Laçında möhtəşəm atəşfəşanlıq .....                        İstanbuldan Azərbaycanın iki şəhərinə birbaşa uça biləcəyik .....                        Kurtulmuş yenidən sədr seçildi .....                        Atambayev barədə həbs qərarı verildi .....                        Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşdü .....                        Deputat parlamentdə özünün çılpaq fotosunu göstərdi .....                        Onlar Vardanyanın məhkəməsində ifadə verdilər .....                        Daha iki tiktoker azadlığa buraxıldı .....                        Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI .....                       
4-05-2025, 21:14
Suriya Prezidenti Azərbaycana dəvət edildi - FOTO


Suriya Prezidenti Azərbaycana dəvət edildi - FOTO

Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mayın 4-də Suriya Ərəb Respublikasında səfərdə olub.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb.
Səfər çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan nümayəndə heyətini qəbul edib.
Prezident Əhməd Əl Şaraa cari ilin aprel ayında Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü məmnunluqla xatırlayaraq, bu missiyanın qısa müddətdə təşkilinə görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirib. O, həmçinin Azərbaycanın və Suriyanın oxşar proseslərdən keçdiyini, Azərbaycanın əz ərazi bütövlüyünü bərpa etdiyi kimi Suriyanın da münaqişədən sonra bərpa dövrünə qədəm qoyduğunu qeyd edib. Bu xüsusda o, Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri ilə bağlı təcrübəsinin Suriyada tətbiqinin faydalı olacağını diqqətə çatdırıb.
Suriya lideri cari ilin yanvarında Suriya xalqına göndərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.
S.Şərifov Prezident İlham Əliyevin suriyalı həmkarını Azərbaycana dəvətini ehtiva edən məktubu Suriyanın dövlət başçısına təqdim edib.
Baş nazirin müavini Azərbaycan Hökumətinin Suriyanın yeni administrasiyasına siyasi dəstəyini bir daha ifadə edərək, bu dəstəyin əyani göstəricisi kimi Azərbaycanın öz rəsmi nümayəndə heyətini Dəməşqə hələ ötən ilin dekabrında ezam etdiyini və ölkəmizin 12 ildən sonra Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etdiyini vurğulayıb.
Tərəflər görüş zamanı, həmçinin Suriyanın qədəm qoyduğu bərpa və yenidənqurma prosesinə Azərbaycan Respublikasının mümkün dəstəyinin istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin, həmçinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani, iqtisadiyyat və sənaye naziri Nidal Əş-Şaar, energetika naziri Məhəmməd Əl-Bəşir, mədəniyyət naziri Muhammad Yasin Saleh, təhsil naziri Muhammad Absurrah Rahman Turkuo ilə də görüşləri olub. Görüşlərdə aidiyyəti istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr aparılıb və bu istiqamətlər üzrə konkret planlar müəyyənləşdirilib.



4-05-2025, 20:44
Xaçmazda maşın aşdı - 4 nəfər yaralandı


Xaçmazda maşın aşdı - 4 nəfər yaralandı

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Yaquboba kəndi ərazisindən keçən hissəsində "Daewoo Nexia" markalı avtomobil aşıb. Qəza nəticəsində 4 nəfər Xaçmaz rayonu Yalama kənd sakinləri ağır xəsarətlər alıblar. Onlardan biri azyaşlıdır.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
4-05-2025, 16:30
Samir Şərifov Suriya Prezidenti ilə görüşdü


Samir Şərifov Suriya Prezidenti ilə görüşdü

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.
Azərbaycanın nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar ilə görüş keçirib.
Eyni zamanda Azərbaycan rəsmiləri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən qəbul ediliblər.
4-05-2025, 16:14
DİN-dən saxta səhifələrlə bağlı XƏBƏRDARLIQ


DİN-dən saxta səhifələrlə bağlı XƏBƏRDARLIQ

“Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir”.
Bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Eyni zamanda səhifədə yerləşdirilən saxta keçid vasitəsilə müxtəlif internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir.
“Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir”.
4-05-2025, 15:48
Kəmaləddin Heydərovdan iranlı nazirə başsağlığı


Kəmaləddin Heydərovdan iranlı nazirə başsağlığı

Nazir Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş partlayışla əlaqədar İranın daxili işlər naziri İsgəndər Möminiyə başsağlığı məktubu göndərib.
Nazir baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.
4-05-2025, 15:29
Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq - Ərdoğan


Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq - Ərdoğan

Bölünmüş Kipr problemi son nəticədə adada iki suveren dövlətin yaradılması əsasında həll olunacaq.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın irəli sürdüyü iki dövlətli həll baxışını tam dəstəkləyirik. Biz töhfə verməyə və konstruktiv yanaşmaya davam edəcəyik. Martın 17-18-də Cenevrədə BMT-nin himayəsi ilə geniş tərkibdə keçirilən qeyri-rəsmi toplantıda razılaşdırıldığı kimi, Kipr türk xalqı gec-tez adada öz suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınmasını təmin edəcək”, - deyə o əlavə edib.
Ərdoğan bildirib ki, Türkiyə bu yolda həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olacaq:
“Biz səmimiyyətlə ədalətli, daimi, davamlı və reallığa əsaslanan bir həll istəyirik. Regionumuzda baş verən hadisələr də onu göstərir ki, bu reallıq indi qəbul edilməlidir. Bu adada iki xalqın, iki dövlətin olduğunu hər kəsin dərk etmə vaxtıdır. Ankaranın Kipr türklərinə və onların müstəqil dövlətinə dəstəyi dəyişməz olaraq qalır və Türkiyə Şimali Kiprin təhlükəsizliyinin qarantı olacaq”.
4-05-2025, 15:14
Rəsmi Bakı Badamova görə Moskvadan izahat gözləyir


Rəsmi Bakı Badamova görə Moskvadan izahat gözləyir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Milli Məclisin deputatı Azər Badamovun Rusiya Federasiyası ərazisinə buraxılmamasına münasibət bildirilib
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə danışıb.
Onun sözlərinə görə, hadisə bu gün baş verib: "Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub.
Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb.
Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik".
4-05-2025, 14:54
Həmkarından Azər Badamovun deportuna reaksiya: Azərbaycan bəyanat verməlidir


Həmkarından Azər Badamovun deportuna reaksiya: Azərbaycan bəyanat verməlidir

Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb.
Lakin nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Bu addıma hər hansı izahat verilməyib.
Azərbaycan-Rusiya Parlamentləarası İşçi Qrupunun üzvü Elşad Musayev bildirib ki, azərbaycanlı deputatın deport edilməsi düzgün addım deyil:
“Azər Badamovun deport olunması ilə bağlı məlumatı yoxdur. Mən də Azərbaycan-Rusiya İşçi Qrupunun üzvüyəm. Buna baxmayaraq mən fikirlərimi açıq bildirirəm, çatdırıram. Təyyarə qəzası zamanı deputatlar içərisində bir mən dedim ki, təyyarə qəsdən vurulub. Azərbaycanlı deputatı deport etmək düzgün addım deyil. Niyə deport etməlidirlər? Azərbaycan deputatı heç bir ölkə üçün təhlükə törətmir. İşin təfsilatını-hansı qaydada, hansı şəraitdə olduğunu bilmirəm. Təyyarəmiz Rusiya səmasında vurulanda mən dedim ki, işin təfsilatını öyrənmək lazımdır. 99,9 faiz də dedi ki, təyyarə quş sürüsünə dəyib. Sonra mən çıxış edib, təyyarənin qəsdən vurulduğunu dedim və bunu əsaslandırdım. Əlimdə informasiya vardı. İndi isə əlimdə informasiya yoxdur. İnformasiyam olanda mən açıq fikrimi bildirirəm, Rusiya yox, kim olur-olsun Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edəcəksə, mən Elşad Musayev və komandamız ona qarşı çıxacağıq”.
Deputat vurğulayıb ki, Rusiyanın belə addım atması qəbuledilməzdir:
“Bununla əlaqədar olaraq, Azərbaycanın müvafiq rəsmi orqanları bəyanat verməlidir”.
4-05-2025, 14:27
Rezidenturaya qəbul imtahanı keçirildi


Rezidenturaya qəbul imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.
Bu barədə DİM-dən məlumat verilib.
Qeyd olunub ki, imtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 124 nəzarətçi-müəllim, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
Mayın 5-dэn etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq. İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

***

09:05

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirəcək.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda 1 448 namizəd iştirak edəcək. Onlardan 1 109 nəfər Azərbaycan, 339 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 620 nəfəri oğlan, 828 nəfəri isə qızdır. 261 nəfər cari ilin, 649 nəfər əvvəlki illərin məzunudur. 538 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 12 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 124 nəzarətçi-müəllim, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
4-05-2025, 14:19
CHP sədrinə yumruqla hücum


CHP sədrinə yumruqla hücum

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup başqan vəkili və DEM Partiyasının millət vəkili Sırrı Süreyya Öndərin cənazə mərasimindən sonra hücum edilib.
Hadisə İstanbulda Atatürk Mədəniyyət Mərkəzində baş verib.
Hücum edən şəxsin Selçuk Tenginoğlu adlı şəxs olduğu müəyyən edilib və dərhal saxlanılıb. İstanbul Baş Prokurorluğu hücumla bağlı araşdırmanın davam etdiyini bildirib.
Daxili işlər naziri Ali Yerlikaya isə hadisə ilə bağlı: “Hücum cəhdini qətiyyətlə qınayır və cəmiyyətin sülhünü pozmaq istəyən hər kəsin hüquq qarşısında cavab verəcəyini bildirirəm”, - deyə açıqlama verib.
Qeyd edək ki, Özgür Özelin səhhətində ciddi problem yoxdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!