Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
20-10-2025, 21:48
Türkiyə-Azərbaycan Universiteti barədə vacib toplantı - FOTO


Türkiyə-Azərbaycan Universiteti barədə vacib toplantı - FOTO

Oktyabrın 20-də Türkiyə-Azərbaycan Universitetinin (TAU) Himayəçilər Şurasının 5-ci iclası keçirilib.
Bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iclasda ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən TAU-nun fəaliyyətində iştirak edən Türkiyənin Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ), Orta Doğu Texniki Universiteti (ODTÜ) və Azərbaycan Texniki Universitetinin rektorları iştirak ediblər.
İclas çərçivəsində Türkiyə - Azərbaycan Universitetinin illik hesabatı, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilib. İclas iştirakçıları sözügedən universitetin fəaliyyətinin daha da təkmilləşdirilməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.


20-10-2025, 21:45
Sahibə Qafarova Cenevrədə həmkarları ilə görüşdü - FOTO


Sahibə Qafarova Cenevrədə həmkarları ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Namibiya Milli Assambleyasının sədri Saara Kuugongelva və Bosniya və Herseqovina Parlament Assambleyası Nümayəndələr Palatasının sədri Denis Zvizdic ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşlərdə belə mühüm beynəlxalq tədbirlərin bir sıra qlobal problemlərin müzakirəsi və effektiv həlli yolları ilə bağlı təkliflərin irəli sürülməsi, həmçinin ikitərəfli əlaqələrin nəzərdən keçirilməsi üçün yaxşı platforma olduğu qeyd edilib.
Söhbətlər zamanı beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Xüsusilə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirilərək, təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlər qeyd olunub.
Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


20-10-2025, 20:46
Hava limanında narkotiklə saxlanılan iş adamı HƏBS EDİLDİ


Hava limanında narkotiklə saxlanılan iş adamı HƏBS EDİLDİ

Bakıdan İstanbula təyyarə ilə uçmaq istəyən iş adamı Heydər Əliyev Beynəlxalq Aeroportunda narkotiklə saxlanılıb.
1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş Əliyusif Xəlilovun Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Əliyusif Xəlilov qanuni təmsilçisi olduğu şirkətin Türkiyənin İstanbul şəhərində filialı olduğu üçün sözügedən ölkəyə gedirmiş. Psixotrop maddə olan metamfetamindən istifadə edən iş adamı üzərində Bakı-İstanbul aviareysi ilə Türkiyəyə aparmaq məqsədilə həmin vasitəni gizlədib.
O, çətinləşdirən üsullardan istifadə etməklə psixotrop maddənin 1.408 qramını sellofan bükümdə qablaşdıraraq eynək qabının içərisində çiyin çantasına, 0.357 qramını isə kassa qəbzinə bükərək əynindəki açıq qəhvəyi rəngli gödəkçənin cibinə yerləşdirib.
Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Əliyusif Xəlilov məhkəmədə əməlindən peşman olduğunu bildirərək barəsində təyin ediləcək cəzanın şərti tətbiq edilməsini xahiş edib. Məhkəmənin hökmü ilə Əliyusif Xəlilov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə, özəl sahədə rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
20-10-2025, 20:33
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi


"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi

"Kurtlar Vadisi"nin aktyoru Namık Kamal Yiğittürk vəfat edib.
Aktyor 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Namık ilk ekran işinə 2002-ci ildə "Sırlar dünyası" serialında çəkilib. Bir çox film və serialda rol alan aktyor izləyicilərə "Kurtlar vadisi"ndə ifa etdiyi "Baba Memduh" obrazı ilə tanış idi.
20-10-2025, 19:52
Deputat Səyyad Əliyev ölkədən qaçır?


Deputat Səyyad Əliyev ölkədən qaçır?

