Bakıda güclü PARTLAYIŞ - Yanğın söndürüldü - YENİLƏNİB .....                        Bakıdakı partlayıda xəsarət alan olmayıb .....                        Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO .....                        Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov .....                        Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır .....                        Ronaldo Səudiyyə klubunda qaldı .....                        Putin Belarusdadır .....                        Kılıçdaroğlu sükutu pozdu: “əgər CHP sədrliyinə qayıtmasam...” .....                        SEPAH generalının öldüyü təsdiqləndi .....                       
24-06-2025, 23:14
“İran danışıqlardan qaçmaqla müharibəyə təşviq edirdi”- VİDEO


“İran danışıqlardan qaçmaqla müharibəyə təşviq edirdi”- VİDEO

“ABŞ İrana endirdiyi zərbələrin hansı nəticəsi olduğunu heç kim təftiş etməyib. Amma reallıqda heç kim etiraf etmir ki, İranın nüvə təsisatları məhv edilib. 45 ildir ki, İran öz siyasətini ancaq nağıllar üzərində qurub. Rəsmi Tehran hər zaman bəyan edirdi ki, nüvə silahını İsrail üçün hazırlayır. Sözsüz bu nə vaxtsa münaqişə baş verəcəyinə bir siqnal idi.”
Bu fikirləri Baku TV-nin efirində Milli Məclisin depuatı Cavanşir Feyziyev səsləndirib.
Millət vəkili qeyd edib ki, İranı bir çox ölkələr özləri üçün təhlükə hesab edirdilər.
“İran danışıqlardan qaçmaqla müharibəyə təşviq edirdi”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda:

24-06-2025, 22:56
İran-İsrail savaşı: Tərəflər itkilərini AÇIQLADI


İran-İsrail savaşı: Tərəflər itkilərini AÇIQLADI

İyunun 13-də başlayan və bu gün səhər saatlarında dayanan İsrail və İran arasında toqquşmada hər iki tərəf ağır itkilər verib.
İran Səhiyyə Nazirliyi ölkədə İsrailin endirdiyi zərbələr nəticəsində 600-dən çox insanın həlak olduğunu, ümumilikdə təxminən 5 min nəfərin isə yaralandığını açıqlayıb.
İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb.
Müşavir qeyd edib ki, müharibə başlayandan bəri İsrail ərazisinə təxminən 550 raket atılıb, 1 000-dən çox PUA buraxılıb. İsrailin Vergi İdarəsinə dəymiş ziyanla bağlı 38 700 müraciət daxil olub. Bundan əlavə, 15 500-dən çox insan evsiz qalıb.
Münaqişə zamanı İsrailin hava məkanı da bağlanıb. 150 minə yaxın vətəndaş hazırda evlərinə qayıda bilmir.
24-06-2025, 22:17
İsrail məqsədlərinə nail ola bilmədi - Pezeşkian


İsrail məqsədlərinə nail ola bilmədi - Pezeşkian

İsrail məqsədlərinə nail ola bilmədi və İrana qarşı hücumların dəhşətli bədəlini ödədi.
Bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində bildirib.
“Düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını pozmaq, ölkə daxilində sosial iğtişaşlar yaratmaq kimi məqsədlərinə nail ola bilmədi", - İran Prezidentinin Mətbuat xidməti tərəfindən yayılan mətndə qeyd olunur.
Onun sözlərinə görə, ölkə Ordusunun cavab zərbələri nəticəsində İsraildə dağıntıların miqyası dünyaya nümayiş etdirdi ki, İran kimi böyük ölkəyə qarşı bu avantüra baha başa gəldi.
24-06-2025, 21:51
İran hava məkanını açdı


İran hava məkanını açdı

İranın hava məkanı Tehrana beynəlxalq uçuşlar üçün açıqdır.
Bunu “Flightradar24” xidməti təsdiqləyib.
"İranın hava məkanı indi əvvəlcədən icazə verildiyi təqdirdə Tehrana beynəlxalq gəliş və gedişlər üçün açıqdır", - xidmətin “X” sosial şəbəkəsində bildirilir.
Daha əvvəl İran hakimiyyəti hava məkanının İsrailin zərbələrinin fonunda hava məkanının bağlanmasını elan edib və bu qərar bir neçə dəfə uzadılıb.
24-06-2025, 21:40
Melonidən atəşkəsə reaksiya: yaxın vaxtda...


Melonidən atəşkəsə reaksiya: yaxın vaxtda...

