Pakistanda güclü yağışlar - 38 nəfər öldü .....                        Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək .....                        Paşinyanla Makron telefonla danışdılar .....                        Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB .....                        Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK .....                        Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri .....                        Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi .....                        Belqradda etirazlar - 48 polis yaralandı .....                       
Bu gün, 18:58
Pakistanda güclü yağışlar - 38 nəfər öldü


Pakistanda güclü yağışlar - 38 nəfər öldü

Pakistanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi güclü yağışların təsiri ilə bağlı açıqlama yayıb.
Son 3 gün ərzində güclü yağışlar ölkə üzrə ilkin məlumatlara əsasən 38 nəfərin həyatını itirməsinə, 63 nəfərin isə xəsarət almasına səbəb olub.
Ən çox insan tələfatının 19 nəfərlə Xayber Paxtunxva əyalətində qeydə alındığı, Pəncab əyalətində isə 12 nəfərin həyatını itirdiyi bildirilib.
Sind və Bəlucistan əyalətlərində də 7 nəfərin güclü yağışlar səbəbilə həyatını itirdiyi qeyd olunub.
Açıqlamada güclü yağışların davam edəcəyi proqnozlaşdırılır və ölkənin şimalındakı bəzi bölgələr üçün sel xəbərdarlığı verilib.
Bu gün, 18:50
Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir


Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir

Son dövrlərdə Rusiya Federasiyasında müşahidə olunan daxili proseslər bu ölkənin dövlət siyasətində milli ayrı-seçkiliyin, şovinizmin və sistemli diskriminasiyanın dərin kök atdığını bir daha təsdiqləyir. Xüsusilə də Yekaterinburqda azərbaycanlıların yaşadığı ünvanlara Federal Təhlükəsizlik Xidməti tərəfindən təşkil olunan basqınlar artıq sıradan hüquq-mühafizə tədbiri kimi yox, məqsədli və idarə olunan kampaniyanın tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Bu hadisələr Rusiyanın hazırda üzləşdiyi struktur böhranların – hərbi, demoqrafik və siyasi – miqrantlar və etnik azlıqlar üzərindən kompensasiya olunması cəhdini ortaya qoyur. Ukrayna ilə müharibədə ciddi itkilər verən və insan resursu qıtlığı yaşayan Kreml indi miqrantları müxtəlif formada – hədə, şantaj, yalan vəd və zorakılıq yolu ilə hərbi xidmətə cəlb edir. Bu proseslərin arxa planında qeyri-rus əhali üzərində basqının dövlət səviyyəsində sistemləşdirilməsi dayanır.
Miqrantlar narkotik ittihamları, törətmədikləri cinayətlərlə şərlənmə, ailə üzvləri ilə təhdid olunma kimi alçaldıcı üsullarla “seçim qarşısında” qoyulur: ya müharibəyə gedəcəksən, ya da həbs olunacaqsan. Müharibəyə cəlb olunan şəxslər isə vəd edilən kompensasiyalardan məhrum edilir, sağ qayıtdıqdan sonra yenidən eyni mexanizmlə şantaja məruz qalırlar. Bu cür metodların tətbiqi artıq fərdi hallar deyil, strukturlaşdırılmış kampaniyanın bir parçasıdır.
Rusiya vətəndaşı olan qeyri-rus mənşəli şəxslər – tatarlar, başqırdlar, qafqazlılar, Orta Asiya və türksoylu icmalar – eyni təzyiq və diskriminasiya ilə üz-üzədir. Bu mənzərə artıq regional miqyas alıb. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin bu yaxınlarda səsləndirdiyi etiraflar da problemin dövlət səviyyəsində bilindiyini, lakin aradan qaldırılmadığını göstərir.
Bu kontekstdə Azərbaycana qarşı münasibət ayrıca təhlil olunmalıdır. Azərbaycan hələ də 2024-cü ildə mülki təyyarəsinin vurulması məsələsini xatırlayır. Rusiya bu insidentə münasibətdə passiv mövqe sərgiləyərək, həm hüquqi, həm də siyasi baxımdan etimad mühitinə xələl gətirib.
Digər narahatedici məsələ Azərbaycanın informasiya resurslarına qarşı həyata keçirilən kiberhücumdur. Milli Məclisin müvafiq komissiyasının hesabatına görə, bu hücumların arxasında Rusiya mənşəli texniki və siyasi dayaqların olduğu açıq şəkildə göstərilib. Eyni zamanda, Həştərxanda keçirilən tədbirə dəvət alan azərbaycanlı millət vəkilinin Rusiya ərazisinə buraxılmaması bu ölkədə Azərbaycana qarşı sistemli siyasi münasibətin göstəricisidir.
Rusiya daxilində islamofobiyanın artması da ciddi narahatlıq doğurur. Ənənəvi olaraq digər xalqlara qarşı şovinist münasibət göstərən Kreml bu tendensiyanı indi müsəlman icmalarına qarşı da yönəltməyə başlayıb. Vladimir Solovyov kimi Kremlə yaxın mediada çalışan fiqurların açıq anti-Azərbaycan çıxışları yalnız fərdi fikirlər deyil, Kremlin icazəsi və ya təlimatı ilə yönləndirilən rəsmi ritorikanın tərkib hissəsi kimi çıxış edir.
Rusiyanın bu siyasəti onu göstərir ki, ölkə daxilində ciddi narazılıq və iqtisadi böhran fonunda yeni “düşmən obrazları” formalaşdırılır – Qərbin ardınca müsəlman xalqlar, qeyri-ruslar, xüsusilə də postsovet coğrafiyasından olan icmalar hədəfə alınır. Bu, həm də imperiya zehniyyətinin növbəti təzahürüdür.
Cənubi Qafqazla bağlı Moskvadan qaynaqlanan gərginlik də bu strategiyanın tərkib hissəsidir. Ermənistanda Koçaryan, Sarkisyan və digər Moskvayönlü siyasi qüvvələrin revanşist ritorikalarının artması təsadüfi deyil. Bu ritorika təkcə daxili siyasi mübarizə vasitəsi deyil, həm də regionda yeni münaqişə ocaqlarının yaradılması üçün siyasi zəminin hazırlanmasıdır. Məqsəd aydındır: Cənubi Qafqazı yenidən qeyri-sabitlik və müharibə arenasına çevirmək.
Bu vəziyyət Azərbaycana strateji soyuqqanlılıq, ardıcıl diplomatik fəaliyyət və regional balans siyasətinin daha da gücləndirilməsi zərurətini diktə edir. İstər informasiya təhlükəsizliyi, istərsə də beynəlxalq tribunalarda hüquqi təqib baxımından Rusiya ilə münasibətlərdə real təhlükə balansı yaradılmalı, suverenliyə qarşı atılan hər addıma adekvat cavablar verilməlidir.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı
Bu gün, 18:33
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək


Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülən azərbaycanlıların nəşləri "Ural Hava Yolları" vasitəsilə sabah Vətənə gətiriləcək.
Hazırda konsulluqda bununla bağlı işlər gedir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Bu gün, 17:06
Paşinyanla Makron telefonla danışdılar


Paşinyanla Makron telefonla danışdılar

Fransa prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bununla bağlı Emmanuel Makron özünün "X" hesabında paylaşım edib.
“Mənim Ermənistanın Baş naziri ilə çox yaxşı telefon danışığım oldu. Demokratiyanın zədələnməsi üçün göstərilən cəhdlər müqabilində Fransanın Ermənistanla həmrəy olduğunu ifadə etdim. O cümlədən, Paşinyanın Azərbaycanla sülh və Türkiyə ilə normallaşma üçün göstərdiyi cəsarətli səyləri dəstəklədiyimizi də vurğuladım. Sülh və açıq sərhədlər bütün region üçün önəmli bir hadisədir və regiondan kənar ölkələr üçün də bir nümunədir”- Fransa prezidenti paylaşımında qeyd edib.
Bu gün, 16:51
Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB


Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB

Yekaterinburqda əvvəllər saxlanılan azərbaycanlılarla bağlı məhkəmə prosesi davam edir.
Məhkəmə zalına Bəkir Səfərov gətirilib, məhkəmə onunla bağlı qəti imkan tədbiri seçilməsi məsələsinə baxır.
Bundan əvvəl Əhliman Gənciyev üç gün müddətinə həbs edilib.

***

15:55

Yekaterinburqda əvvəllər saxlanılan azərbaycanlılarla bağlı məhkəmə prosesi davam edir.
Məhkəmə zalına Gənciyev Əhliman Səttar oğlu gətirilib, məhkəmə onunla bağlı qəti imkan tədbiri seçilməsi məsələsinə baxır.
Bundan əvvəl Şahin Lalayev məhkəmənin qərarı ilə üç gün müddətinə həbs edilib.

***

15:43

Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəmə prosesi davam edir.
İşin dördüncü təqsirləndirilən şəxsi iyunun 26-da səhər saatlarında saxlanılan Lalaev Şahin Məmədəli oğlu olub.
O da 2000-ci illərdə törədilən bir sıra qətllərdə iştirakda ittiham olunur.
Hazırda məhkəmə onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.

***

11:38

2000-ci illərin əvvəllərində törədilmiş cinayətdə şübhəli bilinərək iyunun 27-də Yekaterinburqda güc tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlının məhkəmə prosesi başlayıb.
Məhkəmə onların barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.
İyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı on nəfərdən çox mənzildə keçirilmiş əməliyyat zamanı çoxsaylı şəxslər, o cümlədən Ağdam sakinləri olan Səfərovlar ailəsinin üzvləri saxlanılıb. Əməliyyat nəticəsində iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
İttiham tərəfi iclasın qapalı rejimdə keçirilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib, bundan sonra jurnalistlər zaldan çıxarılıb.
Saxlanılanların hər biri barəsində qətimkan tədbirinin seçilməsi məsələsi ayrıca baxılır. Məzahir Səfərovun işi üzrə ittiham tərəfi həbs qətimkan tədbirinin seçilməsini tələb edib, vəkil isə ev dustaqlığında israr edib. Səfərov öz vəkilinə bildirib ki, etiraf güc tətbiq edilməklə və təzyiq altında, o cümlədən ailəsinə qarşı hədələr daxil olmaqla alınıb.
Bu gün, 16:13
Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK


Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməyəcək.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Buna səbəb Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və mühakiməsiz şəkildə qətl və zorakılıq əməllərinin həyata keçirilməsi və son dövrdə bu kimi halların mütəmadi xarakter daşımasıdır.
Yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan parlament nümayəndə heyətinin adıçəkilən səfəri ləğv olunub.
Bu gün, 15:53
Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri


Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Rusiyada soydaşlarımızın qətlə yetirilməsi və zorakılığa məruz qalması ilə bağlı rəhbərlik etdiyi partiyanın mövqeyini açıqlayıb. Bununla bağlı o deyib:
“Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələrinin vəhşicəsinə və heç bir qayda-qanuna sığmayan zorakı davranışları nəticəsində soydaşlarımızın qətlə yetirilməsi, həbs edilməsi ilə nəticələnən hərəkətləri bu ölkənin yenə də şovinist, diskriminasiya və islamofob siyasəti apardığını sübut edir.
İşgəncə verməklə insanların qətlə yetirilməsi, reydlərin barbarcasına həyata keçirilməsi, onun əvvəlcədən dövlət qurumları tərəfindən sanksiyalaşdırıldığını və məqsədli şəkildə edildiyini göstərir.
Təəssüflə qeyd etmək lazımdır ki, dili, dini, kökləri eyni olan slavyan Ukrayna xalqına qarşı qəddar siyasət yürüdən Rusiya şəhər və kəndləri yer üzündən silir, soyqırımı həyata keçirir, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla vurur. Belə olduğu halda Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur və onun dövlət siyasətinin bir parçası olduğunu təsdiq edir.
Azərbaycan vətəndaşları Rusiyanın 20 Yanvar faciəsi, Xocalı soyqırımının törədilməsində iştirakını, torpaqlarımızın işğalı və 30 ilə yaxın işğal altında saxlanmasının arxasında dayandığını unutmayıb. Hazırda torpaqlarımızın işğalına son qoyulmasını və Ermənistanla sülh müqaviləsinin imzalanmasını həzm edə bilməyən Rusiya Azərbaycana məxsus təyyarənin vurulmasını, azərbaycanlılara qarşı ayrıseçkilik siyasətini aparmaqla özünün bütün hiddətini və iç üzünü açıb göstərir.
Ukrayna cəbhəsində apardığı müharibədə kifayət qədər itkilərə məruz qalan Rusiyanın öz qonşuları, xüsusilə də, Azərbaycanla münasibətlərinin pozulmasına yönələn bu cür hərəkətləri ona fayda verə bilməz.
Rusiya, nəhayət anlamalıdır ki, müasir dünyada orta əsrlərə məxsus zorakılığa, quldurluğa söykənən davranış və münasibətlər sistemi ona yeni bədbəxtliklər gətirir. Buna görə də, soydaşlarımıza qarşı törətdiyi, sivil dövlət anlayışı ilə bir araya sığmayan hərəkətləri birdəfəlik dayandırmalı, günahkarları cəzalandırmalı və zərərçəkənlərə dəymiş bütün maddi və mənəvi zərərin qarşılanmasını təmin etməlidir”.
Bu gün, 15:20
Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi


Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrdə iştirakda şübhəli bilinərək saxlanılan üçüncü şəxs Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib.
Ona da Məzahir və Akif Səfərovlar kimi məhkəmə tərəfindən 22 günlük həbs qətimkan tədbiri seçilib.
Yerli mətbuat tərəfindən məhkəmə zalından paylaşılmış videoyazıdan göründüyü kimi, Ayaz Səfərovun üzündə hematomalar var.
A.Səfərov həmçinin qeyd edib ki, özünü təqsirli hesab etmir.
Bu gün, 14:35
Belqradda etirazlar - 48 polis yaralandı


Belqradda etirazlar - 48 polis yaralandı[/color]

Belqradda baş verən iğtişaşlar nəticəsində 48 polis əməkdaşı xəsarət alıb, 77 nəfər, o cümlədən bir yeniyetmə saxlanılıb.
Bu barədə Serbiya Polisi direktorunun köməkçisi Deyan Lukoviç TV Prva telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, polis 35 cinayət işi və 22 inzibati xətayla bağlı vəsatət qaldırmağı planlaşdırır. “Biz bütün halları araşdırmağa, faktiki mənzərəni müəyyənləşdirməyə və digər şəxslərin, təşkilatçıların identifikasiyasını aparmağa davam edirik. Aidiyyəti prokurorluqlar və təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq çərçivəsində bu işi sona çatdıracağıq”, – deyə o bildirib.
Lukoviç qeyd edib ki, xəsarət alanlardan biri – jandarm xidmətinin əməkdaşı – ağır bədən xəsarətləri alıb, lakin həyatı üçün təhlükə yoxdur, vəziyyəti stabildir. Digər xəsarətlər yüngül olaraq qiymətləndirilib.
“Polis əvvəlcə maksimum səbir və təmkin göstərdi, lakin vəziyyətin kəskinləşməsindən sonra minimal məcburetmə tədbirlərinə əl atıldı”, – deyə Lukoviç əlavə edib.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!