Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
18-11-2025, 15:59
Qaxda 14 yaşlı məktəbli güllələndi


Qaxda 14 yaşlı məktəbli güllələndi

Qaxda məktəbli güllələnib.
Hadisə Əmbərçay kəndində qeydə alınıb.
Kənd sakini olan 14 yaşlı Səfər Orucov (ad və soyad şərtidir) naməlum şəraitdə güllə yarası alaraq, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Yaralının orta məktəbin 8-ci sinfində təhsil aldığı bildirilir.
18-11-2025, 15:18
Qəzalar 9 ayda 507 nəfərin həyatına son qoyub


Qəzalar 9 ayda 507 nəfərin həyatına son qoyub

2025-ci ilin yanvar-sentyabr aylarında 905 və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,9 faiz azalaraq 1264 nəfər olub. Onlardan 507-si həlak olmuş, 757-si isə yaralanmışdır.
Məlumata görə, yol-nəqliyyat hadisələrinin 85,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz azalaraq 353 nəfər, yaralananların sayı isə 16,8 faiz azalaraq 708 nəfər olmuşdur.
Qeyd olunub ki, hadisələrin 44,5 faizi gündüz, 42,6 faizi gecə, 12,9 faizi isə toran vaxtı baş verib, 30,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
18-11-2025, 14:54
"Qarabağ" klubunda daha bir zədə - Üç ay yaşıl meydanlardan uzaq qalacaq


"Qarabağ" klubunda daha bir zədə - Üç ay yaşıl meydanlardan uzaq qalacaq

Azərbaycan yığmasının Fransaya qarşı keçirdiyi matçda zədələnən “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.
O bildirib ki, 31 yaşlı çərçivə qoruyucusunun sol bud çanağında zədəsi var.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində millimizin Fransaya 1:3 hesabı ilə uduzduğu oyunda zədələnmişdi və qarşılaşmanın fasiləsində Aydın Bayramovla əvəzlənmişdi.
18-11-2025, 14:48
Axtarışda olan şəxs Polşada saxlanıldı


Axtarışda olan şəxs Polşada saxlanıldı

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Elmixan Allahyar oğlu Kərimov Polşa ərazisində saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən dələduzluq cinayəti işi üzrə E.Kərimov təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.
Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
18-11-2025, 14:44
Məmurlar Zəngilanda görülən işlərlə tanış olublar - FOTO


Məmurlar Zəngilanda görülən işlərlə tanış olublar - FOTO

Zəngilana səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri şəhər ərazisində bir sıra obyektlərə, o cümlədən Zəngilan şəhər məscidinə, Zəngilan şəhər yaşayış kompleksinə, məktəb və uşaq bağçası binalarına baxış keçirilib.
Bundan əlavə, Əlaqələndirmə Qərargahının üzvləri Zəngilan Hotel Kompleksində görülən işlərlə tanış olublar.
Əlaqələndirmə Qərargahının üzvlərinin səfəri davam edir.




18-11-2025, 14:40
Samir Nuriyev məmurları Zəngilana topladı - FOTO


Samir Nuriyev məmurları Zəngilana topladı - FOTO

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib.
İclasda çıxış edən Samir Nuriyev dövlətimizin başçısının birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Proqramının gerçəkləşdirildiyini bildirib.
Onun sözlərinə görə, Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir.
Sonra iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələri üzrə həyata keçirilən işlər barədə məlumatlar təqdim edilib.
Əlaqələndirmə Qərargahının üzvlərinin səfəri davam edir.



18-11-2025, 14:13
Ağdamın Xıdırlı kəndinə növbəti köç


Ağdamın Xıdırlı kəndinə növbəti köç

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub.
Noyabrın 18-də yola salınan köç karvanı Xıdırlı kəndinə çatıb. Bu mərhələdə Xıdırlı kəndinə 15 ailə - 57 nəfər köçürülüb. Sakinlərə evlərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
18-11-2025, 14:06
Azərbaycanla Ermənistan deputatları görüşdülər


Azərbaycanla Ermənistan deputatları görüşdülər

Bu gün ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub.
Görüşdə Vaşinqton sammitinin müsbət rolu qeyd edilib, əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar, habelə hər iki ölkənin parlamentlərinin bu prosesə dəstəyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı iki ölkə arasında həyata keçirilən etimadın artırılması tədbirlərində parlamentlərin roluna toxunulub, həmçinin parlament üzvləri arasında beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqun vacibliyi vurğulanıb.
18-11-2025, 11:29
Xankəndidə görülən işlər açıqlandı


Xankəndidə görülən

işlər açıqlandı
- FOTO

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri gedir. İnfrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib, bütün yaşayış və qeyri-yaşayış fonduna texniki baxış keçirilib. İstifadəyə yararsız tikililər sökülüb, şəhərin yeni baş planına uyğun müasir layihələr icra olunmağa başlayıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu fikirləri Xidmətin icraçı direktoru Telman Kərimli, Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley
tədbirində çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Xankəndidəki əsas binaların əksəriyyəti — Zəfər Muzeyi, Prezidentin Xüsusi Nümayəndəliyinin binası və Qarabağ Oteli vaxtilə Azərbaycan büdcəsi və azərbaycanlı memarların layihələri əsasında inşa olunub. Eləcə də meydanda yerləşən Mədəniyyət Mərkəzinin binası “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun memar və konstruktorları tərəfindən hazırlanmış müasir layihələr əsasında bərpa edilərək yenidən şəhər həyatına qaytarılır. Biznes Mərkəzi tam təmir olunaraq müasir ofis və xidmət məkanına çevrilib. Xankəndi şəhər stadionu yenilənərək idman tədbirləri üçün tam yararlı vəziyyətə gətirilib. Şəhərin mədəni yaddaşını yaşadan Dövlət Dram Teatrında da bərpa ardıcıl şəkildə aparılır. T. Kərimli onu da bildirib ki, işğal dövründə şəhərsalma prinsiplərinə uyğun olmayan tikililər sökülüb və onların yerində müasir ictimai məkanlar, iaşə obyektləri və funksional şəhər strukturlarının qurulması davam edir. Bu layihələr sırasında Zəfər Parkı xüsusi əhəmiyyət daşıyır. Park həm simvolik məkan, həm də Xankəndinin müasir inkişaf vizyonunu ifadə edən yeni şəhər nüvəsidir. Bu gün Xankəndi ilə yanaşı, Ağdərənin, Xocalının kəndlərində də bərpa və infrastruktur layihələri icra olunur. Kəndlərdə yollar salınır, mühəndis-kommunikasiya xətləri yenilənir, fərdi yaşayış evləri sakinlərin qayıdışı üçün tam şəkildə bərpa edilir.
T. Kərimlinin sözlərinə görə, bu böyük quruculuq prosesinin əsas dayaqlarından biri peşəkar kadr potensialıdır. Qürurla deyə bilərik ki, Xankəndi, Ağdərə və Xocalıda həyata keçirilən layihələrin əhəmiyyətli hissəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin iki yüzdən çox məzunu — memarlar, konstruktorlar, inşaat mühəndisləri və layihə rəhbərləri iştirak edir. Onların bilik və peşəkarlığı Qarabağın yenidən qurulmasına real töhfə verir. Bu gün Xankəndi tarixi irsi qorumaqla, müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən formalaşır. Bütün görülən işlər dövlətçiliyin gücünü və memarlıq məktəbimizin peşəkarlığını əks etdirir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!