Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
2-09-2025, 16:26
Azərbaycanda pul bazası azalıb


Azərbaycanda pul bazası azalıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 21 milyard 121,8 milyon manat təşkil edib.
Bu, avqustun 1-i ilə müqayisədə 121,2 milyon manat azdır.
2-09-2025, 16:22
“Azərbaycan və Ermənistan sülh prosesində son nöqtəyə çatıblar” - Ərdoğan


“Azərbaycan və Ermənistan sülh prosesində son nöqtəyə çatıblar” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Azərbaycan və Ermənistan sülh prosesində “son nöqtəyə çatıblar”.
Bunu Türkiyə prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etdiyi Çindən qayıdarkən deyib.
O bildirib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması regiona müsbət təsir göstərəcək.
"İnanıram ki, inşallah, Cənubi Qafqaz çoxdan gözlənilən sülhü tapacaq. Cənab İlham Əliyevlə görüşüm zamanı mən bu ümidi onun gözlərində gördüm. Ağ Evdə sazişin imzalanması, şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini sürətləndirdi. Azərbaycan və Ermənistan əngəlləri böyük ölçüdə dəf etdilər və hər iki ölkənin lideri mənimlə görüşdə sülh yolunda son nöqtəyə çatdıqlarını bildirdilər".
Ərdoğanın sözlərinə görə, o, Çində keçirilən sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə, sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanla ətraflı danışıqlar aparıb.
Ərdoğan Əliyevin və Paşinyanın eyni mövqedə olduğunu və eyni istiqamətə baxdıqlarını gördüyünü bildirib.
Ərdoğan Zəngəzur dəhlizi məsələsi ilə bağlı heç bir problem və ya fikir ayrılığının olmadığını vurğulayaraq, Əliyevin bu məsələdə daha çox arxayın olduğunu qeyd edib.
"Çox vacib olan bölgəmizdə sülhün bərqərar olması ilə quru və dəmir yolları daha da fəallaşacaq, sərhəd qapıları açılacaq, bir çox sahələrə, xüsusən də ticarətə müsbət təsir göstərəcək. Yəqin ki, region ölkələri də bu əməkdaşlıqdan müsbət təsirlənəcək. Rusiya və İran da gələcəkdə narahatlıqlarının əsassız olduğunu başa düşəcəklər”.
2-09-2025, 15:50
Sarayda qayın gəlini qətlə yetirdi - YENİLƏNİB


Sarayda qayın gəlini qətlə yetirdi - YENİLƏNİB

Sentyabrın 2-də saat 14 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Əminə Məlikovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.

***

14:40

Abşeron rayonunun Saray qəsəbəsində 51 yaşlı qadın qətlə yetirilib.
Öldürülən şəxsin 1974-cü il təvəllüdlü Əminə Payızova olduğu bildirilir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib.
2-09-2025, 15:43
Putin Şahbaz Şəriflə görüşdü


Putin Şahbaz Şəriflə görüşdü

Rusiya prezidenti Vladimir Putin Çində Pakistanın baş naziri Şahbaz Şəriflə görüşüb.
Görüşdə Putin ölkəsinin Rusiya ilə Pakistan arasında inkişaf etmiş münasibətləri yüksək qiymətləndirdiyini söyləyib.
Putin Pakistanın Rusiyanın Asiyada ənənəvi tərəfdaşı olduğunu və belə qaldığını qeyd edib.
Şahbaz Şərif isə bildirib ki, Pakistan Rusiya və Hindistan arasında möhkəm münasibətlərə hörmət edir və oxşar qarşılıqlı əlaqələr qurmaq istəyir. O, həmçinin bildirib ki, payızda ŞƏT tədbirlərində iştirak etmək üçün Rusiyaya səfər etməkdən məmnun olacaq.
2-09-2025, 15:22
Abşeronda bir nəfər süni göldə batdı


Abşeronda bir nəfər süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Digah qəsəbəsində 1 nəfərin süni sututarında batması barədə ilkin məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
2-09-2025, 15:18
Ərdoğandan Zəngəzur dəhlizi mesajı: Fikir ayrılığı yoxdur!


