Samir Nuriyev iclas keçirdi .....                        2026-cı ilin qeyri-iş günləri - CƏDVƏL .....                        II Qaregin çağırış etsə, hər şeyə hazırıq! - Sarkisyan .....                        Paşinyan seçilməsə, Zəngəzur məsələsi necə olacaq? - ŞƏRH .....                        Paşinyanın dediyi müqavilədən sonra olacaq .....                        Əli Əsədov Aşqabadda Kobaxidze ilə görüşdü .....                        Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq .....                        Bakıda oğurluq edib qaçan şəxslər tutuldu .....                        Paşinyan Moskvadakı iclasa yetişdi .....                       
8-10-2025, 19:03
Ersin Tatar Qəbələ zirvəsindən danışdı


Ersin Tatar Qəbələ zirvəsindən danışdı

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verib.
Bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycana səfərinin yekunlarına dair Lefkoşada keçirdiyi mətbuat konfransında bildirib. Şimali Kipr lideri xatırladıb ki, ŞKTC nümayəndələri son üç ildə dəfələrlə Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə iştirak ediblər.
E.Tatar Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini yüksək qiymətləndirib. “Azərbaycan lideri ilə şəxsi görüşdə ŞKTC ilə yaxınlıq bir daha vurğulanıb”, - deyə dövlət başçısı bildirib.
ŞKTC Prezidenti Türk Dövlətləri Təşkilatını “birlik və həmrəyliyin təmin edilməsi yolunda güc amili” adlandırıb. “Kipr türklərinin ədalətli mübarizəsinin türk dövlətləri tərəfindən dəstəklənməsi bizim üçün dəyərlidir”, - deyə E.Tatar əminliklə ŞKTC-ni “Şərqi Aralıq dənizində Türk dünyasının qalası” adlandırıb.
Türk dövlətləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən Prezident E.Tatar bildirib: “ŞKTC-nin limanları və logistika imkanları türk ölkələri üçün faydalı ola bilər. Türkiyənin dəstəyi ilə biz TDT bazarlarına məhsullarımızın ixracı həcmini artırmağa hazırıq”. O, həmçinin Şimali Kipr universitetlərində TDT ölkələrindən, xüsusən də Azərbaycandan olan tələbələrin sayının iki dəfə artaraq 10 minə çatacağına ümid etdiyini ifadə edib.
8-10-2025, 18:43
Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür


Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür

“Bakı Metropoliteni” sərnişinlər üçün yeni informasiya sistemini istifadəyə verib.
Bəzi stansiyalarda qatarın nə zaman gələcəyi tabloda əks olunur.
Əvvəllər mövcud sistemdə yalnız qatarın nə zaman stansiyadan çıxdığı göstərilirdi. Yeni tablolar isə bu ənənəni dəyişərək sərnişinlərə qatarın yaxınlaşma vaxtını izləmək imkanı yaradır.
Layihə “Bakı Metropoliteni” tərəfindən pilot mərhələdə həyata keçirilib və artıq bir neçə stansiyada sınaqdan uğurla keçirilib. Sistem gələcəkdə bütün metro stansiyalarında mərhələli şəkildə tətbiq olunacaq.
Bakı metrosundan sorğumuza cavab olaraq bildirilib ki, hazırda interval göstəriciləri ilə bağlı test rejimində bir sıra işlər aparılır. Yeniliklər tətbiq olunacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək.
8-10-2025, 18:14

Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar

Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar

Qəbələdə oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Türk dünyasının əməkdaşlığı, regional təhlükəsizlik və iqtisadi inteqrasiya məsələlərinə dair mühüm fikirlər səsləndirib. İlham Əliyev çıxışında bildirib ki, TDT artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzə çevrilib. Dövlət başçısı çıxışında eyni zamanda Təşkilata uğurla sədrlik etmiş Qırğızıstana təşəkkürünü bildirərək vurğulayıb:
“Ortaq tarixi və mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.” Azərbaycanın TDT-nin fəaliyyətinə mühüm dəstək verdiyini qeyd edən dövlət başçısı ölkəmizin Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürdüyünü bildirib. Prezidentin sözlərinə görə, təşkilatın inkişafı güclü iqtisadiyyat, sabitlik, gənc əhali və hərbi-texnoloji potensiala əsaslanır. İlham Əliyev çıxışında sülh və təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulayaraq deyib:
“Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.” O, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın nümunəvi olduğunu bildirərək 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif edib. Prezident 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin və 2023-cü ildə aparılmış antiterror tədbirlərinin nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu xatırladıb:
“Bu, yalnız Azərbaycanın milli iradəsinin deyil, həm də bölgədə ədalətin təntənəsidir.” Dövlət başçısı sülh sazişinin paraflanmasının Cənubi Qafqazda yeni dövrün başlanğıcı olacağını bildirib və TDT çərçivəsində inteqrasiyanın dərinləşməsini vacib sayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan regionun əsas tranzit mərkəzinə çevrilib. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımaların 90 faiz artdığını və Zəngəzur dəhlizinin açılmasının regional iqtisadi inteqrasiyanı gücləndirəcəyini vurğulayıb.
Enerji sahəsinə toxunan dövlət başçısı bildirib ki, Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bərpaolunan enerji istehsalının 2030-cu ilədək 40 faizə çatdırılması planlaşdırılır.
“Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə və Avropanı birləşdirən yaşıl enerji dəhlizi üzərində çalışırıq,” – deyə Prezident qeyd edib. O, Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıldığını, birgə fondların yaradıldığını da vurğulayıb. “Bu addımlar iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsinə xidmət edir,” – deyə Prezident qeyd edib. Dövlət başçısı çıxışının sonunda 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin gələn il TDT çərçivəsində qeyd olunmasını təklif edib və Türk dövlətlərinə Qarabağ və Şərqi Zəngəzurun bərpasına verdikləri dəstəyə görə təşəkkürünü bildirib:
“Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.”

Faiq XOSROVLU,
Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin direktoru
8-10-2025, 17:55
Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş


Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş

Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş.
Öldürülən Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb.
Polkovnik-leytenant rütbəsi ilə xidmət etmiş R.Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi olub. Bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Qeyd edək ki, hadisənin 18 yaşlı R.Cəfərov tərəfindən törədildiyi bildirilir. Polis onun tutulması istiqamətində əməliyyat tədbirləri aparır. Hələ ki, hadisənin baş vermə səbəbi açıqlanmayıb.
8-10-2025, 17:46
Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib


Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları,tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə" layihəsi çərçivəsində keçirilən tədbirdə ilk çıxış edən Beynəlxalq əlaqələr üzrə prorektor Sevda Rzayeva,tədbir iştirakçılarına Universitet rəhbərliyinin salamlarını çatdırdı,Bakı Avrasiya Universitetində yeni dərs ilində tətbiq edilən son yeniliklərdən, tələbələr üçün yaradılan şəraitdən danışdı və Dövlət Miqrasiya Xidməti əməkdaşlarının əcnəbi tələbələrlə görüşlərinin çox əhəmiyyətli olduğunu qeyd etdi.
Layihə rəhbəri, DMX yanında ictimai şuranın üzvü Vidadi Fətullayev, ölkəmizin yüksələn beynəlxalq nüfuzunun və iqtisadi inkişafının nəticəsi olaraq,universitetlərimizdə təhsil almaq üçün gələn xarici ölkə vətəndaşlarının sayının ildən-ilə artdığını vurğuladı, bu sahədə ali məktəblərin və aidiyyatı dövlət qurumlarının birgə atdıqları addımlardan ətraflı bəhs etdi və tədbirin keçirilməsinə dəstək olan Dövlət Miqrasiya Xidməti, QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Bakı Avrasiya Universitetinin rəhbərliklərinə minnətdarlıqlarını bildirdi.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, mövcud miqrasiya qaydaları barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran suallar,Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Xəyalə İsmayılova, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin inspektoru Ayxan Rzayev və Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin baş inspektoru Nihat Kazımov tərəfindən ətraflı cavablandırıldı və miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəalarına dair izahatlar verildi.



8-10-2025, 17:44
Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı


Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı

"Sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd kənd tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı qeyd edirik ki, hazırda hüquq-mühafizə orqanları və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır".
Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Yardımlı rayonunun kəndlərindən birində yaşayan Elnur Məlikov 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyünü iddia edilir.
8-10-2025, 17:32
İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI


İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI

İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb.
Bu barədə AQTA-dan məlumat verilib.
Qidaların saxlanma və emal qaydalarına əməl etməmək qida zəhərlənmələrinə səbəb olur. Ev (məişət) şəraitində isə kütləvi tədbirlər üçün qida hazırlayarkən, xüsusilə diqqətli olmaq lazımdır. Qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara riayət edilməlidir.
Belə ki, qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də həmin interval “təhlükəli zona” adlandırılır. Bu səbəbdən qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün temperaturda saxlanılmalıdır. Belə ki, dondurulmuş qidaların donunun açılması üçün otaq şəraitində deyil, soyuducunun alt bölməsində saxlanılması tövsiyə olunur. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Yeməklər, salatlar, xüsusilə də kremli şirniyyatlar isə 2 saatdan artıq soyuducudan kənarda saxlanılmamalıdır. İsti şəkildə servis edilən qidalar 63 dərəcədən aşağı temperaturda maksimum 2 saat, soyuq şəkildə servis edilən qidalar isə 8 dərəcədən yuxarı temperaturda maksimum 4 saat saxlanıla bilər.
Qeyd edək ki, sentyabr ayında İmişli rayonunda keçirilmiş tədbirdə 73 zərərçəkənin olduğu kütləvi zəhərlənmə hadisəsi də məişət zəminində baş verib. Daxil olan bildiriş əsasında Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib. E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan “Escherichia coli” bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Qızılı stafilokok şərti-patogen mikrob qruplarına aiddir. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər. Qızılı stafilokokun törətdiyi qida zəhərlənməsi adətən bakteriyanın özünün deyil, onun ifraz etdiyi enterotoksinlər nəticəsində baş verir. Bu toksinlər istiliyə davamlıdır və qidanın bişirilməsi zamanı belə tamamilə məhv olmaya bilər.
AQTA bir daha ev şəraitində kütləvi tədbirlər üçün hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.
8-10-2025, 17:30
Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı


Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ prezidenti Donald Tramp Ankaradan HƏMAS-ı Fələstin münaqişəsinin həlli prosesində iştirak etməyə razı salmasını istəyib.
Bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib:
"ABŞ-a səfərimiz və son telefon danışığımız zamanı prezident Trampa Fələstin məsələsinin mümkün həll yollarını müzakirə etdik. O, bizdən xüsusi olaraq HƏMAS ilə görüşməyi və onları danışıqlara razılıq verməyə inandırmağı xahiş etdi. Bu məsələ ilə bağlı dərhal tərəfdaşlarımızla əlaqə saxladıq".
O, Türkiyənin Trampın münaqişəni sülh yolu ilə həll etmək səylərini dəstəklədiyini və HƏMAS-ın mübahisəli ritorika olmadan danışıqlara hazır olduğunu bildirib.
“Hesab edirəm ki, bu, çox dəyərli addımdır”, - deyə prezident əlavə edib.
Ərdoğan həmçinin vurğulayıb ki, İsrail hələ də prosesə konstruktiv yanaşma nümayiş etdirməyib. "İsrail-Fələstin münaqişəsini iki dövlətli həll əsasında həll etməyə çalışacağıq. Bütün fələstinlilər bilir ki, Türkiyə Fələstinin maraqlarını müdafiə edir. Biz öz hüquqlarımızı müdafiə etdiyimiz kimi, Qəzzanın məzlum xalqının da hüquqlarını müdafiə edəcəyik".
Qeyd edək ki, bu gün Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada vəziyyətin nizamlanması üzrə danışıqlar keçirilir.
R.T.Ərdoğan deyib ki, Türkiyə Misirdə radikal HƏMAS qruplaşmasının nümayəndələri ilə İsrail arasında aparılan danışıqlarda müsbət nəticəyə ümid edir.
"HƏMAS Trampın sülh planına müsbət cavab verməklə sülhə sadiqliyini açıq şəkildə nümayiş etdirdi. Şarm əl-Şeyxdəki danışıqlar vacibdir. Biz yaxşı xəbər alacağımıza ümid edirik",- prezident deyib.
Türkiyə lideri vurğulayıb ki, Yaxın Şərqdə sülhün bərqərar olması üçün atəşkəs lazımdır.
Ərdoğan Donald Trampın təklif etdiyi sülh planına toxunaraq, "Sülh tək qanadlı quş deyil. Sülhün bütün yükünü fələstinlilərin və HƏMAS-ın üzərinə qoymaq ədalətsiz, yanlış və real deyil. Atəşkəs və ədalətli sülh ən ağlabatan variantlardır" deyib.
O, həmçinin qeyd edib ki, bu gün ən böyük problem İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələrdir.
8-10-2025, 17:22
Tramp Çikaqonu “işğal edəcək”?


Tramp Çikaqonu “işğal edəcək”?

