“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
Tarix : 5-01-2021, 12:07
Macarıstanda kütləvi süni tənəffüs sistemi yaradılıb
Tibb elmləri doktoru Mikloş Kozlovskinin rəhbərliyi ilə macarıstanlı könüllü alimlər komandası paytaxtdakı Obuda Universitetinin dəstəyi ilə dünyada ilk modul tipli kütləvi süni tənəffüs sistemi yaradıb.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, yeni sistem koronavirusla mübarizə aparan 50-yə qədər pasiyentə eyni vaxtda xidmət etmək üçün nəzərdə tutulub. Qrupun rəhbəri jurnalistlər üçün brifinqdə bildirib ki, alimlər bu sistemin klinik tətbiqindən əvvəlki mərhələdə test yoxlamalarına başlayırlar. Bundan sonra xəstələrin iştirakı ilə klinik sınaq keçirilə bilər. Yeniliyin müəllifləri daha sonra bildiriblər ki, koronavirus pandemiyası dövründə dəyişən şərait yeni problemlər yaradır, buna görə də hazırda həmin qrup mobil konteynerə qoşula biləcək prototip üzərində işləyir. Bu halda mobil konteyner kimi avtobus, vaqon və hətta katerdən istifadə edilə bilər.

Mikloş Kozlovski deyib: “Tədqiqat prosesində son aylarda biz kütləvi ventilyasiya konsepsiyasının hər cəhətdən funksionallığını sübut etmək üçün bir sıra prototiplər yaratmalı olduq. Lakin bu sistem test mühitindən əlavə canlı orqanizmlər üzərində də yoxlanmalıdır. Buna görə də hələlik heyvanlar üzərində test yoxlamalarına hazırlıq gedir”.

Tədqiqat qrupunun üzvləri cari vəziyyəti belə təsvir ediblər: heyvanlar üzərində sınaqlar zamanı uzunmüddətli süni ventilyasiyadan sonra ağciyər toxumalarında mikroskopik zədələnmələrin yaranıb-yaranmaması öyrənilib. Belə tədqiqatları insanlar üzərində aparmaq olmaz. Buna görə də əvvəlcə heyvanlar üzərində sınaqlar keçiriləcək və əgər həmin sınaqlar uğurlu olsa, insanlar üzərində sınaqlar başlanacaq.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!