Ərdoğandan Zəngəzur dəhlizi mesajı: Fikir ayrılığı yoxdur!

Zəngəzur dəhlizi məsələsində fikir ayrılığı yoxdur.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi bölgədə quru və dəmir yollarını hərəkətə gətirəcək: "Zəngəzur dəhlizi sülhü ilə bölgəmizdə quru və dəmir yolları hərəkətə keçəcək, sərhəd qapıları açılacaq, ticarət başda olmaqla bir çox sahəyə müsbət təsir göstərəcək”.
Ərdoğanın sözlərinə görə, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq.
"İnanıram ki, Cənubi Qafqaz inşallah, arzuladığı sülhə qovuşacaq. Mən bu ümidi cənab İlham Əliyevlə ikitərəfli görüşüm zamanı gördüm. Ağ Evdə imzalanan sənədlər, şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini sürətləndirdi. Azərbaycan və Ermənistan sülh yolunda maneələri xeyli dəf edib və yekun mərhələyə çatıblar. Mən o vaxt Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüm. Paşinyan hər iki görüşdə də eyni istiqamətdə olduğunu gördüm aktivləşdiriləcək, sərhəd qapıları açılacaq və bir çox sahələr, xüsusən də ticarətə müsbət təsir edəcək. Bizə müsbət təsir etmək təhlükəsi var. Region ölkələri də yeni əməkdaşlıq imkanlarından yararlanacaqlar. Rusiya və İran da gələcəkdə anlayacaqlar ki, onların narahatlıqları yersizdir", - Türkiyə Preidenti bildirib.
2-09-2025, 14:36
Zorakılığa məruz qalmış uşaq səhiyyə müəssisəsinə yerləşdirildi


Zorakılığa məruz qalmış uşaq səhiyyə müəssisəsinə yerləşdirildi

Qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib.
Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib.
Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra o, Agentliyin müvafiq müəssisəsinə yerləşdiriləcək.
Qeyd edək ki, Sabunçu rayon ərazisində yaşayan, hər iki valideynini itirmiş 14 yaşlı yeniyetmə xalası tərəfindən qəyyumluğa götürülmüşdür.
2-09-2025, 14:27
20 nəfərin bank kartından 10 min manat oğurlandı


20 nəfərin bank kartından 10 min manat oğurlandı

Hacıqabulda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə kiberdələduzluq edən əvvəllər məhkum olunmuş Aslan Qurbanov saxlanılıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan verilən xəbərə görə, o, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım adı altında sosial şəbəkələrdə paylaşılan bank kartlarındakı maddi vəsaitləri talamaqda şübhəli bilinir. Araşdırma zamanı adıçəkilən şəxsin 20 nəfərin etibarından sui-istifadə edərək bank kartlarının məxfi məlumatlarını əldə etdiyi məlum olub. Bu üsulla A.Qurbanov 10.000 manatdan artıq pul ələ keçirib. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
A.Qurbanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.
2-09-2025, 14:15
Avtoxuliqanlıq edən sürücü həbs olundu


Avtoxuliqanlıq edən sürücü həbs olundu

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və hərəkət iştirakçılarına təhlükə yaradan sürücü Xaləddin Əliyev saxlanılıb.
Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə X.Əliyev 17 sutka inzibati qaydada həbs edilib.
2-09-2025, 00:51
TikTok-da yeni funksiya


TikTok-da yeni funksiya

TikTok öz mesajlaşma sistemində (DM) əhəmiyyətli dəyişikliklər etdiyini açıqlayıb.
İstifadəçilər 60 saniyəyə qədər səsli qeydlər göndərə, bir mesajda isə 9-a qədər foto və ya video paylaşa biləcəklər.
Yeniləmə çərçivəsində tətbiqdaxili kamera ilə birbaşa foto və video çəkimi, həmçinin cihazın qalereyasından media seçib redaktə edərək göndərmək imkanı da əlavə olunub.
Yeni funksiyalar yaxın həftələr ərzində mərhələli şəkildə tətbiq olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!