Əməkdar artist xəstəxanaya yerləşdirildi .....                        3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO .....                        Ukrayna “Şahed”lərə qarşı belə mübarizə aparır .....                        “Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş .....                        Bakıda güclü PARTLAYIŞ - Yanğın söndürüldü - YENİLƏNİB .....                        Bakıdakı partlayıda xəsarət alan olmayıb .....                        Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO .....                        Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov .....                        Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır .....                       
1-06-2025, 17:00
Ukraynadan Rusiyaya böyük zərbə - Təyyarələrini yandırdılar


Ukraynadan Rusiyaya böyük zərbə - Təyyarələrini yandırdılar

Ukraynanın pilotsuz təyyarələri Rusiya bombardmançı təyyarələrinin məhv edilməsi üzrə Təhlükəsizlik Xidmətinin “Pauçina” xüsusi əməliyyatı çərçivəsində bu ölkənin hərbi aerodromlarına hücum edib.
40-dan çox təyyarə, o cümlədən A-50, Tu-95 və Tu-22 M3 məhv edilib.
Hücumlar Murmansk vilayətindəki “Olenya”, İrkutsk vilayətindəki “Belaya” aerodromlarına və başqalarına edilib.
Hesablamalara görə, Rusiya aviasiyasının itkiləri 2 milyard dollardan çox ola bilər.
“İnterfaks-Ukrayna” qeyd edib ki, hazırda “Belaya”, “Dyaqilevo”, “Olenya” və “İvanovo” aerodromlarında təyyarələr yanır. “Malyukun (Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk – red.) sayəsində Rusiya Federasiyası indi “demilitarizasiya” sözünün əsl mənasını başa düşür”, - agentliyin mənbəyi bildirib.
1-06-2025, 16:42
Füzulidə “Qarabağım mənim” adlı festival


Füzulidə “Qarabağım mənim” adlı festival

Füzulidə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Qarabağım mənim” adlı festival keçirilib.
Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə işğaldan azad olunmuş ərazilərin məktəbliləri üçün festival keçirilib.
Tədbirdə 150-yə yaxın şagird iştirak edib. Festivalın əsas məqsədi uşaqların yaradıcılıq potensialının üzə çıxarılması və onların asudə vaxtlarının səmərəli təşkili olub.
Festival çərçivəsində məktəblilərin musiqili çıxışları nümayiş olunub, müxtəlif əyləncəli və interaktiv proqramlar təşkil edilib. “Sülh bağı” adlı ağacəkmə aksiyasında uşaqlar fəal iştirak ediblər.
1-06-2025, 16:10
İŞİD liderlərindən biri saxlanıldı


İŞİD liderlərindən biri saxlanıldı

Türkiyə və Pakistan kəşfiyyat xidmətlərinin keçirdiyi əməliyyat nəticəsində Pakistan-Əfqanıstan sərhədində İŞİD liderlərindən biri saxlanılıb.
Türkiyə və Pakistan kəşfiyyat xidmətlərinin Pakistan - Əfqanıstan sərhədində keçirdiyi birgə əməliyyat zamanı “narıncı kateqoriya” ilə axtarışda olan İŞİD liderlərindən biri Özgür Altun saxlanılıb.
Qeyd olunub ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) işi nəticəsində qrupun bu ölkəyə qarşı fəaliyyət planları pozulub, İŞİD-ə cəlb olunma deşifrə edilib, təşkilata aid rəqəmsal materiallar, eləcə də fəaliyyət planları ələ keçirilib.
1-06-2025, 15:52
Humanitar yardım məntəqəsində onlarla fələstinli öldürüldü


Humanitar yardım məntəqəsində onlarla fələstinli öldürüldü

İsrail hərbçilərinin Qəzza zolağında humanitar yardımın paylanılması məntəqəsini atəşə tutması nəticəsində 31 fələstinli həlak olub, daha 170 nəfər yaralanıb.
Bu barədə səhiyyə rəsmiləri və çoxsaylı şahidlərə istinadən "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata görə, iyunun 1-də səhər saatlarında İsrailin hərbi qüvvələri Rəfahın qərbindəki əl-Məvasi bölgəsində yemək üçün gedən yüzlərlə insana zirehli texnikadan birbaşa atəş açıb.
Öz növbəsində, Fələstinin WAFA agentliyi 30 insanın öldüyünü və 115-dən çox yaralının olduğunu bildirib.
Agentliyin məlumatına görə, İsrailin 2023-cü ilin oktyabr ayından Qəzza zolağında davam etdirdiyi əməliyyatlar nəticəsində azı 54 381 nəfər ölüb, 124 381 nəfərdən çox insan yaralanıb.
1-06-2025, 15:22
Rusiyadan Ukraynanın təlim bölməsinə zərbə - 12 ölü, onlarla yaralı