İtaliya İsrail ilə İran arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayır.
Bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.
Ciorcia Meloni İsrail və İran arasındakı atəşkəsdən arxayın olduğunu bildirib: “Yaxın Şərqdə vəziyyət hələ də mürəkkəbdir. Hadisələrin necə inkişaf edəcəyini yaxın vaxtlarda görəcəyik. Bu səhər olan ssenari bizim ümid etdiyimiz istiqamətdə gedirdi. Gərginliyə baxmayaraq, İsrail və İran arasında atəşkəslə irəliləyə biləcəyimizə əminik”.
24-06-2025, 20:51
Hakan Fidan onunla İranı müzakirə etdi


Hakan Fidan onunla İranı müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan qətərli həmkarı şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər İsraillə İran arasındakı son vəziyyəti müzakirə ediblər.
Onlar, həmçinin Qəzzadakı durum barədə fikir mübadiləsi aparıblar.
24-06-2025, 20:07
Özünə polkovnik rütbəsi verən sabiq rəisə HÖKM OXUNDU


Özünə polkovnik rütbəsi verən sabiq rəisə HÖKM OXUNDU

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə çıxışlar olub.
Məhkəmə baxışı zamanı Mirzə Cəlilovun özü-özünə polkovnik rütbəsi verməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunduğu da müəyyən edilib.
Dövlət ittihamçısı çıxışında Mirzə Cəlilovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsirli bilinməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili Vüsal Həsənov müttəhimin həmin dövrdəki vəziyyətinin nəzərə alınmasını, cəzanın yüngülləşdirilməsini, Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, təqsirləndirilən şəxsə şərti cəza verilməsini məhkəmədən xahiş edib.
Mirzə Cəlilov məhkəmədə son söz deyib. O, sadəcə verilən tapşırıqları icra etdiyini, buna görə də özünü qismən günahkar hesab etdiyini və ona şərti cəzanın verilməsini məhkəmədən xahiş edib.
Məhkəmə qərar vermək üçün müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Mirzə Cəlilov 10 il müddətinə azadlıqdan məhrum olunub.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, DTX-nin həbs etdiyi Mirzə Cəlilov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilib.
24-06-2025, 18:50
Onlar Vardanyanın məhkəməsində ifadə verdilər


