MDB-nin Daxili İşlər Nazirləri bu ölkədə toplanacaq .....                        Makronun xanımının "kişi" olduğunu iddia edənlər həbs olundu .....                        Duman olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ .....                        Ərdoğan: "Həm Putin, həm Zelenski ilə danışan tək ölkəyik" .....                        Venesuelanın bu qədər qızıl ehtiyatı var .....                        Bu gün geomaqnit qasırğası gözlənilir .....                        Bakıda tədris mərkəzindən oğurluq edildi .....                        İlham Əliyev yerli telekanallara MÜSAHİBƏ VERDİ .....                        Dövlət hesabına təhsil alanlar üçün rekord məbləğ ayrılıb .....                       
3-01-2026, 18:30
Venesuelanın vitse-prezidenti Rusiyaya qaçdı


Venesuelanın vitse-prezidenti Rusiyaya qaçdı

ABŞ prezidenti Donald Trump Venesuela prezidenti Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən saxlanıldığını açıqladıqdan sonra rəsmi Karakas daxilində vəziyyət daha da qeyri-müəyyənləşib.
Venesuelanın vitse-prezidenti Delci Rodriqez hazırda Rusiya ərazisindədir.
Onun son hərəkət marşrutunu bilən dörd mənbə bu məlumatı "Reuters"ə təsdiqləyib.
Eyni zamanda, Maduronun yaxın silahdaşlarından sayılan və Venesuela Milli Assambleyasının sədri olan qardaşı Jorge Rodriqez ölkə daxilində, Karakas şəhərindədir.
3-01-2026, 18:22
Azərbaycanda Ramazan ayı bu tarixdə başlayır


Azərbaycanda Ramazan ayı bu tarixdə başlayır

Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır.
Martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir.
Qeyd edək ki, Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq.
3-01-2026, 18:20
Maduro yataq otağında tutulubmuş


Maduro yataq otağında tutulubmuş

ABŞ xüsusi təyinatlı qüvvələrinin Venesuela prezidenti Nikolas Maduronu saxlaması ilə bağlı yeni detallar yayılıb.
CNN telekanalının vəziyyətlə tanış mənbələrə istinadən verdiyi məlumata görə, Maduro və həyat yoldaşı Kilia Flores gecə saatlarında, yatdıqları zaman yataq otaqlarında yaxalanıblar. Bildirilir ki, ABŞ hərbçiləri onların evinə qəfil daxil olub və cütlük müqavimət göstərməyib.
Məlumata görə, əməliyyat ABŞ ordusunun “Delta” adlı elit xüsusi təyinatlı bölməsi tərəfindən həyata keçirilib. Əməliyyatdan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi Maduronun dəqiq yerini müəyyən edib. Məlumata əsasən, prezident Donald Trump Maduronun saxlanılmasına bir neçə gün əvvəl razılıq verib.
ABŞ hərbçiləri əməliyyatı Milad günlərində keçirməyə hazır olsalar da, Nigeriyada “İslam Dövləti” hədəflərinə endirilən hava zərbələri və sonradan hava şəraiti səbəbindən plan bir neçə dəfə təxirə salınıb.
Qeyd edək ki, “Delta” qüvvələri ABŞ ordusunun ən məxfi və elit xüsusi təyinatlı bölmələrindən biri sayılır. Şimali Karolinadakı Fort-Bragg bazasında yerləşən bu bölmə təxminən 2 min hərbçidən ibarətdir və əsasən antiterror əməliyyatları, girovların azad edilməsi və yüksək riskli gizli missiyalar üzrə ixtisaslaşıb.
3-01-2026, 18:10
Türkiyədən Venesueladakı hadisələrə reaksiya


Türkiyədən Venesueladakı hadisələrə reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi Venesuelada baş verən hadisələrə münasibət bildirib.
Açıqlamada Ankaranın prosesləri yaxından izlədiyi bildirilib.
"Türkiyə Venesuelanın sabitliyinə, Venesuela xalqının rifahına böyük önəm verir.
Mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizlik baxımından mənfi nəticələr doğurmaması üçün bütün tərəfləri təmkinli davranmağa çağırırıq.
Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həll olunması istiqamətində hər cür konstruktiv töhfə verməyə hazırıq", - açıqlamada bildirilir.
3-01-2026, 17:48
Həkim, təbrik edirik!


Həkim, təbrik edirik!

