Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
4-07-2025, 19:06
Sahibini gözləyən daş sütun

Sahibini gözləyən daş sütun

(Burada Azərbaycan xalqının böyük mütəfəkkiri Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır...)
Mən Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tələbəsi kimi artıq dörd ildir ki, hər gün üzərində bu sözlər yazılmış daş sütunun qarşısından keçib dərsə gedirəm. Və hər dəfə eyni diqqətlə bu daş sütunun üstünə kiril əlifbası ilə həkk olunmuş sözlərə birdən nəsə diqqətimdən yayınar deyə nəzər yetirirəm. Nəzərə alsaq ki, kiril əlifbasından latın əlifbasına keçid etməyimizdən artıq on illər ötüb, onda bu qənaətə gələrik ki, bu sütun Bakı Dövlət Universitetinin yaşlı ağacları, daşdan və dəmirdən hasarları kimi illərdir ki, hər gün universitetin müəllim və tələbə heyətini səssiz-səssiz qarşılayır...
1918-ci ilin 28 Mayında ilk respublikamız müstəqilliyini – Azərbaycan Xalq Cümhuriyyətinin yaranışını elan edib. Düz 100 ildən çox sürən çar əsarətindən sonra Azərbaycan xalqı üçün bu cümhuriyyətin qurulması yeni bir azadlıq işartısı oldu. Dahi publisist Üzeyir Hacıbəylinin də “Bir yaş”da qeyd elədiyi kimi: “Novzad dövlətimizin təvəllüdü, ana bətnindən doğulması çətinliklə əmələ gəldi. Ana vətən, balasını doğarkən, özünü qurban verəcək dərəcəsinə gəlmişdi... Azərbaycan torpağı bir xərabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri mehribanının nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar, həm anası bətnindəki balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xaş etməklə anasını da, balasını da öldürmək istəyirdilər. Lakin bu zəif sinə içində gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvətə haiz idi ki, zəif cismi, qüvvətli ruh sayəsində düşmən zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi”.
Bu yazıları ilə mütəfəkkir istiqlalımıza kəm baxan qaraguruhçuların naxələf əməllərinə baxmayaraq çətinliklə cümhuriyyətin yaranmasından iftixarlanırdı. Elə Azərbaycan Xalq Cümhuriyyəti hələ bir yaşında ikən gənc nəsli maarifləndirmək, ona təhsil vermək, Azərbaycan millətini inkişaf etmiş xalqlar cərgəsində görmək kredosu ilə Azərbaycanın ən görkəmli, tarixi və ilk ali təhsil müəssisəsini – Bakı Dövlət Universitetini qurdu. Hələ o zamanlardan çar senzurasının qılıncının arxasının da, qabağının da kəskin olan vaxtlarından xalqımızın böyük ziyalıları bilirdi ki, bu ümməti bu əsarətdən, gerilikdən, cəhalət buxovlarından yalnız elm və təhsil işıqlı səhərə çıxara bilər. Elə cümhuriyyəti də bu məsləkdə olmuş təhsilli ziyalılar qurmadımı? Azərbaycan millətinə istiqlal və hürriyyətin şirinliyini daddırmadımı? Yalnız elm və təhsilin Azərbaycan millətini işıqlı, nurlu sabahlara çıxara biləcəyini göstərmədimi? Buna görə də cümhuriyyət qurucuları başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Azərbaycanda ilk ali təhsil ocağını yaratdılar.
