Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                        Piyadanı maşın vurdu - Tıxac yarandı .....                       
26-06-2025, 16:25
Prezidentin xüsusi nümayəndəsindən İrəvana çağırış


Prezidentin xüsusi nümayəndəsindən İrəvana çağırış

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrəvanı 2020-ci il atəşkəs sazişinin şərtlərini, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəaları yerinə yetirməyə çağırıb.
O, İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində belə deyib.
"Biz Ermənistanın artıq 2020-ci ildə bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik", - Əmirbəyov vurğulayıb.
Onun sözlərinə görə, əsas məqamlardan biri Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi ilə maneəsiz əlaqəsinin təmin edilməsidir.
"Maneəsiz keçid o deməkdir ki, Azərbaycan ərazisinin bir hissəsindən digər hissəsinə keçid zamanı həmin 43 kilometrlik Zəngəzur dəhlizində heç bir maneə olmayacaq", - o əlavə edib.
E.Əmirbəyov Ermənistandakı mövcud vəziyyətə də diqqət çəkərək, ölkənin hazırda tam təcrid vəziyyətində olduğunu bildirib.
"Bütün əsas infrastruktur - neft-qaz kəmərləri, dəmir yolları və s. - Ermənistanı dolanaraq keçir. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Açıq sərhədləri yalnız İran və Gürcüstanladır", - o deyib.
Diplomatın fikrincə, əldə olunan razılaşmalara əməl olunarsa, Ermənistan tranzit ölkəyə çevrilə və bununla da özünü regional təcrid vəziyyətdən çıxara bilər.
“Ermənistan əgər razılaşmalara əməl etsə, o da şərqdən-qərbə və qərbdən-şərqə keçən bütün ticarət və nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkəyə çevrilə bilər”, - o vurğulayıb.0
Elçin Əmirbəyov Ermənistanı öz Konstitusiyasını ölkələr arasında təklif olunan sülh sazişinin şərtlərinə uyğunlaşdırmağa çağırıb, onun imzalanmasına əsas maneənin məhz Konstitusiya ilə bağlı ziddiyyətlərin olduğunu qeyd edib.
E.Əmirbəyov bildirib ki, bütün maddələr razılaşdırılıb, lakin sazişin imzalanmasına Ermənistan Konstitusiyasında sülh sazişinin məzmununa zidd olan müddəaların yer alması mane olub:
"Biz Ermənistan tərəfinin öz Konstitusiyasına düzəlişlər etməsini, onu sazişin mətninə və ruhuna uyğunlaşdırmasını istəyirik", - o vurğulayıb.
E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan revanşizmə və ya erməni tərəfinin mövqeyində yeni dəyişikliklərə məruz qalmayan davamlı sülh əldə etməyi hədəfləyir.
O qeyd edib ki, Ermənistan hökumətinin lazımi dəyişiklikləri etməkdən imtina etməsi Bakıda bəyan edilən niyyətlərin səmimiliyinə şübhələr yaradır.
"Ermənistan tərəfinin Konstitusiyaya dəyişikliklərdən imtina etməsi bəyanatlarının səmimiliyinə Azərbaycanda müəyyən şübhələr yaradır", - Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi deyib.
Eyni zamanda, E.Əmirbəyov danışıqlar prosesində irəliləyişin olduğunu qeyd edib: "Görülən bütün işləri dəyərləndirsək, Ermənistan və Azərbaycan böyük məsafə qət ediblər. Odur ki, biz ümid edirik ki, Ermənistan tərəfi qalan iki məsələnin həlli üçün siyasi iradə nümayiş etdirəcək".
Ermənistanda Konstitusiya islahatının vaxtı ilə bağlı E.Əmirbəyov qeyd edib: “Ermənistan tərəfindən eşitdiyimiz odur ki, yeni Konstitusiya layihəsini gələn il - yəni 2026-cı ilin iyunundakı seçkidən sonra referenduma çıxarmağı planlaşdırırlar".
O əlavə edib ki, Azərbaycan bu müddətin çox uzun olduğunu düşünənlərlə eyni fikirdədir.
26-06-2025, 16:19
Tramp deyib ki, Putin Türkiyəyə gəlsə, o da gələcək - Ərdoğan