Yanvarın birində Dünyamalı həkimin 65 yaşı tamam olub. Kurud-Kirs İcmasının üzvləri həkimi yubileyi münasibətilə təbrik edib, sağlamlıq, uzun ömür, xoş güzəran və şərəfli peşə fəaliyyətində uğurlar arzulayıblar.
Xatırladaq ki, İmaməliyev Dünyamalı Mirəli oğlu 1961-ci il yanvarın 1-də Zəngəzur mahalının Qafan rayonunun Kurud kəndində doğulub. 1968-ci ildə Ailəsi Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Şurud kəndinə köçüb. Həmin il Şurud kənd 8 illik məktəbinin
birinci sinfinə gedib. Səkkizilliyi Şurud kəndində, 9-10-cu sinifləri isə 1978- ci ildə Bənəniyar kənd orta məktəbində bitirib. 1979- cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstituna qəbul olub.
1986-cı ildə institutu bitirərək Naxçıvan Respublika Uşaq Xəstəxanasında anestezioloq reanimatoloq kimi çalışıb. Dünyamalı İmaməliyev Naxşıvan şəhərindəki təcili yardım stansiyasının Təcili tibbi yardım həkimi, 1989-1993-cü illərdə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Reanimasiya qrupunun həkimi olaraq fəaaliyyət göstərib. 1993-cü ildən 1998-ci ilə qədər 8 Saylı Xəstəxananın Reanimasiya şöbəsinin müdiri olub.
Birinci dərəcəli anestezioloq reanimatoloq Dünyamalı İmaməliyev harda, hansı vəzifədə olmasından asılı olmayaraq bütün ömrünü insanlara tibbi yardım etməklə keçirib. Vicdanla, kimsədən təmənna ummadan saçlarını o yolda ağardıb. O, qanunvericilik sahəsində də xalqına xidmət göstərmək istəyib. Odur ki, 2010-cu və 2015-ci ildə parlament seçkilərinə qatılıb.
Kurud-Kirs İcmasının üzvləri yeni ildə həkimə yeni uğurlar, ailəsinə səadət, firəvan həyat arzulayırlar!

3-01-2026, 17:32
Din pərdəsi altında diktatura - İran rejimi öz sonuna yaxınlaşır?


Din pərdəsi altında diktatura - İran rejimi öz sonuna yaxınlaşır?

İran İslam Respublikası bu gün öz tarixinin ən ağır və həlledici böhranlarından birini yaşayır.
Ölkənin yerli valyutası olan rialın dollar qarşısında kəskin və qarşısıalınmaz şəkildə dəyər itirməsi artıq sadəcə iqtisadi geriləmə deyil, rejimin təməllərini sarsıdan böyük bir siyasi partlayışa çevrilib.
Küçələrə axışan insanlar artıq yalnız çörək və iş naminə deyil, onilliklərdir davam edən molla diktaturasının sona çatması və fundamental siyasi dəyişikliklərin edilməsi tələbi ilə çıxış edirlər. Rejim isə hər zaman olduğu kimi, xalqın fəryadına islahatlarla deyil, qan və zorakılıqla cavab verir. Alınan son məlumatlara görə, etirazların başladığı qısa müddət ərzində azı 10 nəfər nümayişçi qətlə yetirilib, yüzlərlə insan isə ağır işgəncələrə məruz qalaraq zindanlara atılıb. Xüsusilə Tehran, Təbriz, Məşhəd, İsfahan və digər bölgələrdə etirazçıların üzərinə odlu silahlardan atəş açılır, "Bəsic" və SEPAH-ın xüsusi təyinatlı dəstələri vasitəsilə dinc əhaliyə qarşı terror tətbiq edilir. Bu amansızlıq İran rejimi üçün bir idarəetmə metodudur; xatırladaq ki, 2022-ci ildə Mahsa Əmininin hicabsız olduğu üçün əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra başlayan kütləvi etirazlar zamanı 2 mindən çox insan rejim qüvvələri tərəfindən vəhşicəsinə öldürülmüş, minlərlə gənc həbsxanalarda fiziki və mənəvi təzyiqlərə məruz qalmışdı.