Məhəmməd Əmin Rəsulzadə heç bir Avropa təhsili almadan yüksək erudisiya sahibi olmuş, Azərbaycan xalqının cəhalət buxovları ilə zəncirlənmiş vaxtlarında onu azadlığa aparan hərəkatın öndə gedənlərindən birinə çevrilmiş, bu amalda qələmi ilə mübarizə aparmış və nəhayətində öz məslək yoldaşları ilə birgə niyyətlərinə çatmışlar. Məhəmməd Əmin Rəsulzadə fəaliyyətinin tədqiqatçıları göstərirlər ki, Rəsulzadə özü Bakı Dövlət Universitetinin ilk müəllimlərindən olub. O, Bakı Dövlət Universitetinin auditoriyalarında Osmanlı tarixindən dərs deyirmiş. Biz tələbələr M.Ə.Rəsulzadənin publisistik yaradıcılığına baxanda onun azad mətbuat, azad cəmiyyət, millətin istiqlal savaşı və bu yolda apardığı mübarizələr, habelə bu qəbildən olan ictimai əhəmiyyətli məsələlərdəki düşüncələri, siyasi görüşləri bizi valeh edir. O zamanlar Avropa təhsili olmadan, dövrün, zamanın çətinliklərlə dolu olduğu bir vaxtda bir şəxsin bu qədər bilgə, bu qədər dünyagörmüş olması və bütün bunları qələmə alaraq gələcək nəsli düşünməsi, bu görüşləri gələcək Azərbaycan nəslinə ötürməsi, doğrudan da, Üzeyir Hacıbəylinin “Təəssürat” silsilə məqaləsində Rəsulzadə haqqında qələmə aldığı gözəl bir ifadə kimi — bir vətən övladı olduğunu, onun simasında vətən, millət sevərliyini, həqiqi ziyalılığı, istiqlal aşiqliyini ehtiva edir. M.Ə. Rəsulzadənin qurduğu cümhuriyyətin ömrü 23 ay sürsə də, ilk ali təhsil ocağının – Bakı Dövlət Universitetinin ömrü uzun oldu. Bu günlərə qədər daha da böyüyərək, təkmilləşərək qapılarını hələ də bu xalqın gənclərinə açmaqdadır. Heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyətinin mədəni quruculuq sahəsində gördüyü ən böyük iş elə Bakı Dövlət Universiteti oldu. O, bu xalqın ilk milli ali təhsil məktəbi olmaqla Azərbaycanın gələcəyi üçün parlaq zəkalı, vətənpərvər, milli ruhda və tərbiyədə vətəndaşlar yetişdirdi və yetişdirməkdədir. Bu universitet bizə ilk istiqlaliyyət dövrümüzdən bir millət üçün ən şirin nemət olan azadlığın daddırıldığı bir dönəmdən xatirə qaldı...
İndi yazının ilk abzasında verilmiş bir söz var!
“Burada Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır”.
Kaş bu daş sütunda söz verildiyi kimi adı gedən o Vətən övladının son nəfəsinə qədər Azərbaycan xalqının istiqlal və istiqbalı üçün yad diyarlarda çarpışaraq mübarizə aparmış mütəfəkkirin də bu universitetə bir xatirəsi qoyulaydı... Bizim xalqımızın hər bir fərdinə verilmiş sözləri tutmaq yaraşır. Bəs, görəsən, bu vədin həyata keçirilməsi bu qədər qeyri-realdırmı ki, bu neçə illərdə nə xatirə büstü qoyulub, nə də daş sütun götürülüb...
Bu yerdə Məhəmməd Əmin Rəsulzadənin “Milli əxlaq” məqaləsində gənclərə edilən nəsihətlərdən birini xatırladım: “ Verilən sözlərə və edilən sərbəst anlaşmalara mütləq riayət...” Mən də bir vətəndaş və ən asası bu universitetin tələbəsi olaraq arzu edirəm ki, universitetimizdə o daş sütunun yerinə xatirə büstü qoyulsun. Və verilmiş vəd reallığa qovuşsun...

