Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ .....                        ABŞ-İran müharibəsinə hazırlıq gedir? .....                        TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək .....                        Qalatasaray Yuventusu darmadağın etdi .....                        Çox ölkədə Ramazan sabah başlayır .....                        Bakıda torpaq sürüşməsi baş verib - VİDEO .....                        Cenevrədə danışıqların birinci günü başa çatıb .....                       
Tarix : 14-09-2021, 11:55
Uzunömürlülərin sayı rekord həddə çatıb


Yaponiyada uzunömürlülərin sayı yeni rekord hədd müəyyən edərək 86 min 500 nəfəri ötüb.

Bu barədə sentyabrın 14-də Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Bildirilir ki, ölkə üzrə yaşı 100 və daha yuxarı sakinlərin sayı 86 min 510 nəfərə çatıb. Onların da arasında kişilərin sayı ilk dəfə 10 min həddini ötüb.

Nazirlik, həmçinin bəyan edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6060 nəfər çoxdur və həmin göstərici artıq 51 ildir ki, ardıcıl şəkildə artmaqda davam edir.

Məlumatda bildirilir ki, həmin şəxslərin 88,4 faizini (76 min 450 nəfər) qadınlar təşkil edir. Bu, əvvəlki, illə müqayisədə 5 min 475 nəfər çoxdur. Kişilərdə isə bu fərq 585 nəfərə bərabərdir.

Əlavə olaraq qeyd edilir ki, qadınlar arasında ən uzunömürlü Fukuoka prefekturasında yaşayan Kane Tanakadır və hazırda onun 118 yaşı var. “Ginnesin rekordlar kitabı” onu dünyanın ən yaşlı insanı elan edib. Kişilər arasında isə Nara prefekturasının 111 yaşlı sakini Mikizo Ueda ən uzunömürlü yapon kişi hesab olunur.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!