Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
17-09-2025, 17:12
"Neftçi"nin şikayəti təmin edilmədi


"Neftçi"nin şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun apellyasiya şikayətini təmin etməyib.
AFFA İntizam Komitəsinin sentyabrın 3-də verdiyi qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, "Neftçi"nin futbolçusu İqor Ribeyro "Turan Tovuz"a uduzduqları Misli Premyer Liqasının III turunun oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə almışdı. O, AFFA İntizam Komitəsinin qərarı ilə 3 oyunluq cəzalanıb, "ağ-qaralar"a isə 3000 manat cərimə tətbiq edilib.
17-09-2025, 17:07
Xocavənddə yanğın


Xocavənddə yanğın

Xocavənd rayonunun Qarazəmi kəndində yanğın olub.
Ümumi sahəsi 220 m² (1-ci mərtəbəsi 120 m², 2-ci mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin, bitişik sahəsi 50 m² talvarın, yaxınlıqdakı 30 m² yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17-09-2025, 16:35
Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək


Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək

Futbol üzrə Azərbaycan Kubokunun final matçının tarixi və keçiriləcəyi məkan bəlli olub.
Bu barədə ölkə kubokunun püşkatma mərasimində məlumat verilib.
Həlledici qarşılaşma mayın 13-də “Neftçi Arena”da gerçəkləşəcək.
17-09-2025, 16:26
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi


Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi

Müasir kampus konsepsiyasına uyğun əsaslı təmir işləri aparılmış 7 mənzil tipli binadan ibarət yeni yataqxana kompleksi Qarabağ Universitetinin tələbələrinin istifadəsinə verilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müvafiq yaşayış şəraiti yaradılmış 312 mənzil zəruri avadanlıqlarla təchiz edilib.
Ümumilikdə 30 min kvadrat metr mənzil sahəsi olan yataqxana kompleksində 1700 tələbənin yaşaması nəzərdə tutulub.
Qeyd edək ki, Qarabağ Universitetinin ötən il istifadəyə verilmiş digər tələbə yataqxanası 6 mənzil tipli binadan ibarətdir.





17-09-2025, 16:23
“Taliban” Əfqanıstanda interneti kəsib


“Taliban” Əfqanıstanda interneti kəsib

“Taliban” hakimiyyəti Əfqanıstanda internetə çıxışı mərhələli şəkildə məhdudlaşdırmağa başlayıb.
İlk olaraq Bəlx vilayətində optik internet tamamilə qadağan olunub.
Yerli rəsmilər bu addımı “əxlaqsızlığın qarşısını almaq” məqsədilə atdıqlarını bildiriblər.
Hazırda vilayətdə yalnız mobil internetdən istifadə mümkündür. Lakin sakinlərin sözlərinə görə, mobil internet bahalıdır və sürəti də çox zəifdir.
Əfqanıstan hakimiyyəti müəyyən hallarda təhlükəsizlik səbəblərini əsas gətirərək mobil interneti də mütəmadi olaraq dayandırır.
17-09-2025, 15:50
Bakı metrosu 2 saat daha çox işləyəcək


Bakı metrosu 2 saat daha çox işləyəcək

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.
Bu barədə qurumdan məlumat verilib.
"İdman yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası əməliyyat şirkətinin müraciətinə əsasən, iki gün metropolitenin iş rejimi 2 saat uzadılacaq. Belə ki, sentyabrın 19-20-nə və 20-dən 21-nə keçən gecələrdə Bakı metropolitenin bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Paytaxtda keçirilən kütləvi tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planına əsasən, yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət olarsa, xətlərə buraxılacaq.
Sərnişinlərdən rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi baxımından metropolitendən istifadə qaydalarına və ictimai asayişin tələblərinə, həmçinin sanitar-gigiyenik normalara riayət edilməsi xahiş olunur",-məlumatda deyilir.
17-09-2025, 15:35
Qazaxıstan Prezidenti Allahşükür Paşazadəni qəbul edib


Qazaxıstan Prezidenti Allahşükür Paşazadəni qəbul edib

Dünya və ənənəvi dinlərin liderlərinin VIII qurultayı çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.
Tokayev Qazaxıstan və Azərbaycanın dinlərarası dialoqun təşviqi və xalqlar və dövlətlər arasında etimadın möhkəmləndirilməsi məsələlərində oxşar mövqelərinin olduğunu vurğulayıb.
Qazaxıstan dövlət başçısı dinlərarası anlaşmanın və qarşılıqlı fəaliyyətin təşviqinin iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq üçün möhkəm təməl olacağına əminliyini ifadə edib.
17-09-2025, 15:26
İbrahim Kalın Suriyaya getdi


İbrahim Kalın Suriyaya getdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Suriyaya səfər edib.
Kalın Suriya Prezidenti Əhməd əl-Şaara ilə görüşəcək.
Görüş zamanı ikitərəfli və regional məsələlər müzakirə ediləcək.
17-09-2025, 15:00
Məşhur baş redaktoru müharibəyə apardılar


Məşhur baş redaktoru müharibəyə apardılar

Rusiyada “Playboy” jurnalının keçmiş baş redaktoru Vladimir Lyaporov Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və Ukraynada vuruşmaq üçün döyüş bölgəsinə gedib.
Bu barədə “Kommersant” məlumat yayıb.
O, əvvəllər 50 milyon rubldan çox vəsaitlə külli miqdarda dələduzluqda ittiham olunurdu.
Cinayət işi üzrə icraat dayandırılıb. İri miqyasda dələduzluğa görə maksimum cəza on ilə qədər həbsdir.
Vladimir Lyaporov beş dələduzluq maddəsi ilə ittiham olunur. İş materiallarına görə, o, xarici şirkətlərə sərmayə qoymaq adı ilə biznes ortaqlarından pul oğurlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Lyaporovu 2024-cü ilin noyabrında həbs ediblər. 2025-ci ilin aprelində “Playboy”un keçmiş baş redaktorunun hesablarından təxminən 30 milyon rubl dondurulub. Elə həmin ay o, ittihamlardan biri üzrə özünü təqsirli bilib.
Vladimir Lyaporov 2007-2009-cu illərdə “Playboy”un baş redaktoru vəzifəsində çalışıb.
17-09-2025, 14:53
Mərhum generalın əmlakı müsadirə edildi


Mərhum generalın əmlakı müsadirə edildi

Müdafiə nazirinin sabiq müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi mərhum general-leytenant Fuad Məmmədov və iki şirkət əməkdaşının cinayət işi üzrə uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatıb.
Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.
Təqsirləndirilən şəxslər ayrı-ayrılıqda vəzifə səlahiyyətlərini aşmaqla xüsusilə külli miqdar təşkil edən 15 milyonluq mənimsəmədə təqsirli biliniblər.
Hökmə əsasən şirkət əməkdaşları - Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
General-leytenant Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin olunmayıb. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Mərhum generalın üzərinə həbs qoyulmuş Badamdar qəsəbəsində yerləşən böyük torpaq sahəsi, Mərdəkanda bağ evi, bahalı avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlakları dövlət nəfinə müsadirə olunub.
Qeyd edək ki, general Fuad Məmmədov 2018-2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!