Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 26-07-2022, 20:48
Rusiya XİN-dən İsrailə ittihamlar - Səbəb Ukraynadır


Rusiya XİN-dən İsrailə ittihamlar - Səbəb Ukraynadır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Ukrayna ilə bağlı “qeyri-konstruktiv” və “qərəzli” ritorikadan istifadə etdiyini bildirib. Bu barədə o, "YouTube" kanalında danışıb. “Bu, bizim üçün tamamilə anlaşılmaz və qəribədir", - deyə Zaxarova söyləyib. O, Rusiya ilə İsrail arasındakı münasibətlərin öz-özünə pisləşmədiyini deyib. İsrailin anti-Rusiya mövqe sərgilədiyini və yalnız Ukraynanı dəstəklədiyini qeyd edən Zaxarova bunun Qərbin yanaşmasına uyğun olduğunu və "sual işarələri yaratdığını" vurğulayıb. Qeyd edək ki, ötən həftə Rusiya Ədliyyə Nazirliyi İsrail Yəhudi Agentliyinin (JAFI) Rusiyadakı nümayəndəliyinin ləğvi ilə bağlı müraciət edib. Bu barədə ilkin dinləmənin iyulun 28-də keçiriləcəyi gözlənilir. Məsələni müzakirə etmək üçün Rusiyaya getmək istəyən İsrail hüquq komitəsinin hələ də Moskvadan razılıq ala bilmədiyi qeyd olunub. Kremlin sözçüsü Dmitriy Peskov isə iyulun 22-də mövzu ilə bağlı açıqlamasında JAFI-nin Rusiya nümayəndəliyinin bağlanması tələbinin Rusiya qanunvericiliyi ilə əlaqəli olduğunu bildirib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!