Rusiyanın Leninqrad vilayətinin Qanunvericilik Məclisinin deputatı, milyonçu iş adamı Səyyad Əliyev barəsində hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.
İddialara görə, deputat “artmaqda olan diqqətdən” xəbər tutaraq Rusiyadan qaçmağa hazırlaşır.
Məlumatı Rusiya hakimiyyətinə yaxın teleqram kanalları paylaşıb.
Mənbələr yazır ki, istintaq orqanları Leninqrad vilayətinin Nevskaya Dubrovka qəsəbəsində torpaq sahələrinin mənimsənilməsi və dövlət vəsaitlərinin əlaqəli şirkətlər vasitəsilə mənimsənilməsi faktlarını araşdırır. Qəsəbənin qeyri-rəsmi olaraq Səyyad Əliyevin “mülkiyyəti” hesab edildiyi bildirilir.
Qəsəbə şurasına isə deputatın 28 yaşlı oğlu Elçin Əliyev rəhbərlik edir.
“Lisa BASILIO” kanalının məlumatına görə, Səyyad Əliyev Azərbaycan vətəndaşı olduğundan ora qaça bilər. Bundan əlavə, onun İsrail vətəndaşlığı da olduğu iddia edilir.
Qeyd edək ki, Səyyad Əliyev əmək fəaliyyətinə “Lendrevprom” müəssisəsində taxta məmulatı yığan və emalçı kimi başlayıb. Daha sonra Leninqrad ağac emalı zavodunda kommersiya işləri üzrə direktor müavini vəzifəsinə qədər yüksəlib.
1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində bir sıra şirkətlərə rəhbərlik edib. 2005-ci ildə Dubrovka şəhər bələdiyyəsinin sədri seçilib. 2011-ci ildə Leninqrad vilayət Dumasının deputatı olub, 2016-cı ildə isə vilayət “Vodokanal”ının rəhbəri təyin edilib.
Elə həmin il onun ofisində xüsusi təyinatlıların iştirakı ilə axtarış aparılıb. KİV-lər bu əməliyyatı 2012-ci ildə “Stari Qorod” restoranının sahibinin qaçırılması və ondan pul tələb edilməsi işi ilə əlaqələndirirdi. Həmin cinayət işi üzrə Novruz Məmmədov, Elvin Əhmədov, İsrail Abdullayev və daha iki şəxs həbs edilmişdi.
Səyyad Əliyev isə ittihamları rədd edərək hadisəni “rəqiblərinin planlaşdırdığı kampaniya” adlandırmış, lakin ad çəkməmişdi.
20-10-2025, 19:47
Xələf Xələfov Əraqçi ilə görüşdü


Xələf Xələfov Əraqçi ilə görüşdü

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə İranın xarici işlər naziri Abbas Əraqçı arasında görüş olub.
Bu barədə iranlı nazir özünün "Telegram" kanalında məlumat yayıb.
Görüş zamanı hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb.
20-10-2025, 19:35
Zakir Həsənov Özbəkistanda


Zakir Həsənov Özbəkistanda

Oktyabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə "Birlik-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün Səmərqəndə səfər edib.
Səmərqənd şəhərində general-polkovnik Z.Həsənov özbəkistanlı həmkarı ilə görüşüb.
Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
20-10-2025, 19:16
Sabiq müavini Əli Kərimlini ifşa etdi: Mehdiyevlə əlaqələri hiss olunurdu


