Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
Tarix : 5-10-2022, 20:40
Ermənistan Bakıya Xankəndi ilə danışıq aparmağı təklif edir


Ermənistan Bakıya Xankəndi ilə danışıq aparmağı təklif edir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün parlamentdəki “hökumət saatı” zamanı çıxış edərkən Azərbaycanın İrəvana təqdim etdiyi 5 prinsipdən danışıb. Butov.az xəbər verir ki, nazir bu il martın ortalarında İrəvana verilən və Ermənistanla münasibətlərin tənzimlənməsinə dair 5 prinsipi xatırladaraq deyib ki, həm erməni xalqı, həm də beynəlxalq ictimaiyyət onlarla tanışdır."Bildirmişik ki, bu prinsiplərdə bizim üçün qəbuledilməz heç nə yoxdur. Bu dəfə Azərbaycanın təqdim etdiyi təkliflər bu prinsiplərə əsaslanır. Əlbəttə, elə məqamlar var ki, biz indi onları təhlil edirik və mütləq cavab verəcəyik", - Ermənistan XİN rəhbəri qeyd edib. Onun sözlərinə görə, danışıqlar zamanı elə məqamlar yarana bilər ki, İrəvanın özü də sazişə daxil edilməsi üçün hansısa təklif versin. XİN rəhbəri qeyd edib ki, 5 prinsip gündəliyi tam əks etdirmir. Ararat Mirzoyan bildirib ki, rəsmi İrəvan “Dağlıq Qarabağ”a dair öz baxışını Bakı ilə bölüşüb və bu məsələ aparılan danışıqların tərkib hissəsidir. Nazirin sözlərinə görə, Xankəndi ilə Bakı arasında beynəlxalq dialoq mexanizminin yaradılması ideyası var.“Hazırda müzakirələr gedir. Sözsüz ki, bizim öz yanaşmamız, Azərbaycanın da öz yanaşması var. Qarşılıqlı məqbul mövqeyə gələndə mütləq məlumat verəcəyik", - Mirzoyan söyləyib. Xatırladaq ki, oktyabrın 4-də Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ABŞ dövlət katibi ilə telefon danışığı olub. Söhbət zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması müzakirə olunub.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!