Rusiya ermənilərinin başçısı seçildi .....                        Almaniya əhalisi hakimiyyətdən narazıdır .....                        Obama 3-cü dəfə bu mükafatın sahibi oldu .....                        Məktəbdə şagirdlər futbolla da məşğul olacaqlar - Nazir .....                        Marqarita Simonyan xərçəngə tutulub - YENİLƏNİB .....                        Ceyhun Bayramov Cibuti XİN-in baş katibi ilə görüşdü .....                        Daha bir küçə təmirə bağlanır .....                        Məktəbli formaları neçəyə satılır? .....                        Azərbaycanın Avropada qaz satacağı ölkələrin sayı artacaq .....                       
Tarix : 31-01-2020, 11:07
Çindən başqa 18 ölkədə koronavirus aşkarlanıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Tibbi Sanitariya Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin yanvarın 30-da Çində aşkar edilən və digər ölkələrə yayılan yeni koronavirus epidemiyası ilə bağlı iclası keçirilib.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, Çin Səhiyyə Nazirliyi 7711 nəfərin koronavirusa yoluxduğunu və 12167 nəfərdə şübhəli hal qeydə alındığını təsdiqləyib. Bunlardan 1370-nin ağır dərəcəli olduğu, 170-nin ölüm halları ilə nəticələndiyi bildirilib. 124 nəfər xəstəlikdən müalicə olunaraq evə buraxılıb. ÜST-nin katibliyi digər ölkələrdəki vəziyyətə dair ümumi məlumat verib. Artıq 18 ölkədə 82 yoluxma halı baş verib. Digər ölkələrdə xəstəliyə yoluxanlardan 7-si Çinə səfər etməyib. Çinin xaricində üç ölkədə virusun insandan insana ötürülməsi halı qeydə alınıb. Bu üç haldan biri ağır dərəcəlidir, ölüm halları olmayıb.
Komitə Çin hökumət orqanlarının bu məsələdə liderliyini və siyasi öhdəlik götürməsini, şəffaflığını, mövcud epidemiyanın araşdırılması və nəzarətdə saxlanması üçün göstərdiyi səylərini alqışlayıb. Çin digər ölkələrin sürətli şəkildə diaqnoz qoyması və özlərini qoruya bilməsi üçün virusu tez bir zamanda müəyyənləşdirib və genetik ardıcıllığını paylaşıb. Bu diaqnostik alətlər dəstinin tez bir zamanda hazırlanmasına şərait yaradıb.
"Biz hesab edirik ki, ölkələr xəstəliyin erkən diaqnostikası, təcridi və müalicəsini təmin etməklə, eləcə də təmas yollarının izlənməsi və risklərə uyğun sosial uzaqlaşdırma tədbirlərinin təşviqi ilə virusun yayılmasına müdaxilə etmək mümkündür. İnfeksiyanın yayılması davam etdikcə onun qarşısını almaq və azaltmaq üçün strateji hədəflər və tədbirlər görüləcəyini qeyd etmək vacibdir. Komitə epidemiyanın hazırda ictimai səhiyyə sahəsində beynəlxalq fövqəladə vəziyyət meyarlarına cavab verdiyini qəbul edir və müvəqqəti tövsiyələr hazırlanmasını məsləhət görür. Biz etiraf edirik ki, sübutlar, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət baş verən zaman insanların hərəkəti və ticarətin məhdudlaşdırılmasının səmərəsiz ola biləcəyini göstərir. Bundan əlavə, məhdudiyyətlər lazımi yardım və texniki dəstəyə əngəl törədə, biznesi çökdürə, bu fövqəladə halların təsirinə məruz qalmış ölkələrin iqtisadiyyatına mənfi təsir göstərə bilər. Lakin müəyyən xüsusi vəziyyətlərdə insanların hərəkətini məhdudlaşdıran tədbirlər müvəqqəti faydalı ola bilər, xüsusilə də əhalinin həssas qrupu arasında virusun ötürülmə dərəcəsinin yüksək olduğu və cavab tədbirlərinin məhdud olduğu yerlərdə. Belə hallarda, ölkələr bu məhdudiyyəti tətbiq etməzdən əvvəl faydanın zərərdən çox olub-olmayacağını qiymətləndirmək üçün risk və xərcləri təhlil etməlidir. Ölkələr Beynəlxalq Tibbi Sanitariya Qaydalarının (BTSQ) tələbinə uyğun olaraq, səfər tədbirləri barədə ÜST-ə məlumat verməlidir. BTSQ-nin üçüncü maddəsinin prinsiplərinə uyğun olaraq, stiqma və ya ayrı-seçkiliyi təbliğ edən hərəkətlərə yol verilməməlidir. Əgər baş direktor zəruri hesab edərsə, Fövqəladə Hallar Komitəsi üç ay ərzində və ya daha tez yenidən toplaşacaq", - bəyanatda qeyd olunub.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!