İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 13-11-2019, 09:50
“Huawei” iki “TechRadar” Mobil Seçim İstehlakçı Mükafatı qazandı
2019-cu ilin Ən yaxşı kameraya malik telefonu və Ən yaxşı qiymətli smartfonu: İki “TechRadar” Mobil Seçim İstehlakçı Mükafatını “Huawei” qazandı
Butov.az Olke.-az istinadən xəbər verir ki, “Huawei” İstehlakçı Biznes Qrupu (İBQ) hər il London “Cafe de Paris”-də keçirilən “TechRadar” Mobil Seçim İstehlakçı Mükafatları (MSİM) 2019-da iki nüfuzlu mükafata layiq görüldü.
Namizədlərin “TechRadar”-ın münsiflərdən ibarət ekspert qrupu tərəfindən seçildiyi illik istehlak sorğusunun bir hissəsi, istehlakçılar onların seçiminə və “TechRadar” MSİM mükafatının nüfuzlu qalibinə çevrilməyə layiq olduğunu hiss etdikləri şəbəkə və ya cihaza səs verməyə dəvət olunurlar.
19-cu tədbirdə gecənin aparıcıları “Huawei”-in mobil fotoqrafiyada liderliyini təsdiqləyən və istehlakçıların smartfonları üstün xüsusiyyətlərlə cəlbedici bir qiymətə ala biləcəyini sübut edən HUAWEI P30 Pro-nu Ən yaxşı kameraya malik telefon, HUAWEI P smart 2019-u isə Ən yaxşı qiymətli telefon (200 funt-sterlinqdən aşağı) elan etdilər.
Gecədə HUAWEI P smart 2019-u elan edərkən ev sahibləri əlavə etdi: “HUAWEI P smart 2019 inanılmaz bir qiymətə gözəl dizayn və geniş saxlama həcminə görə münsiflərimiz tərəfindən təqdir edilmişdir.”
Bundan qısa müddət sonra HUAWEI P30 Pro-nun qalib elan olunduğu Ən yaxşı kameraya malik telefon kateqoriyasına keçildi. “Huawei” öz mükafatını götürərkən ev sahibləri çıxışa davam etdi: “Bir telefonda dörd kameranın olmasının çox incə bir mexanizm olduğunu düşünə bilərsiniz; amma “Huawei” bu texnologiya ilə parlaq bir kamera düzəldə biləcəyini göstərmiş və şəkillərinin aydınlığı və zənginliyi ilə münsiflərimizi heyran edən bir telefon təqdim etmişdir.”
Bu “TechRadar” Mobil Seçim İstehlakçı Mükafatı öz markasının şöhrətini davam etdirən 2018-ci ildə üç “TechRadar” Mobil Seçim Mükafatı (İlin istehsalçısı, İlin telefonu, Ən yaxşı kameraya malik telefon) qazanmış “Huawei”-ə verilir. “Huawei” həmçinin 2017-ci ildə iki mükafat (Ən yaxşı orta bazar qiymətli telefon, Diqqətə layiq), 2016-cı ildə isə bir mükafat (Ən yaxşı kameraya malik telefon) qazanmışdır.
“İstehlakçılar və “TechRadar”-ın texnologiya mütəxəssisləri tərəfindən tanınmağımızdan şərəf duyuruq və HUAWEI P seriyası cihazları üçün iki mükafat almağımıza məmnunuq. “Huawei” innovativ və güclü texnologiyaları ilə smartfon kamerası imkanlarının hüdudlarını aşaraq istehlakçılara yeni və təkmilləşdirilmiş smartfon fotoqrafiyası təcrübələrini təqdim etmək niyyətindədir” - deyə, “Huawei” İstehlakçı Biznes Qrupunun Mobil telefon işləri üzrə vitse-prezidenti Li Changzhu bildirdi.
“İngiltərədə 19 il boyunca hər il keçirilən “TechRadar” Mobil Seçim İstehlakçı Mükafatlarımız istehlakçıların ən çox sevdikləri mobil telefonlara səs vermək imkanını sevdiklərini göstərən 34,000-dən çox istehlakçı səsi toplamaqla istehlakçılarla bağlı mövcud istənilən səviyyə göstəricisini keçmişdir” - deyə, “TechRadar” Mobil Seçim İstehlakçı Mükafatlarının Mükafatlar üzrə direktoru Mark Fermor bildirdi.
““TechRadar” HQ-də istehlakçıların və ekspert münsiflərimizin “Huawei”-i bu iki nüfuzlu kateqoriyada tanıdıqlarını görmək çox xoşdur.”
“Huawei”-in “Ən yaxşı kameraya malik telefon” kateqoriyasındakı qalibiyyəti “TechRadar” MSİM 2019-da ən yüksək fəxri mükafatlar qazanmaqla fotoqrafiyaya innovativ yanaşma tendensiyamızı davam etdirir. HUAWEI P9 2016-cı ildə Ən yaxşı kameraya malik telefon seçilmişdi, HUAWEI P20 isə 2018-ci ildə mükafata layiq görülmüşdü.
“Huawei” HUAWEI P seriyasının estetik dizaynı və innovativ fotoqrafiya texnologiyasını davam etdirərək 2019-cu ilin sentyabr ayında Yeni P30 Pro-nu təqdim etdi, Yeni P30 Pro rəng dizaynında dəbdəbəli təkmilləşdirmələrə və təkmilləşdirilmiş foto və video montaj funksiyalarına sahibdir.
HUAWEI P30 seriyası 17 milyon ədəddən çox satılaraq istehlakçının sevimlisi olaraq qalmışdır. O, Avropanın Şəkil və Səs Assosiasiyası (AŞSA) da daxil olmaqla dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən sevilmiş və təqdir edilmişdir. HUAWEI P30 Pro Assosiasiya tərəfindən “2019-2020-ci ildə AŞSA-nın ən yaxşı smartfonu” adına layiq görülərək “Huawei”-in bu kateqoriyada ard-arda ikinci il də qalib olmasına səbəb olmuşdur.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!