib.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Onun namizədliyini “Pakistan World Alliance” (PWA) hüquq müdafiə təşkilatı Pakistanda insan hüquqlarının və demokratik dəyərlərin müdafiəsinə verdiyi töhfəyə görə irəli sürüb.
İmran Xan ikinci dəfədir ki, bu nüfuzlu mükafata namizəd göstərilir. 2019-cu ildə o, Hindistanla münasibətlərdə hərbi gərginliyin azaldılması istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına namizəd göstərilib və Pakistan parlamenti onun namizədliyini dəstəkləyən qətnamə qəbul edib. Lakin Xan bu mükafata layiq olmadığını bildirib. Onun sözlərinə görə, bu mükafatı Kəşmir məsələsinin yekun həllinə nail olan siyasətçi almalıdır.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub.
1-04-2025, 15:13
Hikmət Hacıyev Sənayi ilə görüşdü


Hikmət Hacıyev Sənayi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.
Bu barədə Hikmət Hacıyev “X”də paylaşım edib.
"İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə Bakıda görüşdük. Görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi apardıq. Həmçinin, 2025-ci ilin fevral ayında İrana səfəri zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edildi", - paylaşımda qeyd edilib.
1-04-2025, 15:09
Müəllimlərə “hinduşkabaş” deyən direktor işdən çıxarıldı


Müəllimlərə “hinduşkabaş” deyən direktor işdən çıxarıldı

Müəllimləri təhqir etdiyi deyilən 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyeva işdən çıxarılıb.
Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.
Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bildirilib ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir
Qeyd edək ki, Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın onları təhqir etməsi barədə xəbərlər yayılıb.
“Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”. İddialara görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.
1-04-2025, 15:03
Azərbaycanda hərbi xidmətə çağırış başladı


Azərbaycanda hərbi xidmətə çağırış başladı

Bu gündən Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb.
2007-ci ildə doğulmuş və 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlar 2025-ci il aprelin 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Çağırış aprelin 30-dək davam edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 14-də Azərbaycan vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun müvafiq maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.
1-04-2025, 14:56
Xocavənddə tələ partlayıcı qurğu aşkarlandı


Xocavənddə tələ partlayıcı qurğu aşkarlandı

Xocavənd rayonunda improvizə edilmiş partlayıcı qurğu aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən bildirilib.
Məlumata görə, Agentliyə Daxili İşlər Nazirliyi vasitəsilə daxil olan müraciətə əsasən Agentliyin əməkdaşları tərəfindən Xocavənd rayonunun Bulutan kəndi ərazisində aparılan əməliyyatlar zamanı tərk edilmiş yaşayış evlərindən birində improvizə edilmiş, sürpriz partlayıcı qurğu aşkarlanıb:
"Həyata keçirilən əməliyyat zamanı qeyd olunmuş ərazidə 1 ədəd PQ-7L raketinin üzərinə 105 ədəd atıcı silah patronlarının yapışqan lentlə bağlanması və partlayışın həyata keçirilməsi üçün əl qumbarası partladıcısından istifadə etməklə tələ məftili vasitəsilə quraşdırılmış improvizə edilmiş partlayıcı qurğu aşkarlanıb. Həmçinin fikri yayındırmaq məqsədilə partlayıcı qurğunun ətrafına çoxlu sayda fotoşəkillər səpələyiblər ki, onlardan birinə toxunduqda tələ məftili işə düşsün.
Aşkar edilən partlayıcı qurğu Agentlik əməkdaşları tərəfindən təhlükəsiz şəkildə ərazidən kənarlaşdırılıb.
Məhz mülki təyinatlı ərazilərdə yerləşdirilən, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədi ilə quraşdırılıb.
ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa, şübhəli əşyaya rast gəldikdə dərhal 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verməyə çağırır".
1-04-2025, 14:51
Abşeron dairəvi marşrutu üzrə yeni qatar istifadəyə verildi