Lalə TURAN

4-07-2025, 19:06
Prezident Pezeşkianı Şuşa ilə tanış etdi


Prezident Pezeşkianı Şuşa ilə tanış etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı Şuşa şəhəri ilə tanış edib.
Söhbət zamanı qonağa Ermənistanın işğalı dövründə Azərbaycanın maddi-mədəni irs numunələrinə vurduğu ziyanlar, viran qoyulan tarixi məhəllələr, məscidlər barədə məlumat verilib.
Eyni zamanda, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra Şuşada aparılan geniş bərpa-quruculuq işlərindən bəhs olunub, yeni bunaların tikildiyi, bəzi məscidlərin bərpa olunduğu vurğulanıb.
Qeyd edək ki, M.Pezeşkian iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə qatılmaq üçün Azərbaycana səfərə gəlib.
4-07-2025, 18:52
İlham Əliyevlə Pezeşkian nələrdən danışıb?


İlham Əliyevlə Pezeşkian nələrdən danışıb?

Xankəndidə iyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü olub.
Dövlət başçıları söhbət zamanı Azərbaycanla İranın dost, qonşu, qardaş ölkələr olduqlarını vurğulayaraq, ölkələrimiz arasında mədəni, etiqad, ənənələr, etnik baxımdan qohumluq və qardaşlıq əlaqələrinin mövcudluğunu qeyd etdilər.
Azərbaycan dövlət başçısı dəvəti qəbul edib İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakına görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkürünü bildirdi, onun bu səfərinin və keçirilən görüşün Azərbaycan-İran ikitərəfli əlaqələrinin, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu dedi.
Məsud Pezeşkianın bu ilin aprelində Azərbaycana rəsmi səfərinin ikitərəfli əlaqələrdə yeni səhifə açdığını vurğulayan Prezident İlham Əliyev həmin səfər zamanı müzakirə olunan mövzuların həyata keçirilməsi üçün hökumətlərarası komissiyanın rəhbərləri və aidiyyəti dövlət qurumları tərəfindən ardıcıl surətdə işlərin aparıldığını qeyd etdi.
Dövlət başçısı İsraillə İran arasında qarşıdurmanın baş verməsindən dərhal sonra İrana qarşı olan bu hərəkətlərin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən qınanıldığını bildirdi. Prezident İlham Əliyev bu qarşıdurmada İranın rəsmi və mülki şəxslərinin həlak olması ilə əlaqədar bir daha Azərbaycan tərəfinin İran xalqına başsağlığını çatdırdı, Azərbaycan dövlətinin və xalqının İran dövləti və xalqı ilə həmrəyliyini, dəstəyini ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, müsəlman ölkələri, o cümlədən qonşu dövlətlər ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir.
İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda, Xankəndi şəhərində təşkil edilməsini və gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda keçiriləcəyini vurğulayan dövlət başçısı bütün bunları İslam dünyası tərəfindən ölkəyə olan etimadın və hörmətin növbəti nümunəsi kimi qiymətləndirdi.
İran İslam Respublikasının Prezidenti də İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırdı.
Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan Məsud Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğuladı, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd etdi və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxundu.
İran Prezidenti İsraillə baş vermiş qarşıdurma zamanı Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə, həmçinin ECO çərçivəsində əlaqələrin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıldı.
4-07-2025, 18:44
Ərdoğanla İlham Əliyev Xankəndidə görüşdü


Ərdoğanla İlham Əliyev Xankəndidə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğuladı.
Dövlətimizin başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirdi.
Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi.
Rəcəb Tayyib Ərdoğan bir daha vurğuladı ki, qardaş Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır. Türkiyə Prezidenti qeyd etdi ki, bu, həmişə belə olub və bundan sonra da belə olacaqdır.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın bu sözlərinə görə təşəkkürünü bildirərək öz növbəsində vurğuladı ki, Azərbaycan da həm sevincli, həm də kədərli günlərdə həmişə qardaş Türkiyənin yanındadır.
Azərbaycan və Türkiyə prezidentləri, həmçinin əməkdaşlığımızın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi apardılar.
4-07-2025, 18:18
Ali Məhkəmədən mühüm qərar


Ali Məhkəmədən mühüm qərar

Bu gün Azərbaycan Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarının tətbiqi ilə bağlı aparılmış monitorinqin nəticələrinə dair arayış müzakirə edilib.
“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərar layihəsi də müzakirəyə çıxarılıb və müvafiq qərar verilib.
Həmçinin “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihələri barədə məlumat verilib.
İclasda “Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyalarının tərkiblərinin təşkili barədə” 2024-cü il 9 oktyabr tarixli 10 nömrəli Plenum qərarında dəyişiklik edilməsi haqqında Qərar səsverməyə qoyularaq qəbul edilib.
4-07-2025, 18:05
Trampla Zelenski telefonla danışdı


Trampla Zelenski telefonla danışdı

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
4-07-2025, 17:55
Təbiətə 81 min manatlıq ziyan vuruldu


Təbiətə 81 min manatlıq ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin, Abşeron, İmişli və Füzuli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti N.Tusi küçəsi 28 ünvanında, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 167 ünvanında, eyni zamanda, İmişli və Füzuli rayonları ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb və yaşıllıqlara ümumilikdə 81 min 470 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilmək üçün hazırlanır.
4-07-2025, 17:50
Şavkat Mirziyoyev ölkəsinə döndü


Şavkat Mirziyoyev ölkəsinə döndü

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.
4-07-2025, 17:43
Türkiyəyə qar yağdı


Türkiyəyə qar yağdı

Türkiyənin Trabzon və Rizə şəhərlərinə qar yağıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
"İzmirdə meşə yanğınları ilə mübarizə davam edərkən, Trabzon və Rizənin yüksək dağlıq ərazilərinə güclü qar yağıb", - media qeyd edib.
4-07-2025, 17:28
Bu küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır


Bu küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

6 iyul saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!