Mən də bir döyüşçüyəm… .....                        Ərdoğan Zelenski ilə sülhdən danışdı .....                        Yenidən spiker postuna namizəd oldu .....                        Telmanın atası da minaya düşübmüş... .....                        Buraxılış imtahanının cavabları elan edildi .....                        Tələbə xərçəngdən vəfat etdi .....                        Millimiz dünya çempionatının finalında .....                        Gəncəni raketlə vuranlar onlar imiş - Adlar AÇIQLANDI .....                        Füzuli Hüseynova töhmət verildi - Şuradan ÇIXARILDI .....                       
6-05-2025, 17:58
Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşdü - FOTO


Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaş ilə görüşüb.
Görüşdə Saqr Qobaş səfərin ölkələr və parlamentlər arasında münasibətlərə töhfə verəcəyinə inamını ifadə edib. Saqr Qobaş ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verdiyini qeyd edərək, xüsusilə iqtisadi əmıkdaşlıq sahəsində əldə olunan nəticələrdən razılığını ifadə edib.
Bu səfərin onun Milli Məclisin sədri kimi Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olduğunu deyən spiker Sahibə Qafarova Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.
Söhbət zamanı qeyd olunub ki, ölkələrimizi tarixi, dini və mədəni köklər birləşdirir və ikitərəfli əlaqələrimiz qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək mühitində inkişaf edib. Görüşdə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin liderlərinin birgə səylərinin, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri barədə də fikirlər ifadə olunub. Qeyd olunub ki, ölkələrimiz BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və qarşılıqlı dəstək nümayiş etdirirlər.
Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə məlumat verib. Qeyd olunub ki, ölkəmizin sədrliyi ilə həyata keçirilən tədbirlər təşkilatın institusional inkişafına və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfələr verir. O, Birləşmiş Ərəb Əmirlikləri parlamentinin təmsilçilərinin Parlament Şəbəkəsinin tədbirlərində iştirakından məmnunluğunu bildirib.
Federal Milli Şuranın sədri Saqr Qobaş Sahibə Qafarovanı yenidən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri seçilməsi münasibətilə təbrik edərək, beynəlxalq münasibətlərdə müşahidə olunan qütbləşmə və gərginliklər fonunda Parlament Şəbəkəsinin mühüm rol oynaya biləcəyini və ölkəsinin bu platforma çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini bildirib.
Görüşdə ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraq, qanunverici orqanlarımız arasında da uğurlu əlaqələrin qurulduğu qeyd olunaraq, vurğulanıb ki, həm qarşılıqlı əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq bu sahədə müsbət nəticələrin əldə olunmasını şərtləndirib.
Spiker Sahibə Qafarova Federal Milli Şuranın sədri ilə bundan öncə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, bu cür təmasların, o cümlədən, qarşılıqlı səfərlərin münasibətlərə müsbət töhfələr verdiyini bildirib. Söhbət zamanı dostluq qruplarının fəaliyyətinin də parlamentlərarası əlaqələrin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb. O, BƏƏ parlamentinin üzvlərinin mütəmadi olaraq Milli Məclisin təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirakından razılığını bildirib.
Görüşdə Azərbaycanın COP29-a sədrliyi ilə BƏƏ-nin COP28-ə sədrliyi arasında çox uğurlu əməkdaşlıq olduğu bildirilib. Həmçinin, COP29 çərçivəsində keçirilən Parlament Toplantısında BƏƏ parlamentinin 3 nümayəndəsinin iştirak etdiyi, tədbirin təşkilində tərəflər arasında təcrübə mübadiləsi aparıldığı da diqqətə çatdırlıb.




6-05-2025, 17:50
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi: 205 hərbçi dəyişdirildi


Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi: 205 hərbçi dəyişdirildi

Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi həyata keçirib.
Bu, ilin əvvəlindən bəri beşinci mübadilədir.
Moskva 205 rus hərbçisini geri qaytarıb, Kiyev də 205 hərbçini qəbul edib.
Bu barədə məlumatı Rusiya Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliev RBK-ya bildirib.
Mübadilə ilə bağlı Müdafiə Nazirliyi də məlumat verib.
Bildirilib ki, mübadilə Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə baş tutub.
Sonuncu mübadilə aprelin 19-da baş tutmuşdu.
6-05-2025, 17:46
Oleq Bakinski həbsdən buraxıldı


Oleq Bakinski həbsdən buraxıldı

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Krapivinin vəkili Xeyransa Babayevanın verdiyi vəsatətə görə prosesin daha erkən vaxta çəkildiyi elan olunub.
Vəkil X.Babayeva Oleq Krapivinin səhhətindəki ciddi problemlərlə əlaqədar haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənilməsini xahiş edib. Qeyd olunub ki, təqsirləndirilən şəxs hipertoniya xəstəliyi ilə əlaqədar müalicə almalıdır.
Zərərçəkənin vəkili Oleq Krapivinin qapalı şəraitdə saxlanılmasında problem olmaması ilə əlaqədar vəsatətə etiraz edib.
Dövlət ittihamçısı vəsatəti məhkəmənin mülahizəsinə buraxdığını bildirib.
Məhkəmə vəsatəti təmin edib. Oleq Krapivin məhkəmə zalından azadlığa buraxılıb.
Proses mayın 16-da davam etdiriləcək.
Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
6-05-2025, 17:40
Tələbəni maşın vuraraq öldürdü