Tramp deyib ki, Putin Türkiyəyə gəlsə, o da gələcək - Ərdoğan

"Həm Ukrayna, həm də Rusiya bizə güvəndiklərini dəfələrlə göstəriblər. İstanbulda baş tutan danışıqlar sülhün qapısını açıb".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqa sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib:
"Biz bilirik ki, bu sahədə diplomatiyanı daraldan irəliləyişlər var, lakin sülhə kiçik bir ümid olsa belə, ona çalışacağıq. Bizim fikrimizcə, bəli, Ukrayna-Rusiya müharibəsində sülhün bərqərar olması üçün kiçik bir ümid var. Biz tərəfləri yenidən bir araya gətirmək üçün çalışacağıq... Bizim əsas məqsədimiz sülhün qurulması səviyyəsində görüş keçirməkdir. Bu barədə Tramp uzun müddətdir ki, liderlər səviyyəsində məlumatlandırıb. “Rusiya prezidenti Vladimir Putin həll üçün İstanbula və ya Ankaraya gəlsə, mən də lazımi görüşlər keçirmək üçn ən qısa zamanda ora gələcəm”,- Tramp deyib".
26-06-2025, 12:24
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib


Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - FOTO

Xankəndi şəhərində 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.Qürurlu anlarla yadda qalan yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədaları yerli sakinlərinə və şəhərin qonaqlarına xoş ovqat bəxş edib və böyük maraqla dinlənilib.Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatdı.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələnib. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarının azad olunması ilə nəticələnən bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Qırx dörd gün ərzində Azərbaycan Ordusu tərəfindən 300-dən çox kənd, qəsəbə və şəhər, o cümlədən Şuşa işğaldan azad edilib. İkinci Qarabağ müharibəsində Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusu, təqribən 93 mülki şəxs şəhid olub, minlərlə əsgər, zabit və dinc sakin yaralanıb.
Qələbənin üç ilinin tamamında – 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Bu əməliyyat təxminən 23 saat davam edib və Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnib.






25-06-2025, 12:08
Gənclərin Sahibkarlıq Məktəbi layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər həyata keçirilib


Gənclərin Sahibkarlıq Məktəbi layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər həyata keçirilib


Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.06.2025-ci il tarixdən icrasına başlanan " GSM - Gənclərin Sahibkarlıq Məktəbi " layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər həyata keçirilib. Tədbir 17-18 iyun tarixlərində Şəmkir rayonunda Şəmkir Gənclər Evi və Şəmkir Mədəniyyət Evində, 19-20 iyun tarixlərində Qazax rayonunda Qazax Dövlət Sosial İqtisad Kollecində və Qazax rayon Mədəniyyət Evində, 21-23 iyun tarixlərində Ağstafa rayonunda Agstafa rayon Yazıçılar Evində sahibkarlıq sahəsində olan fəaliyyətlərin dahada geniş şəkildə inkişaf etdirilməsi istiqamətində diskusiya xarakterli tədbirlər keçirilib.

Keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri,rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, müəllim və şagirdlər və həmçinin rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər iştirak etdilər. İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şəraiti yaratdığına görə rayon icra hakimiyyətinin başçılarına və rayon rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumat verdi. Bildirdi ki, hər bir Azərbaycan vətəndaşı, sahibkarlıq fəaliyyəti ilə sərbəst şəkildə məşğul ola bilər və bunun üçün dövlətimiz hər bir sahibkara xüsusi diqqət və qayğı ilə yanaşır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir fərdi sahibkara diqqət və qayğısını göstərir ki, bu istiqamətdə atılan addımlar gələcəkdə ölkəmizdə dahada yeni naliyyətlərin əldə edilməsi istiqamətində uğurlu nəticələr əldə edilsin.

Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspert Fərid Zülfüqara verdi. Təlimçi öz növbəsində tədbir iştirakçılarına maarifləndirici tövsiyyələrini verdi. Tədbir diskusiya şəklində davam etdi.

Tədbir iştirakçılarına layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli qovluq,dəftər,qələm və üzərində donorun və ictimai birliyin loqosu əks edilən sertifikatlar təqdim edildi.
25-06-2025, 00:58
İsrail tarixi qələbə qazandı - Netanyahu


İsrail tarixi qələbə qazandı - Netanyahu

İsrail İrana qarşı müharibədə “tarixi qələbə” qazana bilib.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətində deyib.
"Biz nəsillər boyu qalacaq tarixi qələbəyə nail olduq. Biz iki ekzistensial təhlükəni aradan qaldırdıq: nüvə bombalarının və 20 min ballistik raketin məhv edilməsini", - Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrail İranın nüvə layihəsini dondurub.
"Əgər kimsə belə layihəni canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət edəcəyik. İranın nüvə silahı olmayacaq", - o fikirlərini yekunlaşdırıb.
24-06-2025, 23:14
“İran danışıqlardan qaçmaqla müharibəyə təşviq edirdi”- VİDEO


