Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 13-12-2022, 16:23
Laçın yolundakı aksiya Arayiki narahat edir


Laçın yolundakı aksiya Arayiki narahat edir

Azərbaycanlı fəallar və ekologiya üzrə QHT nümayəndələrinin Laçın yolunun Şuşa ərazisindən keçən hissəsindəki etiraz aksiyasının fasiləsiz davam etməsi Xankəndidəki separatçıları ciddi narahat etməkdədir. Ermənistanın bəzi KİV-lərinin yaydığı məlumata görə, guya, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan ötən gecə geniş işgüzar görüş keçirib. İclasda Laçın yolunun azərbaycanlılar tərəfindən bağlanması, bunun nəticəsində Xankəndidə yaranmış vəziyyət, separatçıların atacaqları əks addımların müzakirə olunduğu bildirilir. Qeyd olunur ki, Arayik Arutyunyan müqavimət göstərmək və Laçın yolunun açılmasına nail olmaq üçün bütün daxili və xarici imkanlardan istifadə etməyin zəruriliyini vurğulayıb. “Hraparak” qəzeti isə Arayik Arutyunyanın iclas keçirməyinə şübhə ilə yanaşıb. Qəzet yazıb ki, Arayikin başçılıq etdiyi “nümayəndə heyəti” Fransada səfərdə idi və dünənə kimi onun Xankəndiyə qayıtması barədə məlumat olmayıb.“Bizə məlumat verildi ki, nümayəndə heyəti dekabrın 11-də Ermənistana qayıdıb, lakin Arayik Arutyunyan hələ də “Artsax”a getməyib. Bəlkə səbəb yoldur, bəlkə də “Artsax”ın problemlərinin həllinin açarı İrəvandadır və o, Paşinyanla görüşə qalıb”, - “Hraparak” yazıb. Adı çəkilən nəşr dünən, axşama yaxın Qarabağdakı mənbələribdən belə bir məlumat alıb ki, Arayik Arutyunyan Xankəndidə deyil. Belə olan halda Arayik Arutyunyan Xankəndi separatçılarının rəhbərləri ilə gecə yarısı geniş işgüzar görüşü necə keçirib?..“Yəqin ki, o, “Artsax”a gec girə bilib”, - deyə “Hraparak” yazıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!