Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 1-04-2025, 14:51
Abşeron dairəvi marşrutu üzrə yeni qatar istifadəyə verildi


Abşeron dairəvi marşrutu üzrə yeni qatar istifadəyə verildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi və sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət cədvəlinin optimallaşdırılması çərçivəsində bu xətt üzrə ilk dəfə olaraq İsveçrənin “Stadler” şirkətinin istehsalı olan FLIRT qatarını istifadəyə verib.
ADY-dən verilən məlumata görə, FLIRT qatarı şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrə xəttə buraxılıb.
Birmərtəbəli, 5 vaqonlu müasir qatarın sərnişin tutumu 550 nəfərədək (268 oturacaq olmaqla) təşkil edir. Qatarın maksimal sürəti 125 km/s, orta sürəti 85 km/s-dir.
FLIRT qatarının istifadəyə verilməsi ilə əlaqədar olaraq, Biləcəri stansiyasında 550 mm-lik yeni platforma tikilib, Sumqayıt istiqamətində mövcud 1100 mm-lik platformanın bir hissəsi endirilərək 550 mm-lik ölçüyə salınıb. Xırdalan stansiyasında isə mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb.
Qatar gündəlik 10 reys həyata keçirir, Bakıdan Xırdalana 21, Xırdalandan Bakıya məsafəni isə 22 dəqiqəyə qət edir.
Yeni qrafikə əsasən, Xırdalandan saat 06:53-də hərəkətə başlayan FLIRT qatarı Bakıya 07:15-də çatır. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradır. FLIRT qatarı ilə Xırdalandan Bakıya növbəti reys saat 08:00-a təyin olunub.
Yeni FLIRT qatarı hərəkət intervalına nəzarət və qatarların optimal məsafədə saxlanılması, sürət həddinin avtomatik tənzimlənməsi və aşılması halında xəbərdarlıq edilməsi, təcili dayanma mexanizmi, qəza və ya icazəsiz hərəkət hallarında qatarın dayandırılması, siqnal sistemləri ilə inteqrasiya, maşinistin xəbərdarlıq və təlimatları alması kimi müasir təhlükəsizlik sistemlərini dəstəkləyir. Həmçinin qatar məlumatların qeydə alınaraq fayl kimi saxlanılması və nasazlıqların təhlilini təmin edir.
ADY-nin qatarla maneəsiz, sürətli, təhlükəsiz daşımalar, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarburaxma, eləcə də sərnişindaşıma və ötürücülük qabiliyyətinin yüksəldilməsi məqsədilə həyata keçirdiyi tədbirlər “Bakı şəhəri və ətraf ərazilərdə 2025–2030-cu illər üzrə mobilliyin transformasiyası proqramı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda göstərilən əsas hədəflərə çatmaqda önəmli rol oynayır, şəhər mobilliyinin təmin olunmasına ciddi töhfə verir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!