Sabiq müavini Əli Kərimlini ifşa etdi: Mehdiyevlə əlaqələri hiss olunurdu

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.
Ramiz Mehdiyevin AXCP sədri Əli Kərimli ilə əlaqələrinin olduğuna dair müxtəlif iddialar irəli sürülür. Qeyd olunur ki, Mehdiyev ölkədəki siyasi mühiti iflic halına salmaq üçün müxalifətdən istifadə edib.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da bir müddət əvvəl mətbuata müsahibəsində Ramiz Mehdiyevin Azərbaycana qarşı Əli Kərimli, eyni zamanda şər-böhtan yayan mühacir blogerlərlə əlbir olduğunu deyib. O iddia edib ki, faktiki olaraq Əli Kərimli 2003-cü ildən birbaşa Ramiz Mehdiyevin çətiri altına keçib.
Vaxtilə AXCP sədrinin müavini olan, hazırda Milli Cəbhə Partiyasına rəhbərlik edən deputat Razi Nurullayev bildirib ki, belə bir ehtimalı tamamilə istisna etmək olmaz:
"Azərbaycan siyasətində bəzi əlaqələr bəzən açıq şəkildə görünməsə də, arxa planda müxtəlif maraqların toqquşduğu və üst-üstə düşdüyü məqamlar olur. Ramiz Mehdiyev uzun illər sistemin içində olmuş, siyasi proseslərin yönəldilməsində mühüm rol oynamış bir fiqurdur. Əli Kərimli isə özünü müxalifət lideri kimi təqdim etsə də, zaman-zaman onun addımları, ritorikası və davranışları bu iddiaya uyğun gəlməyib.
Ona görə də, Mehdiyev–Kərimli münasibətlərinin müəyyən mərhələlərdə formalaşması və ya qarşılıqlı anlaşma elementləri daşıması mümkündür".
R.Nurullayev Əli Kərimli ilə bir komandada olduğu dövrdə açıq şəkildə belə bir əlaqə görmədiyini, amma çox zaman bəzi qərar və açıqlamaların kənardan yönləndirildiyinin hiss olunduğunu söyləyib:
"Siyasətdə bəzən görünməyən əlaqələr görünən hadisələrdən daha təsirli olur. Bu mənada, belə bir münasibətin olması mümkündür və Azərbaycan siyasi mühitində bu tip əlaqələr çox təəccüblü də görünmür".
20-10-2025, 18:31
Ukrayna Azərbaycanla razılığa gəlib - Zelenski


Ukrayna Azərbaycanla razılığa gəlib - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Azərbaycandan qaz tədarükü ilə bağlı ilkin razılığa gəldiyini açıqlayıb.
O, bu barədə bazar günü jurnalistlərlə söhbəti zamanı məlumat verib.
Zelenskinin sözlərinə görə, söhbət təbii qazın mümkün çatışmazlığı halında həyata keçirilə biləcək tədarükdən gedir. Prezident bildirib ki, Kiyev ümumi dəyəri təxminən 2 milyard dollar olan qaz təchizatı üçün danışıqları təmin edib və artıq bəzi maliyyə tranşları tapılıb.
“Baş nazir Yuliya Sviridenko Slovakiya ilə müsbət razılaşmalara nail olub. Sviridenko və energetika naziri Svetlana Qrinçuk ABŞ-da da enerji şirkətləri ilə danışıqlar aparıblar. Biz haradan təxminən 2 milyard dollarlıq qaz ala biləcəyimizi bilirik, əgər buna ehtiyac yaranarsa,” – Zelenski deyib.
Dövlət başçısı əlavə edib ki, Norveç Ukraynaya 100 milyon dollar məbləğində qrant ayırıb və gələn ilin yanvarında daha bir tranş planlaşdırılır. Oxşar maliyyə yardımlarının digər ölkələr tərəfindən də təqdim ediləcəyi gözlənilir.
“ABŞ-dan maye təbii qaz (SPG) ilə bağlı razılaşma var, ehtiyac yaranarsa, qaz Polşa terminalı vasitəsilə gətiriləcək. Əlavə qaz Yunanıstandan da ala bilərik. Bu barədə baş nazir Kiriakos Mitsotakis ilə razılığa gəlmişik. Digər ölkələrlə də anlayış var. Azərbaycanla da bu istiqamətdə razılaşma əldə olunub,” – Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, Ukrayna hökuməti müxtəlif mənbələr hesabına enerji təhlükəsizliyini təmin etməyə çalışır və Azərbaycanın bu prosesdə mühüm tərəfdaşlardan biri kimi nəzərdə tutulması Kiyevin enerji diversifikasiyası siyasətinə uyğundur.
20-10-2025, 18:22
Azərbaycanda heyvan bazarları bağlanır - Rəsmi


Azərbaycanda heyvan bazarları bağlanır - Rəsmi

Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq.
Bu barədə Baku.ws-in sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.
“Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər”.
Bildirilib ki, epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir:
“Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.
Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq”, - deyə məlumatda vurğulanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!