Onlar Vardanyanın məhkəməsində ifadə verdilər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 24-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Əvvəlcə təqsirləndirilən Ruben Vardanyan işə baxan məhkəmə kollegiyasına yenidən etirazını bildirib.
Təqsirləndirilən şəxs qeyd edib ki, cari ilin yanvar və fevral aylarında keçirilmiş məhkəmə iclaslarının protokolları ilə tanış olub və həmin protokollarda müdafiə tərəfinin vəsatətlərinə münasibət bildirilməsi onda məhkəmə kollegiyasının iş üzrə obyektiv, qərəzsiz olacağına şübhələr yaradır. Buna görə də məhkəmə kollegiyasına etiraz edir.
Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, müdafiə tərəfinin məhkəmə iclas protokollarında yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək hüququ var. Məhkəmə iclas protokolunda hər hansı xüsusatın qeyd edilməməsi və ya prosessual iştirakçıların vəsatətinin təmin olunmaması məhkəmə kollegiyasına etiraz üçün əsas hesab edilmir. Bu səbəbdən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.
Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.
Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.
İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.
Sonra məhkəmədə Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.
Zərərçəkmiş şəxsin hüquqi varisi Elxan Novruzəliyev ifadəsində övladı Orxan Novruzəlizadənin Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu söyləyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Məlahət Həsənova ifadəsində övladı Elşad Həsənovun Laçında düşmən tərəfindən açılan atəş nəticəsində həlak olduğunu deyib.
Şaban Bilalov ifadəsində qardaşı Sərxan Bilalovun Ağdərə istiqamətində həlak olduğunu bildirib.
Zərərçəkmiş şəxs Emin Quşçiyev ifadəsində Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını qeyd edib.
Zərərçəkən Tural İsmayılzadə isə deyib ki, düşmənin törətdiyi təxribat zamanı qəlpə yaraları alıb. Belə ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin artilleriya silahlarından açdığı atəş nəticəsində mərmilərdən birinin yanına düşərək partlaması nəticəsində sağ əlindən xəsarət alıb. O, baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında bildirib ki, hadisə vaxtı yanında olan Məhəmməd Qarayev həlak olub, bir neçə nəfər isə yaralanıb.
Zərərçəkən Kənan Qasımov dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında diqqətə çatdırıb ki, Xocavənd rayonu istiqamətində düşmənin atdığı dron mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yanında olan Murad Axundov və Ərzullah Həsənli həyatlarını itirib, o və yaxınlığındakı digər şəxslər müxtəlif xəsarətlər alıb.
Zərərçəkmiş şəxs Poladaxan Babayev dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən Şuşa rayonunun Xəlfəli kəndində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını, həmin vaxt yaxınlığında olan Əlizamin Bədirovun da yaralandığını söyləyib.
Elnur Kələntərov isə bildirib ki, o, Ağdam istiqamətində Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif çaplı artilleriya silahlarından və minaatanlardan atdığı mərminin yaxınlığında partlaması nəticəsində sağ və sol ayaq, sol kürək və üz nahiyələrindən qəlpə yaraları alıb. Zərərçəkən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında deyib ki, həmin vaxt düşmən fasiləsiz olaraq atəş açıb.
İfadə verən Fərid Məhəmmədov Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minaya düşərək özünün və Şəhriyar Hüseynovun xəsarət aldığını deyib. Təxliyə zamanı isə daha üç nəfər – Şükür Zeynalov, Kamil Musayev və Rafiq Adışlı yaralanıb.
Nəsimi Mahmudov ifadəsində Ağdərə rayonunun Canyataq kəndində güllə xəsarəti aldığını, ardınca yaralı vəziyyətdə minaatan mərmisinin partlaması nəticəsində ikinci dəfə yaralandığını qeyd edib.
Zərərçəkmiş Rəvan Muradov Kəlbəcərdə düşmənin açdığı atəş nəticəsində yaralandığını söyləyib.
Zərərçəkən Aslan Hacıhəsənov dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında deyib ki, düşmən təxribatı nəticəsində onun yanındakı 4 nəfər həlak olub. Minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində isə o və Xəyal Canbaxışov xəsarət alıblar.
Kənan Alməmmədov Xocavənd rayonunda düşmən tərəfindən açılan atəş nəticəsində qəlpə yarası aldığını deyib.
Zərərçəkmiş şəxs Afiq Kərimov Ağdam rayonunda artilleriya atəşi nəticəsində xəsarət aldığını bildirib.
Vaqif Salmanov Xankəndidə düşmənin minaatandan açdığı atəş nəticəsində yaralandığını vurğulayıb.
Zərərçəkmiş Rafiq Bəkirov Laçın rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən minataandan açılan atəş nəticəsində yaralandığını bildirib.
Zərərçəkmiş şəxs Konsul Qasımov isə ifadəsində Xocalıda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində özünün, Nihad Seyidzadənin və Murad Hüseynovun müxtəlif növ bədən xəsarətləri aldıqlarını söyləyib.
Məhəmməd Quliyev deyib ki, Xocavənd istiqamətində minaatandan atəş açılması və bu zaman partlamış minanın qəlpələrinin ətrafa yayılması nəticəsində yaralanıb. O, baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında qeyd edib ki, həmin vaxt Murad İsgəndərov həlak olub.
Zərərçəkmiş şəxslər Qara Əsgərov, Mahir Mehdiyev, İsgəndər Mustafayev, Rəşid Bəşirov müxtəlif istiqamətlərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində xəsarətlər aldıqlarını diqqətə çatdırıblar.
Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası iyulun 1-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
24-06-2025, 18:30
Əgər İsrail atəşkəsi pozmazsa... - Pezeşkian


Əgər İsrail atəşkəsi pozmazsa... - Pezeşkian

Əgər İsrail atəşkəs rejimini pozmazsa, İran da ona əməl edəcək.
Bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Malayziyanın baş naziri Ənvər İbrahimlə telefon danışığı zamanı bildirib.
"Əgər İsrail atəşkəs rejimini pozmazsa, İran da onu pozmayacaq. Biz dialoq aparmağa və İran xalqının qanuni hüquqlarını danışıqlar masasında müdafiə etməyə hazırıq", - o qeyd edib.
24-06-2025, 18:22
Əli Əsədov nazirləri topladı - Tapşırıqlar verdi


Əli Əsədov nazirləri topladı - Tapşırıqlar verdi

İqtisadi Şuranın iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanından irəli gələrək Hökumətə verilən tapşırıqların icra vəziyyəti və görülmüş işlər, o cümlədən sahibkarların dövlət qurumlarına müraciətinin elektronlaşması və xidmətlərin rəqəmsallaşması, “Mygov Biznes” altsisteminin yaradılması və rəqəmsallaşmayan dövlət xidmətlərinin “ASAN xidmət”də göstərilməsi, dövlət xidmətlərinin və alınan ödənişlərin optimallaşdırılması, xidmət haqlarının məbləğinə və hüquqi əsasına baxılması və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi dinlənilib. İclasda iştirak edən ədliyyə naziri Fərid Əhmədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Prezidentinin Fərmanından ilə gələn tapşırıqlarla bağlı çıxış edib.
Təqdim olunan iqtisadi gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!