Ərdoğanla Paşinyan arasında görüş başladı .....                        İsrail İran ordusunu vurdu .....                        Burun əməliyyatından sonra ölən Nəzrinlə bağlı yeni DETALLAR .....                        Bakıda küçədən əl qumbarası və avtomat darağı tapıldı - FHN məlumat yaydı .....                        Ceyhun Bayramov İstanbula yola düşdü .....                        Qobustan sakinləri tibbi xidmət üçün digər rayonlara üz tutmayacaq .....                        Milli Məclisin gündəliyindən 5 məsələ çıxarıldı .....                        Balasanyan Paşinyana qarşı çıxdı .....                        İran İsrailə yeni raket hücumuna başladı .....                       
Bu gün, 20:10
Ərdoğanla Paşinyan arasında görüş başladı


Ərdoğanla Paşinyan arasında görüş başladı

İstanbul şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
İki liderin məhdud tərkibdə görüşü Dolmabağça sarayında keçirilir.
Bu gün, 19:54
İsrail İran ordusunu vurdu


İsrail İran ordusunu vurdu

İsrail ordusu İranın cənub-qərbində hərbi infrastrukturu vurub.
Bildirilib ki, hava hücumları nəticəsində İranın yer-hava tipli ballistik raket batareyalarını zərərsizləşdirilib.

Bu gün, 19:10
Burun əməliyyatından sonra ölən Nəzrinlə bağlı yeni DETALLAR


Burun əməliyyatından sonra ölən Nəzrinlə bağlı yeni DETALLAR

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı təqsirləndirilən həkim Sənan Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Sənan Mehdiyev ifadə verib.
O bildirib ki, Nəzrin Mansurlu burun əməliyyatı üçün müraciət edən zaman ona burun çəpərinin əyriliyi diaqnozu qoyulub:
"Xəstəxanaya gələndə onun yanında heç kim yox idi. Əməliyyat bitəndə də xəstə yaxınlarından heç kimi görməmişəm. Əməliyyatdan sonra dəfələrlə onun yaxınları ilə danışmışam. Onlar mənə Nəzrinin baş ağrısı olduğunu və çox yatdığını demişdilər. Bunlar xəstədə çox rast gəlinən normal haldır. Mən də xəstənin yatıb dincəlməyini məsləhət gördüm. Əgər mənə başqa məqamların olduğunu desəydilər, mən ona evdə dincəlməyi məsləhət görməzdim. Mən Tibb Universitetini 2002-ci ildə bitirmişəm. Bununla yanaşı, İran, Türkiyə və Almaniyada ixtisas artırmaq üçün kurslar keçmişəm".
Sonra məhkəmə istintaqının başlanıldığı və ittiham aktı elan olunub.
İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu septoplastika əməliyyatı edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirib.
İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında mütləq tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.
Belə ki, N.Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada həkim Sənan Mehdiyevin əməliyyat zamanı burun, alın, xəlbir sümüklərinin sındırması nəticəsində aldığı xəsarətlərdən ölüb.
Sənan Mehdiyev ittihama münasibət bildirərkən özünü təqsirli hesab etməyib.
Məhkəmənin növbəti iclası iyunun 30-na təyin edilib.
Xatırladaq ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurlunun müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham
olunur.
Bu gün, 18:58
Bakıda küçədən əl qumbarası və avtomat darağı tapıldı - FHN məlumat yaydı


Bakıda küçədən əl qumbarası və avtomat darağı tapıldı - FHN məlumat yaydı

Bakı şəhərinin Səbail rayonu ərazisində silah-sursat aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın istifadəyə yararlı 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 17 ədəd 5.45 mm-lik mərmi, 27 ədəd 7.62 mm-lik mərmi, 1 ədəd 9 mm-lik mərmi, 1 ədəd AK-74 avtomatının darağı və 1 ədəd ov tüfəngi olduğu müəyyən edilib.
Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Bu gün, 18:54
Ceyhun Bayramov İstanbula yola düşdü


Ceyhun Bayramov İstanbula yola düşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.
Nazirin həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.
Bu gün, 18:35
Qobustan sakinləri tibbi xidmət üçün digər rayonlara üz tutmayacaq


