Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
29-11-2025, 16:33
Hakan Fidan İrana niyə gedir?


Hakan Fidan İrana niyə gedir?

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah İrana səfər edəcək və müxtəlif görüşlər keçirəcək.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Hakan Fidanın İranın xarici işlər naziri Abbas Arakçi və digər yüksək səviyyəli İran rəsmiləri ilə görüşməsi planlaşdırılır.
İran rəsmiləri ilə görüşləri zamanı Fidanın 2014-cü ildə yaradılmış Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YSƏŞ) çətiri altında ikitərəfli münasibətlərin institusional strukturunu daha da gücləndirmək imkanlarını müzakirə etməsi və qurumun 9-cu iclasına hazırlıqları nəzərdən keçirməsi gözlənilir.
Hakan Fidanın iki ölkə arasında təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulaması gözlənilir. Onun həmçinin nəqliyyat və bağlantı məsələlərini, eləcə də infrastrukturun və sərhəd ticarət mərkəzlərinin tikintisinin sürətləndirilməsi səylərini müzakirə edəcəyi bildirilir.
Fidanın gündəliyinə aşağıdakılar daxildir:
30 milyard dollarlıq ikitərəfli ticarət həcmi hədəfinə çatmaq üçün birgə səylərin artırılmasının vacibliyi, regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün dialoq və əməkdaşlığın davam etdirilməsi.
Fidan həmçinin həmkarlarına Türkiyənin İranın nüvə proqramının sürətli sülh yolu ilə həllinə dəstəyini çatdıracaq.
29-11-2025, 15:57
Məmməd İbrahimin də evində axtarış aparılıb


Məmməd İbrahimin də evində axtarış aparılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb.
Bu barədə AXCP üzvləri sosial şəbəkədə məlumat yayıblar.
Digər məlumata görə, bu axtarış DTX-də aparılan araşdırma çərçivəsində - Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə həyata keçirilib.
Xatırladaq ki, bu gün DTX tərəfindən AXCP sədri Əli Kərimlinin də evində axtarış aparılıb.
29-11-2025, 15:36
Əli Kərimlinin evində axtarış aparılıb - YENİLƏNİB


Əli Kərimlinin evində axtarış aparılıb - YENİLƏNİB

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mənzilində axtarış aparılıb.
Axtarışın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparıldığı qeyd edilir.
Əli Kərimlinin saxlanıldığı barədə bir qədər öncə yayılan məlumat hələ ki rəsmən təsdiqlənməyib.
Xatırladaq ki, Səbail rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin saxlanıldığı barədə məlumat yayılıb.
Məlumatı sosial şəbəkədə partiyanın Nərimanov şöbəsinin sədr müavini Səyyad Quliyev yayıb.
Əli Kərimlinin saxlanılma səbəbi barədə məlumat verilməyib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının onun evində axtarış apardığı bildirilir. Axtarışın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) açılan Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparıldığı qeyd edilir.
Digər məlumata görə, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də polislər tərəfindən saxlanılıb.
AXCP-dən geniş məlumat yayılacağı bildirilib.
29-11-2025, 15:30
Zelenski Umerovu sülh danışıqlarında rəhbər təyin etdi


Zelenski Umerovu sülh danışıqlarında rəhbər təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski "sülh planı" üzrə danışıqlar üçün nümayəndə heyətinin tərkibi ilə bağlı fərmanında dəyişiklik edib.
Nümayəndə heyətinin rəhbərliyi Rüstəm Umerova tapşırılıb. O, Prezident Administrasiyasının dünən istefa verən sabiq rəhbəri Andrey Yermakı əvəz edib.
Fərman Ukrayna prezidentinin saytında dərc edilib.
22 noyabrda Zelenski "ədalətli və davamlı sülhə nail olmaq üçün ABŞ və Ukraynanın digər beynəlxalq tərəfdaşları, eləcə də Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlar prosesində iştirak etmək" üçün Ukrayna nümayəndə heyətinin yaradılması haqqında fərman imzalamışdı.
Daha sonra Zelenski Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakı nümayəndə heyətinin rəhbəri təyin etmişdi.
Beləkilə, dəyişikliklərə əsasən, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Ukrayna nümayəndə heyətinin yeni rəhbəri olub.
Həmçinin, yenilənmiş fərmana əsasən, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski nümayəndə heyətinə qoşulub.
Ukrayna Prezident Aparatından jurnalistlərə bildirilib ki, Umerov artıq 29 noyabrda prezidentə Amerika tərəfi ilə görüşlərə hazırlıq barədə məlumat verib.
Ukrayna nümayəndə heyəti artıq ABŞ-a yola düşüb.
“Bloomberg” agentliyi Ukrayna nümayəndə heyətinin Floridada olacağını və orada ABŞ Prezidentinin elçisi Stiv Uitkov və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşəcəyini bildirib.
Cümə günü Volodimir Zelenski Andrey Yermakı Prezident Aparatının rəhbəri vəzifəsindən azad edib. Bu, Yermakın evində antikorrupsiya orqanları tərəfindən aparılan axtarışlardan sonra baş verib.
29-11-2025, 15:23
II Qareginin qardaşının həbs müddəti uzadıldı


