Təbrik edirik .....                        Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır .....                        Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək" .....                        İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb .....                        Paşinyan alternativ marşurutların olmasından narahatdır .....                        Salyanda "üstü bəzək, altı təzək" olan körpü .....                        Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib .....                        Ərinin qətlini sifariş edən qadın apellyasiya şikayəti verdi .....                        Vensin ailəvi Bakı səfəri sosial şəbəkələrdə gündəm oldu .....                       
Tarix : 22-08-2022, 21:18
Avropa İttifaqı: Ermənistan-Türkiyə danışıqları yeni imkanlar açacaq


Avropa İttifaqı: Ermənistan-Türkiyə danışıqları yeni imkanlar açacaq

Avropa İttifaqı (Aİ) hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması bu ölkələr üçün yeni imkanlar açacaq. Bu haqda Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin Armenpress-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Aİ münasibətlərin normallaşması proseslərinə həmişə fəal dəstək verir. "Ermənistan və Türkiyə arasında birbaşa danışıqlar təşəbbüsünü dəstəklədiyimizi vurğulayan ictimai bəyanatlar var. Ümid edirəm ki, bu, münasibətlərin nizamlanmasına gətirib çıxaracaq", - diplomat bildirib. Onun fikrincə, danışıqlar kontekstində Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında telefon danışığı mühüm addım olub. "Biz tərəqqi görmək istəyirik, çünki bunun insanlar üçün faydalı olduğuna və onlar üçün yeni imkanlar açacağına inanırıq", - Andrea Viktorin əlavə edib. Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə normallaşma danışıqları üçün xüsusi nümayəndələrini təyin ediblər. Ermənistanı parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyəni ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil edir. Diplomatlar artıq dörd raund danışıqlar keçiriblər, birinci görüş Moskvada, digər üç görüş isə Vyanada keçirilib. Bundan əlavə, Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında ilk telefon danışığı iyul ayında baş tutub.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!