Qobustan sakinləri tibbi xidmət üçün digər rayonlara üz tutmayacaq

“Qobustan Rayon Mərkəzi Xəstəxanasında (RMX) tibbi xidmətlərin həcmi genişləndirilib, xəstəxana ən müasir avadanlıqlarla təchiz edilib, kadr potensialı gücləndirilib”.
Bu barədə Qobustan RMX-da baş tutan mediatur çərçivəsində jurnalistlərlə müsahibəsində xəstəxananın direktoru Günay Muradova məlumat verib. O bildirib ki, regionlarda vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının artırılması istiqamətində sistemli tədbirlər görülür:
“Bu məqsədlə 30-a yaxın Mərkəzi Rayon Xəstəxanası yenidən qurulub. Qobustan RMX-da da ftalmoloji, travmatoloji, uroloji, LOR, endokrinoloji cərrahiyyə xidmətləri yaradılıb. Artıq əhalinin bu xidmətlərdən yararlanmaq üçün digər şəhər və rayonlara üz tutmasına ehtiyac qalmayıb”
G.Muradovanın sözlərinə görə, son 1 il yarım ərzində xəstəxana ən müasir tibbi avadanlıqlarla təchiz olunub, laborator imkanları gücləndirilib:
“60-a yaxın laborator əməliyyat icra edilib. Cərrahi əməliyyatların əksəriyyəti minimal kəsiksiz üsullarla aparılır. Uroloji əməliyyatlardan biri 91 yaşlı xəstəyə, çanaq sümüyü əməliyyatı isə 94 yaşlı pasiyentə uğurla icra edilib. Bu faktlar TƏBİB-in və regionlardakı tibb müəssisələrinin imkanlarının artdığını göstərir”.
Günay Muradova həmçinin vurğulayıb ki, Qobustan RMX-da kadr məsələsi də diqqət mərkəzində saxlanılır. Son bir il yarımda 50 faizdən çox yeni tibb işçisi kollektivə cəlb olunub:
“25-dən artıq həkim işə qəbul edilib. Onların sırasında ixtisaslı cərrahlar da var. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişi ilə uzman cərrahlar, professor və tibb elmləri doktorları xəstəxanada fəaliyyət göstərir”.
Direktor əlavə edib ki, xəstəxana Azərbaycan Tibb Universitetinin tədris bazalarından biri kimi də fəaliyyət göstərir:
“Əvvəllər həkimlərin Bakıya gedib-gəlməsi tələb olunurdusa, artıq bu ehtiyac aradan qalxıb. Qobustan yerləşmə baxımından da paytaxta yaxın olduğu üçün kadr axını baxımından üstünlük təşkil edir. Hazırda xəstəxanada kadr çatışmazlığı yoxdur. Əksinə, yeni ixtisaslar - neyrocərrah, ürək-damar cərrahı üzrə vakansiyalar elan edilməsi planlaşdırılır”.
Bu gün, 18:21
Milli Məclisin gündəliyindən 5 məsələ çıxarıldı


Milli Məclisin gündəliyindən 5 məsələ çıxarıldı

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 21-də keçiriləcək növbəti iclasının gündəliyi dəyişib.
Gündəliyə əvvəl 21 məsələ daxil edilsə də, sözügedən layihələrin sayı 16-ya endirilib. Gündəlik aşağıdakı kimi müəyyənləşib:

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

7. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

8. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş).

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş).

10. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

15. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

16. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
Bu gün, 17:56
Balasanyan Paşinyana qarşı çıxdı


Balasanyan Paşinyana qarşı çıxdı

Qarabağ separatçılarının tanınmış nümayəndəsi, Xocalı qatili Vitali Balasanyan İrəvanda həbs edilən biznesmen Samvel Karapetyanın müdafiəsinə qalxıb.
Vitali Balasanyan həm də baş nazir Nikol Paşinyanın tənqid etdiyi Erməni Apostol Kilsəsinin yanında olduğunu bildirib.
Xocalı qatili deyib ki, kilsə erməni milli kimliyinin formalaşmasında xüsusi yer tutur. O, Samvel Karapetyana qarşı yönəlmiş hərəkətlər qanunsuzluq adlandırıb və onun tərifləyib.
“Samvel Karapetyan həmişə “Artsax”ın yanında olub - həm müharibə illərində, həm də “dövlət quruculuğu”nun çətin anlarında”, - Balasanyan vurğulayıb.
Xatırladaq ki, Samvel Karapetyan 2021-ci ildə Azərbaycan tərəfindən axtarışa verilən erməni cinayətkarlar siyahısına daxildir. O, 18 iyun 2025-ci ildə İrəvanda saxlanılıb və barəsində 2 aylıq həbs qərarı çıxarılıb. Hazırda istintaq davam edir. Karapetyan Ermənistanda hakimiyyət çevirilişini dəstəkləməkdə və digər cinayətlərdə təqsirləndirilir.
Vitali Balasanyan Xocalı qətliamını törədənlərdən biridir. O, Xocalıdakı döyüşlər zamanı əsir alınan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovu şəxsən işgəncə verməklə qətlə yetirib.
Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. 2023-cü il sentyabrın 28-də o, Qarabağı tərk edərək gizli yollarla Ermənistana qaçıb.
Bu gün, 17:40
İran İsrailə yeni raket hücumuna başladı


İran İsrailə yeni raket hücumuna başladı

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrailə yeni hücum təşkil edib.
İyunun 20-də təşkil edilən raket hücumunu SEPAH polkovniki İman Tacik təsdiqləyib. O, İrandan İsrailə raket hücumlarının 17-ci dalğasının başladığını bildirib.
SEPAH rəsmisi İsrailin hərbi məntəqələri, müdafiə sənayesi zonaları və hərbi komandanlıq mərkəzlərini hədəfə almaq üçün həyata keçirilən yeni əməliyyatda pilotsuz uçuş aparatları (PUA) və uzaqmənzilli ballistik raketlərdən istifadə edildiyini açıqlayıb.
Son məlumata görə, İsrailin Hayfa şəhərindəki bir sıra obyektlər vurulub.
Bu gün, 17:35
Ərdoğandan İsrail-İran müharibəsi ilə bağlı XƏBƏRDARLIQ


Ərdoğandan İsrail-İran müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə İran arasında 8 gündür davam edən müharibə ilə bağlı xəbərdarlıq edib.
Ərdoğan deyib ki, daha çox mülki itki və Avropa ilə Asiyaya uzun illər təsir edə biləcək dəhşətli fəlakət yaşanmadan əllərin tətikdən çəkilməsi şərtdir.
“İsrail üzərində təsir gücünə malik olan qüvvələr Netanyahunun oyununa getməməli və təsir imkanlarından müharibəni dərinləşdirmək üçün deyil, bölgəmizdə atəşkəs və sabitliyi bərqərar etmək üçün istifadə etməlidirlər”, - Ərdoğan vurğulayıb.
O, Türkiyənin bu istiqamətdə atılan hər bir addımı dəstəkləyəcəyini və buna töhfə verəcəyini qeyd edib.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!