Abşeron dairəvi marşrutu üzrə yeni qatar istifadəyə verildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi və sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət cədvəlinin optimallaşdırılması çərçivəsində bu xətt üzrə ilk dəfə olaraq İsveçrənin “Stadler” şirkətinin istehsalı olan FLIRT qatarını istifadəyə verib.
ADY-dən verilən məlumata görə, FLIRT qatarı şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrə xəttə buraxılıb.
Birmərtəbəli, 5 vaqonlu müasir qatarın sərnişin tutumu 550 nəfərədək (268 oturacaq olmaqla) təşkil edir. Qatarın maksimal sürəti 125 km/s, orta sürəti 85 km/s-dir.
FLIRT qatarının istifadəyə verilməsi ilə əlaqədar olaraq, Biləcəri stansiyasında 550 mm-lik yeni platforma tikilib, Sumqayıt istiqamətində mövcud 1100 mm-lik platformanın bir hissəsi endirilərək 550 mm-lik ölçüyə salınıb. Xırdalan stansiyasında isə mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb.
Qatar gündəlik 10 reys həyata keçirir, Bakıdan Xırdalana 21, Xırdalandan Bakıya məsafəni isə 22 dəqiqəyə qət edir.
Yeni qrafikə əsasən, Xırdalandan saat 06:53-də hərəkətə başlayan FLIRT qatarı Bakıya 07:15-də çatır. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradır. FLIRT qatarı ilə Xırdalandan Bakıya növbəti reys saat 08:00-a təyin olunub.
Yeni FLIRT qatarı hərəkət intervalına nəzarət və qatarların optimal məsafədə saxlanılması, sürət həddinin avtomatik tənzimlənməsi və aşılması halında xəbərdarlıq edilməsi, təcili dayanma mexanizmi, qəza və ya icazəsiz hərəkət hallarında qatarın dayandırılması, siqnal sistemləri ilə inteqrasiya, maşinistin xəbərdarlıq və təlimatları alması kimi müasir təhlükəsizlik sistemlərini dəstəkləyir. Həmçinin qatar məlumatların qeydə alınaraq fayl kimi saxlanılması və nasazlıqların təhlilini təmin edir.
ADY-nin qatarla maneəsiz, sürətli, təhlükəsiz daşımalar, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarburaxma, eləcə də sərnişindaşıma və ötürücülük qabiliyyətinin yüksəldilməsi məqsədilə həyata keçirdiyi tədbirlər “Bakı şəhəri və ətraf ərazilərdə 2025–2030-cu illər üzrə mobilliyin transformasiyası proqramı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda göstərilən əsas hədəflərə çatmaqda önəmli rol oynayır, şəhər mobilliyinin təmin olunmasına ciddi töhfə verir.
1-04-2025, 13:28
Hərbi vəzifəlilərlə bağlı dəyişiklik


Hərbi vəzifəlilərlə bağlı dəyişiklik

Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Qanuna əsasən, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə:

- yəni vətəndaşlar (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;

- hərbi vəzifəlilər (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına;

- hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə otuz manat məbləğində cərimə edilir.
1-04-2025, 13:18
Bu gənclərə təqaüd veriləcək - Prezident pul ayırdı


Bu gənclərə təqaüd veriləcək - Prezident pul ayırdı

Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98 794 manat məbləğində vəsait ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, Mədəniyyət Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
1-04-2025, 13:14
Prezident İvanovka kəndi ilə bağlı sərəncam imzaladı


Prezident İvanovka kəndi ilə bağlı sərəncam imzaladı

İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.
1-04-2025, 13:00
Bu uşaqlara müavinət veriləcək - Prezident təsdiqlədi


Bu uşaqlara müavinət veriləcək - Prezident təsdiqlədi

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişib.
Bununla bağlı Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Qanuna əsasən, təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq. Başqa sözlə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.
Birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əməkhaqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əməkhaqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda, mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.
Qanuna dəyişiklik daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə edilib.
Xatırladaq ki, sözügedən dəyişiklik Milli Məclisin martın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb və üçüncü oxunuşda təsdiqlənib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!