“İran danışıqlardan qaçmaqla müharibəyə təşviq edirdi”- VİDEO

“ABŞ İrana endirdiyi zərbələrin hansı nəticəsi olduğunu heç kim təftiş etməyib. Amma reallıqda heç kim etiraf etmir ki, İranın nüvə təsisatları məhv edilib. 45 ildir ki, İran öz siyasətini ancaq nağıllar üzərində qurub. Rəsmi Tehran hər zaman bəyan edirdi ki, nüvə silahını İsrail üçün hazırlayır. Sözsüz bu nə vaxtsa münaqişə baş verəcəyinə bir siqnal idi.”
Bu fikirləri Baku TV-nin efirində Milli Məclisin depuatı Cavanşir Feyziyev səsləndirib.
Millət vəkili qeyd edib ki, İranı bir çox ölkələr özləri üçün təhlükə hesab edirdilər.
“İran danışıqlardan qaçmaqla müharibəyə təşviq edirdi”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda:

24-06-2025, 22:56
İran-İsrail savaşı: Tərəflər itkilərini AÇIQLADI


İran-İsrail savaşı: Tərəflər itkilərini AÇIQLADI

İyunun 13-də başlayan və bu gün səhər saatlarında dayanan İsrail və İran arasında toqquşmada hər iki tərəf ağır itkilər verib.
İran Səhiyyə Nazirliyi ölkədə İsrailin endirdiyi zərbələr nəticəsində 600-dən çox insanın həlak olduğunu, ümumilikdə təxminən 5 min nəfərin isə yaralandığını açıqlayıb.
İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb.
Müşavir qeyd edib ki, müharibə başlayandan bəri İsrail ərazisinə təxminən 550 raket atılıb, 1 000-dən çox PUA buraxılıb. İsrailin Vergi İdarəsinə dəymiş ziyanla bağlı 38 700 müraciət daxil olub. Bundan əlavə, 15 500-dən çox insan evsiz qalıb.
Münaqişə zamanı İsrailin hava məkanı da bağlanıb. 150 minə yaxın vətəndaş hazırda evlərinə qayıda bilmir.
24-06-2025, 22:17
İsrail məqsədlərinə nail ola bilmədi - Pezeşkian


İsrail məqsədlərinə nail ola bilmədi - Pezeşkian

İsrail məqsədlərinə nail ola bilmədi və İrana qarşı hücumların dəhşətli bədəlini ödədi.
Bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində bildirib.
“Düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını pozmaq, ölkə daxilində sosial iğtişaşlar yaratmaq kimi məqsədlərinə nail ola bilmədi", - İran Prezidentinin Mətbuat xidməti tərəfindən yayılan mətndə qeyd olunur.
Onun sözlərinə görə, ölkə Ordusunun cavab zərbələri nəticəsində İsraildə dağıntıların miqyası dünyaya nümayiş etdirdi ki, İran kimi böyük ölkəyə qarşı bu avantüra baha başa gəldi.
24-06-2025, 21:51
İran hava məkanını açdı


İran hava məkanını açdı

İranın hava məkanı Tehrana beynəlxalq uçuşlar üçün açıqdır.
Bunu “Flightradar24” xidməti təsdiqləyib.
"İranın hava məkanı indi əvvəlcədən icazə verildiyi təqdirdə Tehrana beynəlxalq gəliş və gedişlər üçün açıqdır", - xidmətin “X” sosial şəbəkəsində bildirilir.
Daha əvvəl İran hakimiyyəti hava məkanının İsrailin zərbələrinin fonunda hava məkanının bağlanmasını elan edib və bu qərar bir neçə dəfə uzadılıb.
24-06-2025, 21:40
Melonidən atəşkəsə reaksiya: yaxın vaxtda...


Melonidən atəşkəsə reaksiya: yaxın vaxtda...

İtaliya İsrail ilə İran arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayır.
Bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.
Ciorcia Meloni İsrail və İran arasındakı atəşkəsdən arxayın olduğunu bildirib: “Yaxın Şərqdə vəziyyət hələ də mürəkkəbdir. Hadisələrin necə inkişaf edəcəyini yaxın vaxtlarda görəcəyik. Bu səhər olan ssenari bizim ümid etdiyimiz istiqamətdə gedirdi. Gərginliyə baxmayaraq, İsrail və İran arasında atəşkəslə irəliləyə biləcəyimizə əminik”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!