ABŞ Prezidenti Donald Tramp ölkə gündəmini silkələyən yeni açıqlamalarla çıxış edib.
O İllinoys ştatının qubernatoru Cey Bi Pritsker və Çikaqo meri Brendon Consonun həbsini tələb edib.
Bununla yanaşı, Tramp administrasiyası Çikaqoya hərbi qüvvələrin göndərilməsinə hazırlaşır.
"Reuters" bildirir ki, ABŞ rəhbəri Çikaqo və İllinoys rəhbərliyini immiqrasiya məmurlarını qorumaqda aciz olduğunu bildirib. O, sosial şəbəkədə yazıb: “Çikaqo meri ICE zabitlərini qorumadığına görə həbs olunmalıdır! Qubernator Pritsker də!”
Məlumatlara görə, yüzlərlə Texas Milli Qvardiya hərbçisi artıq Çikaqo ətrafındakı hərbi bazada toplaşıb. Bu addım həm ştat rəhbərliyi, həm də şəhər meri tərəfindən sərt tənqid olunub. Onların sözlərinə görə, Tramp “qanunsuzluğu bəhanə edərək şəhərləri hərbiləşdirməyə çalışır”.
Tramp isə bildirib ki, məqsədi “Amerikada cinayəti dayandırmaqdır”. O, eyni zamanda, Milli Qvardiyanın Los-Anceles, Vaşinqton və Portlendə yerləşdirilməsini də müdafiə edib və bu şəhərləri “ordunun təlim meydanları” adlandırıb.
"Reuters/Ipsos" sorğusu göstərib ki, amerikalıların əksəriyyəti xarici təhlükə olmadan ordunun şəhərlərə yeridilməsinə qarşıdır.
Ekspertlərin fikrincə, Trampın bu addımı seçkiqabağı siyasi gediş sayıla bilər. Çünki son aylarda ölkədə cinayət göstəriciləri azalmaqdadır və etirazlar əsasən sülh xarakteri daşıyır.
İllinoys qubernatoru Pritsker isə prezidentin addımlarını “zorakılığı qızışdırmaq və hərbiləşməni legitimləşdirmək cəhdi” adlandırıb. Dövlət artıq bu qərarın qarşısını almaq üçün məhkəməyə müraciət edib.
Hazırda federal məhkəmə Çikaqoya qoşun göndərilməsini müvəqqəti olaraq qanuni sayıb, lakin Portlend üçün eyni qərar bloklanıb.
Tramp administrasiyası isə “üsyan əleyhinə qanun”u (Insurrection Act) tətbiq etməklə istənilən məhkəmə qərarını yan keçə biləcəyini bəyan edib. Sözügedən qanun sonuncu dəfə 1992-ci ildə Los-Anceles iğtişaşları zamanı qüvvəyə minmişdi.
Beləliklə, ABŞ-da siyasi qarşıdurma daha da dərinləşir, bir tərəfdə ordunu şəhərlərə göndərmək istəyən prezident, digər tərəfdə isə bu addımı “demokratik qaydaların pozulması” kimi dəyərləndirən ştat rəhbərləri dayanır.
Müşahidəçilər xəbərdarlıq edirlər ki, Trampın “Çikaqonu qaydaya salmaq” planı faktiki olaraq ölkə daxilində yeni bir böhranın başlanğıcı ola bilər.
8-10-2025, 17:05
Sahibə Qafarova Xorvatiya parlamentinin sədri ilə görüşüb


Sahibə Qafarova Xorvatiya parlamentinin sədri ilə görüşüb

Oktyabrın 8-də ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi parlament nümayəndə heyəti Milli Məclisə gəlib.
Qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Qordan Yandrokoviç burada Xatirə kitabını imzalayıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç arasında geniş tərkibdə görüş olub.
Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin son 11 ildə parlament rəhbəri səviyyəsində ilk səfər olmaqla yanaşı, ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Görüşdə ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasından ötən 30 il ərzində münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əlaqələrimizin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu qeyd edilib.
Milli Məclisin sədri beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında qarşılıqlı dəstək və həmrəylikdən məmnunluğunu bildirərək, COP29 çərçivəsində Xorvatiyanın ölkəmizin təşəbbüslərinə verdiyi fəal dəstəyin və Baş nazir Andrey Plenkoviçin bu mühüm tədbirdə iştirakının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin qorunmasındakı mühüm rolundan söhbət açılıb. Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, iki ölkənin parlament komitələri arasındakı münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova qonağa həmçinin Ermənistanla sülh müqaviləsinin paraflanması barədə məlumat verib.
Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb.
O, 2023-cü ildə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin qürurverici olduğunu və tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasının bütün regionun inkişafına mühüm töhfə olacağını qeyd edib.
Parlament sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin ediilməsində rolunu vurğulayıb.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!