Bu hadisələrin mərkəzində dayanan maraqlı məqamlardan biri Prezident Məsud Pezeşkianın mövqeyidir. Pezeşkianın xalqın etirazlarına qarşı daha anlayışlı yanaşmağa çalışması, etirazçıların tələbləri ilə müəyyən mənada razılaşması və iqtisadi vəziyyəti düzəltmək üçün əlindən gələni etməyə çalışdığı müşahidə olunur. Lakin İrandakı mövcud teokratik idarəetmə sistemi daxilində prezidentin səlahiyyətləri olduqca məhduddur. Əsl güc və son qərar vermə səlahiyyəti dini liderin və onun nəzarətində olan SEPAH-ın əlində cəmləşib. Pezeşkianın xalqla dialoq qurmaq cəhdləri, əslində ölkəni idarə edən "kölgə dövləti" və radikal qanad tərəfindən bloklanır. Bu da göstərir ki, İranda islahat cəhdləri sistemin daxili strukturu tərəfindən boğulur və xalqın qəzəbi birbaşa bu aşılmaz divarlara yönəlir.
İran cəmiyyətindəki qəzəbin kökündə əslində dözülməz sosial ədalətsizlik və korrupsiya dayanır. Bir tərəfdə SEPAH və hakim elitaya yaxın olan zümrələr ölkənin neft, qaz və digər təbii resurslarını inhisara alaraq milyardlarla dollarlıq sərvət içində üzür, digər tərəfdə isə sıravi vətəndaşlar ən elementar ərzaq məhsullarını və yanacağı almaqda çətinlik çəkir. Müntəzəm olaraq artan qiymətlər, hiperinflyasiya və işsizlik xalqı səfalət həddinə çatdırıb. SEPAH təkcə iqtisadiyyatı talamaqla kifayətlənmir, həm də ölkənin ekoloji gələcəyini məhv edir. Bunun ən bariz nümunəsi Urmiya gölünün qurudulmasıdır. SEPAH-ın nəzarətində olan şirkətlərin apardığı plansız su siyasəti, tikilən çoxsaylı bəndlər və gölün ətrafındakı resursların qeyri-qanuni istismarı bu nadir təbiət incisini yox olmaq təhlükəsi ilə üz-üzə qoyub. Bu, bölgədə yaşayan milyonlarla insanın, xüsusilə Azərbaycan türklərinin həyatına və sağlamlığına qarşı yönəlmiş şüurlu bir ekoloji terrordur.



Eyni zamanda, İran xalqı artıq ölkənin milyardlarla dollar vəsaitinin Suriya, Livan, Yəmən və İraq kimi ölkələrdə destruktiv fəaliyyətlərə, proksi qruplaşmaların silahlandırılmasına xərclənməsindən cana doyub. Tehranın regional hegemonluq eşqi ilə yürütdüyü bu siyasət daxildə "Nə Qəzzə, nə Livan, canım İrana qurban" şüarı ilə kəskin şəkildə rədd edilir. Xalq öz pulunun xarici ölkələrdəki terror ocaqlarına və raket proqramlarına deyil, ölkə daxilindəki xəstəxanalara, məktəblərə və infrastrukturun yenilənməsinə xərclənməsini tələb edir. İnsanlar anlayırlar ki, rejimin "xarici düşmən" obrazı yaratmaq cəhdləri, əslində daxili uğursuzluqları ört-basdır etmək üçün bir manipulyasiyadır.
Rejimin bu təcavüzkar və müdaxiləçi siyasəti Azərbaycandan da yan keçməyib. İranın rəsmi media orqanları, xüsusilə "Səhər" telekanalı və müxtəlif sosial şəbəkə seqmentləri vasitəsilə ölkəmizə qarşı apardığı çirkin ideoloji təbliğat hər kəsə məlumdur. Rejim, dini təriqət birliyi adı altında Azərbaycandakı müəyyən kütlələri manipulyasiya etməyə, dövlətimizin dünyəvi quruluşunu hədəf almağa və ölkə daxilində qarışıqlıq yaratmağa cəhd göstərirdi. Lakin Azərbaycan dövlətinin qətiyyətli siyasi iradəsi, xalqın dövlətçilik ənənələrinə sadiqliyi və hüquq-mühafizə orqanlarının həyata keçirdiyi effektiv tədbirlər sayəsində bu "inqilab ixracı" cəhdləri və xəyanətkar şəbəkələr ifşa olunmuşdu. Azərbaycanın müstəqil xarici siyasəti və inkişaf yolu İranın teokratik rejimi üçün bir təhdid kimi qəbul edilir, çünki bu, "İslam modeli"nin uğursuzluğunu daha qabarıq şəkildə üzə çıxarır.



