“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
Tarix : 28-11-2019, 14:51
Ermənistanın keçmiş baş prokuroru axtarışa verilib
Ermənistanın sabiq baş prokuroru, parlamentin keçmiş deputatı Gevork Kostanyan barəsində axtarış elan edilib.
Butov.az “Report”-a istinadən xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohacanyan bildirib.
Onun sözlərinə görə, G.Kostanyan barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.
Keçmiş baş prokuror 2008-ci il martın 1-də Yerevanda baş vermiş etiraz aksiyalarının dağıdılması ilə bağlı açılan cinayət işi üzrə məsuliyyətə cəlb edilib. O, 48 saat müddətində istintaq orqanında olmaq təklifinə əməl etməyib.
Qeyd edək ki, G.Kostanyan 2006-cı ilin iyulundan 2008-ci ilin iyulunadək Ermənistan ədliyyə nazirinin müavini, 2013-cü il oktyabrın 1-dən 2016-cı il avqustun 4-dək Ermənistanın baş prokuroru olub.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!