Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
Tarix : 17-03-2025, 15:14
ADY reyslərin sayını artırır: Xəttə yeni qatar buraxılacaq


ADY reyslərin sayını artırır: Xəttə yeni qatar buraxılacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel 2025-ci il tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır.
Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur.
Şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək. Bununla əlaqədar olaraq, Biləcəri stansiyasında 1 yeni turniket zalı və 1 yeni 550 mm-lik platforma sərnişinlərin istifadəsinə verilib, Xırdalan stansiyasında isə istifadədə olan turniket zalı genişləndirilib və mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb.
Yeni hərəkət cədvəlinə əsasən, Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır. Həmçinin sürət qatarlarının iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib.
İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılacaq. O cümlədən sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu isə işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!