Nəticə etibarilə, 1979-cu ildə "ədalət" və "azadlıq" vədləri ilə qurulan, İslam dəyərlərini siyasi alətə çevirən bu sistem, bu gün öz xalqının qanını tökən, qonşuları ilə düşmənçilik yürüdən və daxildən tamamilə çürümüş sıradan bir avtoritar rejimə çevrilib. Pezeşkian kimi fiqurların fədakar cəhdləri belə bu böyük dağıntının qarşısını ala bilmir, çünki sistem artıq öz-özünü bitirməkdədir. Daxili dayaqları tamamilə laxlayan, gənclərin nifrətini qazanan və beynəlxalq aləmdə təcrid olunan İran rejimi artıq yolun sonuna yaxınlaşır. Tarix sübut edir ki, xalqın iradəsinə və qonşu dövlətlərin suverenliyinə hörmət etməyən heç bir diktatura əbədi ola bilməz. İranın gələcəyi artıq hakimiyyət daxilindəki intriqalarda deyil, küçələrdə öz azadlığı üçün canını fəda edən insanların əlindədir.
3-01-2026, 16:50
Venesuela Prezidenti və xanımı barədə bu ittihamlar irəli sürülüb


Venesuela Prezidenti və xanımı barədə bu ittihamlar irəli sürülüb

ABŞ Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresini narkoterrorizmdə ittiham edib.
Bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi "X" sosial şəbəkə hesabında paylaşım edib.
Nikolas Maduroya qarşı narkoterrorçuluq məqsədilə sui-qəsd, kokainin idxalı üzrə sui-qəsd, avtomat silahlar və dağıdıcı qurğulara sahib olma, habelə bu silah və qurğulara sahib olmaq üçün sui-qəsd maddələri üzrə ittihamlar irəli sürülüb.
Bildirilir ki, onlar yaxın zamanda ABŞ ərazisində, Amerika məhkəmələrində ABŞ ədalət sistemi qarşısında cavab verəcəklər.
3-01-2026, 16:25
Prezident ailəsi ilə birgə Şahdağda - FOTO


Prezident ailəsi ilə birgə Şahdağda - FOTO

Prezident İlham Əliyev ailəsi ilə birlikdə Şahdağa gedib.
Bu barədə dövlət başçısının nəvəsi Əli Ağalarov sosial şəbəkə hesabında paylaşım edib.
O, Prezident İlham Əliyev və anası Leyla Əliyevanın da yer aldığı fotoya “Bu gün babamla xizək sürdük” - sözlərini əlavə edib.

3-01-2026, 15:38
Məntəqə rəisi və maşinist dövlət qurumunun yanacağını mənimsəyib


Məntəqə rəisi və maşinist dövlət qurumunun yanacağını mənimsəyib

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2 il öncə həyata keçirdiyi nəzarət tədbirləri öz nəticəsini verib. Belə ki, ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ADY tərəfindən ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib".
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Qeyd olunub ki, ADY törədilmiş qanunsuz əməl barədə tədbirlər görülməsi üçün Baş Prokurorluğa müraciət edib və müraciətə əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
Müəyyən edilib ki, E.Sadıqov və F.Soltanov 15 yanvar 2022-ci il – 06 iyun 2023-cü il tarixləri aralığında marşrut vərəqələrinə faktiki olaraq həyata keçirilməmiş marşrutlar qeyd edərək təminat məntəqəsindən yanacaq və yağı götürməklə mənimsəmiş, bununla da ADY-yə külli miqdarda ziyan vurublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs həbs edilib.
Qeyd edilib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə hallarına yol verilməməsi, bu cür halların aşkar edilməsi və qarşısının alınması məqsədilə son illərdə ADY tərəfindən nəzarət tədbirləri gücləndirilib: "Həmçinin görülən mühafizə tədbirləri nəticəsində kənar şəxslər tərəfindən ADY-yə aid sahələrdə oğurluq və oğurluğa cəhd hadisələri 3 dəfə azalıb. Belə ki, 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ci ildə isə 40 belə hadisə qeydə alınıb, bu hadisələrin 2023-cü il və 2025-ci il üzrə ümumilikdə 50 faizinin, 2024-cü ildə isə 70 faizinin qarşısı vaxtında alınıb. ADY bu cür qanunsuz hallarla mübarizə tədbirlərini gücləndirməyə davam edəcək".
3-01-2026, 14:48
Maduro ABŞ-da mühakimə olunacaq


Maduro ABŞ-da mühakimə olunacaq

Maduro ABŞ məhkəməsində cinayət ittihamları ilə mühakimə olunacaq.
Bu barədə senator Mayk Linin Dövlət katibi Rubioya istinadən məlumt verib.
O, əlavə edib ki, ABŞ-ın Venesuelaya qarşı bundan sonra zərbələr endirməyi planlaşdırmır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!