II Qareginin qardaşının həbs müddəti uzadıldı

Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı Gevork Nersisyanın məhkəməyəqədər həbs müddəti 2 ay, qardaşı oğlu Hambardzum Nersisyanınkı isə 3 ay uzadılıb.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Xatırladaq ki, onlar Respublika Partiyasından Vaqarşapat merliyinə namizəd Harutyun Mkrtçyanın şikayəti əsasında saxlanılıblar. Mkrtçyan iddia edib ki, Gevork və Hambardzum Nersisyan onun seçki kampaniyasına müdaxilə ediblər.
29-11-2025, 14:51
Hidayət Heydərov uduzdu


Hidayət Heydərov uduzdu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində mükafatsız bqalıb.
Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov 1/8 finalda Muxiddin Asadulloyevə (Tacikistan) uduzub.
Digər cüdoçumuz Rəşid Məmmədəliyev isə amerikalı Stiven Boldbaatara məğlub olub.
Hər iki cüdoçumuz 73 kq çəki dərəcəsində mübarizə aparırdı.
29-11-2025, 14:35
"Qarabağ" Çempionlar Liqasında 59 milyon manat qazanıb


"Qarabağ" Çempionlar Liqasında 59 milyon manat qazanıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra əldə etdiyi gəlir müəyyənləşib.
Ağdam təmsilçisinin indiyədək əldə etdiyi gəlir 30 milyon avroya (təxminən 59 milyon manat) bərabərdir.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində büdcəsini yaxşılaşdıran komandalar sırasında 33-cü pillədə qərarlaşıb.
Bu mənada, "köhlən atlar" "Union" (Belçika), "Pafos" (Kipr) və "Kayrat" (Qazaxıstan) kollektivlərini üstələyib.
Sıralamanın lideri isə 73,2 milyon avro ilə Fransanın PSJ klubudur.
29-11-2025, 13:30
Xəzər Boru Kəməri Konsorsiumuna hücum olub


Xəzər Boru Kəməri Konsorsiumuna hücum olub

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminin dəniz terminalı noyabrın 29-i səhər saatlarında pilotsuz katerlərin hücumu nəticəsində zədələnib.
Bu barədə konsorsiumun mətbuat xidməti məlumat yayıb.
"Bu gün Moskva vaxtı ilə saat 04:06-da (Bakı vaxtı ilə 05:06-da - red.) konsorsiumun dəniz terminalının akvatoriyasında pilotsuz katerlərin məqsədyönlü hücumu nəticəsində ikinci səyyar yanalma qurğusu ciddi zədələnib. Yükləmə və digər əməliyyatlar dayandırılıb, tankerlər CPC akvatoriyasından kənara çıxarılıb", - məlumatda qeyd olunur.
Konsorsiumun işçiləri və podratçılar arasında xəsarət alanlar yoxdur.
"İlkin məlumata görə, Qara dəniz akvatoriyasına neft sızması baş verməyib", - məlumatda bildirilir.
Dəniz suyundan nümunələr götürülür, ekoloji monitorinq aparılır.
"Yanalma qurğusunun bundan sonra istismarı mümkün deyil. Terminalda yükləmə əməliyyatları pilotsuz kater və PUA təhlükəsi aradan qaldırıldıqdan sonra müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcək", - məlumatda qeyd olunur.
29-11-2025, 13:22
Azərbaycanlı nazir Avropa Gimnastikasının prezidenti seçildi


Azərbaycanlı nazir Avropa Gimnastikasının prezidenti seçildi

Çexiyada keçirilən Avropa Gimnastikasının Konqresində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov növbəti dəfə bu təşkilatın prezidenti seçilib.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Beləliklə, F.Qayıbov 3-cü dəfə Avropa Gimnastikasına rəhbərlik edəcək.
Qeyd edək ki, Fərid Qayıbov Avropa Gimnastikasına 2017-ci ildən rəhbərlik edir.
29-11-2025, 13:20
Rusiya Kiyevi vurdu: ölən və yaralananlar artıb - YENİLƏNİB


Rusiya Kiyevi vurdu: ölən və yaralananlar artıb - YENİLƏNİB

Rusiyanın Kiyevə çoxkombinasiyalı zərbəsi nəticəsində xəsarət alanların sayı artıb.
Bu barədə paytaxtın meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, 19 yaralı şəhərin tibb müəssisələrinin stasionarlarına yerləşdirilib.
Hücum nəticəsində 2 nəfər həlak olub.
Noyabrın 29-na keçən gecədən səhərədək Rusiya ordusu Kiyevə çoxkombinasiyalı hava hücumu həyata keçirib.

***

Noyabrın 29-na keçən gecədən səhərədək Rusiya ordusu Kiyevə çoxkombinasiyalı hava hücumu həyata keçirib.
7 saatdan artıqdır davam edən hücum nəticəsində ölən və xəsarət alanlar var.
Kiyev Şəhər Hərbi Administrasiyasının komandiri Timur Tkaçenko bildirib hava hücumu zamanı azı 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb. Paytaxtın müxtəlif ərazilərində 3 çoxmərtəbəli binada dağıntılar qeydə alınıb.
Dövlət Təcili Yardım Xidməti 3-ü uşaq olmaqla 52 nəfəri təxliyə edib.
Hazırda dağıntılar təmizlənir. Kiyevə və Ukraynanın bir çox bölgəsində hava həyəcanı davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!