Rusiyadan Ukraynanın təlim bölməsinə zərbə - 12 ölü, onlarla yaralı

Rusiya Ordusununın Ukrayna Quru Qoşunlarının təlim bölməsinə endirdiyi zərbə nəticəsində 12 nəfər ölüb, 60 nəfər yaralanıb.
Bu barədə “RBC-Ukrayna” Quru Qoşunlarına istinadən məlumat yayıb.
"Bu gün, iyunun 1-də düşmən Ukrayna Quru Qoşunlarının təlim bölmələrindən birinin yerləşdiyi yerə raket zərbəsi endirib. Təəssüf ki, ölən və yaralanan hərbçilər var", - məlumatda deyilir.
Hərbçilər qeyd ediblər ki, heç bir birləşmə və ya şəxsi heyətin kütləvi toplantısı keçirilməyib.
"Hava hücumu həyəcanı elan edildikdən sonra şəxsi heyətin əksəriyyəti sığınacaqlarda olub. Zərərçəkənlərə bütün lazımi zəruri tibbi yardım göstərilir", - Quru Qoşunlarından əlavə olunub.
Şəxsi heyətin itkilərinin bütün hallarını və səbəblərini aydınlaşdırmaq üçün Quru Qoşunları komandanlığında komissiya yaradılıb və daxili araşdırmaya göstəriş verilib.
1-06-2025, 15:07
Türkiyədə Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə konsert


Türkiyədə Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə konsert

Azərbaycan Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli sərəncamı ilə bu il dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas-alim, publisist, dramaturq və pedaqoq, ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəyovun (1885-1948) 140 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur.
Mədəniyyət Nazirliyinin Mətbut xidmətindən verilən məlumata görə, Türkiyənin paytaxtı Ankarada böyük musiqi xadiminin yubileyi münasibətilə “Çanaqqaladan Qarabağa: Zəfər dastanı” adlı konsert keçirilib.
Azərbaycan və Türkiyə opera sənətçilərinin iştirakı ilə gerçəkləşən gecə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə iki ölkənin dövlət himnləri ifa olunub.
Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin müdir müavini Volkan Akkoç açılış nitqi söyləyiblər.
Sonra Xalq artistləri Azərin və Azər Zeynalovun, eləcə də qardaş ölkədən Kamil Kaplan, Çinar Onur, Güner Erkan və başqa tanınmış opera sənətçilərinin ifasında bir-birindən maraqlı muqisi nömrələri təqdim olunub.
Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
1-06-2025, 14:22
Türkiyədə iki zəlzələ


Türkiyədə iki zəlzələ

Türkiyənin Bingöl əyalətində iki zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb.
Yeraltı təkanların 4,4 və 3,6 gücündə qeydə alındığı bildirilib.
1-06-2025, 14:07
Rusiyada dəmir yolunda daha bir partlayış


Rusiyada dəmir yolunda daha bir partlayış

Rusiyanın Bryansk vilayətində dəmir yolunda növbəti partlayış baş verib.
Yerli medianın yaydığı ilkin məlumatlara görə, hadisə Moskva vaxtı ilə saat 11 radələrində Uneça-Jeça sahəsində qeydə alınıb.
Məlumata görə, hadisə baş verən vaxt oradan yolölçmə qatarı keçirmiş. Xəsarət alan yoxdur, qatar zədələnməyib.
1-06-2025, 13:41
İmtahan bitdi - YENİLƏNİB


İmtahan bitdi - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı, Quba və Xaçmazda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 187 imtahan binası, 3381 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 187 ümumi imtahan rəhbəri, 537 imtahan rəhbəri, 4236 nəzarətçi, 597 buraxılış rejimi əməkdaşı, 187 bina nümayəndəsi cəlb olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, imtahan binasının girişində yoxlama zamanı 3 nəfərdə üzərində gizlədilmiş mobil telefon aşkarlanıb və həmin şəxslər imtahana buraxılmayıblar. 3 nəfərdə isə imtahan zalında mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bundan əlavə, 1 nəzarətçi zalda köçürməyə şərait yaratdığı üçün imtahandan xaric edilib. Hazırda baş verən hallar araşdırılır. Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.
İmtahanda 45679 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər suallarını “Youtube”da yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.
İyunun 2-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

***

07:54

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin bu gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan keçiriləcək.
DİM-dən bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 187 imtahan binası, 3381 imtahan zalı ayrılıb. İmtahanların idarə edilməsinə 187 ümumi imtahan rəhbəri, 537 imtahan rəhbəri, 4236 nəzarətçi, 597 buraxılış rejimi əməkdaşı, 187 bina nümayəndəsi cəlb olunub.
İmtahanda I ixtisas qrupu üzrə 31167, IV ixtisas qrupu üzrə 6526, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 7986 nəfər olmaqla, ümumilikdə 45679 abituriyentin iştirakı nəzərdə tutulur.
Bugünkü imtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 53 abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
1-06-2025, 13:11
Putin və Paşinyan telefonla danışdılar


Putin və Paşinyan telefonla danışdılar

Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Ermənistan Respublikasının baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Rusiya Federasiyasının prezidenti və Ermənistanın baş naziri ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!