Tələbəni maşın vuraraq öldürdü

Ağdaşda avtomobil piyadanı vurub.
Bu gün Ağdaş şəhərində Murad Əsədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədov vurulub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yeniyetmənin Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb.
6-05-2025, 17:31
Moskva paradına 29 ölkə lideri gedəcək - Siyahı AÇIQLANDI


Moskva paradına 29 ölkə lideri gedəcək - Siyahı AÇIQLANDI

Moskvada keçiriləcək 9 May Qələbə paradında 29 xarici ölkə lideri iştirak edəcək.
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
Uşakov siyahını da açıqlayıb. Rusiyaya gedəcək liderlər aşağıdakı ölkələri təmsil edəcəklər:
Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Bosniya və Herseqovina, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo Respublikası, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Ekvatorial Qvineya, Efiopiya.
Bildirilib ki, parada Cənubi Osetiya və Abxaziya kimi separatçı "dövlətlər"in də liderləri qatılacaq.
6-05-2025, 17:13
Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəldi


Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəldi

Mayın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.
Zəfər parkına gələn Macarıstan nümayəndə heyəti Zəfər abidəsinin önünə əklil qoyub.
Nazirlikdə keçirilən görüşdə Azərbaycan müdafiə naziri qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyətindən razılıq ifadə edən nazir Macarıstanın bütün səviyyələrdə ölkəmizə dəstəyini xüsusi qiymətləndirib.
Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərdən danışan müdafiə naziri ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb.
General Q.Böröndi öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı etimad və dostluğa dayanan münasibətlərimizin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin müsbət təsirini qeyd edib.
Görüşdə hərbi əməkdaşlığın gələcək perspektivləri və maraq doğuran digər məsələlələr ətrafında müzakirələr aparılıb.
Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmi qarşılanma mərasimində hər iki ölkənin Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib. Azərbaycan və Macarıstan respublikalarının Dövlət himnləri səsləndirilib. General Q.Böröndi protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
General-polkovnik K.Vəliyev macarıstanlı həmkarı ilə görüşüb.
Görüşdə Azərbaycan və Macarıstan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı təcrübə mübadiləsinin, o cümlədən hərbi qulluqçuların peşəkarlığının artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyi qeyd olunub.
6-05-2025, 16:54
Kadırov istefaya gedir


Kadırov istefaya gedir

Çeçenistan rəhbəri Ramzan Kadırov istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bu barədə o, "Çeçnya segodnya" nəşrinə danışıb.
O bəyan edib ki, özü də tutduğu vəzifədən azad edilməsini xahiş edir.
"Bu şayiələri mən də eşitmişəm. Onlar müxtəlif cür şeylər yazır. Əksinə, mən özüm də vəzifəmdən azad olunmağımı xahiş edirəm. Başqasının öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, xahişim dəstəklənəcək”, - deyə Ramzan Kadırov qeyd edib.
6-05-2025, 16:43
Vardanyanın məhkəməsində zərərçəkmişlə ifadə verdilər


Vardanyanın məhkəməsində zərərçəkmişlə ifadə verdilər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə mayın 6-da keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər dindirilir.
İfadə verən zərərçəkmiş şəxs Mehman Həsənov Ağdam rayonunun Mollalar kəndi ərazisində yol inşasının həyata keçirilməsi məqsədilə qazıntı və quruculuq işlərinin aparılması üçün həmin əraziyə ekskavator sürücüsü qismində ezam olunduğunu bildirib.
O qeyd edib ki, iş başında olarkən - ekskavatorun yaxınlığında dayanaraq iş planlaşdırılması etdiyi zaman mərmi partlayışlarının səsləri eşidib, bu zaman gizlənmək üçün yaxınlıqda olan ağaclıq sahəyə hərəkət edib.
Zərərçəkmiş şəxs təxminən 80 metr məsafədə mərmi düşməsi nəticəsində sağ diz nahiyəsindən xəsarətlər aldığını və ətrafda olan şəxslərin köməkliyi ilə Ağdam Rayon Mərkəzi xəstəxanasına gətirildiyini deyib.
Məhkəmə prosesində zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi də elan edilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
6-05-2025, 16:39
“Vətən sevdaların əzəli”


Bakı Qızlar Universitetinin müəllimi Əlibala Zalovun şeirlər kitabı nəşr olundu

Bakı Qızlar Universitetinin Pedaqogika kafedrasının baş müəllimi, şair və pedaqoq Əlibala Zalovun yeni şeirlər kitabı – “Vətən sevdaların əzəli” nəşr olunaraq oxuculara təqdim edilmişdir.
Kitab müəllifin Vətənə sonsuz sevgisini, milli-mənəvi dəyərlərə bağlılığını və poeziyada özünəməxsus ifadə tərzini əks etdirir. Əlibala Zaloğlu bu nəşrlə ədəbi ictimaiyyətə və oxuculara yeni poetik dünyasını təqdim edir. Kitabda yer alan şeirlər təkcə müəllifin yaradıcılıq potensialını deyil, həm də onun pedaqoji mövqeyində milli düşüncəni necə yaşatdığını göstərir.
Bakı Qızlar Universitetinin kollektivi olaraq, Əlibala Zalovu ürəkdən təbrik edir, ona yeni-yeni ədəbi nailiyyətlər arzulayırıq.
6-05-2025, 16:10
Azərbaycanla Pakistan arasında daha bir memorandum təsdiqləndi


Azərbaycanla Pakistan arasında daha bir memorandum təsdiqləndi

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu” 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!