“Ana dilim, varlığım” - yaddaşlardan silinməyəcək .....                        Trampın iqamətgahına daxil olmaq istəyən şəxs güllələnib .....                        Ukrayna ordusu əks-hücumlara başladı .....                        Hindistan ABŞ-la danışıqları təxirə saldı .....                        Ülviyyə Fətəliyeva Azərbaycan çempionu oldu .....                        Xamenei öləcəyi təqdirdə hökumətin işi ilə bağlı plan hazırlatdırır .....                        Pakistan bu ölkəyə zərbə endirdi - Ölənlər var .....                        Yollarda görünüş 500 metrədək məhdudlaşacaq .....                        Rusiyada bu hava limanı bağlandı .....                       
Tarix : 6-07-2022, 07:41
Qərbi Azərbaycan idman sahəsinə görə sonuncu yerdədir


Qərbi Azərbaycan idman sahəsinə görə sonuncu yerdədir

Qərbi Azərbaycan əyaləti adambaşına düşən idman sahəsinə görə sonuncu yerlərdən birini tutur. Bu barədə Qərbi Azərbaycan əyalətinin İdman və Gənclər İdarəsinin başçısı Səccad Bayrami açıqlama verib. S.Bayrami hal-hazırda Qərbi Azərbaycanda adambaşna düşən idman sahəsinin 62 santimetr olduğunu, bununla da əyalətin bu göstəriciyə görə 31 ostan arasında 25-ci yeri tutduğunu söyləyib.
Qeyd edək ki, bundan öncə Qərbi Azərbaycanda idmana, özəlliklə kollektiv idman növlərinə diqqətsizlik İdman və Gənclər İdarəsinin, idmançıların və əhalinin etirazlarına səbəb olub. Uzun illər öncə idman mərkəzlərinin tikintisi ilə bağlı bir çox layihələr dövlətin büdcə vəsaiti ayırmaması üzündən yarımçıq qalıb.
1996-cı ildə Xoy şəhərində inşasına başlanılan və 4 il müddətinə təhvil veriləcəyi nəzərdə tutulan “Həft Tir” idman kompleksinin tikintisi yarımçıq qalıb. Hazırda kompleksin ərazisi narkomanların sığınacaq yerinə çevrilib.
Yerli fəallar və idmançılar 400 min nəfər əhalisi olan əyalətin ikinci böyük şəhəri Xoyda 5000 nəfərlik idman kompeksinin tikintisinin 26 il yarımçıq saxlanılmasını bölgə əhalisinə olan saymazlıq kimi dəyərləndiriblər.


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!